Microsoft Word Idare?tm? n?z?riyy?s Cavabi doc



Yüklə 421,27 Kb.
Pdf görüntüsü
səhifə11/17
tarix26.10.2017
ölçüsü421,27 Kb.
#6833
1   ...   7   8   9   10   11   12   13   14   ...   17

formalaşdırır  və  onun  başçısı    parlament  qarşısında  hesabat  verir.  Hakimiyyətin 

belə formalaşması prinsipi və mexanizmi parlamenti monarxiyaya da aiddir. Belə 

respublikalarda  ali  icraedici  orqan  və  onun  başçısı  nazirlər  soveti  və  onun  sədri 

olur.Parlament  respulikası  prezident  respublikasına  nisbətən  az  yayılmışdır.  Son 

illər  Afrika  qitəsinin  bəzi  dövlətlərində  də  bu  forma  tətbiq  olunmağa 

başlamışdır.Belə  respublikaların  əksəriyyətində  prezident  -əhali  tərəfindən 

səsvermə  yolu  lə  seçilmir,  öz  hakimiyyətini  parlamentə  qarşı  qoya 

bilməz.Prezident  dövlət  başçısının  yerini  tutur  və  höküməti  formalaşdırır. 

Hökumət, parlament qarşısında hesabat verir,prezident qarşısında deyil, parlament 

qarşısında məsuliyyət daşıyır. 

Prezıdent respublikasında qanunverici orqan və icraedici hakimiyyətin başçısı eyni 

qaydada  ölkə  əhalisi  tərəfindən  seçilir,  öz  funksiyalarında  müstəqildirlər.Onlar 

arasında  əlaqələr  və  qarşılıqlı  münasibətlər  qanunçuluğu  və  dövlət  mənafeyini 

nəzərə  almaqla  həyata  keçirilir.Bəi  ölkələrdə  prezident  bir  baş  hakim  və  qarant 

kimi  bölünmüş  dövlət  hakimiyyətinin  yaşaması  və  qarşılıqlı  fəaliyyətini  əmin 

edir.Belə ölkələrdə hökumətin başçısı prezident tərəfindən təyin edilir və o, əsasən 

prezident qarşıısında hesabat verir.  darəetmənin prezident respublikası forması 20-

ci əsrin ikinci yarısından daha geniş yayılmağa başlamışdır. Konstitusiyadanəzərdə 

tutulan  tələblərə  cavab  verən  ,adətən  35  yaşından  yuxarı  ölkə  vətəndaşı  əhali 

vətəndaş  əhali  tərəfindən  səsvermə  yolu  ilə  prezident  seçilə  bilər.  Prezident  bir 

qayda olaraq iki dəfə seçilə bilər. Prezident xalqdan mandat alır və parlamentdən 

asılı olmur. Yarımprezident respublikasında ali hakimiyyət prezident və parlament 

arasında  bölünür,hökumət  müəyyən  məsələlər  üzrə  prezident  və  parlament 

qarşısında hesabat verir. 

Xalqın  birbaşa  iradəsi  dövlət  idarəçiliyinin  demokratiya  formasında  daha    geniş 

ifadə  olunur.  Demokratiya  idarəetmənin  və  dövlətçiliyin  müxtəlif  formalarında 

həyata keçırılır. Bütün bu formalarda və hallarda ali dövlət hakimiyyət orqanı və 

ölkənin  başçısı  ümumi  seçki  əsasında  müəyyən  edilir.Dövlət  hakimiyyətinin  belə 

sistemi  qanunvericilik  funksiyasının  yerinə  yetirilməsndə  və  icraedici  orqanın 

idarəetməsində  parlamentin  rolunun  güclənməsilə  xarakterizə  olunur.Lakin  21-ci 

ə

srdə  bir  çox  dövlətlə  rin  demokratik  inkişaf  yoluna  keçdiyi  bir  şəraitdə  dövlət 



hakimiyyətinin  prezident  respublikası  formasına  keçməsi  idarəedici  hakimiyyətin 

güclənməsi ilə müşayiət olunur (prezident və hökumət).  Demokratik 

idarəetmə 

sistemi  idarəetmə  qərarlarının  qəbuluna  kollektivin  geniş  miqyasda  cəlb 

olunmasını,  yaradıcı  özünüidarəetməni  və  hakimiyyət  səlahiyyətlərinin  həvalə 

olunmasını  nəzərdə  tutur.  Müdrik  Ksenofont  bu  idarəetmə  formalarını  belə 

xarakterizə etmişdir: Əgər idarəetmə qanunu yerinə yetirən şəxsdən irəli gəlirsə - 

belə  quruluşu  aristokratik,  əgər  sərvətdən  irəli  gəlirsə  -  plutokratik,  əgər  hamının 

iradəsindən irəli gəlirsə - demokratik adlandırmaq olar.   

Demokratiyanın 

hamılıqla qəbul olunan əsas atributları insan və vətəndaş hüquq və azadlıqlarının, 

çoxpartiyalılığın,  seçkilərin  demokratikliyinin,  qanun  qarşısında  hamının  və  hər 




kəsin  bərabərliyinin  və  əhalinin  özünüidarə  prinsiplərinin  reallaşmasının  təmin 

edilməsidir. Xalq hakimiyyətinin ən pis təzahürü – oxlokratiyadır (yunan sözüdür) 

yəni kütlənin hökmranlığıdır. Belə halda kütlə heç bir qanunla hesablaşmır, hüquq 

və  mədəniyyət  normalarına  tabe  olmur.  Oxlokratiya  ta  qədimdən  məlumdur,  bu 

“ağır xəstəliyə” bütün xalqlar müxtəlif dövrlərdə tutulmuşlar. Adətən belə kütlələr 

ə

ksər  hallarda  qanunçuluqda  yol  verilməyən  vasitələrdən  istifadə  edir,  dövlət 



hakimiyyətini rədd edirlər. Kütlədə bəzən məntiqə sığmayan inam olur.  

 

11.Dövlətin  idarəetmə  funksiyalarının  ərazi  bölgüsünə  (quruluşuna)  görə 



dövlətin tipləri 

  Cavab:  Ümumi  dövlət  hakimiyyətinin  idarəetmə  formaları,  quruluşu  və  başqa 

parametrləri  dövlət  idarəçiliyinə  əsaslı  surətdə  təsir  göstərir.  Dövlətin  mərkəzi 

orqanlarının  quruluşu  qalan  dövlət  orqanlarının  quruluşunu  da  müəyyən  edir.

 

Quruluşuna  (dövlətin  idarəetmə  funksiyalarının  ərazi  bölgüsünə)  görə 



dövlətlər  unitar  (latınca  “unus”-vahid,  bir  deməkdir)  və  federativ  dövlətlərə 

bölünürlər.   

 

 

 



 

 

 



 

 

 



 

Federativ  dövlətin  konfederativ  dövlətdən  əsas  fərqi  ondadır  ki,  onun 

mərkəzi  federal  hakimiyyət  orqanı  olur,  ümumi  vətəndaşlıq,  vahid  pul  sistemi, 

vahid dövlət dili və i.a.  olur.  Konfederativ  dövlətin  tərkibinə daxil olan dövlətlər 

özlərinin  müstəqilliyini,  dövlət  hakimiyyətini  və  xüsusi  idarəetmə  orqanını 

saxlayırlar.   

 

 

 



 

Unitar  dövlətlər  də  sadə  və  mürəkkəb 

formalarda  olur.  Sadə  formada  unitar  dövlət  inzibati-ərazi  vahidlərinə  bölünür. 

Unitar  dövlətin  mürəkkəb  formasında  onun  tərkibində  bir  və  ya  bir  neçə  muxtar 

dövlət  qurumları  olur.  Bu  baxımdan  Azərbaycan  orta  səviyyəli  mürəkkəb  unitar 

dövlətdir.  Unitar  dövlətin  inzibati-ərazi  vahidləri  yuxarıdan  aşağıya  doğru  vahid 

dövlət  hakimiyyəti  sistemi  vasitəsilə  idarə  olunur.  Bunlarda  muxtar  törəmələr, 

eləcə  də  yerli  özünüidarəetmə  sistemləri  fəaliyyət  göstərə  bilər.  Lakin  bu 

hakimiyyət  sisteminin  yuxarı  pilləsindəki  vahidliyi  pozmur.  Müxtəlif  unitar 

dövlətlərdə inzibati-ərazi bölgüsü  müxtəlif  pilləli  (üç  və daha çox)  olur.  nzibati-

ə

razi  vahidlərinin  bir  hissəsi  (şəhərlər,  qəsəbələr,  kəndlər  və  i.a.)  təbii  olaraq 



yaranır,  bir  hissəsi  rayonlaşdırma  aparmaq  yolu  ilə  dövlət  tərəfindən 

formalaşdırılır. 

 

 

 



 

 

 



 

 

Federativ 



dövlətlər  də  vahid  dövlətlərdir.  Lakin  onların  tərkibində  geniş  dövlət 

muxtariyyətləri  olur.  Federasiya  –  latın  sözüdür-ittifaq,  birlik  mənasını  verir. 

“Federativ dövlət” anlayışı müxtəlif dövlətlərin konstitusiyasında özünə qanuni yer 

tapmışdır.  Hər  hansı  federativ  dövlət  mürəkkəb  struktura  malik  olur.  Federativ 

dövlətlərə  misal  olaraq  Rusiya,  Hindistan,  Pakistan,  ABŞ,  Meksika,  Nigeriya, 

Efiopiya və i.a. göstərmək olar.  

 

 

 



 

 

 



Bundan  başqa  konfederativ  dövlətlər  də  var.  Bu,  dövlətlərin  müəyyən, 

konkret  məqsədlər  üçün  ittifaqıdır.  Belə  ittifaqlar  hazırda  beynəlxalq  ittifaqlar 




Yüklə 421,27 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə