Microsoft Word hr generalresponse az doc



Yüklə 58,02 Kb.
Pdf görüntüsü
tarix29.08.2018
ölçüsü58,02 Kb.
#65194


 

QHT Audit proqramı: Đnsan Haqları üzrə Đşçi Qrupun hesabatı 



BP şirkətinin ümumi cavabı

 

 



BP  şirkəti  məmnunluq  hissi  ilə  fürsətdən  istifadə  edərək,  Đnsan  Haqları  Qrupuna 

BP/BTC/CQBK – ACĐ QHT Audit proqramında iştirakına görə təşəkkür edir. Biz BP şirkəti 

və  (ümid  edirik  ki)  QHT  iştirakçıları  üçün  dəyərli  nəticələri  olan  keyfiyyətli  hesabata  görə 

qrupu təbrik edirik. Biz nəticələr cədvəlində daha spesifik, texniki və audit yönümlü cavablar 

verdiyimizə görə, bu ümumi cavab hesabatda çıxarılmış ümumi nəticələrə və qaldırılmış əsas 

məsələlərə BP və CQBK şirkətlərinin reaksiyasını bildirmək məqsədi daşıyır. 

 

Boru  kəmərinin  tikintisi  ərzində  ictimaiyyətlə  əlaqələr  və  şikayətlərə  baxılması  ilə  bağlı 



öhdəliklərə  BTC/CQBK  şirkətlərinin  necə  əməl  etməsini  yoxlayarkən,  QHT  Audit  qrupu 

bizim biznesimiz üçün mühüm əhəmiyyət kəsb edən iki əlaqəli mövzunu araşdırmışdır. BTC 

və CQBK boru kəmərlərinin uğurunun və uzunmüddətli həyat qabiliyyətinin marşrut boyunca 

məskunlaşmış  icmalarla  müntəzəm  qarşılıqlı  əməkdaşlıqdan  və  fikir  mübadiləsindən  asılı 

olduğunu  qeyd  etsək,  mübaliğəyə  yol  vermiş  olmarıq.  Biz  bu  məqsəd  üçün  aydın  və  keçərli 

mexanizmlərin  yerində  olmasını  təmin  etməliyik  və  işlərin  davamlı  şəkildə  yaxşılaşdırılması 

istiqamətində göstərdiyimiz səylərə kömək edə biləcək istənilən təşəbbüsü alqışlayırıq. 

 

Biz Đnsan Haqları üzrə Audit qrupunun hesabatında müsbət işlərin yüksək qiymətləndirildiyini 



və  ictimaiyyətlə  müntəzəm  əlaqə  saxlanılması,  məsləhətləşmə  aparılması  və  şikayətlərə 

baxılması  işlərinin  yerində  olması  ilə  bağlı  ümumi  nəticə  çıxarıldığını  məmnunluq  hissi  ilə 

qeyd  edirik.  Əslində,  biz  qrupun  belə  bir  tövsiyəsi  ilə  razılaşırıq  ki,  ictimaiyyətlə  əlaqə  və 

görüşlər  boru  kəmərinin  istismarı  ərzində  davam  etməli,  şikayətlərə  baxılması  proseduru 

davam  etdirilməli  və  təkmilləşdirilməlidir.  Audit  qrupunun  düzgün  müşahidə  etdiyi  kimi, 

xüsusi diqqətəlayiq bir sahə (boru kəməri marşrutu boyunca) icmaların boru kəmərinin texniki 

təhlükəsizliyi  barədə  bilgisi  ilə  bağlıdır.  Tikinti  işlərinin  başa  çatmasına  baxmayaraq,  təsirə 

məruz qalan icma üzvlərinin torpağa basdırılmış BTC və CQBK boru kəmərləri ilə təhlükəsiz 

dinc yanaşı  yaşama parametrlərini başa düşməsi çox böyük  əhəmiyyət kəsb edir. Bu məqsəd 

üçün  xüsusi  sənədlər,  məsləhətləşmə  və  maarifləndirmə  proqramları  hazırlanmış  və  icma 

üzvlərinə çatdırılmışdır. 

 

Eyni zamanda, biz icma ilə görüşlərin az sənədləşdirilməsi ilə bağlı Qrupun çıxardığı nəticəni 



də qeyd etmək istəyirik. Biz Audit qrupuna icma ilə keçirilmiş bütün görüşlərin protokollarını 

deyil,  bəzi  nümunələri  təqdim  etdik  və  inanırıq  ki,  audit  qrupu  BP/BTC/CQBK  və  CCIC 

şirkətlərinin  icmalarla  geniş  məsləhətləşmə  apardığını  etiraf  edər.  Boru  kəmərinin  istismarı 

ərzində bizim əsas diqqətimiz boru kəmərinin təsirinə məruz qalan icmaların şirkətlə birbaşa 

əlaqə  saxlamaq  imkanının  təmin  olunmasınıdavam  etdirmək  olacaq.  Beləliklə,  icmalarla 

əlaqə, həm şirkətin icmalarla müntəzəm əsasda,  həm də “çağırış” əsasında fəaliyyət göstərən 

əlaqələndirici  nümayəndələri  vasitəsilə  qurulması  istiqamətinə  yönələcək.  Biz  “icma 

problemlərinin qarşılıqlı şəkildə həll olunmasındansa, görüş sənədlərinin tərtib olunması üçün 

icmalarla  əlaqələr  üzrə  məsul  işçinin  vaxt  və  resurslarının  istifadə  edilməsi  prosedurlarda 

faydalı  bir  dəyişiklik  olardı”  təklifinin  əleyhinəyik.  Biz  inanırıq  ki,  şikayətlərin  təqdim 

olunması  və  onlara  baxılması  mexanizmi  icmanı  narahat  edən  əsas  məsələlərin 

sənədləşdirilməsinə imkan yaradır. Buna baxmayaraq, biz qrupa təklifinə görə minnətdarıq. 

 

Đnsan Haqları Qrupu bizim icmalara yoluxucu xəstəliklər və onların qarşısının alınmasına dair 



təlim  kurslarının  keçilməsi  ilə  bağlı  öhdəliyimizi  düzgün  müəyyənləşdirib.  Əslində, 


 

BTC/CQBK  şirkəti  tərəfindən  boru  kəməri  marşrutu  boyunca  məskunlaşmış  icmalara  geniş 



təlim  və  tədris  kursu  keçilmişdir.  Audit  qrupu  bu  işin  əvvəlcə  podratçı  tərəfindən  aparılmalı 

olduğunu  düzgün  qeyd  etmişdir,  lakin  sonradan  gərara  alınmışdır  ki,  BTC/CQBK  şirkət  ibu 

işin  idarə  olunmasıbaxımından    daha  yaxşı  mövqeyə  malikdir  olması.  Biz  təəssüf  edirik  ki, 

audit  görüşləri  ərzində  bu  məsələyə  və  ələxsus  BP/BTC/CQBK-nin  xüsusi  qürur  duyduğu 

ĐĐÇV-QĐÇS  Maarifləndirmə  və  oQarşı  Alınma  proqramı  haqqında    danışaraq  yetərincə 

aydınlıq  gətirməmişik.  (Beynəlxalq  Tibb  Korpusu  tərəfindən  həyata  keçirilmiş  proqramla 

əlaqədar  daha  ətraflı  məlumatla 

http://az.btcinvestmentşcom/project6.asp?EC=2&LANG=0

saytında  tanış  olmaq  olar.  Biz  inanırıq  ki,  müəllimlərə,  səhiyyə  işçilərinə,  hökumət 



nümayəndələrinə,  polis  zabitlərinə  təlim  kursu  keçməklə,  tələbələr,  icma  rəhbərləri,  BP 

əməkdaşları  və  onların  ailə  üzvləri  ilə  işləməklə,  interaktiv  öyrənmə  mexanizmini  inkişaf 

etdirməklə bu proqram biliklərin artırılması istiqamətində tərifəlayiq başlanğıc olmuşdur. 

 

Nəhayət, biz Đnsan Haqları Qrupuna göstərdiyi səylərə, təhlili fikirlərə və verdiyi tövsiyələrə 



görə  bir  daha  təşəkkür  edirik.  Biz  qrupu  təbrik  edir  və  ümidvar  olduğumuzu  bildiririk  ki, 

onların QHT Audit Proqramında iştirakı səmərəli və faydalı olmuşdur. 



Yüklə 58,02 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə