Microsoft Word heyd?R. doc 23 axirinci doc



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə8/139
tarix01.08.2018
ölçüsü2,69 Mb.
#60005
1   ...   4   5   6   7   8   9   10   11   ...   139

___________________________________________________30 

rək, biz vaxtı hədər yerə itirməyəcəyik, əksinə, onu elə bir məzmunla 

dolğunlaşdıracağıq ki, bu bizə komissiyamızın işinə yekun vurmağa 

və müəyyən məmnunluq duymağa imkan verəcəkdir. Sağ olun. 



Heydər  Əliyev: Fikirlərimiz və baxışlarımız ümumən üst-üstə 

düşür.  İndi işi yaxşı  təşkil etmək və onu yaxşı  həyata keçirmək 

lazımdır. 

Əlbəttə, bununla əlaqədar komissiyalarımızın 

nümayəndələrinin görüşü böyük əhəmiyyətə malikdir. Məsələn, mən 

hesab edirəm ki, bu görüşlər daha tez-tez keçirilməlidir. Doğrudur, biz 

komissiyanın Rusiya tərəfindən bir neçə  həmsədri ilə görüşməli 

olmuşuq, çünki orada hökumət dəyişmiş, insan dəyişilmişdir, - biz 

onlardan birinə öyrəşməyə başladıqda, o dəyişilmişdir. Bizdə isə  hər 

şey sabitdir. Mənə elə  gəlir ki, Abbasov birgə Azərbaycan-Rusiya 

komissiyasının həmsədri olmaqda, necə deyərlər, saç-saqqal 

ağartmışlar. Bir sözlə, biz heç kimi dəyişdirmirik və  gələcəkdə daha 

sıx, daha fəal əməkdaşlıq etmək mövqeyində möhkəm dururuq. 

Hesab edirəm ki, mümkün bilməniz əsas məsələlər və ya çətinliklər 

barədə sonra mənə  məlumat verərsiniz. Ancaq ona qədər mən bəzi 

mülahizələrimi söyləmək istərdim. 

Sözümün  əvvəlində  bəyan etdim ki, xarici siyasətimizin strateji 

istiqaməti bütün sahələrdə, o cümlədən siyasət sahəsində Rusiya ilə 

münasibətlərimizi inkişaf etdirmək və möhkəmlətməkdən ibarətdir. 

1997-ci ilin iyulunda mən prezident Boris Yeltsinin dəvəti ilə 

Rusiyaya rəsmi səfərə getdim. Yaxşı görüşlərimiz, danışıqlarımız 

oldu, dostluq, əməkdaşlıq haqqında çox yaxşı  sənədlər imzaladıq. O 

vaxta qədər də, sonra da müxtəlif problemlər olmuşdur. Lakin hər 

halda bu, bütün sahələrdə münasibətlərimizin inkişafı üçün mühüm 

mərhələ oldu. 

Biz münasibətlərimizin inkişafı üçün bundan əvvəl də çox işlər 

görmüşdük. Məsələn, 1996-cı ildə mən Moskvaya xüsusi olaraq gedib 

Bakı-Novorossiysk neft kəmərinin inşası haq- 

  



___________________________________________________31 

qında Baş nazir Viktor Stepanoviç Çernomırdinlə saziş imzaladım - 

elə bunun özü mühüm addım, iqtisadi və siyasi münasibətlərimizin 

inkişafına mühüm töhfə idi. Yeri gəlmişkən, bu sazişin həyata 

keçirilməsi Çeçenistanın mövqeyi ilə  əlaqədar böyük çətinliklərlə 

qarşılaşdı. Lakin biz bunu dəf etdik və bildirmək istəyirəm ki, - öz 

xidmətlərimizdən danışmaq üçün demirəm, - mən bu işə qarışmalı 

olmuşdum. Moskvada sənədi imzalaya bilmirdilər və belə olduqda 

mənə  zəng vurdular, buraya gəldilər, bax bu salonda Çeçenistan 

nümayəndə heyəti və o vaxt Baş nazirin birinci müavini Nemsovun 

başçılıq etdiyi Rusiya nümayəndə heyəti razılaşmalar əldə etməyə və 

sənədi imzalamağa müvəffəq oldular. 

Biz neft kəmərini çəkdik. 1997-ci ildə neft çıxartdıq və bu kəmərin 

açılışını elan etməzdən  əvvəl borunu neftlə doldurduq. Yəni bu, 

qiymətləndirilməli olan bir addım idi. Biz onu qiymətləndiririk. 

Halbuki bu, elə bir dövr idi ki, Çeçenistan hadisələri ilə  əlaqədar 

Azərbaycan əleyhinə güclü kampaniya aparılırdı. Xatirimdədir, 1996-

cı ilin yanvarı idi, mən Moskvaya gəldim və Boris Nikolayeviç 

Yeltsin və Viktor Stepanoviç Çernomırdin ilə görüşdüm, biz Viktor 

Stepanoviçlə bu neft kəməri haqqında saziş imzaladıq. Orada mətbuat 

konfransı keçirildi. Mətbuatda, televiziya ilə   Azərbaycana qarşı yenə 

də ittihamlar yağdırılıb bildirilirdi ki, ərəb ölkələrindən

Əfqanıstandan, İrandan, Türkiyədən və başqa ölkələrdən silah gətirən 

təyyarələr guya Azərbaycan  ərazisinə enir. O vaxt mən onlara cavab 

verdim ki, yalan məlumatla məşğul olmaq lazım deyildir. 

Bütün bunlar sonra da davam etdi və  mən Rusiya sərhəd 

qoşunlarının o vaxtkı  rəhbəri Nikolayevi dəvət edib, ondan xahiş 

etməli oldum ki, öz komissiyasını buraya göndərsin. Başa 

düşürsünüzmü, heç bir fakt aşkara çıxarılmadıqda başladılar ki, guya 

hansısa keçidlər var və Çeçenistana da oradan keçib gedirlər. Əvvəla, 

Azərbaycan ərazisində belə keçidlər 

  



___________________________________________________32 

yoxdur, onlar oraya necə keçib gedə bilərlər?  İkincisi isə, Rusiya 

sərhəd qoşunlarının komissiyası  gəldi, onlar bir həftə bütün sərhədə 

baxdılar, amma bir dənə  də olsun elə yer tapa bilmədilər ki, oradan 

adamlar qanunsuz olaraq keçə bilsinlər. Özü də elə bir halda ki, 

Rusiya-Azərbaycan sərhədinin Dağıstan tərəfdən Rusiya sərhədçiləri 

də qoruyurlar. Bu, televiziya ilə nümayiş etdirildi, - o, etiraf etdi ki, 

heç nə yoxdur. 

Sonra Çeçenistanda hadisələr bir qədər səngidi və bu mövzu bir 

növ unuduldu, biz də arxayınlaşdıq. Neftin bu boru ilə ixracını davam 

etdirdik. İndi orada hadisələr yenidən başlayandan biz neftimizi ixrac 

etmək imkanından məhrum olduq. Deyirlər ki, orada sistemlərdən 

istifadə edirlər. Amma bu, beş aylıq fasilədən sonra edilir. Bir baxın, 

biz nə  qədər ziyan çəkmişik. Halbuki biz bu sənədi imzalayarkən 

Rusiya hökuməti bizə möhkəm təminat verərək bildirmişdi ki, narahat 

olmayın, bütün tədbirlər görüləcəkdir. 

Şükürlər olsun ki, biz Bakı-Supsa neft kəmərini çəkdik. Axı 

indinin özündə konsorsium 5 milyon ton neft çıxarır. Biz nə edərdik? 

Axı bu, daha Azərbaycan nefti deyil, burada işləyən  şirkətlərin 

neftidir. 

Lakin mən bu barədə demək istəmirəm. Azərbaycan  əleyhinə bu 

təbliğat səngidi. Biz sevindik, çünki bunu istəmirik və Rusiyanın 

mətbuatı, ayrı-ayrı dairələri tərəfindən belə dezinformasiya xarakterli 

təbliğat müharibəsinə layiq deyilik. Amma bu son bir neçə ayda 

Azərbaycan  əleyhinə yenə  də güclü təbliğat gedir. Televiziya 

vasitəsilə, qəzetlər vasitəsilə beyinlərə yeridirlər ki, "Azərbaycan 

antirusiya siyasəti aparır". Moskvada partlayışlar baş verdi - dərhal 

azərbaycanlıları bazarlardan qovmağa, onları nədəsə təqsirləndirməyə 

başladılar və s. Təəssüf ki, siz partlayışları törədənləri indiyədək 

tapmamısınız. Eyni zamanda, bazarlarda ticarətlə  məşğul olan 

azərbaycanlıların bununla heç bir əlaqəsi yoxdur. Buna baxmayaraq, 

bazarlarda azərbaycanlılara hücumlar başlandı, 

  



Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə