Microsoft Word Humanizm M.?liyeva Автосохраненный doc



Yüklə 2,09 Kb.
Pdf görüntüsü
səhifə14/55
tarix26.09.2017
ölçüsü2,09 Kb.
#2112
1   ...   10   11   12   13   14   15   16   17   ...   55

Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
43 
 
Səhiyyə məsələləri  ilə   əlaqədar   əhalidən   daxil   olmuş   müraciətlər. 
Səhiyyə məsələləri ilə bağlı fonda ayrı-ayrı insanlardan 6 mindən çox müraciət 
daxil olmuş, onlara kömək göstərilməsi üçün tibb müəssisələri ilə  sıx  əlaqə 
qurulmuş, lazımi tədbirlər həyata keçirilmişdir. Ürək xəstəliklərindən  əziyyət 
çəkən 1300 uşağın ölkə daxilində müalicəsinə, bir qismində isə xarici ölkələrdə 
cərrahiyyə əməliyyatı aparılmasına kömək göstərilmişdir. 
Mədəniyyət sahəsində: "Qarabağ xanəndələri" musiqi albomunun 
nəşri.  Azərbaycan muğam sənətinin inkişafı  və muğam mədəniyyəti 
ənənələrinin qorunub saxlanmasını  nəzərdə tutan "Muğam  İrs", "Muğam-
Dəstgah", "Muğam Ensiklopediyası", "Muğam-İnternet", "Muğam-Antologiya", 
"Muğam dünyası", "Muğam Mərkəzi" layihələri silsiləsindən "Muğam  İrs" 
layihəsi çərçivəsində "Qarabağ xanəndələri" musiqi albomu nəfis  şəkildə  nəşr 
olunmuşdur. Albomda 24 muğam ustasının ifasında səslənmiş muğamlar 
toplanmışdır. Musiqi albomu həm də Qarabağ torpağının acısını, Azərbaycanın 
haqq səsini muğam vasitəsilə bütün dünyaya çatdırmaq məqsədi daşıyır. 2005-ci 
ilin martında Parisdə YUNESKO-nun qərargahında, xoşməramlı  səfirlərin illik 
toplantısında "Qarabağ xanəndələri" albomunun təqdimatı olmuşdur. 
"Muğam-Dəstgah" layihəsindən məqsəd muğam-dəstgahların 
konsertlərdən birbaşa yazıya alınması  və  gələcək nəsillər üçün qorunub 
saxlanmasından ibarətdir. "Muğam Ensiklopediyası" layihəsi çərçivəsində 
Azərbaycan muğamına həsr olunmuş "Muğam Ensiklopediyası"nın nəşri həm 
elektron, həm də kitab variantlarında həyata keçirilir. "Muğam-İnternet" 
layihəsindən məqsəd internetdə muğamla bağlı audio və video materialları 
özündə ehtiva edən muğam-portal yaratmaqdır. "Muğam dünyası" layihəsinə 
əsasən simpoziumlar və muğam sənəti ilə bağlı beynəlxalq konfranslar, müxtəlif 
festival və yarışmalar keçirilir. "Muğam-Antologiya" layihəsi çərçivəsində isə 
muğamla bağlı zəngin nəzəri musiqi irsinin qiymətli nümunələrindən Səfiəddin 
Urməvinin, Fəthullah Şirvaninin və digər görkəmli müəlliflərin əsərləri işıq üzü 
görmüşdür. 
Beynəlxalq Muğam Mərkəzinin yaradılması. Fondun təşəbbüsü ilə 
YUNESKO Azərbaycan muğamını  bəşəriyyətin  şifahi və qeyri-maddi irsinin 
şah  əsərləri siyahısına daxil etmişdir. Azərbaycan və dünya musiqisinin incisi 
olan muğamların qorunub saxlanması  və inkişafı, dünyada yayılması  və 
beynəlxalq muğam tədbirlərinin keçirilməsi məqsədi ilə Bakıda Beynəlxalq 
Muğam Mərkəzi inşa edilir. 
  


Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
44 
 
      "Televiziya muğam müsabiqəsi-2005"in keçirilməsi. Dahi bəstəkar 
Üzeyir Hacıbəyovun anadan olmasının 120 illiyi münasibətilə bir il davam edən 
muğam telemüsabiqəsi keçirilmiş, Heydər  Əliyev adına Sarayda müsabiqə 
iştirakçılarının və muğam ustadlarının konserti təşkil edilmişdir. 
Cavad xanın məqbərəsinin inşası. Fondun dəstəyi ilə Gəncənin sonuncu 
xanı Cavad xanın qəbri üzərində gözəl məqbərə tikilmişdir. Bu layihə  Gəncə 
sakinlərinin müraciətlərinə cavab olaraq həyata keçirilmişdir. 
Comərd Qəssab məzarının və məzarüstü türbəsinin bərpası. VII əsrdən 
Gəncədə öz xeyirxahlığı ilə  məşhur olan Comərd Qəssabın məzarında və 
məzarüstü türbəsində bərpa işləri aparılmış, ətraf ərazi abadlaşdırılmışdır. 
Abdulla  Şaiqin ev-muzeyinin bərpası. Görkəmli yazıçı  və pedaqoq 
Abdulla  Şaiqin ev-muzeyində  əsaslı  təmir-bərpa işləri aparılmış  və muzey 
yenidən fəaliyyətini davam etdirmişdir. 
Mərdəkan qəsəbəsində kütləvi kitabxana üçün müasir bina tikilmiş, 
kitab fondu zənginləşdirilmiş, kompyuter avadanlığı ilə təchiz edilmişdir. 
M.Əzizbəyov adına mədəniyyət evinin yenidən qurulmasına 
başlanılmışdır. Burada 600 yerlik konsert salonunun istifadəyə verilməsi rayon 
miqyaslı tədbirlərin keçirilməsinə imkan yaradacaqdır. 
Fransanın Versal sarayında heykəllərin bərpası. 1674-cü ildə bu 
sarayda yaradılmış muzey dünya mədəni irs siyahısına salınmışdır. Fond 
tərəfindən açıq səma altındakı iki nadir heykəlin bərpası işləri həyata keçirilir. 
Gürcüstanda abidələrin bərpası. Vaxtilə Tbilisi şəhərində yaşayıb-
yaratmış görkəmli Azərbaycan şəxsiyyətləri Mirzə Şəfi Vazehin və Mirzə Fətəli 
Axundovun, habelə  Fətəli xan Xoyskinin, digər tanınmış simaların qəbirüstü 
abidələrinin yenidən qurulması və xiyabanın yaradılması işlərinə başlanmışdır. 
Pir Həsən ziyarətgahının yenidən qurulması. XVI əsrə aid Pir Həsən 
ziyarətgahında dəfn edilmiş böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin, 
onun özünə böyük ustad-müəllim hesab etdiyi Turab ağanın və Hacı 
Zeynalabdinin qızı Sara xanımın məzarları bərpa olunmuş, ətraf abadlaşdırılmış 
və xiyaban salınmışdır. 
Möhsün Səlim məscidinin yenidən qurulması.  Məscidin qəza 
vəziyyətində olması barədə Binə  qəsəbəsi ağsaqqallarının müraciətindən sonra 
bina memarlıq 
  


Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
45 
 
üslubu qorunub saxlanılmaqla əsaslı təmir edilmişdir. 
Heydər  Əliyev Fondunun dəstəyi ilə Moskvada, Rusiya Federasiyası 
hökuməti yanında Maliyyə Akademiyasında "Beynəlmiləl dostluq klubu", 
Moskva Dövlət Beynəlxalq Münasibətlər  İnstitutunun (MDBMİ) Azərbaycan 
gəncləri klubu, Rusiyadakı Azərbaycanlı  Gənclərin  Əlaqələndirmə  Şurası 
tərəfindən ardıcıl təşkil edilən Azərbaycan mədəniyyəti günləri Rusiya 
ictimaiyyətinin ölkəmizin zəngin mədəniyyəti, qədim  ənənələri, incəsənəti və 
milli mətbəxi ilə tanışlığına imkan yaradır. MDBMİ-nin gənclər hərəkatının 
lideri Leyla Əliyevanın rəhbərliyi ilə  həyata keçirilən belə  tədbirlər iki ölkə 
arasında münasibətlərin daha da yaxşılaşmasına xidmət edir. 
YUNESKO ilə  əməkdaşlıq çərçivəsində fondun dəstəyi ilə Bakıda və 
Parisdə dahi bəstəkar Üzeyir Hacıbəyovun 120 illik yubileyi keçirilmişdir. 
Parisdə YUNESKO çərçivəsində görkəmli kimyaçı alim, akademik Yusif 
Məmmədəliyevin 100 illiyi qeyd olunmuş, YUNESKO-nun 60 illiyi 
münasibətilə Azərbaycan mədəniyyəti günləri keçirilmişdir. 
Dünya  şöhrətli musiqiçilər Mstislav Rostropoviç və xanımı Qalina 
Vişnevskayanın 50 illik birgə  fəaliyyətinə  həsr edilmiş albom və disklər 
hazırlanmışdır. Mstislav Rostropoviçin, məşhur bəstəkar Dmitri Şostakoviçin
görkəmli vokal ustası Bülbülün yubileyinə həsr olunmuş beynəlxalq festivallar 
keçirilmişdir. 
2006-cı ilin oktyabrında YUNESKO-da Azərbaycan günləri keçirilərkən 
YUNESKO-nun baş direktoru Koişiro Matsuura çıxışına belə bir fikirlə başladı 
ki, bu gün burada məndən  əvvəl Azərbaycan Respublikasının birinci xanımı 
ingilis dilində mətndən istifadə etmədən elə çıxış etdi ki, onun nümunəsini bir də 
təkrar etmək qeyri-mümkündür. Bu il aprelin 3-də Parisdə YUNESKO-nun əsas 
iqamətgahında qurumun xoşməramlı  səfirlərinin  ənənəvi illik hesabat 
yığıncağında isə K.Matsuura demişdir: "Mehriban xanım  Əliyevanın fəaliyyəti 
sayəsində Azərbaycanla YUNESKO arasında sıx əməkdaşlıq yaranmışdır". 
Qeyd etmək lazımdır ki, bu tədbir çərçivəsində Azərbaycanın birinci 
xanımının Fransa Senatının və Milli Assambleyasının sədrləri, Litva prezidenti, 
İordaniya kraliçası  və digər yüksək səlahiyyətli  şəxslərlə görüşləri Mehriban 
xanımın artıq ölkə xaricindən kənarda da kifayət qədər ciddi qəbul edilən 
şəxsiyyətinə, beynəlxalq  əhəmiyyətli ictimai fəaliyyətinə verilən yüksək 
qiymətin 
  


Yüklə 2,09 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə