Microsoft Word Idare?tm? n?z?riyy?s Cavabi doc



Yüklə 421,27 Kb.
Pdf görüntüsü
səhifə13/17
tarix26.10.2017
ölçüsü421,27 Kb.
#6833
1   ...   9   10   11   12   13   14   15   16   17

vermədiyinə görə xüsusi investorların buna marağı olmur. 

 

 



 

Təbii  sərvətlərin  azalması,  bəzən  isə  tamamilə  tükənməsi  onların  istifadəsinin 



dövlət  tərəfindən  tənzimlənməsi  və  istifadəsinin  birinci  növbədə  ümummilli 

problemlərin həllinə yönəldilməsi vəzifələrini qarşıya qoyur. 

 

-  Ekoloji  mühitin  çirklənməsi  onun  sağlamlaşdırılması  vəzifəsini  qarşıya 



qoyur,  bu  da  öz  növbəsində  dövlət  büdcəsindən  çoxlu  xərclər  və  ümummilli 

xarakterli qərarlar qəbul edilməsini tələb edir. 

 

 

 



 

 

 



-  Antisosial,  kriminal  fəaliyyətin  müxtəlif  növ  və  formalarının  artması  və 

cəmiyyətə  böyük  ziyan  vurması  dövləti  məcburiyyət  qarşısında  qoyur  ki, 

cinayətkarlıqla,  terrorizm  və  narkobizneslə  mübarizə  üçün  xüsusi  aparat  yaratsın 

və maliyyələşdirsin. 

 

 

 



 

 

 



 

Dövlətin 



cəmiyyət  həyatına  müdaxiləsinin  genişlənməsində  onun  maliyyə  imkanlarının, 

ümumi daxili məhsulda dövlət gəlirləri və xərclərinin xüsusi çəkisinin artması da 

mühüm  rol  oynayır:  XX  əsrin  ikinci  yarısında,  xüsusilə  son  illərdə  dünyanın 

inkişaf  etmiş  ölkələrində  dövlət  xərclərinin  ÜDM-də  xüsusi  çəkisi  daim  artır. 

Məsələn: ABŞ, Yaponiya və  spaniyada dövlət xərclərinin ÜDM-də xüsusi çəkisi 

30-35%,  Niderland,  Norveç  və  sveçrədə  60%-ə  qədər  təşkil  edir.  Bu  xərclər 

ə

sasən  elmə,  təhsilə,  səhiyyəyə,  sosial  təminata  və  ölkənin  müdafiəsinə 



yönəlmişdir.  

 

 



 

 

Demokratik 



cəmiyyətdə 

dövlətin 

rolunun  artmasını  tələb  edən  başqa  səbəbləri  də  göstərmək  olar.  Lakin,  elə  bu 

göstərilənlər  də  belə  bir  mühüm  nəticəni  təsdiq  etməyə  imkan  verir  ki,  vətəndaş 

cəmiyyəti, bazar iqtisadiyyatı tənzimləyiciləri hələlik bu cəmiyyətdə ortaya çıxan 

çox  saylı sosial,  iqtisadi, siyasi  və digər problemlərin həllini  təmin  edə bilmirlər. 

Bütün bunlar dövləti məcburiyyət qarşısında qoyur ki, cəmiyyət həyatının müxtəlif 

sahələrinə  təşkiledici  və  tənzimləyici  təsir  göstərsin,  cinayətkarlığa,  narkobiznesə 

qarşı  mübarizə  üçün  xeyli  qüvvə  və  vəsait  sərf  etsin.  Bu  səbəblərdən  də  müasir 

dövrdə  dövlətin  cəmiyyət  həyatının  müxtəlif  sahələrinə  müdaxiləsi  genişlənir. 

Xüsusilə  ictimai  məhsulun  yaradılması,  milli  müdafiə,  ictimai  təhlükəsizlik,  elmi 

bilik,  vətəndaşların  sosial  müdafiəsi,  hüquq  və  azadlığına  təminat  verilməsi, 

ümumi  rifahın  təmin  edilməsi  məsələlərinin  həlli  dövlətin  bir  başa  müdaxiləsi 

olmadan mümkün deyil.   

 

 

14.Dövlətin funksiyaları 



Cavab:  Dövlətin  funksiyalarında  onun  iradəsi,  hakimiyyəti  və  fəaliyyəti 

reallaşdırılır.  Müxtəlif  dövlətlərin  funksiyaları  eyni  deyil,  az-çox  fərqlidir,  hətta 

eyni  bir  dövlətin  funksiyaları  ölkənin  inkisaf  səviyyəsindən  asılı  olaraq  dəyişir. 

Dövlətin  funksiyaları  onun  sosial  təbiətindən,  formasından  (quldarlıq,  feodal, 

kapitalist dövləti) və tipindən (demokratik, aristokratik və monarxiya) çox asılıdır. 

Bununla  yanaşı,  dövlətlər  ümumi  funksiyalar  da  yerinə  yetirirlər,  başqa  sözlə, 




dövlətin funksiyaları bir-birindən fərqlənsələr də onlarda oxşar ümumi cəhətlər də 

vardır.  

 

 

 



 

 

 



 

 

 



 

 

Dövlətin  funksiyalarını  onun  ayrı-ayrı  strukturlarının  (məhkəmə,  hökumət, 



xarici  işlər  nazirliyi,  yerli  icra  hakimiyyət  orqanları  və  i.a.)  funksiyalarından 

ayırmaq  lazımdır.  Ayrı-ayrı  dövlət  orqanlarının  funksiyaları  daha  konkret  və 

məhdud xarakter daşıyır və dövlətin ümumi funksiyalarının tərkib hissəsini təşkil 

edir.    

 

 

 



 

 

 



 

Elmi ədəbiyyatda dövlətin 

funksiyalarını müxtəlif formalarda təsnifləşdirmək təşəbbüsləri var: Məsələn, əsas 

və  qeyri-əsas  funksiyalar.  Əsas  funksiya  dövlətin  əsas  vəzifəsi  ilə  (məs:  ölkənin 

müdafiəsinin  təşkili-bunun  üçün  dövlət  silahlı  qüvvələri  yaradılır)  əlaqədardır. 

Qeyri-əsas  funksiya  (baxmayaraq  ki,  mühüm  əhəmiyyət  kəsb  edir)  məs:  rabitə 

sisteminin  təşkili,  təbii  fəlakətlə  mübarizə  və  i.a.,  yaxud  daimi  (müəyyən  hüquq 

qaydalarının  təmin  olunması  və  i.a.)  və  müvəqqəti,  keçici  funksiyalar  (məsələn, 

“soyuq  müharibə”  dövründə  SSR -də  roket-nüvə  sənayesi  yaratmaq  vəzifəsi 

qarşıya  çıxmışdır).  Nəhayət  ümumi  xarakterli,  dövlətin  təbiətindən  asılı  olmayan 

funksiyaları  (məs.  ölkənin  müdafiəsi  funksiyası)  və  sosial  xarakterli  funksiyalar, 

bunlar  dövlətin  tarixi  tipindən  və  inkişaf  səviyyəsindən  asılıdır.  (məs.  sosialist 

mülkiyyətinin qorunması başqa tip dövlətlərdə yoxdur).   

 

 



 

 

 



 

 

 



Dövlət  hakimiyyətinin  əsas  mərkəzi  vəzifəsi  öz  ərazisində  yaşayan  insanların 

xoşbəxt  həyatını,  hər  tərəfli  inkişafını  təmin  etməkdən  ibarətdir.  Dövlət  mövcud 

iqtisadi  inkişafa  və  müdafiəyə  təminat  verməlidir.  Dövlətin  bu  ümumi  vəzifəni-

funksiyanı  yerinə  yetirməsi  ölkə  daxili  və  xarici  amillərdən  asılıdır.  Beləliklə 

dövlətin  funksiyalarını  başlıca  olaraq  daxili  və  xarici  (beynəlxalq  arenada) 

funksiyalar formasında təsnifləşdirmək hamılıqla qəbul edilir.   

 

 15.Dövlət  idarəçilik  sistemi  anlayışını  əmələ  gətirən  təmə



kateqoriyalar 

   Cavab:    Bir  ictimai  hadisə  kimi  dövlət  idarəetməsi  geniş  və  əhatəli  ictimai 

sistem  çərçivəsində  baş  verir  və  cəmiyyətin  xüsusi  təsisatı  kimi  sistemin 

dayanıqlığı  və  tamlığını  təmin  etmək  məqsədini  daşıyır.  Digər  ictimai  hadisə  və 

proseslərlə  əlaqəli  şəkildə  nəzərdən  keçiriləndə  bu  təsisatı  dövlət  idarəçilik 

sistemini  təşkil  edən  bir  bütövlük  kimi  qəbul  edirlər.  Başqa  sözlə,  dövlət 

idarəçiliyinin əsl təyinatı ictimai sistemin yanmsistemi kimi onun tamlığını təmin 

etməkdir.  Dövlət  idarəçiliyi  üçün  bu  ümumi  müddəanın  əhəmiyyətinin  izahata 

ehtiyacı vardır. 

Dövlət  idarəçilik  sisteminin  müəyyən  edilməsində  bir  çox  vacib  amilləri  nəzərə 

almaq  lazımdır.  Nəzəriyyədə  fərz  olunur  ki,  dövlət  idarəçiliyi  həqiqətən  sistem 

təşkil edir (digər tərəfdən dövlət quruculuğu prosesində məhz məqsədə müvafiq bir 




Yüklə 421,27 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə