,siqnalizasiya sistemləri , düzləndiricilər və s. aid edilir. Əgər qeyd olunan
işlədicilər gecələr də işləyirsə,mənzildə yataq yerlərin bu mənbələrdən 2 m-dən
az olmayan məsafədə yerləşdirilməsi tövsiyə olunur.
Kollektiv mühafizə tədbirlərindən ilkin yerinə yetirilməli olanlardan biri
elektrik ötürücü qurğuların layihələndirilməsini müəyyən tələblər səviyyəsində
həll edilməsidir.Bu tədbirlərə aşağıdakılar aid edilir:
-
əgər ötürücü məftillərin yaratdığı elektrik sahə intensivliyinin qiyməti
buraxıla bilən həddən yuxarıdırsa, bu halda yaşayış məntəqələri xəttin
yaxınlığında olmamalıdır;
-
əhalinin gediş-gəlişi üçün qadağan olan zonalar müəyyənləşdirilməlidir;
-
təhlükəli zonaya təsadüfən gələn şəxslər üçün xəbərdarlıq göstəricilrinin
qoyulması tələb olunur və s.
Elektrik ötürücü xəttlərin yaratdığı elektromaqnit şüalanmasından əhalinin
mühafizə olunmasının əsas prinsipləri : sanitar mühafizə zonalarının
yaradılması,yaşayış mənzillərində gərginliyin aşağı salınması,bunun mümkün
olmadığı hallarda isə şüalanmadan mühafizə ekranları tətbiq olunmasıdır.
Elektrik ötürücü xəttlərinin sanitar-mühafizə sərhəddi sahə gərginliyinin
böhran qiymətinə əsasən müəyyənləşdirilir. Bu qiymət 1kV/m qəbul edilmişdir.
Sanitar-mühafizə zonalarının sərhədləri daxilində aşağıdakılar qadağan
olunur :
-
yaşayış, ictimai binaların və qurğuların tikilməsi;
-
avtomobillərin dayanacağə və saxlanılması üçün meydançaların
quraşdırılması;
-
avtomobillərə xidmət stansiyalarının ,neft və neft məhsullarının
anbarlarının tikintisi;
-
yanacaq materialları ilə əməliyyat aparılması,maşın və mexanizmlərin hər
hansı bir təmirinin həyata keçirilməsi.
Çox yüksək gərginlik xəttlərinin (750 və 1150 kV) yerləşdirilməsinə daha
ciddi tələblər irəli sürülür. Belə ki, bu xəttlərlə ən yaxın yaşayəş məntəqələrinin
arasındakı məsafə 250-300 metrdən az olmamalıdır.
Elektrik xəttlərinin gərginliyini müəyyənləşdirmək üçün yerli energetika
müəssisələrinə müraciət etməklə yanaşı onu bilmək lazımdır ki, elektrik
dirəklərində ötürücü xəttin gərginliyi göstərilir.
Xəttin konstruktiv quruluşuna görə də vizual olaraq gərginliyin qiymətini
təyin etmək olar. Məsələn, fazada olan məftillərin sayına görə (dirəklərdə olan
məftillərin sayına görə yox!) – 330 kV-2 məftil, 500 kV-3 məftil.
330 kV-dan aşağı gərginliklərin təyin olunması üçün dirəklərdəki
izolyatorların sayına baxmaq lazımdır. Bu halda gərginlik 220 kV olduqda
onların sayı 10-15, 110 kV olduqda onların sayı 6-8; 35 kV olduqda onların sayı
3-5, 10 kV və aşağı olduqda 1 ədəd olur.
Ə
gər bağ sahəsi sanitar-mühafizə zonasının sərhəddində yerləşirsə, bu halda
ə
razi üzrə nəzarət laboratoriyasından mütəxəssis dəvət olunmalıdır. Onun
göstərişlərinə uyğun olaraq sakinlərin çox qala biləcəkləri sahələr təyin
olunmalıdır.
Sanitar-mühafizə zonalarının ərazilərini kənd təsərrüfatı bitkilərinin
yetişdirilməsi (əkini) üçün istifadə etmək olar. Lakin elə bitkilər seçilməlidir ki,
onlara xidmətdə əl əməyi tələb olunmasın.
Ə
gər bu və ya digər səbəbdən sanitar-mühafizə zonalarının kənarlarında olan
ə
razilərdə elektrik sahə gərginliyinin qiyməti 0,5 kv/m-dən çox (yaşayış
binasının içərisində), yaşayış evinin ətrafında 1,0 kv/m-dən çox olarsa, sahənin
aşağı salınması üçün tədbirlər görülməlidir. Bunun üçün mənzilin damına ( əgər
dam metal örtüklə örtülməyibsə) istənilən metaldan hazırlanmış tor çəkilməli və
o, iki nöqtədə yerlə birləşdirilməlidir. Əgər dam metal örtüklə örtülübsə, onu iki
yerdən torpaqlamaq kifayətdir. Digər mühafizə tədbiri kimi həyətyanı sahədə
hündürlüyü 2 m-dən çox olmayan ağac və kollardan istifadə etmək olar.
Mühəndis-texniki işçilərin kollektiv mühafizəsini təmin etmək məqsədilə
mühafizə örtükləri adlanan vasitələrdən istifadə olunur. Bunlara bəzən
ekranlayıcı örtüklər də deyirlər.
Ekranlayıcı örtükləri diametri 3-5 mm və aralarındakı məsafə 20 sm olan
paralel naqillərdən hazırlayırlar. Bu örtüklər piyadaların hərəkət etdiyi yolların
üstündə, yer səthindən 2,5m hündürlükdə quraşdırlır. Bu halda örtüyün
mərkəzində şüalanmanın intensivliyi 17 dəfə, kənarlarında isə 4 dəfə azalır. Bir
sıra hallarda gərginliyi 400 və 500 kV olan qurğularda 4,5m, 750kV olan
qurğularda isə 6 m məsafədə ekranlar yerləşdirilir. Bütün hallarda ekranlayıcı
qurğu torpaqlanır. Torpaqlanma müqaviməti 10 Om olmalıdır [ 12 ].
Gərginliyi buraxıla bilən həddən yuxarı olan sənaye tezlikli şüalanmaların
təsirindən qorumaq üçün fərdi mühafizə vasitələrindən geniş istifadə olunur. Bu
fərdi vasitələr içərisində çox nazik məftildən hazırlanmış, adi parçadan tikilmiş
paltarlar aid edilir. Hal-hazırda perspektivli hesab olunan polimer keçiricilərdən
hazırlanmış paltarların tətbiqi üzrə tədqiqatlar aparılır.Mühafizə paltarlarından
istifadə olunduqda onun bütün hissələri naqillə etibarlı birləşdirməli,naqil isə ya
keçirici ayaqqabıya,yaxud bilavasitə yerə birləşdirilməlidir.
Mühafizə-profilaktik tədbirlər də işçilərin mühafizə olunmasının bir
istiqamətidir. Bu istiqamətdə işçi işə qəbul edilən vaxt və iş müddətində onun
sağlamlıq göstəriciləri nəzarətdə saxlanılır.
Sənaye tezlikli elektromaqnit şüalanmasının ekoloji və istehsal
təhlükəsizliyinin kollektiv şəraitdə təmin olunması üçün mühəndis-texniki
Dostları ilə paylaş: |