Microsoft Word Humanizm M.?liyeva Автосохраненный doc



Yüklə 2,09 Kb.
Pdf görüntüsü
səhifə1/55
tarix26.09.2017
ölçüsü2,09 Kb.
#2112
  1   2   3   4   5   6   7   8   9   ...   55


Humanizm və xeyirxahlıq missiyası
___________________________________________

 
  
 
 
Humanizm 
və xeyirxahlıq 
missiyası 
 
 
 
 
 
 
 
 
 
 
 
Bakı - "Nurlan" - 2007 
  
 


Humanizm və xeyirxahlıq missiyası
___________________________________________

 
Humanizm və xeyirxahlıq missiyası.  
"Nurlan" nəşriyyatı. Bakı - 2007 
İdeyanın və ön sözün müəllifi:  
Əli EYVAZOV
 
 
Hüquq elmləri namizədi 
Elmi redaktoru:  
Samirə EYVAZOVA
Bakı Dövlət Universitetinin  
Beynəlxalq Hüquq fakültəsinin müəllimi 
 
 
Tərtibçi:  
Sabir HÜSEYNOV, 
Azərbaycan Yazıçılar Birliyinin üzvü 
 
 
Kitabda zaman etibarı ilə çox qısa müddətdə millət və dövlət  
maraqları baxımından strateji əhəmiyyət daşıyan bir sıra  
layihələri uğurla gerçəkləşdirərək Cəmiyyətdə mərhəmət və  
xeyirxahlığın ali ünvanına çevrilmiş Heydər Əliyev Fondunun  
qarşıya qoyduğu hər bir xoş məramdan söhbət açılır. Eyni zamanda  
kitabda Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı  
səfiri, millət vəkili Mehriban xanım Əliyevanın yüksək humanizm,  
mərhəmət və nəciblik kimi ali mənəvi keyfiyyətləri öz əksini tapıb. 
 
 
 
2007
098
4702000000


N
 
 
 
 
 
©"Nurlan",2007 
  


Humanizm və xeyirxahlıq missiyası
___________________________________________

 
 
 
 
MƏRHƏMƏT VƏ XEYİRXAHLIĞA SÖYKƏNƏN 
XOŞMƏRAMLl MİSSİYA 
 
(ÖN SÖZ) 
 
Antik yunan filosofu Platon zamanında yazırdı ki, ədalət, müdriklik və 
qanunun bir yerdə olacağı zaman bəşəriyyət xoşbəxtliyə qovuşacaqdır. 
Ümummilli liderimiz Heydər  Əliyev də özünün təkmil dövlətçilik fəlsəfəsində 
bu üç dəyəri bir araya gətirməklə siyasi fəaliyyətinin bütün mərhələlərində 
humanizm, sosial ədalət və insanpərvərlik prinsiplərinə  əsaslanmış, milli və 
bəşəri ideallara bağlı olmuşdur. Ulu öndərimiz hər bir fərdin maraq və 
mənafeyinin, qanuni hüquqlarının müdafiəsini dövlətin başlıca vəzifəsi 
saymışdır. Dahi liderin mütərəqqi ideyaları milli inkişaf prosesində mayak 
rolunu oynamışdır. 
Azərbaycan bu gün məhz ümummilli liderimiz Heydər Əliyevin dövlətçilik 
ideallarına tapmaraq nailiyyətlərini günbəgün zənginləşdirir. Ulu öndərimizin 
əsasını qoyduğu çoxşaxəli və effektli islahatlar kursu Prezident İlham  Əliyev 
tərəfindən dönmədən, ardıcıllıqla, yeni dünya nizamının tələblərinə uyğun tərzdə 
davam etdirilir. Dövlət başçısı Heydər  Əliyev dühasından, onun 
müqayisəyəgəlməz siyasi və dövlətçilik təcrübəsindən qədərincə  bəhrələnərək 
xalqımızı inamla xoşbəxt gələcəyə doğru aparır. İqtisadi inkişaf yolu ilə dövlət 
müstəqilliyimizin daha da möhkəmləndirilməsi, milli mədəniyyətimizin qorunub 
inkişaf etdirilməsi, hüquqi dövlət və  vətəndaş  cəmiyyətinin qurulması, 
ölkəmizin dunya birliyində layiqli yerini tutması baxımından mövcud siyasi 
kursun müstəsna əhəmiyyəti praktik surətdə təsdiqini tapır. 
Müasir Azərbaycan məhz ulu öndərimiz Heydər 
Əliyevin 
müəyyənləşdirdiyi inkişaf magistralı ilə nurlu sabahına doğru sürətlə irəliləyir. 
Bu yolda geriyə boylanan hər kəsin gözləri önündə ulu öndərimizin millət və 
xalq qarşısındakı misilsiz xidmətləri kino lenti tək canlanır. Bir daha aydın olur 
  


Humanizm və xeyirxahlıq missiyası
___________________________________________

 
ki, ölkəmizin tərəqqisinin yeganə yolu məhz Heydər  Əliyev siyasi kursunun 
davam etdirilməsi və ulu öndərimizin sağlığında həyata keçməyən ideyalarının 
ardıcıl surətdə gerçəkləşdirilməsidir. Ümummilli liderimizin zəngin dövlətçilik 
irsinin öyrənilməsi, onun ölməz ideyalarının geniş  təbliğ olunaraq praktik 
həyatda tətbiqi və  gələcək nəsillərə çatdırılması müasir qloballaşma dövründə 
xüsusən aktualdır. 3 il öncə məhz bu zərurətdən yaranmış Heydər Əliyev Fondu 
hələ sağlığında canlı  əfsanəyə çevrilmiş ulu öndərimizin zəngin dövlətçilik 
irsinin öyrənilməsi və  gənc nəslə  təlqin edilməsi, onun ölməz ideyalarının 
gerçəkləşdirilməsi prosesində yaxından iştirak edir. Fond geniş ictimaiyyətlə 
əlaqələri möhkəmləndirməklə Azərbaycanın hərtərəfli inkişafına, ölkəmizdə 
vətəndaş cəmiyyətinin bərqərar edilməsi prosesinə layiqli töhfəsini verir. 
Millətin işıqlı gələcəyi naminə bir sıra strateji əhəmiyyətli layihələri inamla 
həyata keçirən Heydər  Əliyev Fondu qısa müddətdə bir çox insanların ümid 
yerinə çevrilmişdir. Ümummilli liderimizin ölməz ideyalarının layiqli 
daşıyıcısına çevrilmiş fond hər bir vətəndaşın zəruri istək və arzularının 
gerçəkləşməsinə, problemlərinin operativ həllinə maddi-mənəvi dəstək verir. 
İnsanlara  ən müxtəlif səviyyələrdə yardım göstərməklə  cəmiyyətdə yalnız 
sağlam  ənənələrin, zəngin  əxlaqi-mənəvi dəyərlərin möhkəmlənməsinə çalışır. 
Bu xeyirxah missiya köməksizə əl tutmaq, çarəsizdə ümid yaratmaq, bir sözlə, 
insanlara səmimi diqqət və qayğı istəyindən qaynaqlanır. Bunun nəticəsi kimi 
2004-cü ildə YUNESKO-nun, 2006-cı ildə isə  İSESKO-nun xoşməramlı  səfiri 
kimi yüksək titula layiq görülmüş Mehriban xanım  Əliyevanın özünün də 
vurğuladığı kimi, fondun çoxşaxəli fəaliyyətinin bir başlıca qayəsi var - 
insanlara təmənnasız yaxşılıq etmək. Azərbaycan insanı Heydər  Əliyev 
Fondunun prezidentinin vətəndaşlara diqqət və qayğı nümunələri ilə zəngin olan 
çoxşaxəli fəaliyyətinə  nəzərən savab və xeyirxah əməllərin nə  qədər vacib 
olduğunu dərk edir, özünün yaşam fəlsəfəsini bu ideallara uyğunlaşdırmağa 
çalışır. Xeyirxahlıq, mərhəmət,  ədalət kimi ülvi və saf dəyərlər fondun 
fəaliyyətində parlaq xətt təşkil edir. Fondun prezidenti Mehriban xanım 
Əliyevanın söylədiyi kimi, başqalarına yaxşılıq ömrü boyu onun üçün ümdə 
anlayışlara, ülvi insani keyfiyyətlərə çevrilmiş, eyni zamanda bu xeyirxahlıq 
missiyasının kökündə təmənnasızlıq prinsipi dayanmışdır: "...Ömur boyu mənim 
həyat amalım belə olmuşdur ki, etmək istədiyin yaxşılığı heç vəchlə gözə 
çatdırmaq olmaz. İndi 
  


Yüklə 2,09 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə