Microsoft Word Humanizm M.?liyeva Автосохраненный doc



Yüklə 2,09 Kb.
Pdf görüntüsü
səhifə3/55
tarix26.09.2017
ölçüsü2,09 Kb.
#2112
1   2   3   4   5   6   7   8   9   ...   55

Humanizm və xeyirxahlıq missiyası
___________________________________________

 
işlərin görülməsi, ilk növbədə, həqiqi vətənpərvərlikdən irəli gəlir. Yalnız 
səmimi vətənpərvərlik hissi, vətən sevgisindən qaynaqlanan təmənnasız, pak 
hisslər insanı olduqca çətin, lakin xalqın və dövlətin gələcəyi baxımından 
müstəsna  əhəmiyyətli işləri həyata keçirməyə sövq edə bilər. Bu baxımdan 
Heydər  Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı  səfiri, Milli 
Məclisin deputatı Mehriban xanım  Əliyevanın elm və  təhsilin tərəqqisinə 
əlahiddə münasibəti onun fəal vətəndaşlıq mövqeyində dayanmasının, nümunəvi 
vətənpərvərliyinin əyani ifadəsidir. Azərbaycanın birinci xanımı ulu öndərimizin 
əsasını qoyduğu, Prezident İlham  Əliyevin isə layiqincə davam etdirdiyi 
konseptual təhsil strategiyasının həyata keçirilməsinə öz töhfəsini verir. Məhz 
onun müəyyənləşdirdiyi prioritetlərin nəticəsi kimi Heydər  Əliyev Fondu 
yarandığı gündən ölkəmizin elmi, ictimai, mədəni və humanitar həyatında öz 
sözünü deyir. 
Fondun diqqət yetirdiyi sahələr cəmiyyətin olduqca həssas qütbləridir və bu 
qütblərin mərkəzində milli genofondun inkişafı, xalqımızın minilliklərdən 
keçirib bugünə çatdırdığı  mədəni-estetik dəyərlər sistemi dayanır. Fond, 
həmçinin, səhiyyə, ekologiya, idman və sosial problemlərlə bağlı müxtəlif 
layihələr hazırlayaraq səylə icra edir. Qurumun müxtəlif layihələrini birləşdirən 
ortaq nöqtə isə  məhz milli genofondun qorunmasıdır. Bu ali mərama xidmət 
edən hər bir addım Heydər Əliyev Fondu üçün eyni səviyyədə prioritet mahiyyət 
daşıyır. 
Heydər  Əliyev Fondunun çoxsaylı  məqsədlərindən biri də Azərbaycan 
mədəniyyətinin dünyada geniş  təbliğidir. Son 10 ildə Azərbaycan 
Mədəniyyətinin Dostları Fondunun vasitəsilə bu istiqamətdə bir sıra uğurlu 
layihələr həyata keçirilmişdir. Azərbaycan milli musiqisinin incilərindən olan 
muğamın inkişafı  və  təbliği ilə bağlı ciddi addımlar atılmış, Heydər  Əliyev 
Fondunun prezidenti, YUNESKO-nun və  İSESKO-nun xoşməramlı  səfiri 
Mehriban xanım  Əliyevanın təşəbbüsü ilə görkəmli muğam ustaları  dəvət 
olunmaqla "dəyirmi masa" keçirilmiş, Bakı  şəhərində Beynəlxalq Muğam 
Mərkəzinin yaradılması  qərara alınmışdır. Muğam ustaları ilə mütəmadi 
görüşlərdən, məsləhətləşmələrdən sonra Beynəlxalq Muğam Mərkəzinin 
layihəsi tərtib edilmiş və Heydər Əliyev Fondunda onun təqdimatı keçirilmişdir. 
Bu mərkəz üçün münasib yer seçilmiş, Azərbaycan Prezidenti cənab İlham 
  


Humanizm və xeyirxahlıq missiyası
___________________________________________

 
Əliyevin və YUNESKO-nun Baş direktoru cənab Koişiro Matsuuranın iştirakı 
ilə binanın təməli qoyulmuşdur. 
Azərbaycan muğam sənətinin inkişafı  və qorunması istiqamətində atılan 
növbəti addımlardan biri də "Qarabağ xanəndələri" musiqi albomunun nəfis 
şəkildə buraxılması  və "Gülüstan" sarayında onun təqdimat mərasiminin 
keçirilməsidir. Tanınmış ifaçıların iştirakı ilə ardıcıl olaraq muğam axşamlarının 
təşkili də sənətsevərlər, milli musiqi həvəskarları tərəfindən dərin razılıq hissi ilə 
qarşılanır, bu ənənə yüksək dəyərləndirilir. Bütün bunlarla yanaşı, son illərdə 
Heydər Əliyev Fondunun köməyi ilə Azərbaycanın görkəmli yazıçı və pedaqoqu 
Abdulla  Şaiqin ev-muzeyində  təmir-bərpa işləri aparılmış  və  əsaslı  təmirdən 
sonra muzey yenidən fəaliyyətini davam etdirmişdir. Bakının  Əzizbəyov 
rayonundakı  Mərdəkan qəsəbəsində kütləvi kitabxanada yenidənqurma işləri 
aparılmış, Pir Həsən ziyarətgahının yenidən qurulması ilə bağlı  işlər başa 
çatmışdır. Heydər  Əliyev Fondunun dəstəyi və köməyi hesabına Gəncənin 
sonuncu xanı Cavad xanın qəbri üzərində türbə ucaldılmış, Həzrəti Zeynəb 
məscidində yenidənqurma işləri aparılmışdır. 
Heydər  Əliyev Fondunun prezidenti, YUNESKO-nun və  İSESKO-nun 
xoşməramlı  səfiri Mehriban xanım  Əliyevanın bu günlərdə BMT-nin 
Cenevrədəki ofisinin iqamətgahında "Azərbaycan otağı"nın təntənəli açılışında 
iştirakı da respublikamızın dünya miqyasında təbliği istiqamətində  həyata 
keçirilən uğurlu siyasətin tərkib hissəsidir. Tədbirdə məruzə edən Azərbaycanın 
birinci xanımı respublikamızın milli inkişaf yolundan və son illərdə qazandığı 
uğurlu nəticələrdən söz açmış, ölkə həqiqətləri barədə tədbir iştirakçılarına geniş 
məlumat vermişdir. "Bu otağı yaratmaqla biz vətənimizin kiçik bir hissəsini 
Millətlər sarayına gətirməyə, öz zəngin mədəni və tarixi irsimizi, eləcə  də 
ənənəvi incəsənətimizi nümayiş etdirməyə çalışdıq. Qədim vaxtlardan 
Azərbaycan Qərblə  Şərqi nəinki coğrafi, həm də  mənəvi baxımdan 
birləşdirmişdir. Yüksək dərəcədə dözümlülük, ümumbəşəri dəyərləri milli 
dəyərlərlə uzlaşdırmaq qabiliyyəti, mədəni və dini müxtəlifliyə hörmət - bütün 
bunlar Azərbaycan xalqının  əsrlər boyu formalaşmış xasiyyətini təşkil edir", -
deyə Mehriban xanım Əliyeva bildirmişdir. 
Ermənistanın işğalı  nəticəsində tarixi torpaqlarından didərgin düşmüş 
qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə yardım göstərilməsi 
  


Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
10 
 
də Heydər  Əliyev Fondunun əsas fəaliyyət istiqamətlərindən biridir. Mehriban 
xanım  Əliyeva bu təbəqədən olan vətəndaşlarımızın problemlərini həssaslıqla 
duyur və imkan daxilində maddi və mənəvi yardımlarla onlara təsəlli verməyə 
çalışır. Azərbaycanın birinci xanımı xarici mətbuat orqanlarından birinə verdiyi 
müsahibə zamanı qaçqın və məcburi köçkünlərimizin ağır vəziyyətindən söhbət 
açmış, onların mənəvi köməyə  və  həyanlığa ehtiyacının olduğunu 
vurğulamışdır: "EMən inanıram ki, həqiqət zəfər çalacaq və Azərbaycan öz ərazi 
bütövlüyünü bərpa edəcəkdir. Dağlıq Qarabağ münaqişəsi ilk növbədə 
görünməmiş humanitar fəlakətdir. Bir milyon qaçqın-köçkünün hər birinin öz 
şəxsi faciəsi var... Bəli, biz bu gün Azərbaycan dövlətinin və Azərbaycan 
cəmiyyətinin imkanı çatan hər  şeyi edirik. Neft Fondundan ilk vəsait məhz 
qaçqın-köçkünlər üçün şəhərciklərin tikintisinə və onların çadır düşərgələrindən 
köçürülməsinə  xərclənmişdir. Onlarla ünsiyyət zamanı bu insanların hədsiz 
dözümlülüyü və elə bir o qədər də  hədsiz inamı adamı heyrətə  gətirir. Onlar 
ədalətin zəfər çalacağına, işğal olunmuş torpaqların azad ediləcəyinə və yenidən 
ev-eşik sahibi olacaqlarına inanırlar". 
Heydər  Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı  səfiri, 
Milli Məclisin deputatı Mehriban xanım  Əliyevanın ulu öndərimiz Heydər 
Əliyevin anadan olmasının 84-cü ildönümü münasibətilə amnistiya təşəbbüsü ilə 
çıxış etməsi də  səmimiyyətə söykənən xeyirxahlığın növbəti təcəssümüdür. 
Yekdilliklə  qəbul olunan bu amnistiya aktı bir daha Heydər  Əliyev Fondunun 
insanpərvərlik, humanizm və  ədalət kimi ali dəyərlərə sadiqliyini, insan və 
vətəndaş hüquq və azadlıqlarına həssas münasibətini  əks etdirir. Xüsusi 
vurğulamağa ehtiyac yoxdur ki, məhz ulu öndərimizin 1993-cü ildə xalqın 
təkidli tələbi və arzusu ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanda insan 
hüquq və azadlıqlarının təminatında ciddi dönüş yaranmış, mütərəqqi məhkəmə-
hüquq islahatları aparılmış, penitensiar xidmətin səviyyəsi ildən-ilə 
yüksəldilmişdir. Ölüm hökmünün tətbiqinə moratorium qoyulmuş, 1995-ci ildə 
Əfvetmə komissiyası  fəaliyyətə başlamış, islah olunaraq azad cəmiyyətə 
qovuşmaq istəyən məhkumların bağışlanması müsbət  ənənəyə çevrilmişdir. 
1998-ci ilin 10 fevralında Azərbaycanda ölüm hökmü cəzasının birdəfəlik ləğvi 
də  məhz ulu öndərimizin yüksək humanizm və  mərhəmətinin nəticəsində 
mümkün olmuşdur. 
İnsan hüquqlarına, şəxsiyyət azadlığına humanist münasibətin formalaşdığı 
  


Yüklə 2,09 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə