Microsoft Word ico int Clin Azer doc


Konservativ müalicə alan xəstələrin maarifləndirilməsi



Yüklə 376,53 Kb.
Pdf görüntüsü
səhifə12/12
tarix02.06.2018
ölçüsü376,53 Kb.
#47058
1   ...   4   5   6   7   8   9   10   11   12

Konservativ müalicə alan xəstələrin maarifləndirilməsi 

 

 

Diaqnozu, xəstəliyin ağırlığını, proqnozunu, həmçinin müalicə planını və müalicənin 



ömür boyu davam edəcəyini xəstələrlə müzakirə etməli. (A:III)  

 

Ümumi absorbsiyanın qarşısını almaq məqsədi ilə damcıların istıfadəsindən sonra gözün 



yumulmasının və nazolakrımal okkluziyanın vacibliyi barədə xəstələri 

məlumatlandırmalı. (B:II) 

 

Antiqlaukomatoz damcılardan istifadə edən xəstələri fiziki və emosional dəyişikliklər baş 



verdikdə bu barədə oftalmoloqlarına xəbər vermələrinin vacibliyi haqda 

məlumatlandırmalı (A:III)  

 

Xəstələr xəstəlik prossesi, müayinələrin məqsədi, xəstəliyin vəziyyəti, və alternativ 



müdaxilələrin faydası və riski barədə məlumatlandırmalı (A:III)  

 

Birincili açıq bucaqlı qlaukoma 



 ( Sonrakı müayinələr) 

 

(Qiymətləndirmə: A: Xüsusi ilə vacib, B: Vacib, C: Münasibdir, ancaq vacib deyil. 



Dəlilin qüvvəsi:

 I: Güclü, II: Zəruridir I olmadıqda, III: I və II olmadıqda mütəxəssis rəyi ilə 

razılaşma ) 

 

Subyektiv müayinə 

 

 

İnterval okulyar anamnez (A:III) 



 

İnterval ümumi anamnez (B:III)  

 

Göz damcılarının əlavə təsirləri (A:III)  



 

Dərmanlardan sonra GDT-nin azalmasının tezliyi və vaxtı, həmçinin göz damcılarının 

istifadəsi barədə məlumat (B:III)  

 

Obyektiv müayinə 

 

 

Görmə itiliyi (A:III)  



 

Yarıqlı lampa ilə biomikroskopiya (A:III)  

 

Görmə sinirinin və görmə sahəsinin müayinəsi (A:III)  



 

Buynuz qişanın qalınlığını dəyişə biləcək hər bir hadisədən sonra paximetriyanı 

təkrarlamalı (A:II) 

 

Konservativ müalicədə olan xəstələrin müalicə planı 



 

 

Xəstənin hər müraciətində GDT yoxlamalı və onun hədəf GDT-yə yaxınlığını təyin etməli 



(A:III)  

 

Hər bir müayinədə istifadə olunan dərmanların dozasının və istifadə tezliyinin qeydiyyatı 



aparılmalı, həmçinin xəstələrin müalicə rejiminə riayət etmələrini və alternativ müalicə 

üsullarına və ya diaqnostik prosedurlara münasibətlərinı müzakirə etməli (A:III)  

 

Ön kamera bucağının qapanmasına şübhə olduqda, ön kameranın daralması və ya ön 



kamera bucağının anormallığı, həmçinin GDT-nin naməlum səbəbli dəyişiklikləri zamanı 

qonioskopiya həyata keçirilməli. (A:III) Qonioskopiya mütəmadi həyata keçirilməlidir ( 1-

5 il) (A:III)  



  Ə

gər hədəf GDT əldə olunmayıbsa, xəstə üçün potensial riski və faydanı nəzərə almaqla 

ə

lavə və ya alternativ müalicə rejimini nəzərdən keçirməli. (A:III) 



  Ə

gər istifadə olunan dərman preparatı GDT-ni aşağı salmırsa, effektiv nəticə əldə edilənə 

qədər alternativ preparat seçməli. (A:III)  

  Ə


gər GSM və ya görmə sahəsindəki dəyişikliklər proqressivləşərsə, hədəf təzyiqi nizama 

salmalı. (A:III)  

 

Tövsiyyə olunan hər bir mərhələdə müşahidənin  təkrarlanmasının təyininə yardım edən 



faktorlara -  zədələnmənin ağırlıq dərəcəsi, xəstəliyin mərhələsi, proqressivləşmənin sürəti, 

hədəf təzyiqdən artıq olan GDT, həmçinin görmə sinirini zədələyən digər risk 

faktorlarının miqdarı və əhəmiyyəti daxildir. (A:III)  

 

Dərman vasitələrinin istifadəsinin dayandırılması və ya yenilərinin istifadəsi növbəti 



müayinələr zamanı əldə olunan nəticələrə əsaslanmalıdır. (A:III)  

 

Növbəti müşahidələr üçün tövsiyyələr 



 

 

 

 

Hədəf GDT 

ə

ldə olunub 

 

Zədələnmə-

lərin 

proqressiv-

ləşməsi 

 

Nəzarətlə-

rin 

müddəti 

(aylar) 

 

 

Müşahidə 

intervalı 

 

 

GSM-nin 

müayinə-

si 

 

Görmə 

sahəsinin 

qiymətləndiril- 

məsi

 

Hə 


Yox 

≤ 6 


6 ay 

müddətində 

3-12 ay 

3-12 ay 


Hə 

Yox 


6 və çox 

12 ay 


müddətində 

3-12 ay 


3-12 ay 

Hə 


Hə 

Müvafiq 


deyil 

4 ay 


müddətində 

1-12 ay 


12 ay 

Yox 


Yox 

və ya 


Hə 

Müvafiq 


deyil 

4 ay 


müddətində 

1-12 ay 


12 ay 

 

 GDT-

Göz daxili təzyiq; GSM-Görmə siniri məməciyi. 



 

Konservativ müalicədə olan xəstələrin maarifləndirilməsi 

 

 



Antiqlaukomatoz damcılardan istifadə edən xəstələri fiziki və emosional dəyişikliklər baş 

verdikdə bu barədə oftalmoloqlarına xəbər vermələrinin vacibliyi haqda 

məlumatlandırmalı (A:III)  

 

Nəzərə çarpacaq görmə qüsuru olan və ya kor xəstələri görmənin reabilitasiyasına 



göndərməli və əlillik müavinətinin alınması təmin etməli. (A:III) 

 

 



 

 

 


Birincili açıq bucaqlı qlaukomaya şübhə 

(İlkin və sonrakı müayinələr) 

 

İlkin subyektiv müayinə 



 

 

Okulyar anamnez (A:III)  



 

Ümumi anamnez (A:III) 

 

Ailə anamnezi (A:III)  



 

Münasib qeydlərin nəzərdən keçirilməsi (A:III)  

 

Gündəlik fəaliyyət və vərdişlərin görmə funksiyasının zədələnməsinə təsirinin 



qiymətləndirilməsi (A:III)  

 

İlkin obyektiv müayinə 

 

 

Görmə itiliyi (A:III)  



 

Bəbəklər (B:II) 

 

Ön seqmentin yarıqlı lampa ilə biomikroskopiyası (A:III)  



 

GDT-nin ölçülməsi (A:III)  

 

Buynuz qişanın mərkəzi hissəsinin qalınlığı (A:II) 



 

Qonioskopiya (A:III)  

 

Böyüdülmüş stereoskopik müayinənin köməyi ilə görmə siniri məməciyini və tor qişanın 



sinir lifləri qatını qiymətləndirməli (A:III)  

 

Görmə siniri məməciyinin morfologiyasının rəngli stereofotoqrafik və ya komputer-əsaslı 



təsvir analizinin köməyi ilə sənədləşdirilməsi daha məqsədəuyğundur(A:II)  

 

Göz dibinin müayinəsi ( mümkün olarsa gen bəbəkdə) (A:III)  



 

Görmə sahəsinin müayinəsinin statik avtomatik perimetriya ilə həyata keçirilməsi daha 

məqsədəuyğundur (A:III)  

 

Müalicəyə göstəriş zamanı plan 

 

 

İlkin məqsəd hədəf təzyiqi yüksək GDT-nin 20%-i qədər azaltmalı və ≤ 24 mm c st 



səviyyəsini əldə etməli (A:I) 

 

Arzu olunan terapevtik nəticəni əldə etmək üçün maksimal effektiv və qəbul edilə bilən 



müalicə rejimini seçməli (A:III)  

 

Növbəti müayinələr 

 

 

İnterval okulyar anamnez (A:III)  



 

İnterval ümumi anamnez və sistem preparatların qəbulunda həyata keçirilən hər hansı 

dəyişikliklər (B:III)  

 

Müalicə alan xəstələrdə göz damcılarının əlavə effektləri (A:III)  



  Ə

vvəllər müalicə olunan xəstələrin sonuncu antiqlaukomatoz dərman vasitələrinin 

istifadə tezliyi və vaxtı, həmçinin istifadə qaydası (B:III) 

 

Növbəti obyektiv müayinələr 

 

 



Görmə itiliyi (A:III)  


 

Yarıqlı lampa biomikroskopiyası (A:III)  

 

GDT və onun günün hansı vaxtı ölçülməsi (A:III)  



 

Ön kamera bucağının qapanmasına şübhə olduqda, ön kameranın daralması və ya GDT-

nin naməlum səbəbli dəyişiklikləri zamanı qonioskopiya həyata keçirməli (A:III)  

 

Növbəti müşahidələr üçün tövsiyyələr (A:III) 

 

 

Müalicə 

 

Hədəf GDT 

ə

ldə olunub 

 

Zədələnmənin 

yüksək riski 

 

Müşahidələrin 

intervalı 

GSM və görmə 

sahəsinin 

müayinəsinin 

təkrarlanma 

müddəti 

Yox 

Müvafiq deyil 

Yox 

6-24 ay 

6-24 ay 

Yox 

Müvafiq deyil 

Hə 

3-12 ay 

6-18 ay 

Hə 

Hə 

Hə 

3-12 ay 

6-18 ay 

Hə 

Yox 

Hə 

≤ 4 ay 

3-12 ay 

 

 

Konservativ müalicədə olan xəstələrin maarifləndirilməsi 

 

 

Xəstələrlə risk faktorları və onların ağırlığı, proqnozu, idarə olunma planı, həmçinin 



müalicənin mümkünlüyü və uzunmüddətli olacağı barədə müzakirə etməli (A:III)  

 

Xəstələri xəstəlik prossesi, müayinələrin məqsədi, xəstəliyin vəziyyəti, həmçinin alternativ 



müdaxilələrin fayda və riski  barədə məlumatlandırmalı (A:III)  

 

Ümumi absorbsiyanın qarşısını almaq məqsədi ilə damcıların istıfadəsindən sonra gözün 



yumulmasının və nazolakrımal okkluziyanın vacibliyi barədə xəstələri 

məlumatlandırmalı (B:II) 

 

Antiqlaukomatoz damcılardan istifadə edən xəstələri fiziki və emosional dəyişikliklər baş 



verdikdə bu barədə oftalmoloqlarına xəbər vermələrinin vacibliyi haqda 

məlumatlandırmalı (A:III)  

 

Birincili qapalı bucaqlı qlaukoma 

(İlkin müayinə və müalicə) 

 

(Qiymətləndirmə: A: Xüsusi ilə vacib, B: Vacib, C: Münasibdir, ancaq vacib deyil. 



Dəlilin qüvvəsi:

 I: Güclü, II: Zəruridir I olmadıqda, III: I və II olmadıqda mütəxəssis rəyi ilə 

razılaşma ) 

 

Subyektiv müayinə 

 

 

Ümumi anamnez (damcı şəkilli və ya sistem preparatların istifadəsi) (A:III)  



 

Okulyar anamnez ( mütəmadi baş verən qapalı bucaqlı qlaukoma tutmalarının 

simptomlarının ehtimal edilməsi) (A:III)  

 

Kəskin qapalı bucaqlı qlaukoma tutmalarının ailə anamnezi (B:II) 



 

 

 


Obyektiv müayinə 

 

 

Görmə itiliyi (A:III)  



 

Refraksiya (A:III)  

 

Bəbəklər (A:III)  



 

Yarıqlı lampa biomikroskopiyası (A:III)  

o

  Ön kameradakı iltihaba əsasən tez –tez baş verən qlaukoma tutmalarının ehtimal 



edilməsi  

o

  Buynuz qişanın ödemı 



o

  Ön kameranın mərkəzi və periferik nahiyyələrdə dərinliyi 

o

  Qüzehli qişanın sektoral tipli atrofiyası, arxa sinexiyalar və ya orta ölçüdə genəlmiş 



bəbək 

o

  Əvvəlki qapalı bucaqlı qlaukoma tutmalarının əlamətləri 



 

GDT-nin ölçülməsi (A:III)  

 

Hər iki gözün qonioskopiyası (A:III)   



 

Birbaşa oftalmoskopiya və ya biomikroskopiya vasitəsi ilə göz dibinin və GSM-nin 

müayinəsi (A:III)  

 

Diaqnoz 

 

 

İkincili formaları istisna etməklə birincili qapalı bucaqlı qlaukomanın diaqnozunu tərtib 



etməli (A:III)  

 

İridotomiyaya göstəriş olan xəstələrin müalicə planı 



 

 

Kəskin birincili qapalı bucaqlı qlaukoması olan xəstələri lazer və ya insizion iridotomiya 



ilə müalicə etməli. Əgər lazer iridotomiyanın həyata keçirilməsində çətinliklər varsa, o 

zaman insizion iridotomiya tətbiq etməli. (A:III)  

 

Kəskin qapalı bucaqlı qlaukoma tutmalarında ilk olaraq GDT-nin aşağı salınması, ağrının 



azaldılması və gələcək iridotomiya üçün buynuz qişa ödeminin aradan qaldırılması 

məqsədi ilə konservativ müalicə təyin etməli. (A:III)  

  Ə

gər digər gözdə anatomik olaraq kamera bucağı dar olarsa, profilaktik iridotomiya 



həyata keçirməli (A:II) 

 

Hər iki gözdə insizion iridotomiya tələb olunan hallarda ikitərəfli ağırlaşmaların qarşısını 



almaq üçün əməliyyatı bir neçə gün fasilə ilə əvvəl bir, sonra isə digər gözdə həyata 

keçirməli. (A:III)  

 

İridotomiya əməliyyatı və xəstələrə əməliyyatdan sonrakı qulluq 

 

  Ə


min olun ki, xəstələr əməliyyatdan sonrakı lazımı qulluqla təmin olunublar. (A:III) 

Ə

məliyyatdan əvvəlki və sonrakı plana daxildir: 



o

  Razılıq barədə məlumat (A:III)  

o

  Cərrah tərəfindən ən azı bir əməliyyat önü müayinə (A:III)  



o

  Lazer əməliyyatından sonrakı 30-120 dəqiqə müddətində ən azı bir dəfə olmaqla GDT-

ni yoxlamalı (A:II) 

o

  Əks göstərişləri nəzərə almaqla əməliyyatdan sonrakı dövrdə iltihab əleyhinə damci 



şəkilli dərmanlardan istifadə etməli (A:III)  

 

Növbəti müayinələrə daxildir: 



o

  İridotomiyanın nəticəsinin qiymətləndirilməsi (A:III)  




o

  GDT-nin ölçülməsi (A:III)  

o

  Əgər əməliyyatdan dərhal sonra Qonioskopiya müayinəsi həyata keçirilməyibsə, onu 



həyata keçirməli (A:III)  

o

  Arxa sinexiyaların əmələ gəlmə riskini azaltmaq üçün bəbəyin genişləndirilməsi (A:III)  



o

  Klinik göstəriş olduqda göz dibinın müayinəsi (A:III)  

 

Ağır dərəcəli xəstəliyi olan şəxslərdə əməliyyat zamanı GDT-nin gözlənilmədən 



qalxmasının qarşısını almaq üçün əməliyyatdan öncə dərman vasitələrindən istifadə 

etməli. (A:III)  

 

Nəzərə çarpacaq görmə qüsuru olan və ya kor xəstələri görmənin reabilitasiyasına 



göndərməli və əlillik müavinətinin alınması təmin etməli. (A:III)  

 

İridotomiyadan sonra xəstələrin müayinə və müşahidəsi 

 

 

İridotomiyadan sonra qlaukomatoz optik neyropatiyası olan xəstələri birincili açıq 



bucaqlı qlaukomada olduğu kimi müşahidə etməli (A:III)  

 

Digər xəstələri birincili açıq bucaqlı qlaukomaya şübhə olduğu hallarda həyata keçirilən 



müayinəyə uyğun yoxlamalı. (A:III)   

 

İridotomiya həyata keçirilməyən xəstələrin maarifləndirilməsi 

 

 

Xəstələri kəskin qapalı bucaqlı qlaukoma tutmasının riski və simptomarı haqda 



məlumatlandırmalı, həmçinin bu simptomlar baş verdiyi  halda təcili həkimi xəbərdar 

etmələri barədə təlimatlandırmalı. (A:III)  

 

Xəstələri bəbəyi genəldən və qapalı bucaqlı qlaukoma tutmasına səbəb ola biləcək 



dərmanların qəbulunun təhlükəsi barədə xəbərdar etməli. (A:III)  

 

Traxoma 

 

(Qiymətləndirmə: A: Xüsusi ilə vacib, B: Vacib, C: Münasibdir, ancaq vacib deyil. 



Dəlilin qüvvəsi:

 I: Güclü, II: Zəruridir I olmadıqda, III: I və II olmadıqda mütəxəssis rəyi ilə 

razılaşma ) 

 

Subyektiv müayinə 

 

 

Traxoma üçün endemik ərazidə yaşamaq (A:III)  



 

Qırmızı gözün müddəti (kəskin follikulyar konyunktivit digər törədicilərlə bağlı ola bilər) 

(C:III)  

  Ə


vvələr buna bənzər epizodların olması (aktiv traxoma adətən təkrarlanır) (C:III)  

 

Xronik konyunktivitlərin və ya traxomanın ailə üzvləri arasında baş verməsi (B:I) 



 

İrinli ifrazat (baxmayaraq ki, aktiv traxoma adətən sub-klinik və ya asimptomatik olur) 

(C:III)  

 

Trixiazın müddəti (C:III)  



  Ə

vvəllər göz qapaqlarında həyata keçirilmiş cərrahi əməliyyatların anamnezi (C:III)  



 

 

Obyektiv müayinə 

 

 

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) traxomanın ağırlıq dərəcəsini təyin etmək üçün 



tərtib etdiyi şkaladan istifadə etməklə xəstələri  2,5 dəfə böyütmə qabiliyyəti  olan lupa və 


kifayət qədər işıq ( gün və ya elektrik lampasının işığı ) və ya biomikroskopla müayinə 

etməli. (A:III) 

 

Trixiaz və ya buynuz qişanın bulanıqlığına fikir verməli. Üst göz qapağını çevirərək 



palpebral konyunktivanı tarsal hissədəki follikulları qeyd etməli ( tarzusun mərkəzində 

olan ölçüsü 0,5 mm-dən artıq 5 follikul ÜST-nın TF dərəcəsinə uyğundur). Güclü iltihab 

nəticəsində aşağı qatlarda olan konyunktival damarlar və asanlıqla görünə bilən 

çapıqların müayinəsi çətinləşir. 

 

Diaqnostik (laborator) testlər 

 

 

Xlamidiyanın DNT-nin təyini üçün polimeraz zəncirvari reaksiya- identifikasiyanın qızıl 



standartıdır(B:I) 

 

Birbaşa xlamidia immunoflüoressens test +/- konyunktival epitel hüceyrələrin xlamidiya 



kulturası (C:II) 

 

Xlamidiya kulturası (əldə olunması çətindir) (C:II) 



 

Koyunktival qaşıntının Gimza üsulu ilə boyanması tətbiq edilir: 

o

  Epitelial hüceyrələrin bazofil intrasitoplazmatik əlavələrinin və (C:III)  



o

  Polimorfnuklear leykositlərin təyinində (C:III)  

 

Müalicə 

 

 

Traxomanın müalicəsi tam icma əsaslı olmalıdır.ÜST “SAFE” ( startegiya, trixiazın 



aradan qaldırılması əməliyyatı, icma miqyaslı antibiotik müalicəsi, üzün gigiyenası 

barədə maarifləndirmə və ətraf mühitin abadlaşdırılması )proqramını tövsiyyə edir 

(B:III) 

 

Cərrahi: trixiazis cərrahiyyəsi (ikiqat torzal rotasiya və ya Trabut əməliyyatı) 



aşağıdakılardan biri mövcud olarsa, həyata keçirilməlidir: 

  Xəstə birbaşa önə baxan zaman bir və ya daha çox kirpiyin buynuz qişanı 

qıcıqlandırması (A:II) 

  Buynuz qişanın trixiaz nəticəsində zədlənməsini sübut edən dəyişikliklərinin 

olması (B:II) 

  Trixiaz nəticəsində ağır diskomfort (C:III)  

o

 

Trixiaz cərrahiyyəsi üçün əks-göstərişlərə göz qapaqlarının qapanma defekti, 



xəstənin az yaşlı olması (ümumi anesteziyaya ehtiyacı var) , səhhətdəki ümumi 

problemlər daxildir. (C:III)  

o

 

Cərrahi əməliyyatdan imtina edildikdə kirpiklərin epilyasiyasını alternativ variant 



kimi nəzərdən keçirilməli. (B:III) 

 

İcmada olan 1-9 yaşlı uşaqların 10%-dən çoxu aktiv traxomadan əziyyət çəkərsə, icma-



miqyaslı antibiotik müalicəsi tövsiyyə edilməli. Klinik aktiv vəziyyətlərin müalicəsi geniş 

yayılmamış hallarda tövsiyyə edilir. Ailə üzvləri infeksiyanın aktiv əlamətləri olmadıqda 

belə müalicə olunmalıdırlar. (B:II)  

 

ÜST tərəfindən aşağıdakı antibiotik müalicəsi tövsiyyə olunur: 



o

  Tək doza azitromisin: 16 yaşdan aşağı uşaqlarda 20 mq/kq (maksimal doza 

1 gr.); böyüklərdə 1 gr-dır. (A:I) 

o

  Və yaxud hamilə qadınlarda, 6 aydan kiçik uşaqlarda, həmçinin 



makrolidlərə allergiyası olan şəxslərdə 6 həftə müddətində gündə 2 dəfə 

olmaqla 1%-li tetrasiklin göz məlhəmini hər iki gözə istifadə etməli (A:I) 

o

  Traxoma üçün endemik regionlarda laborator təsdiqlənmə olmadan belə 



follikulyar konyunktivitlərin müalicəsi həyata keçirilə bilər (A:I) 


 

Üzün gigiyenası: üzü təmiz su ilə yumaq üçün şərait yaratmalı. Üzün təmiz olması 

traxomanın olmamasına zəmanət vermir və üzün gigiyenasına riayət etdikdə belə 

traxomanın aktiv formalarına rast gəlmək olar. (B:II) 

  Ə

traf mühitin abadlaşdırılması: (su təminatını təkmilləşdirməli, ayaqyoluların təmizliyi 



və milçəklərə nəzarət). Musca sorbens cinsindən olan milçəklər traxomanın yayılmasında 

xüsusi rol oynayırlar. (B:II)  

 

Sonrakı müayinələr 

 

 



ÜST üç ildən bir təkrar qiymətləndirmə ilə illik icma müalicəsini tövsiyyə edir. 

(B:II)  

 

Unutmayin ki, infeksiyanın qarşısı alındıqdan sonra belə follikulların tam təmizlənməsi 



üçün aylar tələb oluna bilər və follikulların sorulması ləng gedərsə, sonuncu müalicənin 

müddəti nəzərə alınmaqla təkrar müalicə barədə düşünməli. (B:II)  

 

Müalicədən 1 ay sonra xəstəni müşahidə etməli və lazım olarsa, təkrar müalicə etməli 



 

Yenidən yoluxma adətən endemik zonalarda baş verdiyindən, xəstələri yoluxmanın 

qarşısını ala bıləcək tədbirlər bardə məlumatlandırmalı (C:III) 

 

Trixiaz cərrahiyyəsindən sonrakı 2 həftə müddətində tikişlər sökülməli və trixiazın 



qayıtmamasına əmin olmaq üçün ildə bir dəfə xəstələri müayinə etməli (A:III) 

 

 



 

 

  



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Müasir Oftalmologiyanın İnkişafına Yardım Birliyinin tərcümə mərkəzində 

tərcümə edilmişdir. 

www.admo.org.az



 

info@admo.org.az



 

Yüklə 376,53 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə