Microsoft Word Idare?tm? n?z?riyy?s Cavabi doc



Yüklə 421,27 Kb.
Pdf görüntüsü
səhifə1/17
tarix26.10.2017
ölçüsü421,27 Kb.
#6833
  1   2   3   4   5   6   7   8   9   ...   17


dareətmə  nəzəriyyəsi. 

 

 

1. darəetmə nəzəriyyəsi elminin predmeti 

Cavab:  darəetmə  yanaşmaların  əsasında  belə  bir  mövqe  durur  ki,  insanların 

ictima-iqtisadi  və  siyasi  həyat  fəaliyyətinin  idarə  olunması  dövlətin  fəaliyyətinin 

geniş  və  vacib  sferalarında  biridir.  darəetmə  nəzəriyyələri    yeni  elm  sahəsidir. 

Onun  predmeti  və  obyekti  hələlik  əksəriyyət  tərəfindən  qəbul  olunan  formada 

müəyyənləşdirilməmişdir.  Bununla  belə,  mövcud  nəzəriyyələrinin    obyekti  və 

predmetini də bu məsələlər kompleksində tapmaq olar. 

     Məsələyə  bu  mövqedən  yanaşaraq  demək  olar  ki,  dövlət  idarəçilik 

nəzəriyyəsinin  obyekti  cəmiyyətin  iqtisadi-təsərrüfatçılıq  ,  sosial-mədəni  ,siyasi-

hüquqi 

fəaliyyə

sahələridir.

Bu 


elmin 

predmet 

sahəsi 

isə 

ə

sasə



dövlət,hakimiyyət,siyasət,iqtisadiyyat,idarəetmə  və  hüququn  qarşılıqlı  vəhdətində

irəli 

gəlir.

Bununla 


ə

laqədar 


olaraq 

dövlət 


idarəçilik 

nəzəriyyəsini 

siyasi,sosial,iqtisadiyyat,hüquq  və  s.  elmlərin  kəsişmə  sahəsində  mövcud  olan 

xüsusi bir elm sahəsi kimi təsəvvür etmək olar. 

 

Dövlətin  siyasi  idarəetmə  sahəsində  fəaliyyəti  ictimai  münasibətlərin  və 



insanların  davranışının  hüquqi  tənzimlənməsi  ilə  sıx  bağlıdır.Buradan  da  dövlət 

idarəçilik nəzəriyyəsinin hüquqi aspekti meydana çıxır.Bütövlükdə bu elmi siyasi-

hüquqi  bilik  sahəsi  kimi  xarakterizə  etmək  olar.Lakin  belə  yanaşma  düz  olsa  da, 

məhduddur  və  dövlət  idarəçiliyinin  elm  sahəsi  kimi  bütün  xüsusiyyətlərini  əhatə 

etmir. 

 

Dövlət idarəçiliyinin sosial aspektini də nəzərə almaq lazımdır.Çünki dövlət 



idarəçiliyi  insanla  və  insanların  sosial  mənafeyi  ilə  bağlıdır.Beləliklə,  dövlət 

idarəetməsi bütövlükdə dövlətlə insanlar arasında siyasi-hüquqi və sosial fəaliyyət 

və münasibətlər sahəsidir.Dövlət idarəçilik nəzəriyyəsi isə siyasi-hüquqi və sosial 

elm  sahəsidir.Dövlət  idarəçiliyi  anlayışının  mahiyyəti  belədir  və  o,  özündə 

siyasi,sosial və hüquqi əlamətləri olan hadisə və prosesləri xarakterizə edir. 

 

Nəhayət,  dövlət  özündə  yalnız  siyasi  hakimiyyəti  deyil,  həm  də  müasir 



cəmiyyətin təşkilinin ən yüksək formasını birləşdirir. 

 

Beləliklə,  dövlət  idarəçilik  nəzəriyyəsinin  predmet  sahəsi  dövlət  və 



cəmiyyətin  idarəetmə  və  özünüidarəetmə  subyekti  və  obyekti  kimi  qarşılıqlı 

fəaliyyət  sferasını  xarakterizə  edən  siyasi-hüquqi  və  sosial  hadisə  və  proseslərin 

vəhdətindən  ibarətdir.Bu  predmet  müəyyən  edilərkən  nəzərə  alınır  ki,  dövlət 

idarəetməsi  insanların  birgə  əmək,  ictimai  həyat  və  fəaliyyətini  məqsədyönlü 

təşkiletmə  və  tənzimləmə  kimi  xüssi  funksiya  yerinə  yetirir.Beləliklə,  dövlət 

idarəçilik nəzəriyyəsi özünəməxsus tədqiqat obyektinə və predmetinə malikdir.Bir 




elm  sahəsi  kimi  o,  dövlət  idarəetmə  prosesinin  təşkili  qanunauyğunluqlarını,  bu 

zaman  əhali,  müəssisə  və  təşkilatlar  arasında  ortaya  çıxan  münasibətləri,dövlətin 

məqsədyönlü  təşkiledici  və  tənzimləyici  təsiri  metodlarını,  vasitələrini,  onların 

işlənib hazırlanması və tətbiqinin əsaslarını öyrənir. 

Dövlət  idarəçiliyinin  birbaşa  dövlət,  hakimiyyət  və  hüquqla  bağlılığını,  hüquq, 

sosial  və  siyasi  elmlərin  kəsişmə  məkanında  olduğunu  və  obyektə  məqsədyönlü 

təşkiletmə, tənzimləmə təsiri göstərdiyini nəzərə alaraq belə hesab edirik ki, onun 

predmetinə əsasən aşağıdakı dörd qrup məsələlər aid edilə bilər : 



a.Dövlətin  mahiyyəti,  tipləri  və  ictimai    funksiyaları. 

Dövlət  idarəçiliyinin 

mahiyyəti,  cəmiyyətin  idarə  olunması  sistemində  yeri  və  xüsusiyyətləri;  dövlət 

idarəçiliyinin məqsəd və funksiyaları, obyekt və subyektləri, obyektiv və subyektiv 

amilləri, dövlət siyasətinin işlənib hazırlanması və həyata keçirilməsi məsələləri. 

b.Dövlət idarəçiliyinin təşkili, funksional və təşkilati quruluş

; dövlət quruluşunun 

formaları, idarəetmə fəaliyyətinin və dövlət idarəetməsinin prinsipləri. 

c.Dövlət  idarəçiliyinin  təmin  edilməsi  məsələləri 

–  bura  dövlət  idarəçiliyinin 

normativ-hüquqi  bazası  və  hüquqi  tənzimlənməsi,  dövlət  idarəçiliyində 

qanunçuluq  məsələləri  ;  dövlət  idarəçiliyinin  informasiya  təminatı,  dövlət 

idarəçiliyinin  insan  potensialı  və  kadr  təminatı,  maliyyə  təminatı,  dövlət 

idarəçiliyində demokratiya və bürokratiya məsələləri və s. aid edilə bilər. 



d.Dövlət  idarəçiliyinin  inkişafı,  təkmilləşməsi  və  səmərəliliyinin  artırılması 

məsələləri

. Bura dövlət idarəçiliyində azadlıq və məsuliyyət, dövlət idarəçiliyinin 

metod və üsulunun təkmilləşməsi, obyektivliyinin artırılması, dövlət idarəçiliyinin 

səmərəliliyinin  hesablanması  və  artırılması  yolları,  dövlət  idarəçilik  imkanlarının 

genişlənməsi və onun istifadəsi məsələləri aid edilir. 

        


2.Dövlət idarəçilik nəzəriyyəsinin metodu  

Cavab:  Metod  hər  hansı  bir  baza  (oprior)  prinsiplərə  istinad  edərək  yeni  elmi 

hipotezlərin  formalaşdırılması,  reallıqların  dərk  olunması,  çıxarılmış  nəticələrin 

sübut  edilməsi  üçün  istidadə  olunan  müxtəlif  fəndlərin,  üsul  və  vasitələrin 

məcmusudur. 

 

Dövlət  idarəçilik  nəzəriyyəsinin  və  onun  metodoloji  əsasının  kompleks 



xarakteri  onun  siyasi-sosial,  siyasi-hüquqi  və  sosial-iqtisadi  reallığın 

öyrənilməsinin  obyektiv  və  subyektiv,  sosial-siyasi  və  ümumi-elmi,  nəzəri  və 

təcrübi  metodları  kompleksinin  olmasını  tələb  edir.Bu  hamılıqla  qəbul  olunsa  da 

hələlik  obyektiv  səbəblərə  görə  yalnız  dövlət  idarəçilik  nəzəriyyəsinə  aid  olan 

unikal tədqiqetmə, öyrənmə metodu demək olar ki, yoxdur. 



Yüklə 421,27 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə