Microsoft Word H?yat f?al t?hi Az cavablar docx



Yüklə 159,77 Kb.
Pdf görüntüsü
tarix26.10.2017
ölçüsü159,77 Kb.
#6645


“Həyat fəaliyyətinin təhlükəsizliyi” fənnindən imtahan suallarının 

cavabları 

I kollokvium 

1.1 HFT və texniki təhlükəsizlik haqqında ümumi məlumatlar? 

Həyat  fəaliyyətinin  təhlükəsizliyi,  elmi  biliklərə  əsaslanan  sahə  olaraq,  insanların 

bütün  fəaliyyət  sahələrində  təhlükəli  və  zərərli  faktorlardan  mühafizəsinin  nəzəri 

və  əməli  qaydalarını  əhatə  edir,  onların  yaşayış  mühitində  təhlükəsizliyini  və 

sağlamlığını qorumaq məqsədi güdür. 

Həyat fəaliyyətinin təhlükəsizliyinə daxildir: 

- məişətdə təhlükəsizlik; 

- istehsalatda təhlükəsizlik; 

- sülh dövründə fövqəladə hadisələri zamanı təhlükəsizlik; 

Təhlükəsizlik  texnikası  -  təhlükəli  şəraitdə  və  ZM  işləyənlərin  təsirinin  qarşısını 

alan təşkilatı tədbirlərdən və texniki vasitələrdən ibarət bir sistemdir. 

1.2 Təbii neqativ təsirlərin mənbələrinə nələr daxildir? 

-  Həyat  fəaliyyətinin  təhlükəsizliyinin  əsası  “potensial  təhlükə  aksioması” 

anlayışıdır, yəni hər bir fəaliyyət potensial təhlükəlidir. 

- Neqativ faktorlar kompleksi bütün çirklənmə mənbələrinin təsirindən asılıdır. 

- Ekoloji şəraitin kompleks qiymətləndirilməsi. 

- Demoqrafik şəraitin məlumatlarının analizi ( əsasən də uşaqların). 

- Günəşin aktivliyindən, texnogen mühitin neqativ faktorlarından asılılığı. 

1.3 HFT nəyə deyilir? 

-  Həyat  fəaliyyətinin  təhlükəsizliyi  elə  bir  şəraitlər  və  şərtlərdir  ki,  hansılarda 

işçilərin olduqları mühitdə neqativ təsirlər mümkün deyil. 

- Təhlükəsiz əmək qaydalarına və həyat fəaliyyətinə riayət etmək 



1.4  nsanların həyat fəaliyyətinə nələr daxildir? 

Sivilizasiyanın  imkişafına  hansındaki  biz  elmin,  texnikanın,  iqtisadiyyatın,  kənd 

təsərrufatının  industrialızasiyasını,  nüvə  enerjisi  daxil  olmaqla  müxtəlif  enerji 



növlərinin  istifadəsi,  maşınların,  mexanizmlərin  yaradılması,  zərərvericilərlə 

mübarizədə müxtəlif kübrələrin istifadəsi. 



1.5  nsanların həyat fəaliyyətinin təhlükə silsiləsinə nələri aid etmək olar? 

Yaşayış 



mühitinin 

neqativ 


təsirlərini 

eyniləşdirmə, 

uyğunlaşdırma 

(müəyyənləşdirmə və miqdar nəzərindən qiymətləndirmə). 

-  nsanları təhlükələrdən qoruma, müxtəli neqativ faktorların təsirlərinin qarşısının 

alınması. 

- Təhlükəli və zərərli faktorların təsirlərinin nəticələrinin aradan qaldırılması. 

-  nsanlar üçün normal, yəni komfort yaşayış mühitinin yaradılması. 



2.1  nsanlar üçün təhlükə ziddiyəti necə başa düşülür? 

-  Potensial  təhlükəni  “risk”lə  qiymətləndirmək  olar.  Risk-təhlükənin 

reallaşmasıdır.  Təhlükəsiz  vəziyyət-riskin  olmamasını,  yəni  təhlükənin  həyata 

keçirilməsi üçüm imkanların, şəraitin olmamasınıdır. 

-  Praktiki  olaraq,  təhlükə  mənbəyi  olduğu  zaman  tam  təhlükəsizliyə  nail  olmaq 

mümkün deyil. 

-  Risk  uzun  müddət  realizə  olunmaya  bilər  və  yaxud  bədbəxt  hadisə  qismindı 

ə

mələ gələ bilər. 



2.2 HFT elminin ən vacib məsələlərinə nələr daxilldir? 

-  Texniki  sistemlərin  və  texnologiyaların  təhlükəliyinin  elmi  nöqtəyi-nəzərdən 

qiymətləndirilməsi. 

- nnovasion 

sistemlərin 

və 


texnologiyaların 

elmi 


nöqtəyi 

nəzərdən 

qiymətləndirilməsi. 

- Elmi əsaslarla məişət cihazlarının yaradılması. 

- Reaktorların, sürətləndiricilərin və lazerlərin texnologiyalarının idarə edilməsi. 

- Elmi əsaslarla kosmik texnikanın təhlükəsiz idarə edilməsi. 

-Kosmik  şualanmanın  insanın  fəaliyyət  dairəsinə  təsirinin  elmi  əsaslarının 

öyrənilməsi. 



2.3 Sənayedə səs-küyün insan orqanizminə neqativ təsirləri. 


Səs  -  müxtəlif  tezlikli  və  intensivlikli  zamanda  ardıcılsızlıqla  dəyişilən  səslərin 

məcmuəsidir.  nsanın normal fəaliyyəti üçün 10-20 db. səs yüksəkliyi tələb olunur. 

Bu  parklarda  və  meşələrdə  yarpaqların,  çaylarda  suyun  və  s.  səsləridir.  Tezliklər 

diapazonuna  görə  səslər  bölünürlər:  aşağı  tezlikli-  350  qs.,  orta  tezlikli-  350-800 

qs.,  yüksər  tezlikli-  800  qs-dən  yuxarı.  nsanlara  səsin  fizioloji  təsirini 

qiymətlənditmək üçün səsin yüksəklik və səviyyə dərəcəsi istifadə olunur. Eşitmə 

səviyyəsi  tezliklər  dəyişdikdə  dəyişilir.  Tezliklər  yüksəldikdə  16-4000  qs.  eşitmə 

qabiliyyəti azalır. 20000 qs. sonra eşitmə qabiliyyəti artır. 



2.4  stehsalatda yaranan titrəyişlər necə başa düşülür? 

Titrəyişlər- eyni və ya nisbətən eyni proseslərin çoxsaylı təkrarlanması, hansılar ki 

bir  çox  təbii  proseslər  və  hadisələr  insan  fəaliyyətinin  nəticələrindən,  sadə 

sürtülmələrdən,  mayatnikin  yellənməsidən  elektromaqnit  titrəyişlərinə  kimi 

təkrarlanmasına gətirib çıxarır. 

Mexaniki  titrəyişlər-  vaxtaşırı  təkrarlanan,  fırlanan  və  gedib  gələn  hərəkətlərdir. 

Titrəyişlər insan orqanizminin toxumalarında dəyişilən mexaniki gərginlik yaradır. 

nsan  orqanizminə  titrəyişlərin  təsiri,  titrəyiş  sürəti,  sürətlənmə  səviyyəsi  və 

insanların  şəxsi  xüsusiyyətləri  ilə  ölçülür.  Titrəyişlər  insan  orqanizminə  “Dəniz 

xəstəliyi”  formasında  və  ya  vestibulyar  aparata  təsiri  nəticəsində  istiqamətin 

itirilməsi ilə nəticələnir. 

2.5 Titrəyişlərdən və səs küylərdən təhlükəsizlik tədbirləri və vasitələri. 

Titrəyişlərdən  mühafizə  biomexanikanın  mürəkkəb  problemi  kimi  özünü  ifadə 

edir.  Titrəyişlərdən  mühafizə  metodlarını  hazırlayarkən,  insanın  emosional 

vəziyyəti, iş gərginliyi və yorulma səviyyəsi nəzərə alınmalıdır. Titrəyişlərdən əsas 

mühafizə üsulu- titrəyiş mənbəyinin təcrid edilməsidir. Səs-küy insan orqanizminə 

mənfi  təsir  göstərir,  əsasən  də  əsəb-sinir  sisteminə,  beyin  hüceyrələrinin 

yorulmasına və tükənməsinə gətirib çıxarır. 16 qs.-dən aşağı səs infosəs, 16000 qs.-

dən  çox  səs  ultra  səs  adlanır.  Məsafəli,  səs  mühafizəli  və  səsboğucu  mühafizə 

üsulları mövcuddur. 

3.1 HFT tədbirlərində MM-nin rolu və vəzifələri. 

Insanların  təhlükəsizliyini  təmin  etmək,  müasir  dövrün  problemlərinin  əsasını 

təşkil  edir.Texnikanın  və  texhologiyanın  qeyri  mütənasib  cərəyan  etdiyi  dövrdə, 

insanların fəaliyyət mühitində təhlükələr bpyük sürətlə  

Inkişaf edərək, qavranılmaz ekstremal şəraitlər yaradılır. 

Real  vəziyyətlər  vadar  edir  ki,  insanların  fəaliyyət    göstərdiyi  mühitdə  baş  verən 

qəzalardan  qorunmaq  üsullarını  təkmilləşdirərək  hazırlıqlı  olsunlar.  Bu  əsasdan 

MM dövlət əhəmiyyətli vacib tədbirlər sistemi olub, əhalinin mühafizəsinə, iqtisadi 




obyektlərinin iş fəaliyyətininn sabitliyinə və fövqəladə hadisələr zamanı xilas edici 

və  digər  təxirə  salınmaz  işlərin  icrasına  yönəldilmişdir.  Bu  mürəkkəb  vəzifələrin 

icrası dövlət tərəfindən FHN və MM təşkilatlarına həvalə olunmuşdur.   

3.2 Respublikamızda MM-nin təşkilinin əsas pirinsipləri. 

Respublikamızda  MM  ərazi-sənaye  pirinsipinə  əsasən  təşkil  olunmuşdur.  Bu 

prinsipin  tələbinə  müvafiq  olaraq  MM-yə  qəsəbə,  rayon  və  şəhərlərdə  rəhbərlik 

icra hakimiyyətləri tərəfindən icra olunur. 



3.3 MM-nin təyinatı nədir? 

MM-yə  ümum  xalq  və  ümumi    dövlət  strateji  tədbirlər  sistemi  olub,  əhalinin 

mühafizəsinə,  iqtisad  obyektlərinin  iş  sabitliyinin  yüksəldilməsinə,  dağıntı 

ə

razisində xilas edici və digər təxirə salınmaz işlərin qısa müddətdə təşkili və icra 



edilməsinə yönəldilmişdir.  

3.4  cra hakimiyyətlərinin MM sistemində icra funksiyaları hansılardır? 

Rəhbərlik  etdiyi  rayonun  ərazisində  MM-yə  planına  müvafiq  tədbirlərin icrasını 

təşkil  etməli.  Bu  əsasda əhalinin  miqdarı,  müəsisələrin vacibliyi  nəzərə  alınaraq  

plan  əsasında  onların  mühafizəsini  mütərəqqi  üsullarla  təşkil  etməli,  mülki 

müdafiə  qüvvə  və  vasitələrini  yüksək  hazırlıq  vəziyyətində  saxlamalı,  onları 

öyrətmək  və  məşq  etdirmək,  rayon  ərazisində  qəza  və  fəlakət  baş  verən  zaman 

onların potensiallarından istifadə edərək, təhlükələri aradan qaldırmaq üçün  hazır  

saxlamalıdır.  



3.5 MM gücünə və vasitələrinə nələr daxildir? 

Yüksək  hazırlıqlı  ərazi  bölmələri,  həmçinin  obyektlərdəki  yüksək  hazırlıqlı 

bölmələr,  Mülki  müdafiə  xidmətləri  və  vasitələri,  respublika  FHN-nin  gücü  və 

vastələri.  Kimyəvi  radiasiya,  kəşfiyyat  nəzarət  dəstələri,  M.M-nin  fərdi  və 

kollektiv mühafizə vasitələri daxildir. 

 

4.1 FH-da əhalinin mühafizəsi üsulları və prinsipləri. 

Ə

halinin mühafizəsinə müxtəlif mühafizə üsullarından kompleks halında istifadə 



edilməklə  nail  olunur.  Bu  üsullardan  ən  əsasları  əhalinin  müxtəlif  mühafizə 

qurğularında  daldalandırılması,  təhlükəli  rayonlardan  köçürülməsi  və  eyni 

zamanda fərdi mühafizə vasitələrindən istifadə olunmasıdır. 



Mühafizə  Azərbaycan  Respublikasının  bütün  ərazisində  ərazi-istehsalat  prinsipi 

üzrə təşkil edilir.  Respublikanın  bütün  əhalisi  mühafizə edilməlidir,  bu  tədbirlər 

fasiləsiz xarakter daşıyır. Həm sülh, həm də müharibə dövrlərində yerinə yetirilir. 

4.2 FH zamanı  yerli əhaliyə xəbər vermə necə təşkil edilir? 

Düşmən  hücumu  barədə  xəbəri  əhaliyə  hakimiyyət    orqanları    verirlər.  Bu  xəbər 

radio  və  televiziya,  mətbuat  orqanları  vasitəsilə  əhaliyə  çatdırılır.  Belə  hallarda 

“Hamının  diqqətinə!”  sonra  yaranmış  vəziyyətdən  asılı  olaraq  MM-nin  “Hava 

həyacanı”,    “Hava  həyacanı  qurtardı”,  “Radiasiya  təhlükəsi”,    “Kimya  həyacanı” 

siqnalları verilə bilər. 



4.3 Dağıntı ocaqlarından əhalinin evakuasiyası necə təşkil edilir? 

Evakuasiya  təhlükəli  rayonların  ərazisində  yaşayan  əhalinin  mütəşəkkil  surətdə 

çıxarılıb şəhərdən kənar, təhlükəsiz sahələrə köçürülməsidir.Yaranmış vəziyyətdən 

asılı olaraq əhali tamamilə yaxud qismən köçürülə bilər. 

Ə

halinin köçürülməsi istehsalat-ərazi prinsipi üzrə təşkil edilir. 



Ə

halinin köçürülməsinin əsas üsulu kombinasiyalı üsuldur. 

Ə

halinin qeydiyyatı üçün əsas sənədlər şəxsiyyət vəsiqəsi (pasport) yaxud yaşayış 



yerində tərtib olunmuş siyahıdan ibarətdir. 

4.4 Əhalinin fərdi və tibbi təchiz edilməsi üsulları. 

Müasir  qırğın  silahlarından  mühafizə  məqsədilə  əhalinin,  fərdi  və  tibbi  mühafizə 

vasitələrindən  vaxtında  istifadə  etməsi  çox  vacibdir.  Bu  məqsədlə  Nazirlər 

Kabinetini sərəncamı ilə məntəqələr yaradılır. Fərdi mühafizə vasitələri bunlardan 

ibarətdir. 

1.

  Tənəffüs orqanlarının mühafizə vasitələri. 



2.

  Dəri səthinin mühafizə vasitələri. 

3.

  Tibbi mühafizə vasitələri. 



 

4.5 MM qoruyucu qurguları  necə təsnif edilir? 

    1.Təyinatına görə. 

    2.Yerləşdirilməsinə görə. 

    3.Tikilmə müddətlərinə görə. 

    4.Mühafizə xassələrinə görə.  



 

    1.Mühafizə qurğuları kollektiv mühafizə vasitələri. 

    2.Sığınacaqlar. 

    3.Radiasiya daldanacaqları. 

    4.Sadə daldanacaqlar. 

5.1 Sığınacaqlar hansı göstəricilərə əsasən təcnif edilirlər? 

    1.Təyinatına görə:  Sığınacaqlar və ya idarə etmə qərarcahları. 

    2.  Mühafizə  xüsusiyətlərinə  görə:  sığınacaqlar  və  ya  şüalanmaya  qarşı 

daldalanacaq.   

    3.Yerləşdirilməsinə görə: böyük, orta, balaca. 

    4. stismar rejiminə görə: iki rejimdə hava ilə təmin edən, üç rejimdə hava ilə 

təmin edən və ya tam izolə olunmuş.  

5.2 Radiosiya əleyhinə daldalanacaqların tikilməsi necə təşkil edilir? 

     1.Tavanının hündürlüyü 2.8-3.0 metr və üç mərtəbəli skamyası və ya taxtı olan. 

     2.  Tavanının  hündürlüyü  2.2-2.4    metr  və  iki  mərtəbəli  skamyası  və  ya  taxtı 

olan. 


     3.  Tavanının  hündürlüyü  1.7-1.9  metr  və  bir  mərtəbəli  skamyası  və  ya  taxtı 

olan. 



5.3 Yanğınları söndürərkən hansı  təhlükəsizlik üsullarına əməl edilir? 

Yanğını  söndürməklə  əlaqəsi  olmayan  şəxslərin,  yanğın  söndürülən  sahələrdən 

qalmasına  icazə  verilməmək,  onların  ərazidən  uzaqlaşdırılmasını  təmin  etmək. 

Yanğının  qonşu  binalara  və  ərazilərə  keçməsinin  qarşısını  almaq  üçün  kompleks 

tədbirlər  görmək.  şin  icrasına  başlamazdan  əvvəl  iş  yerini  diqqətlə  nəzərdən 

keçirmək. 



5.4 Yanğın təhlükəsizliyinə hansı tələblər yönəldilir? 

Tikinti  zamanı  çətin  yanan  və  ya  heç  yanmayan  materiallardan  istifadə  etmək. 

Tikinti  normativlərinə,  obyektlər  arasındakı  məsafəyə  əməl  etmək.  Təhlükəsiz 

məişət texnikalarından istifadə etmək. Yanğına qarşı istifadə olunan su anbarlarını 

tikmək.  Vətəndaşlara  yanğın  təhlükəsizliyi  qaydalarını  öyrətmək,  əməl  etməyi 

tələb etmək. 




5.5 Respublikamızda hansı  yanğınlar baş vermə ehtimalı mövcuddur? 

Məişətdə  olan  yanğınlar,  qaz  sızmasından  baş  verən  yanğınlar,  çöl-meşə 

yanğınları,  ildırım  çaxmadan  baş  verən  yanğınlar,  əhalinin  səhlənkarlığından  baş 

verən yanğınlar, kimyəvi proseslərlə işləyən obyektlərdə səhlənkarlıq üzündən baş 

verən yanğınlar, neft və qaz mədənlərində, neftayırma və neft emalı zavodlarında, 

kənd  təsərrüfatına  aid  sahələrdə  susuzluq  və  təhlükəsizlik  texnikasına  əməl 

edilməyən zaman baş verən yanğınlar,  yaşayış massivlərində baş verən yanğınlar 

və s. 


  

II Kollokvium 

5. nsanların  fəaliyyət  sahəsində  yaranma  ehtimallı  təhlükələr  haqqında 

anlayış və müxtəlif amillər. 

5.1  “ nsan-onun  fəaliyyət  mühiti”-ndə  əmələ  gələn  neqativ  hallar  necə  təsnif 

edilir? 

-Təsnif  olunma  mühitləri:  təbii  və  antropogen  xarakterli  olaraq,  insanların 

fəaliyyəti  nəticəsində  baş  verir.  Bu  mühitlər  insanların  fəaliyyət  göstərdiyi, 

yaşadığı,  hərəkət  etdiyi  və  digər  hallarda  mənfi  neqativ  təsirlər  baş  verən  zaman 

nəzərdə tutulur.  

5.2 Təsir təbiətinə görə zərərli amillər necə təsnif olunurlar? 

Onlar: fiziki, kimyəvi, bakterioloji və psixofiziki xarakterli olurlar. 

Onları  araşdırarkən,  hər  biri  insanların  həyat  fəaliyyətinin  təhlükəsizliyi  üçün 

müxtəlif fəsadlar yaratma imkanına malikdirlər. 



5.3 Fiziki təhlükəli və ziyanlı amillərə hansılar daxildir? 

Bu amillərə: maşın və  müxtəlif mexanizmlər, qurğuların hərəkət hissələri, kəskin 

və dağılan əşyalar, yüksək tozlaşma səs-küyün səviyyəsi və başqalarını göstərmək 

olar. 


5.4 Kimyəvi təhlükəli və ziyanlı amillərə nələr aiddir? 

Bura  daxildir:  texnoloji  proseslərdə  istifadə  olunan  ziyanlı  maddələrdən  –xlor, 

ammiak,  müxtəlif  növ  turşular,  sənaye  zəhərləri-civə,  fosgen,  difosgen,  zəhərli 

kimyəvi maddələr, müddəti keçmiş dərman vasitələri, həmçinin hərbi yolla istifadə 

oluma ehtimallı zəhərləyici maddələr. 

5.5 Bioloji təhlükəli və ziyanlı amillərə nələr aiddir? 



Bu  qrupa  daxil  olan  mikroorqanizmlərdən  müxtəlif  bakteriyaları,  virusları, 

göbələkləri,  rikketsiləri  göstərmək  olar  ki,  onların  təsiri  nəticəsində,  insanların, 

fauna  və floranın genis miqyasda epidemiya xəstəliklərilə yoluxması baş verir. 

6.  Kimyəvi  ziyanlı  maddələrdən  insan  orqanizim  üçün  təhlükə  kəsb  edə

maddələr hansılardır? 

6.1Kimyəvi ziyanlı maddələrə hansı vasitələr daxildir? 

Onlar,  kimyəvi  ziyanlı  (təhlükəli)  maddələr  olub,  yaşadığımız  mühitə,  insanların 

təbiətlə düzgün rəfdar etmədiyi zaman baş verir. Bu maddələr, təbii və antropogen 

xarakterli olurlar. 



6.2 Məişət mühitində istifadə edilən bioloji aktiv maddələrə nələr daxildir? 

Onlardan:  sabun,  yuyucu  tozlar,  şampun,  müxtəlif  bioaktif  əlavələri  və  digərləri 

mövcuddur.  Müvafiq  olaraq  göstərdiyimiz  bioloji  aktiv  maddələrdən  ən  geniş  və 

sərfəli  istifadə  olunan  maddələrdən  yuyucu  tozları  və  müxtəlif  növ,  həmçinin 

məqsəd  yönlü sabunları göstərmək olar.    

6.3 “Binar” tipli zəhərləyici maddələr hancı xassələrə malikdirlər? 

Onlar  qaz,  yaxud  qarışıq,  az  zəhərli,  yaxud  təhlükəsiz  kimyəvi  maddələr  olub, 

birləşməsi  nəticəsində  ən  kəskin  toksikoloji  xarakterli  zəhərləyici  maddəyə 

çevrilmə  qabiliyətinə  malikdir.  Bu  tipli  maddələr,  daşınma  və  anbarlarda  uzun 

müddət  saxlanılan  zaman,  insanların  həyat  fəaliyyətinə  heç  bir  təhlükə  yaratmır. 

Tətbiq  edildikdə  isə  külli  miqdarda  insanları  və  heyvanları  məhv  etmə  imkanına 

malikdir.  

 

6.4 Kimyəvi ziyanlı maddələəsasən hansı mühitdə yayılırlar? 

Onlar    atmosfera,  hidrosfera  və  litasferada  yayılma  ehtimallı  olurlar.  Əsasən 

havanın  istiləşdiyi  dövrdə,  ilin  yaz,  yay  və  payız  fəsillərində  daha  kəskin  təsirə 

malik olub, uzun müddət soyuq mühitdə təsir göstərmə xüsusiyyətlərinə malikdir.  

6.5  Kimyəvi  təhlükəli  maddələrlə  zəhərlənmiş  ərazi  və  xəstəlik  necə 

adlandırılır? 

Bioqeokimyəvi  zəhərlənmiş    ərazi,  həmçinin  xəstəlik  spesifik  olaraq  havanın 

tərkibinin  və  torpağın  temperaturasının  dəyişməsi  əsasında  baş  verir.  Mühitdə 

havanın  cərəyan  etməsindən  asılı  olaraq,  müxtəlif  sürətlə  və  geniş  miqyasda 

yayılma imkanına malikdir. 

7.  Müəssisələrin  işçi  otaqlarında  və  sahəsində  səs-küyün,  titrəyişlərin,  zərərli 

maye,  qaz  və  tozun,  yüksək  təzyiqli  maqnit  sahəsinin,  lazer  şuasının  və 

radiasiyanın yaranma səbəbləri və onların gəstəriciləri. 



7.1 Səs-küy nədir və onun insan orqanizminə təsiri? 

Səs-küy  istehsalatda  akustik  tezlik-titrəyişlər  olub,  nəhəng  mexanizmlərin  əmələ 

gətirdikləri  yüksək  tezlikli  dalğalar  başa  düşülür.  Onlar  öz  növbəsində  insanların 

sinir sisteminə-səhhətinə güclü təsir göstərir. 



7.2 Dalğaların uzunluğu necə başa düşülür? 

Dalğaların  titrəyişi  dövründə,  müəyyən  zaman  ərzində  qət  etdiyi  məsafə  nəzərdə 

tutulur. Bu dalğalar mühitdən və təbiətin relefindən asılı olaraq dalğaların yayılma 

ampilitudalarına malikdirlər. 



7.3 Müxtəlif mühitdə səsin yayılma surəti nə qədərdir? 

Onun havada sürəti 330 m/san, suda 1400m/san, polad metalında isə 5 000 m/san 

qəbul  edilir.  Bu  rəqəmlər  ümumi  fizika  qanuna  əsasən  qəbul  edilmişdir.  Yerin 

akustikasından asılı olaraq mühitə səsin yayılması ehtimalı müxtəlifdir. 



7.4  Səs-küyün  hansı  göstəriciləri  insan  orqanizminə  daha  kəskin  tibbi 

fəsadlarla nəticələnir? 

Tibb elmi müəyyən etmişdirki, 16 qers tezlikdən az infrosəs dalğalar eşidilmədən 

və  görünmədən  ən  azı  7  nəfər  insana  dərin  izaholunmaz  qorxu  və  sıxıntı  əmələ 

gətirmə imkanına malikdir.  



7.5 Ultrasəsin təsir dərəcəsi nədən asılıdır? 

nsanlara  və  mühitə  ultrasəsin  təsir  dərəcəsi  onun  intensivliyindən  və  təsir 

müddətindən  asılıdır.  Müvafiq  olaraq  səs-küy  və  titrəyişlərin  təsiri  nəticəsində 

maksimal  sənaye  zəhərləri  əmələ  gətirir.  nsanların  iş  qabiliyyətini  azaldaraq, 

ümumi səhhətinə pis təsir göstərir. 

8. Təhlükəsizlik texhikası və həyat fəaliyyətinin təhlükəsizliyi. 

8.1  stehsalatda elektrik təhlükəsi necə başa düşülür? 

stehsalatda ehtimal olunan elektrik cərəyanının təhlükəsi 100ma (ampermetr) artıq 

olduqda ölümlə nəticələnə bilər. Müvafiq olaraq bu rəqəmi bilərək, hər bir ictehsal 

müəssələrində  xüsusi  yüksək  tezlikli  elektrik  cərəyanlarının  yer  ilə  əlaqəsini 

saxlamaq üçün qurğulardan istifadə olunur.  

8.2  stehsalatda insan orqanizmi tərəfindən hiss edilən cərəyanın miqdarı? 

nsan orqanizminə təsir edən təhlükəsiz cərəyan 1 ma, 12-15 ma olduqda, onların 

ə

zələ  nahiyəsi  sıxılaraq,  naqillərdən  qopa  bilmirlər.  Bu  halda  mütləq  əlavə 



köməkdən istifadə olunmalıdır. 

8.3  stehsalatda hansı növ cərəyanlar istifadə olunurlar? 


Nəhəng  istehsal  müəssisələrində  adətən  hər  iki  növ  dəyişən  və  sabit  cərəyan 

növlərindən  istifadə  olunur.  Amma  istifadə  olunan,  dəyişən  cərəyan  növü  sabit 

cərəyan növündən insanların həyat fəaliyyəti üçün daha çox təhlükəlidir.  Xüsusən, 

insanların  həyatı  üçün  daha  təhlükəsiz  “lyuminesensiya”(  gündüz  işığı)  hesab 

edilir.   

 

8.4  nsanlara elektrik cərəyanının təsiri necə xarakterizə olunur? 

Elektrik  cərəyanının  insan  orqanizminə  təsir  amili  nəticəsində:  güclü  elektrik 

zərbəsi,  müxtəlif  nahiyələrdə  yanıqlar,  ürək  çatışmamazlığı,  daxili  üzvülərdə  isə 

kəskin qıcolmalar müşahidə olunur, həmçinin ölümlə nəticələnmə mövcuddur. 

 

8.5 Elektrik zərbənin və yanıqların hansı fəsadları ola bilər? 



 Elektrik  zərbənin  güclü  təsiri  nəticəsində  bədən  əzələləri  qıcıqlanaraq  kəskin  qıc 

olmaya,  tənəffüsün  və  ürəyin  dayanmasına  gətirib  çıxarır.  Elektrik  yanıqları  isə, 

bədəndən  cərəyan  keçdikdə,  əmələ  gələn  yüksək  temperatur  nəticəsində  müxtəlif 

dəri  nahiyələrində  qızartılar,  yanıqlar  və  suluqlar,  yaxud  dərinin  şişginliyi 

müşahidə olunur. 

 

9.Elektrik cərəyanının xarakterizəsi. 



9.1 Elektrik cərəyanı nədir? 

Elektrik cərəyanı – elektrik yüklərin naqillər vasitəsilə nizamlı hərəkətidir. 

Elektrik  cərəyanının  gücü  naqillərin  uclarındakı  potensiallar  fərqi  ilə  düz, 

materialların müqaviməti ilə tərs mütanasibdir. 

 

9.2 Elektrik cərəyanı necə təsir göstərir? 

nsan  elektrik  naqillərinə  toxunarkan,  özü  şəbəkə  naqillərinə  çevrilir.  O,  yer  ilə 

düzgün  təmasda  olmadıqda,  yəni  təcrid  (izole)  olunmadıqda,  onun  bədənindən 

elektrik cərəyanı keçərək, bədən müqavimətindən asılı olaraq təsir göstərir. 

 

9.3 Elektrik cərəyanının təsir dərəcəsi nədən asılıdır? 

Elektrik  cərəyanının  insan  orqanizminə  təsir  dərəcəsi,  orqanizmə  təsir  göstərən 

cərəyanın gücü, növü, təsir etmə müddəti, orqanizmdən keçmə yolları, insanın bu 

anda fiziki və psixoloji vəziyyətindən asılıdır.  

 

9.4 Elektrik cərəyanında mühafizə üsulları hansılardır? 

Elektrik  naqillərinin  açıq  hissələrinin  təcrid  edilməsi  –  elektrik  gərginliklərin 

təsirindən mühafizənin əsasını təşkil edir. 

-gərginlikləri  olmayan  digər  metal  cihazlarının  yerlə  əlaqələndirilməsi  insanların 

cərəyanla təmasda olduğu zaman təhlükəsizliyin təmininə zəmanət verir. 



Hər-bir təhlükə ehtimallı qurğularda xüsusi qoruyucular yerləşdirilməlidir. 

 

9.5  nsan üçün təhlükəsiz gərginliklər nə qədərdir? 

  nsan  orqanizmi  üçün  təhlükəsiz  gərginlik  42  volt  az  qəbul  edilir.  stehsalatda 

təhlükəsiz gərginlik 12 volt və 36 volt nəzərdə tutulmuşdur. Texnoloji şəbəkələrdə 

127,  220  və  380  volt  gərginlikli  elektrik  cərəyanları  istifadə  edilir.  Onlar  eyni 

zamanda bir və iki fazalı gərginlik dəyişən cərəyan olurlar. 

 

10.Müharibə mənşəli fövqəladə hallar hansılardır? 

10.1Müharibə xarakterli fövqəladə hallar necə baş verir? 

Müharibə  mənşəli  fövqəladə  hallar  müharibə  dövründə  müxtəlif  kütləvi  qırğın 

silahlarının: nüvə silahları – (atom, hidrogen, neytron); 

Kimyəvi,  güclü  təsirə  malik  (zəhərləyici  maddələr),  bakterioloji  xəstəlik  törədici 

mikroblar və müxtəlif müasir hücum vasitələrdən istifadə edilməklə baş verir. 

10.2 Nüvə silahının zədələyici amilləri hansılardır, onları xarakterizə edin? 

a)zərbə dalğası (ölçü vahidi kq/sm2) izafi təzyiq, izafi təzyiqin sürəti, izafi təzyiqin 

təsiri müddəti ilə xarakterizə edilir.  nsanlarda kontuziya, əzinti və çıxıqlar yarana 

bilər. Obyektlərdə müxtəlif dərəcəli dağıntılar yaradır. 

b)işıq  şüalanması-  (ölçü  vahidi  kc/m2  və  ya  kal/sm2)  xarakterizə  edən  parametr- 

işıq  impulsudır,  onun  təsirindən-insanlarda  müxtəlif  dərəcədə  yanıqlar,  ətraf 

ə

razidə isə geniş yayılmış yanğınlar. 



c)nüfuz  edici  radiasiya  -  (ölçü  vahidi  Rentqen,  radian,  qrey),  onun  təsirindən 

insanlarda  müxtəlif  dərəcədə  şüa  xəstəliyi  yaranır.  Ətraf  ərazidə  isə  şüalanma 

müşahidə olunur. 

d)radioaktiv  zəhərlənmə  -  (ölçü  vahidi  Rentqen/saat).  nsanlarda  qemoqlobin 

azlığına  (leykemiya),  sümik  xərçənqi,  ağ  ciyər  xərçənqi  və  .s.  xəstəliklərə  səbəb 

olur. Ətraf ərazidə isə radioaktiv hissəciklərin təsirindən zəhərlənmə. 

е

)elektromaqnit  impulsu.  (ölçü  vahidi  volt).  Elektrik  cihazlarına  təsir  edir,  qısa 



qapanmaya səbəb olur. 

10.3 Kimyəvi zəhərli maddələrin növləri, onların insan orqanizminə təsiri? 

Kimyəvi  silahın  tədbiqi  nəticəsində  zəhərli  maddələrin  təsirindən  insanlarda 

müxtəlif zəhərlənmələr və qıcıqlanmalar yaranır, həmçinin insanların, heyvanların 

məhv olması ilə nəticələnir. 

-Sinir iflici təsirli ZM - zorin, zoman, V-qazlar; 

-Dəridə yaraçıxaran ZM - texniki iprit, azotlu iprit, lünzit; 

-Ümumzəhərləyici təsirli ZM - sianid turşusu, xlorsian; 

-Boğucu təsirli ZM- fosgen, difosgen; 

-Göz yaşardıcı qıcıqlandırıcı ZM - xlorasetofenon, S -ES və  BZ qazları, adamsit; 

 

10.4 Bioloji (bakterioloji ) silah nədir, onun əsasını nə təşkil edir? 



Bioloji  silahın  əsasını  infeksiya  xəstəlikləri  yaradan  mikroblar  və  onları  daşıyan 

vasitələr  təşkil  edir.  Bu  silah  -  bakterial  vasitələrə  və  onları  tətbiq  etmək  üçün 

işlədilən  döyüş  sürsatlarına,  cihaz  və  tərtibata  deyilir.  Bakterioloji  silahın  əsasını 

epidemioloji  xəstəlik  törədən  mikroblar,  viruslar,  göbələklər  və  onlardan  alınan 

zəhər- toksinlər təşkil edir. Bioloji silahın təsirindən aşağıdakılar yaranır: 

-Virusların yayılmasından - epidemiya, epizootiya, epifitotiya. 

-Mikrobların törətdiyi yoluxucu xəstəliklər və s. 

10.5 Müasir təsir edici (məhv edici) vasitələr hansılardır? 

Müasir məhv edici vasitələrə:  

yandırıcı  mərmilərdən:  ağ  və  qırmızı  fosfor,  napalmalar,  piroqelləri  gostərmək 

olar. Onların partlaması nəticəsində 1200

0

-də 2700


0

-dək temperatura əmələ gəlir. 

-20-40sm beton və zireh təbəqələrin dağıdılması üçün kumulyativ mərmilərdən,  

-insanların  kütləvi  məhv  edilməsi,  obyektlərin  geniş  miqyasda  dağıdılması 

məqsədilə tutumlu və vakkumlu mərmilərdən, 

-həmçinin yüksək dəqiqli lazer mərmilərindən və başqalarından istifadə olunur. 



III Kollokvium 

 

HFT fənni üzrə 11-15 saylı kollokvium suallarının cavabı 



11. HFT fənni nədən bəhs edir? 

nsanların  təhlükəsizliyinin  mühafizəsinin  anatomik  –  fizioloji 

mexanizmi və onlara təsir göstərən neqativlər hansılardır? 

11.1  stehsalatda HFT nədir? 

-  nsanların,  iqtisad  obyektlərinin    və  ərazinin  həmçinin  mühafizəsi 

üsullarını öyrədən elm. 

-  yaşayış  mühitinin  neqativ  təsirinin  amillərindən,  insanları  mühitdə 

mövcud  olan  halların  təsirlərindən,  təhlükələrdən  və  digər  ziyanlardan 

kənarlaşdıraraq, mühitdə normal       - konfort şərait yaratmaqdan ibarətdir.  

-  ziyanlı  və  təhlükəli  faktorların  mənfi  nəticələrinin  və  təsirinin  aradan 

qaldırılması. 

- insanlar üçün normal, komfort iş və yaşayış mühitinin yaradılması. 

11.2  FH - larda əhalinin mühafizə üsulları hansılardır? 

-  Əhalinin sığınacaqlarda mühafizəsi. 

-  Əhalinin  radiasiya  əleyhinə  daldalanacaqlarda  və  sadə  sığınacaqlarda  

mühafizəsi.  

-  əhaliyə  tənəffüs  orqanlarını  mühafizə  etmək  üçün  -  əleyhqazların, 

respiratorların, toza qarşı tənzif maskaların -ПTM-1 verilməsi.  




-  əhaliyə  fərdi  tibbi  mühafizə  vasitələrinin-  AИ-2  aptekçələrin,  sarğı 

materiallarının, fərdi kimya paketlərinin-  PP-8,  PP-9 verilməsi. 

-  Əhalini  təhlükəli  ərazidən  evakuasiyası  və  şəhərdən  kənar  ərazidə 

yerləşdirilməsi,  



  11.3  Kateqoriyaya  daxil  edilmiş  şəhərlərdən  əhalinin  evakuasiyası 

üsulları hansılardır? 

-  Evakuasiya  toplanma  məntəqələrinin  yaradılması,    insanların  qeydə 

alınması və təhlükəsiz ərazilərə yola salınması,  

-  nsanların  qeydə  alınması  və  bütün  nəqliyyat  vasitələrindən  səmərəli 

istifadə etməklə (hava, dəniz, avtomobil və s.) yola salınması,. 

- Əhalinin şəhərdən kənar ərazidə müvəqqəti məskunlaşdırılması. 

-  Əhalinin  şəhərdən  kənar  ərazidə  yerli  əhalinin  evlərində,  mənzillərində, 

mədəni  –  ictimai  binalarda,  sanatoriyalarda,  məktəblərdə  və  digər  xarakterli 

müalicə - yaşayış mərkəzlərində və  istisna hallarda əhali kommunal şəraitləri 

olan çadırlardan istifadə olunmaqla yerləşdirilir. 



11.4 FH-da əmələ gələn ekstremal vəziyyət necə başa düşülür?  

-  nsanların  dərk  etmə  qabiliyyətindən  kənarda  olan  vəziyyətlər  başa 

düşülür,  

- Onların cibgirlərdən mühafizə olunması. 

- Onların narkomanlardan mühafizə olunması. 

- Onların sərxoşlardan mühafizə olunması. 

- Onların özlərinin kütlələrin içində aparmaq bacarığı.  

- Onların nəqliyyat qəzaları zamanı özlərini aparmaq bacarığı. 



11.5  Şəhərdən  kənar  ərazidə  əhalinin  təhlükəsizliyini  təmin  etmə

üsulları hansılardır? 

Bu məqsədə nail olmaq üçün ərazidə: 

-  ctimai assaişin mühafizəsi qruplarının yaradılması. 

- xalq nəzarətçiləri qruplarının yaradılması. 

- Yanğından mühafizə qruplarının yaradılması. 

- Polis postlarının təyin edilməsi. 

- Təhlükəli yerlərdə müşahidə kameralarının qoyulması. 

12.  nsanların  və  istehsalat  əməkdaşlarının  hərəkətləri  cəmiyyətdə 

hansı məişət xarakterli təhlükələr yarada bilər? 

12.1  Laqeyid münasibət nə ilə nəticələnə bilər? 

   Yanğınların  80%-i  insanların  ev  şəraitində  laqeyidliyi  nəticəsində  baş 

verir.  Az  həcmli  yüksək  təzyiqli  qaz  balonlarının  istismarı,  məişət  qazının 

açıq  qalması  faciələrlə  nəticələnir.  Belə  hallarda  partlayış  və  yanğın,  nəinki 




ailəyə, həmçinin qonşuların həyatına bərpa olunmaz maddi ziyan vurur. Eyni 

sözləri elektrik cihazları barədə demək olar. Güclü qızdırıcı spirallı cihazların 

istismarı  nəticəsində  naqillərin  kəskin  qızması  müxtəlif  fəsadlı  məişət 

xarakterli yanğınlara səbəb olur.  



12.2 Ailə üzvülərinin riskli hərəkətləri hansı faciələrlə qurtarır? 

FH-da  risk  halı  dedikdə,  müxtəlif  həyat  üçün  təhlükə  kəsb  edən  halların 

ehtimalı  nəzərdə  tutulur.  Onların  nəticəsində  insanların  yaşayış  mühitində, 

məişət  qazından  boğulma,  maddi  ziyan  və  ailə  üzvülərinin  həyatı  üçün 

təhlükələr  yaranır.  Bəzi  hallarda,  məişətdə  qeyri  standart  qızdırıcı  cihazların 

cərəyan  şəbəkələrinə  uzun  müddət,  nəzarətsiz  birləşdirilməsi    nəticəsində 

gözlənilməz hallara və yanğınlara gətirə bilər.   

12.3 Dini xarakterli müxtəlif baxışlar hansı nəticə verə bilər? 

Təhlükələrin  ən  vacib  göstəricilərindən  biri,  din  mənsubiyyətidir.  Bu  hal 

ondan  irəli  gəlir  ki,  din  başçılarının  zənginləşmələrinə  görə,  insanların 

arasında  bir-birinə  qarşı  nifrət,  dözülməz  hala  gətirib  çıxarır,  o  isə 

düşmənçiliklə  nəticələnir.  Beləliklə,  insanların  baxışlarında  müxtəlif 

xarakterli ziddiyətlər yaranır. 



12.4 Kütlənin içərisində və hərəkət zamanı təhlükəsizliyin təmini üçün 

insanlar necə davranmalıdırlar? 

Kütləvi  hərəkət,  yaxud  istirahət,  insanların  kütləvi  surətdə,  müvəqqəti 

olaraq  birləşməsi  halıdır.  Bu  zaman  insanların  müxtəlif  baxışları, 

münasibətləri,  əməyə  düzgün  qiyməti  və  digər  kriteriyalar,  onların  arasında 

xoşagəlməz  mübahisələrlə  nəticələnə  bilər.  Bu  isə  böhran  vəziyyəti  əmələ 

gətirərək,  dözülməz  olaraq  cəmiyyət  arasında,  onların  normal  həyat 

fəaliyyətinə sarsıdıcı təsir göstərir. 

Belə  hallarda  hər  bir  şəxs  təmkinli  olaraq  etikanı  pozmadan,  mədəni 

surətdə  davranaraq  ümumi  razılığa  gəlməyə  çalışmalıdır.  Hərəkət  zamanı 

çalışmaq lazımdır ki, kütlənin ortasında olmayasan və o sahəni təhlükəsiz tərk 

edəsən.  

12.5  qtisadi  obyektlərinin  əməkdaşları  ekstremal  vəziyyətlərdə  necə 

davranmalıdırlar? 

Ekstremal  vəziyyətlərdə  obyektlərin  əməkdaşları  xüsusən  qocalara,  uşaqlı 

və  hamilə  qadınlara,  xəstələrə  hörmət  edərək,  onları  müxtəlif  təhlükələrdən 

mütəşəkkil  surətdə  mühafizəsini  əvvəlcədən  planlaşdırmalıdırlar.  Laqeydlik 

ə

n təhlükəli haldır. 




Kütləni,  nəinki  oğrulardan,  cibgirlərdən,  narkomanlardan,  həmçinin 

qəzalardan,  güclü  təsirə  malik  olan  zəhərləyici,  radioaktiv  maddələrin 

təsirindən qorumaq lazımdır, təhlükəsizliyi təmin edilməlidir. 

13.  nsanların  fəaliyyət  mühitində  təhlükə,  müxtəlif  qəzalar  yaradan, 

hansı radioaktiv – təhlükəli obyektlər mövcuddur? 

13.1  Radioaktiv təhlükə kəsb edəən qorxulu obyektlər hansılardır? 

 Radioaktiv  təhlükəli  sənaye  obyektlərdən  uran  filizlərinin  əldə  edilməsi 

mədənləri,  xüsusən  nüvə  silahında  istifadə  olunan  zənginləşdirilmiş  urandır. 

Bildiyimiz kimi uran filizi 0.0155%  U-235, 0.07%  U-233 və 98%  U-238, 

həmçinin  müxtəlif  qarışıqlardan  ibarətdir.  Eyni  zamanda  nüvə  silahında 

yalnız U-235, U-233 və PL-239 izotoplarından istifadə olunur. Termonüvədə 

isə onlardan başqa deyterium D

2

 və tritium D



3 

istifadə edilir. Bu məhlullarla 

işləyən obyektlərdə qəza baş verərsə əhalinin həyatı üçün ən böyük radiasiya 

təhlükəsi yarana bilər. 



13.2 Nüvə reaktorları insanlar üçün hansı təhlükə kəsb edir? 

    Onlar  istifadə  prinsiplərinə  görə  elmi  və  istehsalat  xarakterli  olaraq, 

elmi-tədqiqat  laboratoriyalarında,  həmçinin  atom  elektrostansiyalarında 

istifadə  olunurlar.  Elmi  tədqiqat reaktorların  işləmə  prosesi  müddətində süni 

radioaktiv  izotopların  alınması  və  onların  nüvə  tədqiqatında  geniş  istifadəsi 

icra olunur. Atom elektrik stansiyalarında quraşdırılmış istehsalat reaktorları, 

elektrik enerjisi mənbəyi kimi sənayedə geniş istifadə olunur. 

Bu reaktorlarda qəzaların əmələ gəlməsi nəticəsində təbiətə külli miqdarda 

radioaktiv  qazları  və  nüvə  tullantıları  (maddələri)  buraxılır.  Xüsusən  nəzərə 

çarpan onların müxtəlif yarımparçalanma dövrlərinə mənsub olmalıdırlar. 

Məs.  U-238  təbii  radioaktiv  maddəsinin  yarımparçalanma  dövrü  4.6 

milyard  ildir,  bu  əsasdan  1986-cı  ildə  çernobıl  AES  qəzası  indiyədək 

insanların həyat tərzinə, onların sağlamlığına kəskin təsir göstərir. 



13.3  Yüksək  tezlikli  elementar  hissəciklər  yerləşdirilmiş  obyektlə

hansı təhlükələr yaradırlar? 

Yüksək  tezlikli  hissəciklərlə  işləyən  obyektlər  fəaliyyəti  dövründə  yeni 

süni  radioaktiv  maddələr  alaraq  nüvə  tədqiqatları  sənayesində  istifadə 

olunurlar.  Belə  sənayedə  baş  vermiş  qəzalar  və  onların  iş  əsnasında  təbiətə 

ifraz  etdiyi  radioaktiv  maddələr  mühit  atomlarını  ionlaşdıraraq  insanların 

həyat  tərzinə  kəskin  ionlaşdırıcı  təsir  göstərmə  imkanlarına  malikdir.  Bu 

halları nəzərə alaraq, belə obyektlərin yaxınlığında insanların təhlükəsizliyini 



təmin etmək məqsədilə 3-gün müddətində fəhlə və qulluqçuların sığınmaları 

üçün möhkəm sığınacaqlar tikilir. 



13.4  Radioaktiv,  kimyəvi  və  bioloji  tullantılar  saxlanılan  obyektlə

hansı təhlükəni kəsb edir? 

-  Radioaktiv  obyektlərdə  qəza  baş  verdikdə,  təbiətə  radioaktiv,  kimyəvi 

maddələrin  tullanılması  təhlükəsi  yaranır.  Müxtəlif  radioaktiv  avadanlıqların 

sıradan  çıxması  nəticəsində  ətrafa  bərk,  maye  və  kristal  halında  tullantıların 

yayılması baş verir. 

- Kimyəvi zəhərləyici maddələr torpağa, suya və müxtəlif xammala, ərzaq 

məhsullarına təsir edərək, meterioloji şəraitdən asılı olaraq 10-30 gün ərzində 

insanlara, təbiətə təsir göstərə bilir.  

-  Bioloji  təhlükə  mikrobların,  virusların,  bakteriyaların  ərazidə  müxtəlif 

epidemiolji  xəstəliklərin  uzun  müddətli  və  geniş  miqyaslı  yayılması 

nəticəsində  əmələ  gəlir.  Bu  ərazidə,  adətən  təhlükəsizliyi  təmin  etmək 

məqsədilə  “karantin

” 

yaxud 


“observasiya”  ciddi  rejimləri  tətbiq 

edilməlidir.  

Hal - hazırda “Ebola” virusu xəstə ilə kontakda olduqda əmələ gəlir. Bəzi 

yoluxucu  xəstəliklərin  müalicəsi  üçün  peyvəndlər  mövcud  deyil.  Uzun 

müddət  idi  ki,  vəba,  qara  yara,  xolera  və  digər  xəstəliklər  müalicə 

olunmurdular, ancaq bu gün onlar müalicə olunurlar. 



13.5  Kütləvi  qırğın  silahlarının  tədqiqatı  aparılan  ərazidə  hansı 

təhlükə yaranır? 

   Məlumdur  ki,  silahların  tədqiqatı  aparılarkən,  həqiqi  təsiredici  silah 

növlərindən  istifadə  olunur.  Onlar  isə  həmin  əraziyə,  onun  ekologiyasına, 

orada  fəaliyyət  göstərən  insanların  həyat  tərzinə,  sağlamlıqlarına  mənfi  təsir 

göstərirlər.  Bu  kütləvi  qırğın  silahlarına  nüvə,  kimyəvi  və  bioloji  silahların 

daxil  olduğunu  nəzərə  alsaq,  müəyyən  edərik  ki,  onların  hər  biri  özünə 

məxsus tərzdə təsir etmə xüsusiyyətinə malikdirlər. 



14. Təbii xarakterli fövqalədə hadisələr zamanı istehsalat əməkdaşları 

necə fəaliyyət göstərməlidirlər? 

14.1 Təbii xarakterli FH hansılardır? 

  Təhlükəli geofiziki hadisələr: 

- zəlzələlər; 

- vulkan püskürmələri.  

Təhlükəli meteoroloji  hadisələr: 

- 9-11 ballıq fırtına; 

- 12-15 ballıq qasırğa,tufan; 



- leysan yağışları; 

- iri dolu; 

- quraqlıq; 

- güclü qar; 

- güclü buzlaşma,donvurma; 

- güclü çovğun, 

Təhlükəli hidroloji hadisələr: 

- su səviyyəsinin qalxması (daşqın) və düşməsi; 

- yeraltı suların səviyyəsinin qalxması(subasma).  

Təhlükəli geoloji hadisələr: 

- Sellər; 

- Torpaq sürüşməsi; 

- Torpaq uçqunu; 

- Marxallar, qar uçqunu; 

- Yerin yuxarı qatlarının köçməsi. 

 

14.2Zəlzələ baş verərkən insanlar necə davranmalıdırlar? 



    Recpublikamızın  ərazisinin  50%-dan  artıq  hissəsi  seysmik  aktiv  zonaya 

düşdüyündən, xüsusən dağ ərazisi zəlzələ təhlükəsi əmələ gəlmə ehtimallıdır. 

Bu əsasdan tarixə istinad edərək Respubıikamızın ərazisində zəlzələnin gücü 

7-9  bal  Rixter  şkalasına  uyğun  baş  vermə  ehtimallıdır.  Bu  qüvvədə  olan 

zəlzələ  tektonik  dağıdıcı  xarakterə  malikdir.  Ona  görə  insanlar  mühafizə 

olunarkən düzgün davranış üsulunu seçməlidirlər. Belə ki, ev şəraitində təcili 

seyf  qapılarını  açaraq,  imkandan  istifadə  edib,  evdən  çıxaraq  binalardan 

kənar-təhlükəsiz  ərazidə,  müvəqqəti  məskunlaşmalıdırlar.  Yaxud  mənzilin 

künc  guşələrində,  pəncərə  və  qapının  arasında,  təhlükəsiz  ərazidə 

sığınmalıdırlar.  



14.3 Su basma ehtimall ərazidə əhalinin davranışı necə olmalıdır? 

      Ərazinin relyefindən və digər xüsusiyyətlərindən asılı olaraq su basma 

ə

raziləri  əvvəlcədən  proqnozlaşdırılır.  Adətən  bu  ərazilərdə  qəflətən  sellərin 



hansı fəsadların əmələ gətirməsinə qarşı tədbirıər planları hazırlanır. Bu təbii 

fəlakət  qəflətən  baş  vermə  ehtimallıdır,  ona  görə  hər  bir  regionlarda,  çay-

dəniz  hövzələrində,  suyun  səviyyəsinin  qalxmasına  müntəzəm  nəzarət 

edilməlidir.  Təhlükə  yaranan  zaman  əhaliyyə  dərhal  xəbər  verilib,  ərazidən 

təhlükəsiz zonaya köçürürlər. Onlar öz növbəsində özlərilə bütün sənədlərini, 

qiymətli  əşyalarını,  müəyyən  miqdarda  ərzaq,  mövsuma  uyğun  paltar 

götürərək mənzillərini tərk etməlıdirlər. 

14.4  Bakterioloji təhlükə yaranarkəəhali necə davranmalıdırlar? 

Bakterioloji  yoluxma  halları  baş  vermə  ehtimallı  ərazidə  geniş  miqyaslı 

infeksiya  xəstəliklərinin  yayılması  müşahidə  olunur.  Onun  qarşısını  almaq, 



yoluxma sürətini azaltmaq və yaxud ləğv etmək üçün mülki müdafiə və digər 

səlahiyyətli təşkilatlar tərəfindən məlumat verilərkən insanlar yüksək nizam-

intizamla, təşvişə düşmədən bütün tələblərə riayət etməlidirlər. Belə hallarda 

fərdi  kimyəvi  və  tibbi  mühafizə  vasitələrindən  səmərəli  istifadə  edərək, 

tənəffüs  üzvlərini  və  müxtəlif  ərzaq  məhsullarını,  suyu  təcridedici  qablarda 

saxlayaraq  təhlükəsizliyi  təmin  etməlidirlər.  Bu  məqsədlə  fiziki  və  kimyəvi 

üsullardan  istifadə  edərək  zərərsizləşdirmə  (dezinfeksiya)  tədbirini  icra 

etməlidirlər.  Fərdi  surətdə  isə  AИ-2  apteçkasının  içərisindəki  tibbi 

preaparatlardan istifadə edilməlidir. 

14.5 Fitotik təhlükələr, yaxud meyvə ağaclarının və bitkilərin arasında 

xəstəliklərin yayılması zamanı əhalinin davranışı necə olmalıdır? 

Belə hallar baş verdikdə, insanlar müəyyən təhlükəsizlik qaydalarına riayət 

etməlidirlər.  Meyvə,  tərəvəz  məhsullarını  qəti  qəbul  etməməli,  onları  qəbul 

etməzdən  qabaq  bütün  hallarda  isə  onları  tam  zərəzsiz  vəziyyətə  gətirib, 

xüsusi dezinfeksiya edici kimyəvi məhsullardan istifadə etdikdən sonra güclü 

su  təzyiqi  altında  yuyulub  təmizləməli  və  zərərsizləşdirməlidirlər.  Təbiətdə 

isə  ağaclar  xüsusi  çiləyici  cihazlar  vasitəsilə  və  kimyəvi  dezinfeksiya  edici 

maddələrlə  zərərsizləşdirilməli  və  bu  zaman    həşarətlər,  gəmiricilər  məhv 

olunmalıdır.  Zərərsizləşdirilmə  tədbirləri  həyata  keçirən  şəxslər  qoruyucu 

paltarlartan,  fərdi  mühafizə  vasitələrindən,  əleyhqazlardan  istifadə 

etməlidirlər.  Mühafizə  vasitələri  olmayan  şəxslər  həmin  əraziyə  yaxın 

gəlməməlidirlər.  Dezinfeksiya  tədbirləri  keçirən  şəxslər  orqanizmin 

immunitetini yüksəltmək üçün sanitar təmizləmədən keçməlidirlər. 

 

15. Terror təhlükəsinə qarşı və texnogen xarakterli FH-la mübarizədə 



təşkilat əməkdaşları necə davranmalıdırlar? 

15.1 Texnogen xarakterli FH-a nələr daxildir? 

Texnogen xarakterli FH-a aiddir: 

- Binaların qəflətən köçməsi; 

- AES-da istehsalat sahələrinin dağılması və ərazinin radioaktiv maddələrlə 

çirklənməsi;  

- Nəqliyyat qəzaları; 

- Güclü təsirli zəhərli maddələrin geniş miqyaslı əraziyə yayılması;  

- mühəndis-tədqiqatları mərkəzlərində baş vermiş qəza nəticəsində ərazinin 

radioaktiv maddələrlə çirklənməsi;  

- kimyəvi təhlükəli obyektlərdə GTZM-in ətrafa dağılması; 




-  bakterioloji  maddələrin  hazırlanması,  emal  edilməsi,  saxlanılması  və 

göndərilməsi  ilə  məşğul  olan    elmi-tədqiqat  müəssisərində  bakterioloji  və 

digər bioloji maddələrin yayılması ilə baş vermiş qəza; 

 - su nəqliyyatında baş vermiş qəzalar; 

- iri miqyaslı avtomobil qəzaları; 

- çoxsaylı insan ölümü ilə nəticələnən və xilasetmə-axtarış tədbirləri tələb 

edən aviasiya qəzaları; 

-  dəmir  yolu  nəqliyyatının  (metropoliten  vaqonlarının)  relslərdən  çıxması 

və yaxud toqquşması nəticəsində insan ölümünün baş verməsi və dəmir yolu 

xətlərinin dağılması; 

- çoxsaylı insan ölümü ilə nəticələnən su nəqliyyatında baş vermiş qəzalar, 

limanların və daxili sahil sularının zəhərləyici maddələrlə zəhərlənməsi; 

-  yaşayış  məntəqələrinə  yaxın  ərazilərdə  kəmərlərdə  baş  vermiş  qəzalar 

nəticəsində ətrafa çoxlu miqdarda daşınan məhlulun dağılması, hansı ki ətraf 

mühitin çirklənməsinə gətirib çıxarır; 

- elektrik sistemlərindəki qəzalar; 

- təmizləyici qurğulardakı qəzalar; 

- hidrodinamik qəzalar; 

- su anbarlarının dağılması; 

- yanğın təhlükəli obyektlərdə yanğınların baş verməsi. 

 

15.2 

nsanların  irimiqyaslı  nəqliyyat  qəzaları  zamanı  davranış 

qaydaları hansılardır? 

rimiqyaslı  avtomobil,    dəmiryol  (metro  qatarlarında),  hava,  su 

nəqliyyatında  baş  vermiş  qəzalar  çoxsaylı  insan  və  maddi  itkilərə,  ətraf 

mühitin  çirklənməsinə  səbəb  olurlar.Həm  yük,  həm  də  sərnişin  daşıyan 

nəqliyyat vasitələrində baş verən qəzalar maddi, mənəvi və psixoloji fəsadlar 

törətmə  ehtimalına  malikdirlər.  Bu  amilləri  nəzərə  alaraq,  insanların 

təhlükəsizliyini  təmin  etmək  üçün,  qısa  müddətdə,  kompleks  tədbirlər  icra 

edilməlidir.  Beləki,  zərərçəkmişlərə  lazımi  ilk  yardım  göstərərək  stasionar 

müalicə  xəstəxanalarına  çatdırmağa  çalışmalıdırlar.  Digər  təhlükələrdə  isə 

real vəziyyət nəzərə alınmalıdır. 



15.3  stehsalatda  partlayış  və  yanğın  baş  verdikdə  insanlar  necə 

davranmalıdırlar? 

stehsalatda partlayışlar əsasən texnoloji prosesin pozulması, yaxud sıradan 

çıxması  nəticəsində  baş  verir  ki,  bu  halda  müxtəlif  ikinci  təsir  nəticəsində, 

ə

razinin  zəhərlənməsi,  insanların  isə  zərərçəkməsi  müşahidə  olunur. 



stehsalatın  xüsusiyyətindən  asılı  olaraq,  ekalogiyanın  çirklənməsi,  əraziyə 

çox  miqdarlı  maye,  toz  şəklində  ziyanlı  maddələrin  yayılması  müşahidə 

olunur.  Belə  ekstremal  şəraitlərdə  insanlar  maksimal  qısa  müddət  ərzində 

xəsarət  almışları  təhlükəli  zonalardan  uzaqlaşdırmalı,  təxribatların  aradan 




götürülməsinə  cəhd  göstərməklə  bərabər,  təhlükələrin  genişlənməsinin, 

yanğınların yayılmasının qarşısı almalıdırlar. 



15.4  nsanların,  güclü  təsirə  malik  olan  zəhərli  maddələrin  yayıldığı 

ə

razidə davranış qaydaları necə olmalıdır? 

Güclü  təsirli  maddələrdən  ən  geniş  istehsalatda  istifadə  olunanlardan  xlor 

və amonyak maddələridir.  

-Xlorun  xüsusi  çəkisi  havadan  2.5  dəfə  ağır  olduğundan  təcili  bu  ərazini 

tərk  etmək  vacib  addımdır.  Eyni  zamanda,  belə  halda  küləyin  istiqamətini 

mütləq  nəzərə  alaraq  ona  perpendkulyar  surətdə  hərəkət  edərək,  ərazi  tərk 

edilməlidir.  Əlaltı  vasitələri,  cib  dəsmalını  isladaraq,  burunla  nəfəs  almaq 

vacibdir.  

-  Amonyakın  xüsusi  çəkisi  havanın  çəkisindən  yüngül  olduğundan  yalnız 

yer  səthinə  yaxın  yerləşib  mühafizə  olunmaq  məsləhətdir.  Bu  ərazini  tərk 

edərkən, xlorla zəhərlənmiş ərazidəki kimi davranmaq lazımdır. 



15.5 

Radioaktiv 

tozlarla 

zəhərlənmiş 

ə

razidə 



insanlar 

necə 

davranmalıdırlar? 

Radioaktiv  maddələrlə  zəhərlənmiş  zonalar  geniş  miqyaslı  olaraq  uzun 

müddət  ərazini  zəhərləmə  qabiliyyətinə  malikdir.  Onlar  tam  çöküntü  baş 

verənədək,  radiasiyanın  gücü  (səviyyəsi)  yüksəlir,  sonralar  isə  7  (yeddilər) 

qanununa müvafiq olaraq azalırlar. Bu əsasdan radiasiyanın gücünü ölçmək, 

ona nəzarət etmək vacib haldır. Bunun üçün dozimetrik cihazlardan DP-5V və 

DP-22-dən istifadə olunur. 

Geniş  ərazidə  belə  hallar  baş  verdikdə  insanların  evakuasiyası  zamanı 

müxtəlif  təxribatlar  baş  verə  bilər.  Ən  dəhşətlisi,  belə  hallarda  təxribatçının 

ə

lində  müxtəlif  infeksion  xəstəliklərini  daşıyan:  mikroblar,  viruslar, 



bakteriyalar, göbələklər və digərləri olarsa, insanlar arasında nəinki radioaktiv 

tozlarla zəhərlənmə, həmçinin infeksiya xəstəlikləridə əmələ gəlmə təhlükəsi 

yaranır.  Bu  isə  tədbirlərin  artmasına,  eyni  zamanda,  çox  saylı  itgiyə  səbəb 

olur.   


 

 

 

Yüklə 159,77 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə