Microsoft Word Humanizm M.?liyeva Автосохраненный doc



Yüklə 2,09 Kb.
Pdf görüntüsü
səhifə8/55
tarix26.09.2017
ölçüsü2,09 Kb.
#2112
1   ...   4   5   6   7   8   9   10   11   ...   55

Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
23 
 
200-dən çox məktub gəlir. Onların heç biri diqqətsiz qalmır. Mən konkret iş 
görmək, konkret insanlara kömək etmək istəyirəm. Konkret problemləri həll 
etmək, yardım edə bildikdə sevinc hissi keçirmək və  səndən asılı olmayan 
səbəblər üzündən nəsə edə bilmədikdə  təəssüflənmək, qəzavü-qədər, sağalmaz 
xəstəlik qarşısında bütün gücsüzlüyün dərk edərkən  əziyyət çəkmək, xilas 
edilmiş bir uşağın təbəssümünü gördükdə isə bir daha sevinmək istəyirəm. Bu 
mənim seçimimdir" - deyən Mehriban xanım şüurlu həyatını millət yolunda şam 
kimi  əridən maarifpərvər ziyalılarımız tək uğurlu bir seçimdə  və yoldadır. Bu 
yol ulu öndərimiz Heydər Əliyevin müəyyənləşdirdiyi, onun layiqli davamçısı-
Azərbaycan prezidenti cənab İlham Əliyevin uğurla davam etdirdiyi yoldur. 
Milli Məclisin deputatı Mehriban xanım  Əliyevanın özünün də söylədiyi 
kimi "Bəzən cəmiyyətdə insan elə bir vəziyyətə düşür ki, bütün döydüyü qapılar 
onun üzünə bağlı qalır. O, öz dərdi ilə, öz problemi ilə təkbaşına qalır və ona elə 
gəlir ki, heç bir şey və heç kəs ona kömək edə bilməz. Bu halda, o, üzünü bizim 
fonda tutur. Mən demək istəmirəm ki, biz dərhal onun bütün problemlərini həll 
edirik. Amma o insan burada nə biganəliklə, nə soyuq munasibətlə rastlaşmaz və 
hökmən onun problemlərinin həlli üçün mümkün olan bütün vasitələrdən 
istifadə ediləcəkdir. Yəqin ki, xeyriyyəçilik, insanpərvərlik, mərhəmət 
Azərbaycan xalqının mentalitetinə, mədəniyyətinə,  əsrlər boyu formalaşan 
ənənələrimizə xas olan ən gözəl keyfiyyətlərdən biridir. Və biz bu gün Heydər 
Əliyev Fondu olaraq bu ənənələri davam etdirməyə çalışırıq". 
Bu fikirlərin müəllifinə Mehriban xanım  Əliyevaya YUNESKO-nun 
verdiyi xoşməramlı  səfir təyinatı isə ümumilikdə dünyanın Mehriban xanımın 
timsalında bütün Azərbaycan xalqına, milli mədəniyyətimizə, folklorumuza, 
tariximizə, dilimizə, incəsənətimizə göstərdiyi diqqət kimi qəbul olunmalıdır. 
Bu təyinat həm də Mehriban Əliyevanın timsalında Azərbaycan qadınının öz 
fədakarlığı  və bacarığını beynəlxalq miqyasda təsdiq etməsinə  əyani bir 
sübutdur. Və  ən nəhayət, bu ad Mehriban xanım  Əliyevanın  şifahi irsin və 
musiqi yaradıcılığı irsinin qorunub saxlanması, inkişafı sahəsində ortaya 
qoyduğu zəhmətin xoş  bəhrəsidir. YUNESKO-nun Baş direktoru Koisiro 
Matsuura onun bu sahədəki xidmətlərini yüksək dəyərləndirərək demişdir: 
"Musiqi təhsili və gələcək nəslin maarifləndirilməsi xanım Əliyevanın rəhbərlik 
etdiyi fondun daim diqqət mərkəzindədir. Təqdirə və hörmətə layiq bir haldır ki, 
fondun təşkil etdiyi xeyriyyə 
  


Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
24 
 
 konsertləri, dinləyicilərə sevinc bəxş etməklə yanaşı, milli mədəniyyətin zəngin 
ənənələrinin yaşadılmasına da xidmət etmişdir. Fondun səyləri nəticəsində 
Azərbaycanda musiqi gimnaziyası  və musiqi məktəbi tam təmir olunmuş, 
minlərlə yeniyetmə və gəncin musiqi aləminə qovuşa bilməsi üçün gözəl şərait 
yaradılmışdır.  İmkansız ailələrdən olan uşaqların bu prosesə  cəlb edilməsi 
xüsusilə diqqətəlayiq haldır". 
Dünyanın  ən nüfuzlu mədəniyyət qurumunun Mehriban Əliyevaya 
göstərdiyi bu yüksək etimad ümumilikdə Azərbaycanın böyük uğurudur. 
Xalqımız Heydər  Əliyev Fondunun prezidentinin vətəndaşlara diqqət və 
qayğısının, xeyirxah əməllərinin nə qədər savab iş olduğunu dərk edir, özünün 
yaşam fəlsəfəsini bu meyarlara uyğunlaşdırmağa çalışır. 
Ölkənin birinci xanımı  əbədi liderimizin fəaliyyətinin və ömür yolunun 
əsas qayəsinə çevrilmiş humanizm və xeyirxahlıq fəlsəfəsini mənəvi miras kimi 
qəbul etməklə bu möhtəşəm irsin varisinə çevrildiyini təsdiqləyir. 
Mehriban  Əliyevanın Azərbaycan dövləti, xalqı naminə gördüyü işlər 
bütün bunlarla məhdudlaşmır. O, ölkənin birinci xanımı statusu ilə Azərbaycan 
cəmiyyətində novatordur. Bir çox ölkələrin dövlət başçılarının xanımlarının 
mədəni sosial sahədə  həyata keçirdikləri tədbirlər  əsasında yaranan bu 
ənənələrin Azərbaycanda formalaşdırılması  məhz Mehriban Əliyevanın 
qismətinə düşüb. 
Mehriban  Əliyeva YUNESKO-nun rəhbərliyi ilə görüşü zamanı Bakıda 
"Qafqaz xalq ənənələri evi"nin yaradılması  təşəbbüsü ilə  çıxış edib. Belə bir 
qurumun təşkili Qafqaz xalqlarına məxsus mədəni irsin qorunması  və  təbliğat 
sahəsində son dərəcə mühüm addım ola bilər. Mehriban xanım bununla ilk 
növbədə təkcə Azərbaycanın deyil, bütün Qafqaz xalqlarının mədəniyyət hamisi 
olmaq missiyasını öz üzərinə götürüb. Bu təşəbbüs həmçinin siyasi yükə 
malikdir. "Qafqaz xalq ənənələri evi"nin yaradılması Avropa Birliyinin 
təşəbbüsü ilə Qafqaz regionunda həyata keçirilən "Yeni Qonşuluq siyasəti"nin 
effektliyi baxımından son dərəcə mühüm əhəmiyyət kəsb edir. 
Heydər  Əliyev Fondunda qısa zaman kəsiyində bir çox layihələr həyata 
keçirilib, uğurlar əldə edilib. Fond yaradılan vaxtdan elmin və təhsilin inkişafını, 
milli mədəni irsimizin qorunmasını  fəaliyyətinin  əsas proritet istiqaməti kimi 
müəyyən edib. "Yeniləşən Azərbaycana yeni məktəb", "İnternat məktəbləri və 
uşaq evlərinin inkişafı", "Görmə qabiliyyətini itirən və zəif olan insanların  
  


Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
25 
 
informasiya-kommunikasiya texnologiyalarına çıxışının təmin edilməsi" və sair 
layihələr artıq həyata keçirilib. Görülən işlər barədə YUNESKO-nun və 
İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva qeyd edir ki, "Ölkəmizdə iki 
il  ərzində Fondun təşəbbüsü ilə 180-dən çox yeni məktəb inşa edilib və  ən 
müasir avadanlıqla təmin olunub. Hər bir məktəbdə kompüter sinfi var. 29 
internat məktəbində və uşaq evində əsaslı təmir aparılıb, onların maddi-texniki 
bazası yeniləşdirilib. Görmə qabiliyyəti zəif olan insanlar üçün yeni tədris 
mərkəzi yaradılıbdır. Mərkəzə dünyada mövcud olan ən müasir kompüter 
sistemləri gətirilib, müəllimlərə treniqlər keçirilibdir". 
Fond öz fəaliyyətində milli mədəni irsimizin qorunmasına diqqətlə yanaşır. 
Məlum olduğu kimi, YUNESKO-nun və Heydər Əliyev Fondunun təşəbbüsü və 
dəstəyi ilə Bakıda Beynəlxalq Muğan Mərkəzi inşa olunur. Mehriban xanımın 
yaxından köməyi ilə bir neçə beynəlxalq konfranslar keçirilib. Məlum olduğu 
kimı, YUNESKO ilə birlikdə "YUNESKO-Azərbaycan: gələcəyə körpü" adlı 
konfrans ölkəmizin paytaxtı Bakıda və Parisdə keçirilib. Həmin konfrans təhsil 
sahəsində olan islahatlara həsr olunub. 
BMT-nin ali mədəniyyət qurumu - YUNESKO ilə  sıx  əməkdaşlıq edən 
Heydər  Əliyev Fondu Bakıda Vaşinqton Akademiyası ilə birlikdə "Orta əsr 
əlyazmalarında tibb və əczaçılıq" mövzusunda 1-ci beynəlxalq konfransı, Latın 
Mədəniyyət Akademiyası ilə birlikdə " Avrasiyada mədəniyyət müxtəlifliyi: 
Azərbaycan sivilizasiyalararası diaoloqun keçmişi və bu günü" mövzusunda 
XIII beynəlxalq konfrans keçirmişdir. 
Bu da onu göstərir ki, respublikamız sivilizasiyalararası dialoqun 
mərkəzinə çevrilmişdir. 
Konfransda çıxış edən Mehriban Əliyeva demişdir: "Bu gün biz 
sivilizasiyalararası dialoqun keçməsindən söhbət açaraq xüsusi vurğulamalıyıq 
ki, qədim və çox zəngin Yunan-Roma sivilizasiyasının ilk varisi məhz  Şərq 
olubdur. Müsəlman renessansı kimi tarixə düşən bu dövrdə müsəlman 
ölkələrində  ən mütərəqqi,  ən qabaqcıl ideyalar yaradılıb, inkişaf etdirilibdir. 
Şərq alimlərinin və filosoflarının  əsərləri ilə  zənginləşən bu irs orta əsrlərdə 
yenidən Avropaya qaytarılıbdır. Bütün Şərqin, müsəlman aləminin bu irsin 
qorunmasındakı rolu əvəzsizdir. 
2006-cı ildə konfransın məhz Bakı şəhərində keçirilməsini ölkəmizin  
  


Yüklə 2,09 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə