Microsoft Word Humanizm M.?liyeva Автосохраненный doc



Yüklə 2,09 Kb.
Pdf görüntüsü
səhifə6/55
tarix26.09.2017
ölçüsü2,09 Kb.
#2112
1   2   3   4   5   6   7   8   9   ...   55

Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
17 
 
si, bəstəkar Firəngiz  Əlizadənin artıq dünyanı  fəth etmiş "Habilsayağı"  əsəri 
səsləndi.  Əsəri Firəngiz  Əlizadə  və tanınmış violonçelçi İvan Monigetti ifa 
etdilər. Muğam ənənəsinin qədim ruhunu, əsrlərin emosional-bədii energiyasını 
hifz edən musiqinin müasir, avanqard üslub vasitələri və estetikası ilə 
çulğalaşmış təcəssümü dinləyiciləri, sözün əsil mənasında, heyran etdi. Məşhur 
Azərbaycan kamança ustadı, bizim müasirimiz Habil Əliyevin çalğısından 
alınan təəssürat nəticəsində yazılmış kompozisiyanın adı da elə bu böyük el 
sənətkarının adından götürülmüşdür. Əsərin yaranması ideyası da vaxtilə Habil 
Əliyevin kamançada çaldığı muğamdan, onun ifa üslubundan heyrətlənən  İvan 
Monigettiyə  məxsusdur. Firəngiz  Əlizadənin Azərbaycan muğamının sanki 
tamamilə yeni çalarlarla boyanan, müasir ritmə  və deyim tərzinə köklənmiş 
musiqi toxumasında zərgər dəqiqliyi ilə  işlənmiş muğam pannosu bu sənətin 
həmişəyaşar potensialının nadir bir təzahürü idi. Elə bu görüş  əsnasında CNN 
xəbərlər proqramında Azərbaycanda "Monitor" jurnalının redaktoru Elmar 
Hüseynovun qətli ilə bağlı  xəbər yayıldı. Qonaqlar da bu xəbəri eşidib 
maraqlandılar. Hər bir insanın qətli, xüsusilə  də onun həyatına zorakılıqla son 
qoyulması faktı dəhşət doğurur. Jurnalistin qətlə yetirilməsi hadisəsi, əlbəttə ki, 
ölkəmizə qarşı müəyyən qüvvələr tərəfindən təzyiq vasitəsi kimi istifadə üçün 
zəmin yarada bilər. Bu faktı isə bilərəkdən siyasi amilə çevirmək cəhdi 
ölkəmizin sivil simasının qorunmasına yönəldilmiş  işlərə  və  fəaliyyətə mane 
olur. Vahid milli ideya - müstəqil Azərbaycan ideyası insan amilinin, fərdin 
qiymətləndirilməsi prinsiplərinə arxalanaraq, bütövlükdə  cəmiyyəti bir yüksək 
amal altında birləşdirməlidir.  Əlbəttə ki, bu ideya, bu amal və arzular qərəzli 
münasibətlərdən yüksəkdə olmalıdır. Konsertdən sonra nahar yeməyində 
Mehriban xanım qonaqlarına - YUNESKO-nun baş direktoru Koiçiro 
Matsuuraya, Mstislav Rastrapoviçə,  şahzadə Firyala, Ömər Zülfi Livanelliyə, 
Şeyx Həsən  Şakirə Azərbaycanın üzləşdiyi qaçqın-köçkün problemi haqqında 
artıq qeyri-formal şəraitdə  məlumat verdi. Naharda iştirak edən bu sətirlərin 
müəllifi təəssüf doğuran bir faktla qarşılaşdı. Onların çoxu Azorbaycanın bu 
faciəvi reallıqları barədə heç nə bilmirdilər. Mehriban xanımın qaçqın-
köçkünlərin ağır şəraitdə çadır şəhərciklərində yaşamaları, xüsusilə də uşaqların 
bundan çox əziyyət çəkmələri, çətin  şəraitdə  təhsil aldıqları barədə söhbətini 
diqqətlə dinləyirdilər. Mstislav Rostropoviç də onun sözlərini təsdiqləyərək, 
bütün bunları öz gözləri ilə gördüyünü bir daha qonaqlara çatdırdı.  
  


Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
18 
 
Mənim üçün bu, səfərimizin bəlkə  də  ən uğurlu məqamı idi. Çünki xaricdə, 
xüsusilə də Avropa ölkələrində hər hansı bir həqiqəti qəzet məlumatları və rəsmi 
təqdim süzgəcindən keçmiş quru faktlarla deyil, şəxsi münasibətlər, inam və 
səmimiyyət atmosferində aldıqda daha tez qavrayırlar. Mən görürdüm ki, onlar 
Azərbaycanın birinci xanımını, sadəcə, hörmət və nəzakət xatirinə dinləmir, ona 
inanırdılar. Onlar doğrudan da, eşitdiklərindən  şok vəziyyətinə düşdükləri, 
təsirləndikləri üçün Azərbaycan haqqında çox məlumat almaq istəyirdilər. 
Çoxları bu sətirləri oxuyanda düşünə bilər ki, işğal kimi qlobal problemi belə 
sadə vasitələrlə  nə  dərəcədə  həll etmək olar və yaxud ilk baxışda, bəlkə  də
kifayət qədər "təsirli siyasi gücü" olmayan belə sadə vasitələr nəyisə həll etmək 
iqtidarında deyildir. Lakin müasir tariximiz bəzən ilk baxışda sadə görünən 
vasitələrin də siyasi müstəvidə önəmli rol oynamasına dəlalət edən hadisələrlə 
doludur. Bəzən məhz mədəniyyət siyasətçilərdən bir addım öndə gedərək, 
onların gördüyü ağır işlərin xoşməramlı,  əlverişli fonunu yaradır. Hər bir 
ölkənin siyasi aurası mürəkkəb bir konstruksiyanı xatırladır. Bəzən bu 
konstruksiyanın ümumi planında xırda, ilk baxışda nəzərə çarpmayan, 
gözəgörünməz detallar onun bütövlüyünü, möhkəmliyini təmin edir. Müasir 
dünya nə  qədər praqmatik, maddiləşmiş olsa da, mənəvi dəyərlər aktuallığını 
itirmir, insan amili, şəxsi münasibətlər, mədəni-mənəvi  ənənələr böyük təsir 
gücünə malikdir. Tarix həmişə kiçik dövlətləri böyük sınaqlara çəkir. Bu 
sınaqlardan çıxmaq yollarında aparıcı amal, məram, vətəndaşlıq həmrəyliyi, 
milli və ümumbəşəri mənəvi dəyərlər, mədəni  ənənələrə sadiqlik və müasir 
dünya ilə ayaqlaşmaq, özünü qloballaşan dünyanın bənzərsiz bir hissəsi kimi 
dərk etməkdir. Tarix sübut edir ki, öz vətəndaşlarının qədrini bilən, onlarla fəxr 
edən, dünyada öz yerini milli siyasəti, iqtisadiyyatı, mədəniyyəti ilə 
müəyyənləşdirən ölkənin gələcəyi var. 
                
Nərgiz Paşayeva, 
                     BDU-nun prorektoru, 
filologiya elmləri doktoru, professor 
  


Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
19 
 
XOŞ MƏRAMLAR ELÇİSİ 
NƏCİB ƏMƏLLƏRİN DAVAMÇISI 
 
Azərbaycan cəmiyyətində qadınlar aparıcı mövqe tutmuşlar. Bu, bəlkə  də 
mentalitetimizdə qadına olan yüksək hörmət və ehtiramdan irəli gəlır. 
Demokratiya yolu ilə addımlayan Azərbaycanda qadınlar bütün sahələrdə uğurla 
fəaliyyət göstərirlər. Onlar rəhbərlik etdikləri təşkilatlarda yüksək fəallıq 
göstərir, ictimai-siyasi proseslərdə yaxından iştirak edirlər. Bütün bunlar 
həyatımızın daha da yaxşılaşdırılmasına xidmət etməklə, eyni zamanda onların 
özlərinə böyük nüfuz qazandırır. 
Ölkəmizin birinci xanımı Mehriban Əliyeva özünün keçdiyi ömür yolu və 
çoxşaxəli ictimai fəaliyyəti ilə yüksək ehtiram sahibi olmuşdur. Bu nüfuz, 
ehtiram bütün fəaliyyətini xalqına həsr etmiş  fədakar, vətənpərvər bir övladın, 
ləyaqətli vətəndaşın tam mənəvi haqqıdır. Elə insanlar var ki, öz varlıqları ilə 
elə-obaya şan-şöhrət gətirirlər. Nəsildən-nəslə keçən xeyirxahlıqları, nəciblikləri 
ilə doğulduqları torrağın, sahibi olduqları  vətənin  şərəfini uca tuturlar. Belə 
övladların həyatı xalqa həmişə qürur gətirir. 
Mehriban xanım  Əliyeva Azərbaycanın ictimai-siyasi həyatında xüsusi 
fəaliyyəti ilə seçilir. O, Heydər  Əliyev Fondunun prezidenti, Milli Məclisin 
deputatı, YUNESKO-nun xoşməramlı  səfiri, Azərbaycan Mədəniyyətinin 
Dostları Fondunun sədri, Azərbaycan Gimnastika Federasiyasının prezidenti, 
"Azərbaycan-İrs" yurnalının Baş redaktorudur. Bu qədər gərgin işlə  məşğul 
olmasına baxmayaraq, fəaliyyətinin  əsas hissəsini xalqımızın gələcəyi olan 
uşaqlara yönəldir. Qaçqın və məcburi köçkün ailələrinin övladlarına, yardıma və 
qayğıya ehtiyacı olan əlil və  xəstə  uşaqlara xüsusi diqqət yetirir, onların 
problemlərinin həllinə kömək göstərir. Xalqlar arasında mədəni əlaqələrin daha 
da genişləndirilməsi, Azərbaycan mədəniyyətinin dünyada tanınması üçün 
əlindən gələni edir. Ağır, gərgin, səmərəli fəaliyyəti sakit, rahat həyatdan üstün 
tutur, çünki canından artıq sevdiyi Azərbaycanın taleyinə laqeyd qala bilmir. 
  


Yüklə 2,09 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə