Microsoft Word iban qaydalar 8 Final doc



Yüklə 41,1 Kb.
Pdf görüntüsü
tarix14.02.2018
ölçüsü41,1 Kb.
#27073
növüQaydalar


 

 

 



 

AZƏRBAYCAN RESPUBLİKASINDA STANDART BANK HESAB 

NÖMRƏSİNİN (IBAN) İSTİFADƏSİ QAYDALARI 

 

 

 

 

 

 

 

Bakı - 2010 

 

“Dövlət qeydiyyatına alınmışdır” 



Azərbaycan Respublikasının 

Ədliyyə Nazirliyi 

Qeydiyyat №_____ 

“___”___________2010-cu il 

 

Nazir müavini 



 

__________Toğrul Musayev 

 

      


 

“Təsdiq edilmişdir” 

Azərbaycan Respublikası 

Mərkəzi Bankının İdarə Heyəti 

Protokol № _____ 

“___”___________2010-cu il 

 

Sədr 


 

         ________Elman Rüstəmov 




1.

 

Ümumi müddəalar 

 

1.1.


 

Bu Qaydalar “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında”, 

“Banklar haqqında” Azərbaycan Respublikasının qanunlarına, Azərbaycan 

Respublikasının Mülki Məcəlləsinə, Azərbaycan Respublikasının digər 

normativ-hüquqi aktlarına uyğun olaraq hazırlanmışdır və Azərbaycan 

Respublikasının  ərazisində standart bank hesab nömrəsinin (IBAN) tətbiqi 

və istifadəsi qaydalarını müəyyən edir. 

1.2.


 

IBAN maliyyə institutları (bank və poçt-maliyə xidmətlərinin həyata 

keçirilməsi üçün lisenziyaya malik olan hüquqi şəxslər və Maliyyə 

Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi) tərəfindən banklararası 

hesablaşmalarda iştirak edən hesablara tətbiq edilir.  

 

2.

 

Anlayışlar 

 

2.1.


 

Bu Qaydalarda istifadə olunan anlayışlar aşağıdakı mənaları daşıyır:  

2.1.1.

 

IBAN - Bankçılıq Standartları üzrə Avropa Komitəsi (ECBS) və 



Standartlaşdırma üzrə Beynəlxalq Təşkilat (ISO) tərəfindən müəyyən 

edilmiş ISO 13616 beynəlxalq standartına uyğun olaraq yaradılan bank 

hesab nömrəsidir. 

2.1.2.


 

“SWIFT BIC”-i (bundan sonra - BIC) – maliyyə institutlarına Ümumdünya 

Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyəti ( SWIFT) tərəfindən 

verilmiş identifikasiya nömrəsidir. 

 

3.

 

IBAN-ın strukturu 

 

3.1.


 

IBAN-ın strukturu  28 simvoldan ibarət olmaqla aşağıdakı quruluşa (Əlavə 

1) malikdir: 



3.1.1.

 

ilk dəyişməyən 2 simvol – “Ölkələrin və onların qurumlarının adlarının 



təsviri üçün Kodlar” beynəlxalq standartına  (ISO 3166)  uyğun olaraq

“AZ” Azərbaycan Respublikasının ölkə kodudur; 

3.1.2.

 

növbəti 2 simvol – nəzarət rəqəmləridir; 



3.1.3.

 

növbəti 4 simvol – “Bank İdentifikasiya Kodları” beynəlxalq standartına 



(ISO 9362) uyğun olaraq, bankın BIC -inin ilk 4 simvoludur; 

3.1.4.


 

növbəti 20 simvol – müştəri hesab nömrəsidir.  

3.2.

 

Müştəri hesab nömrəsi üçün standart format mövcud deyildir. Müştəri hesab 



nömrəsində bankların seçimindən asılı olaraq filial kodu, balans hesabı, 

valyuta kodu, subhesab və müştəri kodu göstərilə bilər. Simvolların sayı 20-

dən az olduğu halda, həmin boşluqların yerinə müştəri hesab nömrəsinin 

əvvəlinə sıfırlar əlavə edilməlidir.  

3.3.

 

Müştəri hesab nömrəsində yalnız Latın əlifbasının böyük hərflərindən (A-Z) 



və rəqəmlərdən (0-9) istifadə edilməlidir. 

3.4.


 

Elektron ödəniş  sənədlərində IBAN-ın strukturunda boş sahəyə yol 

verilməməlidir. 

3.5.


 

Kağız formatda hazırlanmış ödəniş  sənədlərində IBAN-ın simvolları dörd-

dörd qruplaşdırılmaqla boş sahə ilə bir-birlərindən ayrılmalıdır. 

 

4.

 

IBAN-ın istifadə prinsipləri  

 

4.1.


 

IBAN ölkədaxili və ölkədənkənar banklararası hesablaşmalarda iştirak edən 

bütün bank hesablarına tətbiq edilməlidir. 

4.2.


 

Maliyyə institutları hesablar üzrə  çıxarışlarında IBAN-ı göstərməklə 

müştərilərini bu barədə məlumatlandırmalıdırlar. 

4.3.


 

Maliyyə institutları  tərəfindən qəbul edilən ölkədaxili köçürmələr üçün 

nəzərdə tutulmuş ödəniş  sənədlərində ödəyicinin və yaxud vəsaiti alanın 

IBAN-ı düzgün göstərilmədikdə sənəd icraya qəbul edilməməlidir.  

4.4.

 

Maliyyə institutları  tərəfindən qəbul edilən ölkədənkənar köçürmələr üçün 



nəzərdə tutulmuş ödəniş  sənədlərində ödəyicinin IBAN-ı düzgün 


göstərilmədikdə  sənəd icraya qəbul edilməməli, vəsaiti alanın IBAN-ı isə 

sənəddə göstərildiyi halda müvafiq qaydada yoxlanılmalıdır.  

 

5.

 

IBAN-ın nəzarət rəqəmlərinin hesablanması və yoxlanılması proseduru 

 

5.1.


 

IBAN-ın nəzarət rəqəmlərinin hesablanması  və düzgün olmasının 

yoxlanılması  “İnformasiya texnologiyası – Təhlükəsizlik texniki üsulları – 

Nəzarət xarakterli sistemlər” beynəlxalq standartına (ISO 7064) uyğun 

olaraq , MOD 97-10 metodu ilə həyata keçirilir. (Əlavə 2 və Əlavə 3). 

 

6.

 

Keçid və yekun müddəalar 

 

6.1.


 

01.09.2011-01.09.2012-ci il tarixlərində  maliyyə institutları  tərəfindən 

IBAN və köhnə bank hesab nömrələrini özündə əks etdirən ödəniş sənədləri 

icraya qəbul edilir. 

6.2.

 

01.09.2012-ci il tarixindən  etibarən banklararası hesablaşmalarda iştirak 



edən bütün ödəniş sənədlərində yalnız IBAN göstərilməlidir.  

 

 

 

 

 


“Azərbaycan Respublikasında 

standart bank hesab nömrəsinin 

(IBAN) istifadəsi Qaydaları” na 

Əlavə № 1  

 

Azərbaycan respublikasında IBAN-ın strukturu 

AZ NR BANK  HHHHHHHHHHHHHHHHHHHH 

 

 20 


simvol- 

müştəri hesab 

nömrəsidir. Müştəri hesab 

nömrəsinin simvollarının sayı 

20-dən az olarsa, onun 

əvvəlinə sıfırlar əlavə edilir. 

 

 

                                                                                     



                                                                                     4 simvol- maliyyə 

institutunun BIC-inin ilk 4 

simvoludur.  

 

2 simvol- nəzarət 



rəqəmləridir.                                        

 

                                                                                     2 simvol- Azərbaycan 



Respublikasının ölkə kodudur 

(“AZ”).                                 

 

 

 




“Azərbaycan Respublikasında 

standart bank hesab nömrəsinin 

(IBAN) istifadəsi Qaydaları” na 

Əlavə № 2  

  

IBAN-ın nəzarət rəqəmlərinin hesablanması 

 

İlkin Addım: 

ISO 7064 beynəlxalq standartına uyğun olaraq, MOD 97-10 metodu ilə IBAN-

ın nəzarət rəqəmlərinin hesablanması üçün Azərbaycan Respublikasının ölkə 

kodundan (“AZ”), iki sıfırdan (“00”), Maliyyə qurumunun BIC-inin ilk 4 

simvolundan və 20 simvolluq müştəri hesabından ibarət olan ilkin simvollar 

ardıcıllığı düzəldilir. 



Misal: AZ00 NABZ 0000 0000 1370 1000 1944 

Addım 1 

IBAN-ın ölkə kodu və iki sıfırdan ibarət olan ilk 4 simvolu onun sağ tərəfinə 

köçürülür. 

NABZ 0000 0000 1370 1000 1944 AZ00 



Addım 2 

ISO 13616 standartına uyğun olaraq, “Uyğunluq cədvəli”nə  əsasən IBAN-ın 

strukturunda istifadə edilən hərflər rəqəmlərlə əvəz olunur. 

2310113500000000137010001944103500 



Addım 3 

ISO 7064 beynəlxalq standartına uyğun olaraq, MOD 97-10 metodundan 

istifadə edilməklə  Addım 2-də alınmış son nəticə  97-yə bölünür və alınan qalıq 

98-dən çıxılır.  Əgər nəticə birrəqəmli olarsa, rəqəmin  əvvəlinə  sıfır  əlavə edilir. 

Götürülmüş AZ00 NABZ 0000 0000 1370 1000 1944 misalı üçün nəticə, yəni 

nəzarət rəqəmləri 21-ə bərabər olur və IBAN aşağıdakı kimi qəbul edilir: 

AZ21 NABZ 0000 0000 1370 1000 1944 



 

Uyğunluq Cədvəli. 

A = 10 

G = 16 

M = 22 

S = 28 

Y = 34 

B = 11 

H = 17 

N = 23 

T = 29 

Z = 35 

C = 12 

I = 18 

O = 24 

U = 30 

 

D = 13 

J = 19 

P = 25 

V = 31 

 

E = 14 

K = 20 

Q = 26 

W = 32 

 

F = 15 

L = 21 

R = 27 

X = 33 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


“Azərbaycan Respublikasında 

standart bank hesab nömrəsinin 

(IBAN) istifadəsi Qaydaları” na 

Əlavə № 3 

  

IBAN-ın nəzarət rəqəmlərinin yoxlanılması 

İlkin Addım: 

IBAN-ın nəzarət rəqəmlərinin ISO 7064 beynəlxalq standartına uyğun olaraq, 

MOD 97-10 metodu ilə yoxlanılması üçün hazırlıq mərhələsi kimi IBAN-ın 

strukturunda olan boş sahələr  silinir, ilkin olaraq onun “AZ” simvolları ilə 

başlaması və uzunluğunun 28-ə bərabər olması yoxlanılır. 

Misal: AZ21 NABZ 0000 0000 1370 1000 1944 IBAN-ı                                             

AZ21NABZ00000000137010001944 formatına çevrilir. 

Addım 1 

IBAN-ın ilk 4 simvolu (ölkə kodu və  nəzarət rəqəmləri) onun sağ  tərəfinə 

köçürülür. 

Nəticə: NABZ00000000137010001944AZ21 



Addım 2 

IBAN-ın strukturunda olan hərflər  Əlavə 2-də olan “Uyğunluq cədvəli”nə 

əsasən rəqəmlərlə əvəz olunur. 

Nəticə: 2310113500000000137010001944103521 



Addım 3 

Addım 2-nin nəticəsində alınan ədədin 97-ə bölünməsi (MOD 97-10 metodu) 

nəticəsində alınan qalıq 1-ə bərabər olmalıdır. Əks halda nəzarət rəqəmləri düzgün 

deyildir.  



 

Yüklə 41,1 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə