Microsoft Word Idare?tm? n?z?riyy?s Cavabi doc



Yüklə 421,27 Kb.
Pdf görüntüsü
səhifə12/17
tarix26.10.2017
ölçüsü421,27 Kb.
#6833
1   ...   9   10   11   12   13   14   15   16   17

səviyyəsinə  qalxıb.  Hazırda  Belorus  və  Rusiya,  Qazaxıstan,  Özbəkistan, 

Qırğızıstan  və  MDB  dövlətləri  birliyində  konfederativ  elementlər  var.  Böyük 

Britaniya və Avropa Birliyi dövlətlərində bu elementlər nisbətən güclüdür.   

 

   



  12.Hakimiyyətin yaratdığı siyasi rejimə görə dövlətin tipləri 

 Cavab:  Dövlətlər  həm  də  hakimiyyətin  yaratdığı  siyasi  rejimə  -  insan  hüquq  və 

azadlıqlarının  qorunması  üçün  yaradılmış  şəraitə  və  dövlət  rejiminə  -  dövlət 

hakimiyyətinin  həyata  keçirilməsi  üsul,  vasitə  və  metodlarına  görə  fərqlənirlər. 

Dövlət rejimi ilə siyasi rejim əksər hallarda üst-üstə düşür, bir-birini tamamlayırlar. 

Dövlət  idarəetmə  rejimi  adi  rejim  və  hərbi  rejimə  (hərbi  vəziyyətə)  bölünür.  Adi 

dövlət  idarəetmə  rejimi  siyasi  rejimi  müəyyənləşdirir.  Siyasi  rejim  dövlətin 

həqiqətən  demokratik  olub-olmadığını  göstərən  çox  mühüm  vasitədir.  Aşağıdakı 

siyasi rejimlər var:  

 

 



 

 

 



1)  Despotik  rejim  –  bura  totalitar,  avtoritar  və  avtokratik  rejimlər  aid  edilir.  Bu 

rejimlərdə dövlətin siyasi idarəsinin həyata keçirilməsi vasitəsi – zor, təzyiq, dövlət 

adından  özbaşınalıq,  şəxsiyyət  və  ümumiyyətlə  insanların  müstəqil  fəaliyyət 

azadlığının  məhdudlaşdırılması,  hər  bir  insanın  fəaliyyəti  və  davranışı  üzərində 

nəzarət qoyulmasıdır. 

 

 



 

 

 



 

 

 



2)  Liberal  rejimdə  dövlət  hakimiyyəti  hər  bir  insanın  hüquq  və  azadlığını  təmin 

etməyi  qarşıya  məqsəd  qoyur,  öz  imkanlarını  onun  həyata  keçirilməsinə  sərf 

etməyə  çalışır.  Bu  rejim  əksər  vaxt  dövlətin  özündən  asılı  olmayan  səbəblərdən 

siyasi şüar olaraq qalır.   

 

 

 



 

 

 



 

 

3)  Demokratik  hüquqi  rejimin  mahiyyəti  ondadır  ki,  hakimiyyət  xalqın  ümumi 



iradəsini  ifadə  edir,  qanunçuluğu  qoruyur.  Bütün  dünya  ölkələrində  dövlətin  bu 

rejimə can atma meyli vardır.   

 

 

 



 

 

 



Azərbaycan  12  noyabr  1995-ci  ildə  ümumxalq  səsverməsi  əsasında  qəbul 

edilmiş konstitusiyaya əsasən unitar respublika idarəetmə forması olan demokratik 

dövlətdir.  MDB  məkanında  olan  başqa  dövlətlər  də  az  fərqlə  belədir  (hamısı 

prezident respublikası idarəetmə üsulu olan demokratik dövlətlərdir). 

Siyasi  rejimin 

formasından asılı olmayaraq onların hamısında həmin rejimin xarakterindən asılı olaraq avtoritar 

və  demokratik  rejimin  az-çox  əlamətləri  olur.  Demokratik  cəmiyyətdə  avtoritarizm 

xüsusiyyətləri  monarxiyada  və  aristokratiyada  olduğundan  onunla  fərqlənir  ki,  burada 

avtoritarizm  zorakılıqla,  təzyiqlə  deyil,  demokratik  yolla  həyata  keçirilir.  Onun  əlaməti 

hakimiyyətin  aşağıdan  yuxarıyadək  prezidentin,  regional  liderlərin  əlində  cəmlənməsində, 

iqtisadiyyatda,  sosial  sferada  icraedici  orqanların  rolunun  artmasında,  ictimai  təşkilatların  və 

parlamentin onların fəaliyyəti üzərində nəzarətinin zəifləməsində və i.a. özünü göstərir.   

     

Həyat  dəfələrlə  belə  bir  sadə  həqiqəti  təsdiq  etmişdir  ki,  hər  hansı  həqiqətən  səmərəli 



idarəetmə  kənardan  diktaturaya  oxşar  görünür.  Bəzən  nəhəng  dövlət  proqramlarını  geniş 


demokratiya  ilə  yanaşı,  yeri  gələndə  ümumi  mənafenin  ifadəsi  olan  diktaturadan, 

avtoritarizmdən istifadə etmədən yerinə yetirmək mümkün deyil.   

 

 

 



 

 

 



 

  

Beləliklə, hər hansı tarixi dövrdə, hər hansı cəmiyyətdə dövlətin təşkilinin müxtəlif tipləri bu və 



ya  digər  dərəcədə  əlaqədardır.  Hər  hansı  cəmiyyətdə  dövlətin  təşkili  tiplərini  aydın  müəyyən 

etmək dövlət idarəçiliyinin quruluşunu və mahiyyətini bilmək üçün mühüm əhəmiyyət kəsb edir. 



13.Dövlətin rolunun artmasına səbəb olan amillər 

   Cavab:  Cəmiyyət  həyatın  müxtəlif  sahələrində  dövlətin  əsas  vəzifələrinin 

yerinə  yetirilməsi  üzrə  fəaliyyətinin  başlıca  istiqamət  və  sahələrini  onun 

funksiyaları  adlandırmaq  olar.  Dövlətin  funksiyaları  onun  ictimai  həyatda, 

cəmiyyətin idarə olunması sistemində yerini və rolunu müəyyən edir.  

 

 



 

 

 



Dövlətin fəaliyyət sahələri geniş və çoxsahəlidir, getdikcə 

genişlənir  və  daha  çoxsahəli  olur.  Dövlətə  olan  ictimai  münasibət,  onun  ictimai 

funksiyaları  və  fəaliyyət  sahələrinin  genişliyi  onun  idarəçilik  funksiyalarını  və 

sahələrini  müəyyən  edir.  Başqa  sözlə,  dövlətin  rolu  artdıqca,  ictimai  funksiyaları 

və  fəaliyyət  sahələri  genişləndikcə  onun  idarəetmə  funksiyaları  da  genişlənir.  Bu 

baxımdan  müasir  dövr  əvvəlki  bütün  dövrlərdən  əsaslı  surətdə  fərqlənir.  Sənaye 

inqilabına  qədər  dövlətin  fəaliyyət  sahələri  məhdud  idi  və  o,  cəmiyyətin  idarə 

olunmasında  elə  bir  əhəmiyyətli  rol  oynamırdı.  Sənayeləşmə,  ictimai  əmək 

bölgüsünün,  urbanizasiya  proseslərinin,  şəhərlərin  inkişafı,  xarici  əlaqələrin 

genişlənməsi  tələb  etdi  ki,  cəmiyyət  bir  çox  məsələlərinin  (ölkədə  vətəndaş 

həmrəyliyinin  təmin  edilməsi,  təhsil,  qocalara  qayğı,  uşaqların  tərbiyəsi,  xarici 

ölkələrə  münasibətlərin tənzimlənməsi  və i.a.)  həllini  dövlət öz  üzərinə götürsün. 

XIX əsrin axırlarından başlayaraq dövlətin funksiyaları, onun həll etdiyi vəzifələr 

sürətlə  genişlənməyə  başladı.  XX  əsrdə  meydana  çıxan  obyektiv  səbəblər  və 

amillər dövlətin rolunun daha da artmasına, ictimai proseslərdə onun fəal iştirakına 

gətirib çıxardı. Bu səbəb və amillərə misal olaraq aşağıdakıları göstərmək olar: 

 

 

 



- Rəqabətin inkişafı və bazarın dövlət tənzimlənməsinə daha böyük ehtiyac 

yaranması; Dövlət tənzimlənməsinin olmadığı şəraitdə bazarda inhisarçılıq yaranır, 

sahibkarların  hüquq  bərabərliyi  pozulur,  iqtisadiyyatın  inkişafı  ləngiyir  və 

durğunluq meylləri yaranır. 

 

 

 



 

    


-  Cəmiyyətin    sosial  strukturunun  dəyişməsi,  dövlət  qayğısına  ehtiyacı  olan 

ə

halinin,  yaşlı  insanların  xüsusi  çəkisinin  artması,  sosial  bərabərsizliyin 



dərinləşməsi. Dövlət məcburiyyət qarşısında qalır ki, maddi nemətlərin bölgüsünə 

və yenidən bölgüsünə diqqət yetirsin, əhalinin az gəlirli təbəqəsinə qayğı göstərsin.

 

 

         - Elm, mədəniyyət, təhsil və səhiyyənin inkişafına dövlət köməyinə tələbatın 



artması.  Elmi-texniki  tərəqqi,  informasiya  cəmiyyətinə  keçid,  yüksək 

texnologiyaların  tətbiqi  böyük  xərclər  hesabına  başa  gəlir  və  dərhal  mənfəət 




Yüklə 421,27 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə