Microsoft Word Idare?tm? n?z?riyy?s Cavabi doc



Yüklə 421,27 Kb.
Pdf görüntüsü
səhifə14/17
tarix26.10.2017
ölçüsü421,27 Kb.
#6833
1   ...   9   10   11   12   13   14   15   16   17

sistem  yaradılmalıdır)  və  bu  sistem  sosial  sistemlər  sinfinə  aiddir.  Sosial  sistem 

dedikdə, elementləri sosial subyekt sayılan sistem nəzərdə tutulur. Sosial sistemin 

digər mühüm cəhəti məqsədyönlü olmasıdır, yəni belə sistemin bir və ya bir neçə 

fəaliyyət  məqsədləri  vardır.  Nəhayət,  sistemin  məqsədə  çatması  üçün  fəaliyyəti 

idarə olunmalıdır. Beləliklə, dövlət idarəçilik sistemi məqsədyönlü və idarə olunan 

sosial sistem növüdür) . 

Dövlət idarəçilik sistemi cəmiyyətdə ictimai prosesləri idarə edən əsas subyektdir. 

Bununla yanaşı ictimai sistemi təkcə dövlət idarə etmir, ictimai idarəetməni digər 

subyektlərlə  birlikdə  həyata  keçirir.  Beləliklə,  dövlət  idarəçilik  sistemini 

müəyyənləşdirərkən  nəzərə  almaq  lazımdır  ki,  belə  sistemin  nüfiız  etdiyi  təsir 

obyektlərinə  digər  subyektlər  də  təsir  edə  bilər.  Digər  tərəfdən  isə  belə  dövlət 

idarəçilik sisteminin bir neçə məzmunlu tərifmi təklif etmək məqsədəuyğun olar. 

Dövlət idarəçilik sistemi anlayışını əmələ gətirən təməl kateqoriyalann (dövlət və 

idarəetmə kateqoriyalarının) mühüm münasibətlərini və əlaqələrini aydınlaşdırmaq 

vacibdir: 

Dövlət cəmiyyətin sosial, siyasi və hüquqi institutudur və bu səbəbdən onun 



mürəkkəb bir qurum kimi təsirləri çoxşaxəlidir; 

Dövlət  həm  idarəetmə  subyektidir,  həm  də  mürəkkəb  qurum  (sistem)  kimi 



idarə olunmalıdır; 

 Dövlətin yaranması və inkişafı həm təkamül proseslərinin məhsulu, həm də 



sosial subyektlərin məqsədyönlü fəaliyyətinin nəticəsidir. 

Dövlət idarəetməsinə ən azı iki mənada yanaşılır:  

      1) bu, ictimai idarəetmədir (geniş mənada anlanan dövlət idarəetməsi);  

      2) dar mənada isə bu, dövlət hakimiyyət orqanlarının fəaliyyətidir. 

 

 

16.Dövlət idarəçilik sisteminə klassik sistemli yanaşma  



Cavab:  Dövlət  idarəçilik  sisteminə  klassik  sistemli  yanaşmanı    iki  mənada 

müəyyənləşdirmək olar: 

1.Klassik sistemli yanaşma: Dövlət idarəetmə sistemi idarə edən (dövlətin) və idarə 

olunan (cəmiyyətin) yanm sistemlərin qarşılıqlı əlaqəli vəhdətidir. 

2.Institusional  yanaşma.  Dövlət  idarəçilik  sistemi  dövlət  tərəfindən  idarəetmə 

təsirlərinin  həyata  keçirilməsini  təmin  edən  məqsədlər,  vəzifələr,  prinsiplər, 

metodlar və funksiyalar məcmusudur. 



Birinci  tərif  dövlət  idarəçilik  sisteminin  klassik  qaydada  sistemli  təhlilini  və 

idarəetmə modellərinin sintezini həyata keçirməyə imkan verir.  kinci institu sional 

tərif isə dövlət idarəçilik sisteminin formalaşması və mütəşəkkil qaydada fəaliyyət 

göstərməsinə təsir edən daxili və xarici amillərin öyrənilməsinə imkan yaratmaqla 

yanaşı tarixi təcrübə və digər elmlərin nailiyyətlərinə müraciəti nəzərdə tutur. 

Hər  iki  tərifə  uygun  olaraq  əsas  anlayış  kimi  dövlət  idarəetməsinin  subyekti 

anlayışını  aydmlaşdıraq.  Bu,  idarəçilik  sisteminin  idarə  edən  yarım  sistemini  iki 

mənada  təyin  edir.  Birinci  tərifə  görə  bu,  geniş  mənada  özündə  dövlət  idarəetmə 

orqanları sistemini, siyasi, ictimai, peşəkar, qeyri-hökumət, media və s. təşkilatları, 

kollektivləri və hər bir vətəndaşx birləşdirən ictimai idarəetmə subyektidir.  kinci 

tərifdə  isə  dar  mənada  dövlət  idarəetmə  subyektlərinin  mərkəzi,  yerli  və  sahə 

səviyyəsində fəaliyyət göstərən bütün qanunverici, məhkəmə və icra orqanlarından 

ibarət olduğu nəzərdə tutulur. 

Dövlət  idarəçilik  nəzəriyyəsinin  ikinci  mühüm  anlayışı  kimi  idarəetmə  obyekti 

dövlət idarəçilik sistemində aşağıdakı mənalarda təyin edilir. 

Dövlət  idarəçiliyinin  təsir  etdiyi  sosiumun  hər  bir  üzvü,  hər  bir  fərd  (insan) 

idarəetmə obyektidir. Sosial sistemdə fərdlər müxtəlif münasibətlərdə olduğuna və 

müxtəlif  qruplar  təşkil  etdiyinə  görə,  onlarm  əlaqələri  və  münasibətləri  də 

idarəetmə  obyektidir.  Məsələn:  bir  sosial  sistem  kimi,  təhsil  sistemi  çərçivəsində 

həm  şagird,  həm  də  müəllim  dövlət  idarəçiliyinin  obyektidirlər.  Müəllim-şagird 

münasibətləri  də  (təlim,  tədris  prosesi)  dövlətin  idarəedici  təsirinə  məruz  qalan 

obyektdir.  

darəolunan  yarım  sistemin  əlamətlərinin  seçilməsindən  asılı  olaraq  dövlət 

idarəçilik  sisteminə  daxil  olan  obyektlər  müxtəlif  iqtisadi  və  sosial  sahələr, 

regionlar,  fərqli  mülkiyyət  formalanna  aid  olunan  təşkilatlar  və  digər  formal 

birliklər ola bilərlər. 

     darəçilik sisteminin daha geniş ictimai idarəetmə sistemi kimi yozulması digər 

sosial  və  siyasi  tənzimləyicilərə:  dəyərlər,  adət  və  ənənələr,  mənəviyyat  və  s. 

söykənir.  Beləliklə,  qeyd  edilən  amillərin  dövlət  quruculuğu  prosesində  (o 

cümlədən  dövlət  idarəçilik  sisteminin  formalaşmasında)  rolunu  nəzərə  almaq 

vacibdir. 

 

    



17.Dövlət idarəçilik sisteminə yanaşmalar 

    Cavab.Müasir  zamanda  sistem  baxışların  məhsulu  sayılan  sərhədlər  və 

rekursiya  («özünə  müraciət»)  prinsipinə  əsasən  obyektin  fəaliyyətini  şərtləndirən 

məhdudiyyətlər  və  amillər,  eyni  zamanda  bu  fəaliyyətin  nəticələrinin  və  əldə 



olunması  prosesinin  qiymətləndirmə  meyarına  çevrilirlər.  Bu  prinsipi  dövlət 

idarəçiliyinə  tətbiq  etsək,  onda  real  dövlət  idarəçilik  sisteminin  nəzəri  (ibtidai) 

qiymətləndirmə  qaydasını  əldə  etmiş  olanq.  Bu  qaydaya  görə  müasir  dövlətin 

idarəetmə  subyekti  (bu  və  digər  dövlət  idarəetmə  orqanı)  sistemin  fəaliyyətində 

dərketmə  prosesinin  yer  tutduğu  dərəcədə  səmərəlilik  göstəricisinə  malik  olur. 

Lakin  bu  prinsipi  digər  prinsiplər  və  şərtlər  nəzərə  alınmadan  mütləq  qaydada 

tətbiq  etmək  düzgün olmazdı,  çünki  idarəetmə  prosesi  yalnız dərketmə  (məsələn, 

müşahidə  və  təhlil)  işindən  ibarət  deyildir.  Bu  prosesdə  subyektin  həm  iradə  və 

təşəbbüs,  həm  də  maraq  və  kompromis  xarakterli  fəaliyyətlərinin  yeri  vardır, 

bunların hər biri isə fərqli qaydada qiymətləndirilməlidir. 

Dövlət idarəetmə sistemi idarə edən (dövlətin) və idarə olunan (cəmiyyətin) yanm 

sistemlərin qarşılıqlı əlaqəli vəhdətidir  -klassik sistemli yanaşma. 

Dövlət  idarəçilik  sistemi  dövlət  tərəfindən  idarəetmə  təsirlərinin  həyata 

keçirilməsini təmin edən  məqsədlər, vəzifələr, prinsiplər, metodlar və funksiyalar 

məcmusudur  -institusional yanaşma. 

Birinci  tərif  dövlət  idarəçilik  sisteminin  klassik  qaydada  sistemli  təhlilini  və 

idarəetmə modellərinin sintezini həyata keçirməyə imkan verir.  kinci institu sional 

tərif isə dövlət idarəçilik sisteminin formalaşması və mütəşəkkil qaydada fəaliyyət 

göstərməsinə təsir edən daxili və xarici amillərin öyrənilməsinə imkan yaratmaqla 

yanaşı tarixi təcrübə və digər elmlərin nailiyyətlərinə müraciəti nəzərdə tutur. 

Hər  iki  tərifə  uygun  olaraq  əsas  anlayış  kimi  dövlət  idarəetməsinin  subyekti 

anlayışını  aydmlaşdıraq.  Bu,  idarəçilik  sisteminin  idarə  edən  yarım  sistemini  iki 

mənada  təyin  edir.  Birinci  tərifə  görə  bu,  geniş  mənada  özündə  dövlət  idarəetmə 

orqanları sistemini, siyasi, ictimai, peşəkar, qeyri-hökumət, media və s. təşkilatları, 

kollektivləri və hər bir vətəndaşx birləşdirən ictimai idarəetmə subyektidir.  kinci 

tərifdə  isə  dar  mənada  dövlət  idarəetmə  subyektlərinin  mərkəzi,  yerli  və  sahə 

səviyyəsində fəaliyyət göstərən bütün qanunverici, məhkəmə və icra orqanlarından 

ibarət olduğu nəzərdə tutulur. 

Dövlət  idarəçilik  nəzəriyyəsinin  ikinci  mühüm  anlayışı  kimi  idarəetmə  obyekti 

dövlət idarəçilik sistemində aşağıdakı mənalarda təyin edilir. 

Dövlət  idarəçiliyinin  təsir  etdiyi  sosiumun  hər  bir  üzvü,  hər  bir  fərd  (insan) 

idarəetmə obyektidir. Sosial sistemdə fərdlər müxtəlif münasibətlərdə olduğuna və 

müxtəlif  qruplar  təşkil  etdiyinə  görə,  onlarm  əlaqələri  və  münasibətləri  də 

idarəetmə  obyektidir.  Məsələn:  bir  sosial  sistem  kimi,  təhsil  sistemi  çərçivəsində 

həm  şagird,  həm  də  müəllim  dövlət  idarəçiliyinin  obyektidirlər.  Müəllim-şagird 

münasibətləri  də  (təlim,  tədris  prosesi)  dövlətin  idarəedici  təsirinə  məruz  qalan 

obyektdir.  



Yüklə 421,27 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə