Microsoft Word Humanizm M.?liyeva Автосохраненный doc



Yüklə 2,09 Kb.
Pdf görüntüsü
səhifə5/55
tarix26.09.2017
ölçüsü2,09 Kb.
#2112
1   2   3   4   5   6   7   8   9   ...   55

Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
14 
 
XOŞMƏRAMLI SƏFİR MEHRİBAN XANIM ƏLİYEVA 
YUNESKO TRİBUNASINDAN AZƏRBAYCANIN 
HAQQ SƏSİNİ DÜNYAYA ÇATDIRIR 
 
Artıq bir neçə müddətdir ki, Azərbaycanda cəmiyyətin istifadə etdiyi 
mədəni və siyasi anlamlar çərçivəsinə  mənası ilə tamamilə yeni, əvvəllər 
rastlaşmadığımız bir ifadə daxil olmuşdur: YUNESKO-nun xoşməramlı  səfiri. 
Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın ölkəmizdə apardığı ictimai 
fəaliyyətin beynəlxalq miqyasda qiymətləndirilməsi nəticəsində verilmiş bu 
statusun  şərəf və nüfuz çəkisini müəyyənləşdirmək üçün, zənnimcə, 
YUNESKO-nun daha bir neçə xoşməramlı səfirinin adlarını çəkmək kifayətdir: 
dünya  şöhrətli musiqiçilər Monserrat Kabalye, Mstislav Rostropoviç, fransız 
kosmonavtı Patrik Bodri, İordaniya  şahzadəsi Firyal, məşhur afrikalı alim 
Modibo Diarra, Türkiyə Böyük Millət Məclisinin deputatı, tanınmış musiqiçi və 
bəstəkar Ömər Zülfi Livanelli, tanınmış fransız musiqiçisi Jan Mişel Jar, 
ispaniyalı  səyahətçi-alim Kitin Minyos, Fransanın nəhəng "L'Oreal" şirkətinin 
baş direktorunun xanımı Kristina Ouen-Cons, iş adamı  Şeyx Həsən  Şakir, 
Rusiyanın tanınmış rəssamı Zurab Sereteli, Latın Amerikasının təmsilçisi xanım 
Mariya de Lurdes Exidiyo Villela. İngiliscə qudvil ("goodwill") kimi səslənən 
bu sözün məna çalarları çoxdur. Belə ki, iqtisadiyyatda, siyasətdə, mədəniyyət 
və elmdə, ictimai həyatda hər sahənin məzmununa uyğun işlədilir. Lakin onun 
bir dəyişməz mənası var: mövcudluğu ilə insanlarda etibar, inam oyadan xoş 
məram, xoş niyyət. Bu sözün arxasında narahat, ziddiyyətli dünyanın insanlarını 
mənən yaxşılaşdırmaq, gözəlləşdirmək,  əsrlərin miras qoyduğu mənəvi və 
mədəni sərvətləri bu gün də yaşatmaq amalı durur. YUNESKO-nun xoşməramlı 
səfirləri ailəsində artıq öz yerini tutmuş Mehriban xanım Əliyevanın Vətənimiz 
üçün gördüyü işlərin mahiyyəti, bəlkə də, hələ tam dərk edilmir. Lakin tarixdə 
elə hadisələr olur ki, onların tarixi dəyəri təkcə  gələcək nəsillərə ünvanlanmır, 
əksinə, elə ilk gündən müəyyənləşir. Azərbaycanın tarixində ilk xoşməramlı 
səfir Mehriban  


Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
15 
 
xanım  Əliyevanın Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti 
kimi çoxşaxəli və çoxillik fəaliyyəti məhz bu tarixi dəyərə malikdir. Martın 
əvvəllərində Parisdə YUNESKO-nun xoşməramlı səfirlərinin illik toplantısında 
müxtəlif məsələlər  ətrafında müzakirələr aparıldı. Açılış  mərasimində 
YUNESKO-nun baş direktoru cənab Koiçiro Matsuura, YUNESKO-nun baş 
konfransının sədri Zati-aliləri cənab Mişel Abiola Omovela çıxış etdilər. 
Tədbirlərdə YUNESKO-nun təbii fəlakətlərə qarşı xəbərdarlıq, təhsil sahəsində 
əsas inkişaf istiqamətləri, hamı üçün təhsil, davamlı inkişaf və təhsil layihələri 
müzakirə edildi. YUNESKO-nun 60 illiyi ilə  əlaqədar məruzə dinlənildi, bu 
təşkilatın internet səhifəsi təqdim olundu. Məlumdur ki, dünyanın  ən iri 
beynəlxalq mədəni-humanitar təşkilatı kimi YUNESKO siyasi problemlərin 
müzakirəsi ilə məşğul olmur. O, siyasi müstəvidən, siyasət kürsüsündən bir növ 
uzaqdır. Lakin o da təkzibedilməz həqiqətdir ki, müasir, qloballaşan dünyada 
hər  şey siyasi gerçəkliklərə bağlıdır və çox zaman onların işığına boyanır.  İlk 
baxışda siyasətlə birbaşa əlaqəsi olmayan addımlar, təşəbbüslər isə bu siyasətə 
cüzi də olsa düzəliş etmək iqtidarında ola bilir. YUNESKO-nun məramı, iş 
prinsipləri sırf humanitar xarakterli, siyasət baxımından bitərəf bəyan edilsə də
onun Birləşmiş Millətlər Təşkilatının bir struktur bölməsi kimi real beynəlxalq 
siyasətdən təcrid edilməsini də düşünmək sadəlövhlük olardı. Dünya obyektiv 
olaraq mövcuddur və o, müharibələr, toqquşmalar, iqtisadi, siyasi və  mənəvi 
böhranlardan xali deyildir. Müharibələrdən əziyyət çəkən, müharibələr üzündən 
inkişaf və tərəqqi yolunda maneələrlə rastlaşan ölkələr sırasında Azərbaycan da 
var. Ərazisinin 20 faizi işğal olunan, bir milyona yaxın qaçqın-köçkünü mənən 
və maddi baxımdan yaşadan kiçik bir ölkənin birinci dərəcəli problemi də elə 
bunlardır. Erməni işğalına son qoymaq üçün ölkəmizin rəhbərliyi bütün siyasi 
səviyyələrdə intensiv iş aparır. Təbiidir ki, YUNESKO-nun ənənəsi, fəaliyyət 
istiqaməti və xarakteri ilə  əlaqədar olaraq Mehriban xanım öz çıxışında siyasi 
problemlərdən yan keçməli idi. Lakin Azərbaycanın birinci xanımı bu 
problemləri beynəlxalq təşkilatın məramına uyğun deyim və  təbliğat 
vasitələrindən istifadə etməklə bir daha nüfuzlu tədbirlərdə mədəniyyət layihəsi 
çərçivəsində qaldırdı. YUNESKO-nun xoşməramlı  səfirlərinin  ənənəvi illik 
iclası bir daha Azərbaycan, onun mədəniyyəti, dünyəvi  əhəmiyyətli  ənənələri 
haqda məlumat vermək üçün, informasiya məkanı kimi mühüm əhəmiyyətə 
malikdir. Müasir dünyamızda məhz informasiyanın  
  


Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
16 
 
təqdimi bəzən dövlətlərin real iqtisadi, maliyyə gücü qədər təsirli və  bəlkə  də, 
daha səmərəli olur. Təsadüfi deyil ki, çox zaman informasiya məkanında 
müxtəlif dövlətlərin maraqları "görüşür" və bu "görüşün" nəticələri siyasətdə də 
əks-səda doğurur. YUNESKO-nun iclas salonunda keçirilən toplantının birinci 
yarısına tanınmış fransız musiqiçisi, xoşməramlı  səfir Jan Mişel Jar sədrlik 
edirdi.  Əsas diqqət xoşməramlı  səfirlər arasında təcrübə mübadiləsinə  həsr 
olunmuş iclasda Mehriban xanım Əliyevanın təqdim etdiyi, müəllifi və rəhbəri 
olduğu "Azərbaycan muğamı" layihəsinin "Qarabağ xanəndələri" adlı tarixi, 
elmi, mədəni dəyərə malik ilk bölümü böyük maraqla qarşılandı. Artıq 
YUNESKO öz qərarı ilə Azərbaycan muğamını dünya mədəniyyətinin misilsiz 
dəyerlərə malik şifahi, mənəvi sərvətləri sırasına daxil etmişdir. Qarabağ muğam 
məktəbi, onun tanınmış nümayəndələri haqqında nəfis  şəkildə  tərtib olunmuş 
kitab və 24 xanəndənin ifasını canlandıran kompakt disklər də Azərbaycanın 
ayrılmaz parçası olan Qarabağın çoxəsrlik muğam tarixini əks etdirir. Bu disklər 
Qarabağ muğam sənətinin səslərdə yaşayan tarixini və müasir səviyyəsini əyani 
şəkildə nümayiş etdirir. "İnsanlara  əbədi həqiqətlər haqqında düşünmək və bir 
də  mənəvi rahatlıq tapmaq imkanı yaratmaq" qüdrətində olan muğam kimi 
misilsiz, dərin fəlsəfi mahiyyətli musiqi haqqında danışan Azərbaycanın 
xoşməramlı səfiri həm də mənəvi işğala məruz qalmış Vətənimizin haqq səsini 
çatdırdı. O, Azərbaycanın sadəcə bir ərazi parçası deyil, mədəniyyətimizin, 
mənəviyyatımızın ayrılmaz parçası olan Qarabağ haqqında onun öz avazı, 
nəfəsi, tarixdən gələn  ən obyektiv şahidləri və mühafizəçilərinin - musiqi 
səfirlərinin səsi ilə danışırdı. Mehriban xanım YUNESKO-nun açdığı imkanlar 
dairəsində yenə  də Azərbaycan reallıqlarını, mənəvi və  mədəni sərvətlərin 
tarixini, bugünkü potensialını yüksək, inandırıcı, cəlbedici, müasir səviyyədə 
təqdim etdi. YUNESKO-nun tarixində Azərbaycanın təmsil olunduğu müddətdə 
mədəniyyət və incəsənət ilə bağlı belə səviyyəli təqdimat ilk dəfə idi keçirilirdi. 
İclasda iştirak edən bütün qonaqlara "Qarabağ xanəndələri" albomu hədiyyə 
edildi. Rəsmi hissədən sonra qeyri-rəsmi görüşlərdə  də Azərbaycanın bu 
problemləri lazımi səviyyədə  təqdim olundu, onlar haqqında  ətraflı söhbət 
edildi. Ənənəyə uyğun olaraq, Azərbaycanın birinci xanımı və YUNESKO-nun 
xoşməramlı  səfiri Mehriban xanım  Əliyeva baş direktoru və digər xoşməramlı 
səfirləri nahara dəvət etdi. Bu münasibətlə verilən konsertdə müasir Azərbaycan 
musiqi mədəniyyətinin parlaq nümayəndə 
  
  
 
  
 
  
 


Yüklə 2,09 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə