Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
26
mədəniyyətlərarası dialoq səviyyəsində çox müsbət təcrübə toplaması ilə
əlaqələndiririk. Həqiqətən də əsrlər boyu Böyük İpək
Yolu üstündə yerləşən
ölkəmiz çox yüksək tolerantlığa malik və müxtəlif mədəniyyətləri birləşdirən bir
məkan kimi tanınır. Bu, bizim qürur duyduğumuz uğurumuz, keçmişimizdir və
inanıram ki, gələcəkdə də bu sahədə Azərbaycan öz müsbət rolunu
oynayacaqdır".
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun
xoşməramlı səfiri Mehriban xanım Əliyevanın İsveçrəyə işgüzar səfəri zamanı
"Azərbaycan otağı"nın açılışındakı iştirakı hər bir azərbaycanlının ürəyində
qürur hissi yaratdı. Həmin tədbirdə diplomatik
korpusun nümayəndələri,
beynəlxalq təşkilatların yüksək vəzifəli təmsilçiləri, ölkəmizin daimi
nümayəndəliyinin və səfirliyin əməkdaşları da iştirak edirdilər.
Mehriban xanım Əliyeva ölkəmizi təmsil edən eksponatlar Bakıda,
Qarabağda, Qubada toxunulmuş XVII və XVIII əsrlərə aid xalçalar haqqında
söhbət açmış, baş direktora bu qədim sənət inciləri haqda ətraflı məlumat
vermiş, Azərbaycan həqiqətlərini tədbir iştirakçılarının nəzərinə çatdırmışdır.
Mehriban xanım ölkəmizin ən ağır problemi olan Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsindən danışıb işğalçılıq siyasəti yeridən Ermənistanın
ərazimizin 20 faizini zəbt etdiyini, doğma yurdlarından silah gücünə çıxarılmış
bir milyondan artıq qaçqın və məcburi köçkünün ağır vəziyyətdə yaşadığını
bildirmişdir. Eyni zamanda, Mehriban Əliyeva BMT Təhlükəsizlik Şurasının
dörd qətnaməsinin Ermənistan tərəfdən yerinə yetirilmədiyini bildirmiş,
beynəlxalq təşkilatları məsələnin sülh yolu ilə həllində öz təsir imkanlarından
istifadə etməyə çağırmışdır.
Heydər Əliyev Fondunun xətti və dəstəyi ilə keçirilən
tədbirlər, görülən
işlər bir daha göstərir ki, Mehriban Əliyeva Azərbaycanın haqq səsidir.
Filologiya elmləri doktoru, professor Nərgiz Paşayeva haqlı olaraq qeyd edir ki,
"Mehriban xanım Əliyevanın vətənimiz üçün gördüyü işlərin mahiyyəti, bəlkə
də, hələ tam dərk edilmir. Lakin tarixdə elə hadisələr olur ki, onların
tarixi
dəyəri təkcə gələcək nəsillərə ünvanlanmır, əksinə elə ilk gündən müəyyənləşir.
Azərbaycanın tarixində ilk xoşməramlı səfir Mehriban xanım Əliyevanın
Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti kimi çoxşaxəli və
çoxillik fəaliyyəti məhz bu tarixi dəyərə malikdir".
Mədəniyyətimizin və təhsilimizin inkişafı, mənəvi sərvətlərimizin
beynəlxalq aləmdə tanınması Heydər Əliyev Fondunun prezidenti Mehriban
xanım Əliyevanın
Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
27
adı ilə bağlıdır. Mehriban xanım öz millətinin, xalqının övladıdır. O, ömrünün
mənasını da doğma xalqına xidmətdə gorür.
YUNESKO-nun xoşməramlı səfiri adı Mehriban xanımın
uğurlu yolunun
başlanğıcı oldu. 2006-cı ildə isə İSESKO-nun xoşməramlı səfiri adına layiq
görüldü. Rusiyanın "Yüzilliyin mesenatları" Beynəlxalq Xeyriyyə Fondunun
"Yaqut xaç" ordeni ilə təltif edildi. Genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə,
bəşəriyyətin ali ideallarına xidmət sahəsində yüksək nailiyyətlərinə görə "Qızıl
ürək" beynəlxalq mükafatına layiq görüldü. May ayının 17-də Cenevrədə Dünya
Səhiyyə Təşkilatının (DST) ali orqanı olan Dünya Səhiyyə Assambleyasında
İhsan Doğramacı Ailə Sağlamlığı Fondunun mükafatı ilə təltif edildi.
İnanırıq ki, Mehriban xanımın həyat yolunu layiq olduğu çox mükafatlar,
titullar, fəxri adlar bəzəyəcək. Onun üçün ən böyük mükafat isə Azərbaycan
xalqını ləyaqətlə təmsil etməsidir.
Bu gün cəmiyyətimizin taleyüklü bir problem yaşadığı dövrdə, Azərbaycan
qadınının yüksək mükafatlara
layiq görülməsi, xalqımızın zaman-zaman tarixə
bəxş etdiyi Tomrislərin, Sara Xatunların daha bir xələfinin, XXI əsr Azərbaycan
cəmiyyətində daha bir siyasətçi qadının yetişib formalaşdığının şahidi oluruq.
Mehriban xanımın Azərbaycan mədəniyyəti sahəsində yorulmaz fəaliyyəti onun
mədəni irsin, o cümlədən musiqi irsinin qorunması,
musiqi təhsili sahəsində
gördüyü işlər çox böyük dəyərə malikdir. Mübaliğəsiz deyə bilərik ki, bu ali
mükafatlar ilk növbədə onun xalqımız qarşısında layiqli xidmətlərinin
bəhrəsidir.
Samirə Eyvazova,
BDU-nun
beynəlxalq
hüquq fakültəsinin müəllimi.
Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
28
AZƏRBAYCANIN BİRİNCİ XANIMI
MEHRİBAN ƏLİYEVAYA "QIZIL ÜRƏK"
BEYNƏLXALQ MÜKAFATI TƏQDİM OLUNMUŞDUR
Genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə, bəşəriyyətin ali ideallarına
xidmət sahəsində yüksək nailiyyətlərinə görə Azərbaycanın birinci xanımı,
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun
xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevaya yüksək mükafat
- "Qızıl ürək" beynəlxalq mükafatı təqdim olunmuşdur.
Mayın 27-də Moskvanın Stanislavski və Nemiroviç-Dançenko adına
Musiqili Teatrında keçirilən mərasimə gələn Mehriban xanım Əliyeva əvvəlcə
məşhur İtaliya aktrisası, mərasimin patronessası Sofi Lorenlə görüşmüşdür. Sofi
Loren Azərbaycanın birinci xanımını bu mükafata layiq görülməsi münasibətilə
təbrik etmişdir.
Sonra "Qızıl ürək" beynəlxalq mükafatının
dördüncü təqdimat mərasimi
olmuşdur. Mərasimi Sofi Loren açmışdır. Mehriban xanım Əliyevaya "Qızıl
ürək" mükafatını - heykəlciyi və "Beynəlxalq mükafatın laureatı" fəxri nişanını
Sofi Loren, Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri
Sergey Mironov və Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi İqor
İvanov təqdim etmişlər.
Azərbaycanın birinci xanımına mükafatı təqdim edən Sergey Mironov
Mehriban Əliyevanın Heydər Əliyev Fondu çərçivəsindəki fəaliyyəti ilə yaxşı
tanış olduğunu bildirərək vurğulamışdır ki, "belə xeyirxah və qızıl ürəklər
insanlara və dünyaya fəzilət bəxş edir".
Mehriban ƏLİYEVA təşəkkür edərək demişdir:
- Mükafata görə çox sağ olun, mənim ünvanıma deyilən səmimi sözlərə
görə çox sağ olun!
Çox sağ olun ki, mürəkkəb zəmanəmizdə səylə mərhəmətə çağırırsınız.
Düşünürəm ki, həm laureatlarmızın və həm də nominantlarmızın
xeyirxah işləri