Microsoft Word Humanizm M.?liyeva Автосохраненный doc



Yüklə 2,09 Kb.
Pdf görüntüsü
səhifə7/55
tarix26.09.2017
ölçüsü2,09 Kb.
#2112
1   2   3   4   5   6   7   8   9   10   ...   55

Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
20 
 
Bunu özünün vətəndaşlıq borcu hesab edir. Mehriban xanım  Əliyeva xarici 
səfərləri zamanı da ilk növbədə  uşaqların taleyi və  uşaq müəssisələri ilə 
maraqlanır. Bu da onun qayğıkeş, gözəl ana olmasından irəli gəlir. 
Gözəllik, xeyirxahlıq, sədaqət kimi ülvi keyfiyyətləri təcəssüm etdirən 
Mehriban xanım  Əliyevanı, sözün əsl mənasında, böyük hərflə yazılan 
AZƏRBAYCAN QADINI adlandıra bilərik. 
Azərbaycan qadınlarının  ən gözəl xüsusiyyətlərini, mənəvi keyfiyyətlərini 
özündə birləşdirən Mehriban xanım iki böyük qadının - Zərifə  Əliyevanın və 
Aida  İmanquliyevanın zəngin mənəviyyatından bəhrələnərək istər  şəxsi 
həyatında, istərsə  də ictimai fəaliyyətində onların nəcib  əməllərini ləyaqətlə 
davam etdirir. Mehriban xanımın fəaliyyətinin bütün istiqamətlərinə  nəzər 
salsaq, bir daha onun xalqımızın milli sərvətlərinə, tarixinə, mədəniyyətinə, 
incəsənət xəzinəsinə  həssas münasibətinin  şahidi olarıq.  İllərdən bəri rəhbərlik 
etdiyi Azərbaycan Mədəniyyətinin Dostları Xeyriyyə Fondunun xətti ilə  təşkil 
etdiyi tədbirlər birbaşa mədəniyyətimizin, incəsənətimizin qorunub 
saxlanmasına və təbliğinə xidmət edir. 
Mehriban xanım  Əliyevanın rəhbərlik etdiyi "Azərbaycan-İrs" jurnalı 
Azərbaycan həqiqətlərinin dünyaya yayılması yolunda mühüm iş görür. Bu 
jurnalın materialları Azərbaycan mədəniyyətinin, yaşadığımız cəmiyyətin 
uğurlarını, problemlərini əks etdirir. 
Mehriban xanım Əliyevanın ölkəmiz üçün gördüyü işlər göz qabağındadır. 
Xüsusən, onun xeyriyyəçilik işləri, ehtiyacı olanlara qayğısı  cəmiyyətdə 
minnətdarlıqla qarşılanır. Heydər  Əliyev Fondu adından qaçqın və  məcburi 
köçkün ailələrinin uşaqları üçün Yeni il şənliyi təşkil etməsi, uşaq evlərinə 
qayğısı onun humanist bir insan olduğunu sübut edir. Mehriban xanım Əliyeva 
ümummilli liderimiz Heydər  Əliyev məktəbinin layiqli davamçısı kimi daim 
çalışır, resrublikamızda xeyriyyəçilik, mesenatlıq ideyalarının bərqərar 
edilməsində, Azərbaycan xalqının  şifahi,  ədəbi və musiqi irsinin qorunub 
saxlanılması, gənc nəslin təhsilinin inkişafı yolunda böyük zəhmət sərf edir. 
Heydər  Əliyev Fondunun təşəbbüsü ilə "Yeniləşən Azərbaycana yeni məktəb" 
layihəsi ölkəmizin bütün regionlarında uğurla həyata keçirilir. Gördüyü bütün bu 
işlərə görə ölkəmizin birinci xanımının fəaliyyəti təkcə Azərbaycanda deyil, 
xarici ölkələrdə də yüksək qiymətləndirilir. 
  


Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
21 
 
2004-cü ilin avqustunda Azərbaycan  şifahi xalq ədəbiyyatının və musiqi 
irsinin qorunub saxlanılması, inkişaf etdirilməsi sahəsindəki yorulmaz 
xidmətlərinə görə Mehriban xanım  Əliyeva YUNESKO-nun xoşməramlı  səfiri 
adına layiq görülüb. Elə həmin ilin dekabrında Milli Olimpiya Komitəsinin IV 
Baş Məclisində MOK İcraiyyə Komitəsinin üzvü seçilib. Rusiyanın "Yüzilliyin 
mesenatları" Beynəlxalq Xeyriyyə Fondunun "Yaqut xaç" ordenini ictimai, 
təhsil və  mədəniyyət müəssisələrinin dəstəklənməsinə sanballı töhfəsinə görə 
almışdır. Bu yaxınlarda isə Mehriban xanım  Əliyeva müsəlman dünyasının 
nüfuzlu təşkilatı olan İSESKO-nun xoşməramlı səfiri adına layiq görülmüşdür. 
Mehriban xanım öz şəxsiyyətində  və  fəaliyyətində  Şərq  ənənələrinin, habelə 
Qərb dəyərlərinin ahəngdar vəhdətinə nail ola bilmişdir. Bu isə Azərbaycan 
mədəniyyətinin  Şərq və Qərb sivilizasiyaları arasında körpü yaratmasının daha 
bir təsdiqidir. 
Mehriban xanım Əliyevanın həyata keçirdiyi böyük missiya Azərbaycanda 
qadın hüquqlarının yüksək səviyyədə  təmin edilməsinə sübut və bütün 
xanımlarımız üçün örnəkdir. Onun fəaliyyəti möhtərəm Prezident İlham 
Əliyevin həyata keçirdiyi siyasi xətti uğurla tamamlayır. Azərbaycanın birinci 
xanımı fədakarlığı, mədəniyyətimizə, tariximizə, adət-ənənələrimizə bağlılığı ilə 
qadınlarımızın haqq işinin önündə getməyə  və  ən böyük mükafat olan 
ümumxalq sevgisinə layiq olduğunu sübut edib. 
                
 Hicran Hüseynova, 
Ailə, Qadın və Uşaq Problemləri üzrə 
                    Dövlət Komitəsinin sədri 
     ("Azərbaycan" qəzeti, 02.12.2006) 
  


Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
22 
 
 
MİLYONLARIN ÜMİD YERİ 
 
Milli təfəkkürümüzdə  Vətən və Ana məfhumları  vəhdət təşkil edir. Yəni, 
Ana Vətən! Deməli, Azərbaycan  şüurunda Vətən də, Dövlət də, dövlətçilik 
vətən müqəddəratının qorunması üçün həyata keçirilən siyasət də ilk növbədə 
ana, qadın adının ucalığından başlayır. Tarixən Azərbaycan qadını özünü heç 
vaxt Vətən, Yurd uğrunda aparılan mübarizlərdən kənarda hiss etməyib. Lazım 
olan anda siyasi proseslərə qatılıb. Tarixin daş yaddaşında Tomris ana, Türkan 
xanım, Tuti bikə, Xurşudbanu Natəvan, Ağabəyim Ağa, akademik Zərifə xanım 
Əliyeva kimi qadınlar Azərbaycan tarixində hörmətlə xatırlanırlar. 
Dövlət idarəçiliyində Azərbaycan qadınlarının peşəkarlığından, intellektual 
qabiliyyətindən istifadə meyli Heydər  Əliyev siyasətində daim mühüm yer 
tutmuş, ümummilli liderin rəhbərliyi ilə ölkəmizdə  səmərəli  şəkildə  həyata 
keçirilən dövlət-qadın siyasəti xanımlarımızın bütün sahələrdə yüksək səviyyədə 
təmsilçiliyi üçün geniş imkanlar yaratmışdır. Azərbaycan qadını istər ölkə 
daxilində, istərsə də ölkə xaricində cəmiyyətin ayrı-ayrı sahələrinə dair müxtəlif 
problemər barədə öz sözünü deyə bilir, bu problemlərin həllini təmin edən yeni-
yeni uğurlara imza atır. Ölkənin birinci xanımı YUNESKO və  İSESKO-nun 
xoşməramlı səfiri, Heydər  Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban 
xanım Əliyevanın fəaliyyəti bunun bariz təzahürüdür. 
Mehriban xanım Əliyevanın uğurlu fəaliyyəti, gördüyü işlər göz önündədir. 
Onun atdığı addımlar, həyata keçirdiyi mədəni-ictimai tədbirlər, xalqımızın, 
dövlətimizin inkişafına, dövlətçiliyimizin möhkəmləndirilməsinə, Azərbaycanın 
dünya birliyində öz layiqli yerini tutmasına doğru istiqamətlənib. Hər hansı bir 
problemin həllinə çarə axtaran, haradasa kimsə  tərəfindənsə haqqı tapdanan 
Azərbaycan vətəndaşı üçün Mehriban Əliyevanın timsalında artıq bir pənah yeri, 
bir ümid ünvanı da var. 
İstər YUNESKO-nun xoşməramlı  səfiri, istərsə  də Heydər  Əliyev 
Fondunun prezidenti kimi mənə ehtiyac olduğunu hiss edirəm. Mənim adıma 
hər gün 
  


Yüklə 2,09 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə