Microsoft Word heyd?R. doc 23 axirinci doc



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə9/139
tarix01.08.2018
ölçüsü2,69 Mb.
#60005
1   ...   5   6   7   8   9   10   11   12   ...   139

___________________________________________________33 

hər cür xoşagəlməz yazılar dərc edilməyə başlandı. Bundan əvvəl 

"Qafqaz millətindən olan şəxslər" kimi termin uydurmuşdular, sonra 

da konkret olaraq deməyə başladılar ki, bu şəxslər azərbaycanlılardır. 

Biz bununla əlaqədar öz münasibətimizi bildirərək dedik ki, belə 

hərəkət etmək olmaz, səfirimiz orada işləyirdi və sairə. Son vaxtlar isə 

bizə qarşı  həyasız təbliğat gedir. Dəhşətdir! Hər axşam televiziya ilə 

belə təbliğat aparılır. Bizdə burada ORT-yə də, RTR-ə də, NTV-yə də 

baxırlar - ölkəmiz azad ölkədir, halbuki bu kanallar bəzi MDB 

ölkələrində yayımlanmır. Elə bunun özü də göstərir ki, biz Rusiya ilə 

çox yaxın  əlaqə saxlamaq istəyirik.  Əgər biz, məsələn, başqa  əhval-

ruhiyyədə olsaydıq... Yeri gəlmişkən, bəziləri mənə deyirlər: Bizim 

burada özəl kanallarımız var, onlar təkcə Bakıya yayımlanır, bütün 

respublikaya translyasiya etdiyiniz üç Moskva kanalı sizin nəyinizə 

gərəkdir, gəlin, özəl kanallardan birini Azərbaycanın digər rayonlarına 

translyasiya edək. Amma biz öz mövqeyimizi saxlayırıq. 

Əlbəttə, xalqımız Moskva televiziyasına baxır, Moskva qəzetlərini 

oxuyur. Açığını deyəcəyəm, böyük narahatlıq var. Bu, bir tərəfdən. 

Digər tərəfdən isə, belə dezinformasiya, bir sıra hallarda 

düşməncəsinə böhtanlar, təbii ki, Rusiyada ictimai rəyi formalaşdırır. 

Biz isə bunu istəmirik, istəyirik ki, Rusiya ilə dostluq 

münasibətlərimiz olsun, istəyirik ki, Rusiya ictimaiyyətinin 

Azərbaycan haqqında, Azərbaycanın Rusiyaya münasibəti haqqında 

doğru-düzgün təsəvvür olsun. 

Bizim Rusiyaya qarşı iradlarımız var, biz onları açıq bildirmişik, 

demişik ki, Ermənistanla Azərbaycan arasında münaqişə olduğu 

halda, Rusiya Müdafıə Nazirliyindən ayrı-ayrı adamlar Ermənistana 

qanunsuz olaraq bir milyard dollarlıq sılah göndərmişlər. Bu məsələ 

indiyədək təhqiq edilir. Təhqiqat hələ  də qurtarmayilə, hərçənd hər 

şey - bunu kimlərin etdiyi aydındır, biz bütün sənədləri vermişik. 

Boris Nikolayeviç də 

  



___________________________________________________34 

əvvəlcə təhqiqat aparılması üçün qəti göstəriş vermişdi. Amma 1997-

ci ilin martından başlayaraq indiyədək təhqiqat gedir. 

Bizim iradlarımız var. Biz ondan narazıyıq ki, Rusiya Ermənistan 

ərazisində böyük miqdarda silahlar və hətta C-300 raketləri, MİQ-29 

təyyarələri yerləşdirir. Biz bundan narazıyıq. Bunu açıq bildiririk. 

Amma bizim fikrimizlə hesablaşmırlar. Bu, artıq Rusiya hökumətinin 

işidir. Lakin biz açıq bildiririk. Həm də təkcə burada yox. Mən bunu 

MDB dövlətləri başçılarının iclaslarında açıqca bildirmişəm. 

Bu, bir məsələ. Başqa məsələ Şimali Qafqaz hadisələridir. Əlbəttə, 

çətin məsələdir,  əlbəttə, müşkül məsələdir. Başa düşürəm. Bununla 

belə, niyə öz səhvlərindən danışmırlar,  Şimali Qafqazda indiyədək 

qayda-qanun yaradıldığına görə kimlərin təqsirkar olduğunu niyə açilə 

demirlər, niyə  təqsirkarları burada axtarırlar? - "Yaraqlılar, silahlar 

Azərbaycandan keçib gedir". Açığını deyim ki, bu, bizi hiddətləndirir. 

Hesab edirəm ki, Rusiya hökumətindəki və ya dövlətindəki, bilmirəm 

haradakı ayrı-ayrı dairələr, hər halda, rəsmi orqanlardakı dairələr, 

xüsusən Rusiya mətbuatı - televiziya və qəzetləri Rusiya-Azərbaycan 

münasibətlərinə olduqca böyük ziyan vururlar. 

Bu gün bəyan edirəm - Azərbaycan  ərazisi ilə Çeçenistana 

bilavasitə və ya tranzitlə silah göndərilməsinə bizim heç bir əlaqəmiz 

olmayıb və yoxdur. Azərbaycandan oraya heç vaxt, heç bir yaraqlı 

keçib getməmişdir. Bəlkə də hansısa bir könüllünün özü getmişdir və 

sairə. Biz buna cavabdeh deyilik. Hər halda, belələri də tutulmamışdır. 

Siz fakt verin. Yeri gəlmişkən, dünən mən televizora baxırdım, 

Rusiya hökumətinin iclasını göstərirdilər. Orada sərhəd qoşunlarının 

rəisi Totski məlumat verirdi. O, burada, daha doğrusu, Azərbaycanın 

Rusiya ilə  sərhədində - Dağıstanda olub, bizim sərhəd qoşunlarının 

rəisi ilə görüşübdür. Onlar informasiya, rəy mübadiləsi aparıblar. O, 

Moskvaya qayıtdıqdan 

  

 

 




___________________________________________________35 

sonra bəyan etdi ki, onlar Azərbaycandan Çeçenistana silah və ya 

yaraqlılar keçdiyini təsdiqləyən heç nə tapmamışlar. 

Bir də ki, məsələni belə qoymaq təəccüblüdür. Axı sərhədi Rusiya 

sərhədçiləri də qoruyurlar. Əgər kimsə Azərbaycandan keçirsə, 

Azərbaycan sərhədçiləri onu ya görməyilələrsə, ya da,  Azərbaycan  

əleyhinə  aparılan  təbliğatda deyildiyi kimi, "qəsdən buraxıblarsa", 

onda nə üçün Rusiya sərhədçiləri tutub saxlamırlar? Nə üçün? Nə 

üçün dünən hökumətdə Rusiya sərhədçilərini qınayıb demədilər ki, 

onlar öz sərhədini pis qoruyurlar və birdən-birə başlayıblar ki, 

Azərbaycana qarşı    viza    rejimi    tətbiq  etmək  lazımdır?    Buyurun.   

Əgər Rusiya istəyirsə, qoy tətbiq etsin. Biz bu mövzuda danışıqlar 

apara bilərik. Amma bunu sivil yolla etmək lazımdır. Heç bir əsas 

olmadan bütün dünyaya car çəkərək, bunun hökumətdə birtərəfli 

qaydada bəyan edilməsini isə  mən heç cür başa düşə bilmirəm. Mən 

rəsmən bəyan edirəm. Nəyə görə? Ona görə ki, əgər həqiqətən hər 

hansı bir fakt olsaydı... Yeri   gəlmişkən, dünən məlumat verən 

sərhədçi Gürcüstandan danışdı, Azərbaycan  haqqında isə heç nə 

demədi.  Amma  birdən Azərbaycan peyda olur, bu gün biz nota alırıq. 

Yaxşı. Bu, ümumiyyətlə, həqiqətən sivil münasibətlərdir. Elə isə nota 

verməzdən əvvəl televiziya ilə, hökumətin iclasında bu cür bəyanatla 

çıxış etmək nəyə  gərəkdir? Bu, nəyə lazımdır? Biz bu nota ilə bağlı 

məsələlərlə  məşğul olmaqdansa, danışıqlar aparmaqdansa, ona nail 

oldular ki, hökumətin bütün televiziya kanalları ilə verilən iclasında 

edilmiş bu bəyanat artıq Rusiya-Azərbaycan münasibətlərinə ziyan 

vurur. 


Ona görə  də bu gün mən bundan öz narazılığımı bildirmək 

istəyirəm. Bütün bu məsələlər barəsində mən sentyabrın 2-də Bakıda 

Rusiyanın xarici işlər naziri İqor İvanovla, "Əsrin müqaviləsi"nin 5-ci 

ildönümünü birlikdə qeyd etdikdən sonra, sentyabrın 21-də Viktor 

İvanoviç Kalyujnı ilə  ətraflı danışmışdım. Açıq demişdim və  mənim 

mövqeyim bütün qəzet- 

  

 

 




Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə