Microsoft Word Humanizm M.?liyeva Автосохраненный doc



Yüklə 2,09 Kb.
Pdf görüntüsü
səhifə55/55
tarix26.09.2017
ölçüsü2,09 Kb.
#2112
1   ...   47   48   49   50   51   52   53   54   55

Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
171 
 
Bakıda həmçinin "YUNESKO-Azərbaycan: gələcəyə körpü" mövzusunda ikinci 
konfrans keçirilmiş, milli təhsilimizin inkişafı ilə bağlı mühüm müzakirələr 
aparılmışdır. Xatırladaq ki, təhsil sahəsində Azərbaycanla YUNESKO arasında 
bir neçə istiqamətdə  əməkdaşlıq  əlaqələri qurulmuşdur. Bu əlaqələr  əsasən, 
"Təhsil hamı üçün" proqramını, "Assosiativ məktəblər", texniki-peşə sahəsində 
əməkdaşlıq, inkluziv təhsil layihəsi, ali məktəblərdə YUNESKO kafedralarının 
yaradılması  və digər sahələri  əhatə edir. Təhsilin məzmunca yeniləşməsi, 
məktəblərdə informasiya texnologiyalarının geniş  tətbiqi və digər bu kimi 
planlar da əməkdaşlığın çərçivəsinə daxil olan məsələlərdəndir. Təhsillə bağlı 
hələ 2004-cü ilin avqustunda keçirilən konfrans isə əsas etibarilə bu istiqamətdə 
səylərin koordinasiyası,  əlaqələrin yeni mərhələsinin başlıca istiqamətlərinin 
müəyyənləndirilməsi baxımından əhəmiyyətli olmuşdur. Konfransdakı çıxışında 
Azərbaycan milli təhsilindəki problemlər barədə söhbət açan YUNESKO-nun 
xoşməramlı  səfiri Mehriban Əliyeva indiyə  qədər həyata keçirilmiş islahatlar 
barədə konfrans iştirakçılarını  məlumatlandırmışdır. Və  ən  əsas məqam kimi 
Ermənistanm Azərbaycana qarşı  təcavüzünün milli təhsilimiz qarşısında 
yaratdığı problemləri həm YUNESKO-nun baş direktorunun, həm də 
nümayəndə heyəti üzvlərinin nəzərinə çatdırmışdır. 
İndiyə  qədər YUNESKO-nun baş direktorunun rəhbərliyi ilə bu qurumun 
çoxsaylı  məsul işçiləri və ekspertləri Azərbaycanda olaraq məcburi köçkün və 
qaçqın ailələrində yaşayan uşaqların təhsil problemləri ilə bağlı müxtəlif 
layihələr işləyib hazırlamışlar. YUNESKO kimi böyük imkanlara malik nüfuzlu 
beynəlxalq təşkilatın diqqətinin ölkəmizin təhsil problemlərinə  cəlb edilməsi, 
dünyanın bir sıra dövlətlərinə xas xarakterik problemlərin həlli üçün 
düşünülmüş pilot layihələrin sınaqdan keçirilmə  məkanı kimi məhz 
Azərbaycanın seçilməsi, YUNESKO ilə  əməkdaşlıq  şəraitində keçirilən birgə 
tədbirlər yaxm gələcəkdə bu əlaqələrin daha da intensiv xarakter almasına geniş 
imkanlar yaradır. Mehriban xanım  Əliyevanın Azərbaycan təhsilinin inkişafı, 
yeni nəslin təlim-tərbiyəsinin yüksək səviyyədə qurulması, gələcəyimiz üçün 
layiqli vətəndaşların, peşəkar kadrların hazırlanması yönündə atdığı addımlar 
onun əsil vətəndaş mövqeyinin parlaq ifadəsidir. 
Azərbaycan Mədəniyyətinin Dostları Fonduna rəhbərlik edən Mehriban 
xanım  Əliyevanın təşəbbüsü ilə 1996-cı ildən Azərbaycan, ingilis və rus 
dillərində 
  


Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
172 
 
çap olunan "Azərbaycan-irs" jurnalının səhifələrində milli musiqimizin, 
mədəniyyətimizin, tarixi-milli irsimizin qorunub saxlanılması  və  gələcək 
nəsillərə ötürülməsi vacibliyi ilə bağlı çoxsaylı  məqalələr işıq üzü görmüşdür. 
Azərbaycanın mədəniyyəti və incəsənəti ilə bağlı ən aktual problemlərin, böyük 
məzmun yükünə malik materialların dərc edildiyi "Azərbaycan-irs" jurnalı ölkə 
həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması  və  təbliği işinə  də böyük 
dəstək olmuşdur. Heydər Əliyev Fondunun fəaliyyətə başlaması bu işlərin daha 
qlobal miqyasda, həm də sistemli və ardıcıl surətdə həyata keçirilməsinə imkan 
yaratmışdır. 
2004-cü ildə Heydər  Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın 
YUNESKO-nun xoşməramlı  səfiri seçilməsi ilə fondun milli irsin mühafizəsi, 
elm və mədəniyyətin inkişafı sahəsindəki fəaliyyəti bir qədər də genişlənmişdir. 
Azərbaycanın bir sıra görkəmli alimlərinin, yazıçı  və  bəstəkarların 
yubileylərinin keçirilməsi, "Kitabi-Dədə Qorqud" dastanının 1300 illiyinin 
beynəlxalq miqyasda qeyd olunması, YUNESKO-nun "Dünya irs siyahısı"na 
İçərişəhərin Şirvanşahlar Saray Kompleksi ilə birgə daxil edilməsi, bu siyahıya 
Qobustan Qoruq Muzeyinin və Atəşgahın da daxil olması üçün ilkin sənədlərin 
hazırlanması bu fəaliyyətin təqdirəlayiq məqamları kimi vurğulana bilər. 
Fondun prezidentinin şəxsi səyləri nəticəsində Azərbaycan xalqının milli sərvəti 
sayılan muğam həmin mötəbər təşkilatın vasitəsilə bəşəriyyətin şifahi və qeyri-
maddi irsinin şah əsərləri sırasına daxil edilmişdir. 
Mehriban xanım  Əliyevanın Azərbaycan muğamların öyrənilməsi və 
təbliği ilə bağlı  fəaliyyəti onun mənəvi dəyərlərə bağlılığının və yüksək 
vətənpərvərliyinin bariz göstəricisidir. "Qarabağ xanəndələri" adlı nəfis albomun 
buraxılması da Fondun ötən ilki uğurları sırasında qeyd oluna bilər. 
Heydər  Əliyev Fondu qısa müddətdə  mədəniyyət abidələrinin yenidən 
qurulması və reabilitasiyası sahəsində əməli tədbirlər həyata keçirmişdir. Gəncə 
şəhərində Cavadxan türbəsinin, Comərd Qəssab məqbərəsinin, Bakının Şüvəlan 
qəsəbəsində yerləşən Pirhəsən ziyarətgahının bərpasını, Abdulla Şaiqin ev-
muzeyinin təmiri bu qəbildən olan işlər sırasında xüsusi vurğulana bilər. Bundan 
başqa, Azərbaycan həqiqətlərinin müasir informasiya texnologiyalarının 
köməyilə dünya arenasına çıxarılması, bu məqsədlə internet resurslarının 
yaradılması da fondun diqqət mərkəzindədir. 2005-ci ildə  həcminə  və 
keyfiyyətinə görə  
 
  


Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
173 
 
ölkədə analoqu olmayan "Azərbaycan" informasiya portalının yaradılması 
xüsusilə  təqdirəlayiqdir. Layihənin reallaşmasına respublikanın aparıcı 
mütəxəssisləri də cəlb edilmiş, çoxsaylı arxivlərdən, kitabxanalardan və dövlət 
müəssisələrindən toplanmış  dəyərli materiallar, sənədli bilgilər burada əksini 
tapmışdır. "Qarabağ  həqiqətləri" kitabının 2006-cı ildə  nəfıs tərtibatla çapdan 
çıxması da fondun milli problemlərimizə necə böyük həssaslıqla yanaşdığını 
göstərir. YUNESKO-nun qeyri-maddi irs siyahısına aşıq sənətinin də daxil 
edilməsi yönündə  səylərin gücləndirilməsi, təşkilatın baş katibinin iştirakı ilə 
ötən ilin avqust ayında Bakıda Beynəlxalq Muğam mərkəzinin təməlinin 
qoyulması fondun fəaliyyətinin kifayət qədər geniş spektri əhatə etdiyini 
təsdiqləyir. 
Heydər Əliyev Fondunun ötən ilki fəaliyyətinin əsas istiqamətlərindən biri 
də Azərbaycan cəmiyyətinin müdafiəyə  ən çox ehtiyacı olan uşaq evlərinə  və 
internatlara yardım göstərilməsi ilə bağlıdır. Fond eyni zamanda səhiyyə 
sahəsində  də layihələr həyata keçirmişdir. Bu sırada "Diabetli uşaqlara  ən 
yüksək qayğı" və "Talassemiyasız həyat naminə" layihələri xüsusi qeyd 
olunmalıdır. Birinci layihə çərçivəsincə diabetli uşaqların problemlərinin həllinə 
həsr olunmuş konfrans keçirilmiş, 14 yaşınadək olan diabetli uşaqlara dərman 
preparatları paylanmışdır. 
Hazırda layihə üzrə  işlər davam etdirilir və fond uşaqlarımızın sağlamlığı 
üçün lazım olan hər bir şeyi onlara verir. Mehriban xanım xəstə, kimsəsiz 
uşaqlara qayğı missiyasını başqalarına da təlqin edir. Onun üçün önəmlisi budur 
ki, bu problemlərə indi heç kəs biganə deyil. Bir çox qurumlar, fərdlər fondla bu 
istiqamətdə əməkdaşlıq əlaqələri yaratmaqdadır. Təkcə keçən il Heydər Əliyev 
Fondunun dəstəyilə 500-dən çox soydaşımıza yardım göstərilməsi Mehriban 
Əliyevanın xeyirxah fəaliyyətinin nəticəsidir. 
Heydər  Əliyev Fondunun ümdə  məqsədlərindən biri də ulu öndərimizin 
zəngin irsinin, Vətən qarşısında misilsiz xidmətlərinin, milli dövlətçilik 
ideyalarının dərindən öyrənilməsi, təbliği, yeni nəsillərə çatdırılmasıdır. Bu 
məqsədlə fondda Heydər  Əliyevə  həsr edilmiş ekspozisiya hər il yeni 
eksponatlarla zənginləşdirilir. Belə davamlı  iş  gələcəkdə Heydər  Əliyev 
Fondunda ulu öndərin fəaliyyətinin bütün istiqamətlərini  əks etdirən 
materialların toplanıb mərkəzləşdirilməsinə imkan verəcək. Ölkəmizdə  təhsilin 
inkişafı,  əhalinin maarifləndirilməsi, Azərbaycan həqiqətlərinin dünyaya 
çatdırılması, türkçülük,  
  


Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
174 
 
azərbaycançılıq məfkurəsinin təbliği istiqamətində  də Heydər  Əliyev Fondu 
ardıcıl və məqsədyönlü fəaliyyət göstərir. 
Milli Məclisin deputatı Mehriban xanım  Əliyevanın həm də Milli 
Gimnastika Federasiyasının prezidenti kimi millətin mənəvi-fiziki sağlamlığının 
təmin olunması istiqamətindəki fəaliyyəti də  təqdirəlayiqdir. Qısa müddətdə 
Azərbaycanın bədii gimnastika idman növünün inkişafı istiqamətində atdığı 
addımlar, habelə 2006-cı ildə Bakıda bədii gimnastika üzrə Avropa 
çempionatının keçirilməsi onun bu sahədə də yaxşı təşkilatçı və qayğıkeş rəhbər 
olduğunu göstərir. 
Bütün bunlar deməyə  əsas verir ki, Heydər  Əliyev Fondununun son üç il 
yarımda həyata keçirdiyi çoxsaylı layihələri birləşdirən bir ortaq xətt var - 
humanizm, insanpərvərlik, mərhəmət! Fondun Prezidenti, YUNESKO-nun 
xoşməramlı  səfiri, Milli Məclisin deputatı Mehriban xanım  Əliyevanın 
amnistiya təşəbbüsü ilə çıxış etməsi deyilənləri bir daha təsdiqləyir. Ümıımmilli 
liderimiz Heydər Əliyevin anadan olmasının 84-cü ildönümü münasibətilə irəli 
sürülmüş bu nəcib və humanist təşəbbüs  əsasında gerçəkləşən amnistiya aktı 
minlərlə azərbaycanlı ailəsinə hədsiz sevinc və xoşbəxtlik gətirmişdir. 
Amnistiya təşəbbüsü Milli Məclisdə geniş müzakirə olunaraq təqdir 
edilmiş, deputat Mehriban xanım Əliyevanın yüksək humanizmi, insanpərvərliyi 
kimi dəyərləndirilmişdir. Bu, Azərbaycan parlament tarixində ilk dəfə olaraq 
Milli Məclisin deputatı  tərəfindən irəli sürülmüş  və geniş ictimai dəstək almış 
amnistiya aktı olmaqla, özlüyündə böyük mənəvi-əxlaqi və siyasi məzmun 
daşımışdır. Bir daha aydın olur ki, Heydər Əliyev Fondununun Prezidenti hər bir 
addımda ulu öndərimizin humanizmə  və insanpərvərliyə söykənən siyasətinə 
istinad edir. 
Bu gün Azərbaycan vətəndaşlarının ölkənin "birinci xanımı"nın fəaliyyətini 
rəğbət və  məmnunluq hissilə yaxından izləməsini də Mehriban Əliyevanın 
yüksək humanizmində  və qayğıkeşliyində axtarmaq lazım gəlir. Özünün də 
söylədiyi kimi, başqalarına yaxşılıq, mərhəmət ömrü boyu onun üçün ümdə 
anlayışlara, ən ülvi insani keyfiyyətlərə çevrilmiş, eyni zamanda, bu xoşməramlı 
fəaliyyətin kökündə səmimilik dayanmışdır. 
 
Sabir Hüseynov 


Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
175 
 
 
 
MÜNDƏRİCAT 
 
 
 
ƏLİ EYVAZOV, (ÖN SÖZ) MƏRHƏMƏT VƏ XEYİRXAHLIĞA SÖYKƏNƏN XOŞMƏRAMLI MİSSİYA……………………3 
NƏRGİZ PAŞAYEVA, XOŞMƏRAMLİ SƏFİR MEHRİBAN XANİM ƏLİYEVA YUNESKO 
TRİBUNASİNDAN AZƏRBAYCANİN HAQQ SƏSİNİ DÜNYAYA ÇATDİRİR………………………………………………...14 
HİCRAN HÜSEYNOVA, XOŞ MƏRAMLAR ELÇİSİ NƏCİB ƏMƏLLƏRİN DAVAMÇISI…………………………………….19 
SAMIİRƏ EYVAZOVA, MİLYONLARIN ÜMİD YERİ ………………………………………………………………………….22 
AZƏRBAYCANIN BİRİNCİ XANIMI MEHRİBAN ƏLİYEVAYA "QIZIL ÜRƏK" 
BEYNƏLXALQ MÜKAFATI TƏQDİM OLUNMUŞDUR…………………………………………………………………………28 
OLJAS SÜLEYMENOV, "MƏN AZƏRBAYCANA GÖRƏ QÜRUR HİSSİ KEÇİRİRƏM..."……………………………………31 
HEYDƏR ƏLİYEV FONDUNUN PREZİDENTİ, YUNESKO-NUN  XOŞMƏRAMLI SƏFİRİ 
MEHRİBAN ƏLİYEVA "YAQUT XAÇ" ORDENİNƏ LAYİQ GÖRÜLMÜŞDÜR ………………………………………………32 
AZƏRBAYCANIN BİRİNCİ XANIMI, HEYDƏR ƏLİYEV  FONDUNUN PREZİDENTİ, YUNESKO VƏ  
İSESKO-NUN XOŞMƏRAMLI SƏFİRİ, MİLLİ MƏCLİSİN DEPUTATI MEHRİBAN XANIM ƏLİYEVA  
DST-NİN  YÜKSƏK MÜKAFATINA LAYİQ GÖRÜLMÜŞDÜR…………………………………………………………………33 
İLHAM ƏLİYEVİN, MEHRİBAN XANIM ƏLİYEVANIN  QƏDRİNİ BİLİN, ONLAR ÖLKƏNİZ 
ÜÇÜN   ÇOX İŞ GÖRÜRLƏR………………………………………………………………………………………………………..34 
HACI  NƏRİMANOĞLU, XOŞMƏRAMLI, XOŞNİYYƏTLİ………………………………………………………………………39 
RƏŞAD CƏFƏRLİ, İNSANPƏRVƏRLİK HEYDƏR ƏLİYEV FONDUNUN 
ƏSAS MƏRAMLARINDAN BİRİDİR……………………………………………………………………………………………….53 
HEYDƏR ƏLİYEV FONDUNDA RUSİYANIN "PUŞKİN KİTABXANASI" FONDUNDAN 
KİTABLARIN HƏDİYYƏ EDİLMƏSİ MƏRASİMİ………………………………………………………………………………..56 
ƏNVƏR  MƏŞƏDİYEV, QIZIL ÜRƏKLİ İNSAN…………………………………………………………………………………..69 
XALİD  NİYAZOV, XALQA VƏ DÖVLƏTƏ TƏMƏNNASIZ XİDMƏT ÖRNƏYİ……………………………………………..74 
RÜSTƏM MIKAYILOV,ŞƏRƏFLİ MİSSİYA…………………………………………………………………………………….89 
HEYDƏR ƏLİYEV FONDUNDA "YENİLƏŞƏN~ÄZƏRBAYCANA YENİ MƏKTƏB" PROQRAMININ  
İKİNCİ MƏRHƏLƏSİNİN TƏQDİMATINA HƏSR OLUNMUŞ "DƏYİRMİ MASA" 
KEÇİRİLMİŞDİR……………………………………………………………………………………………………………………..92 
HEYDƏR ƏLİYEV FONDUNUN PREZİDENTİ, YUNESKO-NUN VƏ İSESCO-NUN XOŞMƏRAMLI 
SƏFİRİ, MİLLİ MƏCLİSİN DEPUTATI MEHRİBAN ƏLİYEVANIN FRANSAYA SƏFƏRİ………………………………….105 
MEHRİBAN ƏLİYEVA: «MƏN ƏSAS DİQQƏTİMİ TƏHSİL VƏ SƏHİYYƏ SAHƏSİNƏ YÖNƏLDƏCƏM»……………….113 
HEYDƏR ƏLİYEV FONDUNUN PREZİDENTİ, YUNESKO-NUN XOŞMƏRAMLI SƏFİRİ, MİLLİ MƏCLİSİN  
DEPUTATI MEHRİBAN ƏLİYEVANIN ƏZİZBƏYOV RAYONU 
İCTİMAİYYƏTİ İLƏ GÖRÜŞÜ…………………………………………………………………………………………………….119 
AZƏRBAYCAN RESPUBLİKASININ BİRİNCİ XANIMI MEHRİBAN ƏLİYEVANIN 
ABŞ-A İŞGÜZAR SƏFƏRİ………………………………………………………………………………………………………….123 
PARİSDƏ YUNESKO-NUN XOŞMƏRAMLI SƏFİRLƏRİNİN İLLİK HESABAT 
YIĞINCAĞI KEÇİRİLMİŞDİR……………………………………………………………………………………………………..137 
AZƏRBAYCANIN BİRİNCİ XANIMI MEHRİBAN ƏLİYEVA BİRLƏŞMİŞ MİLLƏTLƏR TƏŞKİLATININ  
CENEVRƏDƏKİ BÖLMƏSİNİN BAŞ DİREKTORU SERGEY 
ORCONİKİDZE İLƏ GÖRÜŞMÜŞDÜR…………………………………………………………………………………………...141 
HEYDƏR ƏLİYEV FONDUNUN PREZİDENTİ, YUNESKO-NUN VƏ İSESKO-NUN XOŞMƏRAMLI  
SƏFİRİ, MİLLİ MƏCLİSİN DEPUTATI 
MEHRİBAN ƏLİYEVANIN QƏTƏRƏ SƏFƏRİ………………………………………………………………………………….147 
AZƏRBAYCANIN BİRİNCİ XANİMI MEHRİBAN ƏLİYEVA SABUNÇU VƏ 
ƏZİZBGYOV RAYONLARINDA BİR SIRA OBYEKTLƏRİN AÇILIŞINDA İŞTİRAK ETMİŞDİR…………………………..154 
HEYDƏR ƏLİYEV FONDUNDA "MUĞAM" JURNALININ İLK NÖMRƏSİNİN VƏ "MUĞAM-ANTOLOGİYA"  
LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ ÇAP OLUNMUŞ NƏŞRLƏRİN 
TOQDİMATI KEÇİRİLMİŞDİR.........................................................................................................................................................160 
HEYDƏR ƏLİYEV FONDUNUN TƏLİM-TƏDRİS MƏRKƏZİNİN AÇILIŞI OLMUŞDUR…………………………………...165 
SABİR HÜSEYNOV, HEYDƏR ƏLİYEV FONDUNUN PREZİDENTİ MEHRİBAN XANIM ƏLİYEVA ÖLKƏ 
VƏTƏNDAŞLARININ BÖYÜK RƏĞBƏT VƏ ETİMADINI QAZANMIŞDIR………………………………………………….169 
 
 


Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
176 
 
 
 
 


Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
177 
 
 


Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
178 
 
 


Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
179 
 
 
 


Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
180 
 
 


Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
181 
 
 
Buraxılışa məsul: Bəxtiyar Nəbiyev 


Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
182 
 


Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
183 
 


Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
184 
 
 


Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
185 
 
 


Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
186 
 
 


Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
187 
 
 


Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
188 
 
 
 
 


Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
189 
 
 
 
 


Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
190 
 
 
 


Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
191 
 
 
 
 


Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
192 
 
 
 
 
Redaktoru: Adil 
Şirin 
 
Kompüter dizayneri: Zahid Məmmədov  
Səhifələyici: Günay Seyidova  
Texniki redaktor: Rövşanə Hüseynova  
Montajçı: Rasim Hacıyev  
Operator çapçı: Elşad Hacıyev 
 
Yığılmağa verilmiş 07.07.2007.  
Çapa imzalanmış 23.09.2007.  
Şərti çap vərəqi 22. Sifariş Ns 514.  
Kağızformatı 60x84 1/8. Tiraj 500. 
____________________________________________________________ 
Kitab "Nurlan " nəşriyyat-poliqrafiya müəssisəsində  
hazır diapozitvlərdən çap olunmuşdur.  
Direktor: prof. N.B.Məmmədli  
E-mail: nurlan l959@yahoo.com 
Tel: 497-16-32; 850-311-41-89 
Ünvan: Bakı, İçərişəhər, 3-cü Maqomayev döngəsi 8/4. 
 

Yüklə 2,09 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə