Microsoft Word humbatova xadica docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə20/36
tarix05.04.2018
ölçüsü5,01 Kb.
#35994
1   ...   16   17   18   19   20   21   22   23   ...   36

58 
 
2.2. Makromaliyyə sabitliyinin təmin olunmasında xarici iqtisadi fəaliyyətin 
qiymətləndirilməsi 
 
Xarici  iqtisadi  əlaqələrin  inkişafı  ayrı-ayrı  ölkələrin  milli  iqtisadiyyatının 
beynəlxalq  təsərrüfat  miqyasında  inteqrasiyasının  sürətləndirilməsinin  əsas  şərtidir. 
Ölkələr  iqtisadi  inteqrasiya  axınlarına  qoşularaq  bu  yolla  öz  istehsal  güclərini, 
istehsalın  səmərəliliyini  və  bütün  bunların  nəticəsində  isə  əhalinin  ümumi  rifah 
səviyyəsini artırmağa çalışırlar. 
Xarici  qtisadi fəaliyyətin tənzimlənməsi ilə maliyyə sabitliyinin təmin edilməsi 
qarşılıqlı  əlaqədədir.  Xarici  iqtisadi  əlaqələr  ölkənin  iqtisadi  inkişafının  mühüm 
amillərindən  biri  hesab  olunur.  Belə  ki,  iqtisadi  inkişaf  maliyyə  sabitliyi  təmin 
olunmadan  əldə  oluna  bilməz.  Azərbaycanda  xarici  ticarətin  liberallaşdırılması 
iqtisadi  artıma,  maliyyə  sabitliyinin  möhkəmlənməsinə,  makroiqtisadi  göstəricilərin 
inkişafına zəmin yaradan bir vasitədir [28, səh.287].  
Dünya  ölkələrindən  heç  biri  öz  inkişafını  xarici  ölkələrdən  təcrid  olunmuş 
şə
kildə  təmin  edə  bilmədiyinə  görə  öz  aralarında  beynəlxalq  və  regional  səviyyədə 
iqtisadi  əlaqələr  yaratmağa  çalışırlar.
 
Azərbaycan  Respublikası  müstəqillik  əldə 
etdikdən sonra xarici iqtisadi siyasətini artıq özü müəyyən etməyə başlamışdır. 
Maliyyə  sabitliyinin  əsas  göstəricilərindən  biri  isə  tədiyə  balansının  və  xarici 
ticarət balansının kəsirlik səviyyəsidir. Tədiyyə balansı, ölkələrin müəyyən bir dövr 
ə
rzində xarici iqtisadi və maliyyə münasibətlərinin vəziyyətini əks etdirir. Bir ölkənin 
tədiyyə balansındakı tarazlıq və ya qeyri-tarazlıq halları, o ölkənin beynəlxalq ödəniş 
qabiliyyətini, iqtisadi və maliyyə etibarını göstərir. 
 
Bir  sıra  təməl  iqtisadi  dəyişən  tədiyyə  balansı  ilə  sıx  əlaqəlidir:  milli  gəlir  və 
məşğulluq  səviyyəsi;  inkişaf  tempi;  valyuta  kursları;  inflyasiya  səviyyəsi;  gəlir 
bölgüsü və xarici borclar. 
Tədiyə  balansı  ölkənin  beynəlxalq  iqtisadi  əlaqələrinin  mədaxil  və  məxaric 
formasında valyuta ilə ifadə olunmuş dəyəridir. Başqa sözlə tədiyə balansı beynəlxalq 
iqtisadi əməliyyatların həyata keçirilməsi nəticəsində milli iqtisadiyyata daxil olan və 


59 
 
xaricə  çıxarılan  valyuta  vəsaitləri  arasında  nisbəti  müəyyən  edir.  Tədiyə  balansı  3 
hissədən ibarətdir: cari əməliyyatlar balansı; kapitalın və maliyyənin hərəkəti balansı; 
ehtiyat aktivləri. 
Cari  əməliyyatlar  balansı  malların  və  xidmətlərin  idxalı  və  ixracının,  faktor 
gəlirlərinin  mədaxili  və  məxaricinin,  habelə  cari  transfertlərin  ümumi  saldosunu 
özündə ehtiva edir: 
dxal – xaricdən ölkəyə gətirilən məhsulların dəyəridir.  xrac – ölkə ərazisindən 
satılmaq üçün xaricə çıxarılan məhsulların dəyəridir.  dxal və ixrac arasındakı fərqə 
xarici ticarət saldosu deyilir. 
Xidmətlər balansı nəqliyyat, sığorta, rabitə, beynəlxalq turizm, maliyyə, tikinti, 
elmi-texniki  və  istehsal  təcrübəsinin  mübadiləsi  və  s.  xidmət  növləri  üzrə  ölkənin 
valyuta gəlirləri və ödənişləri arasındakı nisbəti müəyyən edir. 
Faktor gəlirləri kimi xaricdə işləyən ölkə vətəndaşlarının qazancları, habelə yerli 
investorun  xaricdə  qoyduğu  kapitala  görə  əldə  etdiyi  gəlirlər  də  cari  əməliyyatlar 
balansında öz əksini tapır. 
Cari  transfertlərə  humanitar  yardımlar,  xarici  dövlətlərin  rəsmi  orqanlarından 
alınan  əvəzsiz  maliyyə  yardımları,  beynəlxalq  təşkilatlara  üzvlük  haqları,  texniki 
yardımlar, alimentlər və s. daxildir. 
Kapitalın  və  maliyyənin  hərəkəti  balansı  müxtəlif  formalarda  ölkəyə  gələn  və 
ölkədən  gedən  kapitalın  balansını  əks  etdirir.  Birbaşa  və  portfel  investisiyalar, 
dövlətin və özəl sektorun xarici borcunun dəyişimi tədiyə balansının bu bölməsində 
öz əksini tapır. 
Ticarət,  xidmətlər  və  transfertlər  balansının  məcmusu  tədiyə  balansının 
saldosunu verir. Tədiyə balansının və kapitalın hərəkəti balansının saldosu ilə valyuta 
ehtiyatlarındakı dəyişikliklərin məbləğinin cəmi həmişə sıfra bərabər olur. 
Tədiyə balansı faiz, transfert ödəmələri, idxal-ixrac və həmçinin ölkənin ümumi 
milli məhsulu və ümumi daxili məhsul ilə sıx əlaqədardır. ÜDM xərclər metodu ilə 
hesablanan zaman idxal və ixrac da nəzərə alınır. 


60 
 
Tədiyyə  balansındakı  qeyri-tarazlığı  aşağıdakı  düstura  əsasənmüəyyən  etmək 
olar.  
B= Bc + Bk = R 
B-  Tədiyyə balansındakı qeyri-tarazlıq  
Bc - Cari əməliyyatlar balansı  
Bk- Kapital hesabı balansı  

R- Rəsmi ehtiyatlar hesabındakı dəyişmə  
Tədiyə  balansının  tarazlığının  pozulma  səbəbləri:  ölkədə  həyata  keçirilən  xərc 
artırıcı  siyasətlər;  inkişaf  tempinin  nisbi  olaraq  yüksəldilməsi;  texnoloji  gerilik  və 
iqtisadiyyatın  idarə  olunmasındakı  gerilik  səbəbilə  rəqabətin  və  ixracatın  azalması, 
bəzi  xammallar  baxımından  xaricdən  asılılığın  hədsiz  dərəcədə  olması;  ölkədəki 
seçimlərin  xarici  mallar  lehində  dəyişməsi,  iqtisadi  dalğalanma;  valyuta 
spekulyasiyası və maliyyə krizləri.  
Tədiyə  balansının  tarazlığına  nail  olmaq  üçün  düzgün  xarici  iqtisadi  siyasət 
seçilməlidir.  Xarici  iqtisadi  siyasət  dedikdə,  digər  ölkələrlə  iqtisadi  münasibətlər 
sahəsində  dövlətin  həyata  keçirdiyi  razılaşdırılmış  tədbirlərin  məcmusu  nəzərdə 
tutulur və bu siyasət xarici ticarəti, beynəlxalq elmi-texniki və mədəni əlaqələri, birgə 
proqramların  həyata  keçirilməsini,  xarici  kapitalın  cəlbini  əhatə  edir.  Azərbaycanın 
xarici  iqtisadi  siyasəti  ölkənini  ümumi  iqtisadi  siyasətinin  ayrılmaz  tərkib  hissəsi 
olmaqla onun bütün cəhətlərini və əlamətlərinin özündə əks etdirir.  
Azərbaycanın müstəqillik qazanması onun həm qonşu ölkələrlə, həm də dünya 
dövlətləri ilə iqtisadi, həmçinin xarici ticarət əlaqələrinin artmasına təkan verdi. Ötən 
ə
srin 90-cı illərinin əvvəllərində keçmişdə mövcud olmuş bir sıra əlaqələrin itirilməsi 
səbəbindən  iqtisadiyyatın  bütün  sferalarında  böhran  prosesləri  nəzərə  çarpmağa 
başladı.  Hətta  təkcə  Azərbaycan  yox,  bütün  keçmiş  sovet  ölkələri  çətinliklərlə 
üzləşməli  oldu.  Çünki,  iqtisadiyyatının  birdən-birə  bir  iqtisadi  sistemdən  digərinə 
keçməsi  heç  də  asan  proses  deyil.  Buna  nail  olmaq  üçün  iqtisadiyyatda  bir  sıra 
islahatlar aparılmalı və onun strukturu müasirləşdirilməli idi.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə