Microsoft Word Idare?tm? n?z?riyy?s Cavabi doc



Yüklə 421,27 Kb.
Pdf görüntüsü
səhifə15/17
tarix26.10.2017
ölçüsü421,27 Kb.
#6833
1   ...   9   10   11   12   13   14   15   16   17

darəolunan  yarım  sistemin  əlamətlərinin  seçilməsindən  asılı  olaraq  dövlət 

idarəçilik  sisteminə  daxil  olan  obyektlər  müxtəlif  iqtisadi  və  sosial  sahələr, 

regionlar,  fərqli  mülkiyyət  formalanna  aid  olunan  təşkilatlar  və  digər  formal 

birliklər ola bilərlər. 

darəçilik  sisteminin  daha  geniş  ictimai  idarəetmə  sistemi  kimi  yozulması  digər 

sosial  və  siyasi  tənzimləyicilərə:  dəyərlər,  adət  və  ənənələr,  mənəviyyat  və  s. 

söykənir.  Beləliklə,  qeyd  edilən  amillərin  dövlət  quruculuğu  prosesində  (o 

cümlədən  dövlət  idarəçilik  sisteminin  formalaşmasında)  rolunu  nəzərə  almaq 

vacibdir. 

 

  



18.Dövlət idarəçilik sistemində sistemlər nəzəriyyəsinin rolu 

Cavab:    Sistemlər  nəzəriyyəsinin  baniləri  Norbert  Viner,  fon  Bertalanfi  və 

Boqdanovun könsepsiyaları müasir dövlət idarəetmə sistemlərinin elmi dildə təsvir 

edilməsinin  özünəməxsus  əsasmı  təşkil  etmişdir.  Kibemetika  elminin 

yaradıcılanndan  biri    N.Viner  sistemlərin  idarəolunması  konsepsiyasını  irəli 

sürərək  bütün  növ  sistemlərdə  informasiya  axınları  vasitəsilə  idarəetmə 

mexanizminin  mühüm  elementi  sayılan  əks  əlaqə  mexanizmini  təsvir  etmiş, 

informasiyanın  kəmiyyət  ölçüsünü  verməklə,  tənzimlənmə  səylərinin  meyarını 

təklif  etmişdir.  O  göstərmişdi  ki,  sistemin  daxili  qaydadan  kənarlaşmasını 

(«entropiya»  kəmiyyəti  ilə  ölçülür)  azaltmaq  məqsədi  və  buna  xidmət  edən 

vasitələr idarəetmənin əsas meyar rolunu oynayırlar. 

Avstriya  alimi  fon  Bertalanfınin  konsepsiyasına  görə  bütün  sıstem  növləri  (canlı, 

lexniki,  sosial  -  o  cümlədən,  ictimai  və  dövlət  sistemləri)  oxşar  straktur  və 

funksional  xassələrə  malikdirlər.  Buradan  belə  qənaətə  gəlinmişdir  ki,  müəyyən. 

növ sistemləri öyrənməklə, açıqlanmış qanunauyğunluqları digər (məsələn, sosial) 

sistemlərə  tətbiq  etmək  olar.  Burada  o,  diqqəti  daha  çox  özünütənzimləmə  və 

özünütəşkil  fenomenlərinə  cəlb  etmişdir.  Sistemin  özü-özünü  idarəetməsi  üçün 

onun  tərkibində  buna  cavabdeh  olan  xüsusi  elementlərin  və  ya  yarım  sistemin 

olması  xüsusi  qeyd  edilmişdir.  Buradan  dövlət  idarəçiliyi  üçün  çıxanlan  qənaət 

ondan ibarətdir ki, dövlət - idarəetmə subyekti olaraq, ictimai sistemi idarə edən bir 

yanm  sistem  kimi  çıxış  edir  (məhz  buna  dövlət  idarəetmə  sistemi  deyilir),  digər 

tərəfdən  dövlətin  özünü,  yəni  dövlət  sistemini  idarə  edən  dövlət  aparatı 

(anqlosakson  ənənəsində  -  “administrasiya”)  bir  yanm  sistem  kimi  fəaliyyət 

göstərməlidir. Beləliklə, həm idarə olunan obyektlə birlikdə subyektin sistem təşkil 

etməsi,  həm  də  dövlət  idarəçilik  subyektlərinin  sistemlilik  keyfiyyətinə  malik 

olması dövlət idarəçilik sisteminin nəzəri-  metodoloji cəhətdən əsaslandırılmasını 

təmin etmiş olur. 




Ş

redinger qeyd edir ki, açıq sistemlər yalnız xarici impulslara cavab olaraq hərəkət 

etmirlər, onlann daxili inkişaf impulsları sistemi fəaliyyətə gətirən əsas amil olur, 

mühitin  təsirləri  isə  sistemi  xarici  şəraitə  uyğunlaşmağa  vadar  edir.  Bu  fıkirləri 

dövlət idarəçilik sisteminin qurulması və inkişafı prosesinə tətbiq edərkən inkişafm 

mənbəyini yalnız sistemin xaricində deyil, onun daxilində də axtarmaq vacib olur. 

Rus  alimi  N.Boqdanovun  XX  əsrin  əvvəllərində  yaratdığı  «Tektologiya 

nəzəriyyəsində» təşkilati sistemlərin qanunauyğunluqları, ierarxik idarəetmə təməl 

müddəalar  kimi  əsaslandırlmışdır.  Boqdanovun  baxışlarına  görə,  müxtəlif  ölçülü 

və  təbiətli  təşkilatlar  sistem  kimi  təsəvvür  edilməlidir  və  burada  sistemin 

bütövlüyü,  sabit  fəaliyyəti  struktur  elementlərinin  münasibətlərindən  birbaşa  asılı 

olur. 


Bütün  bunlarla  yanaşı,  sistem  nəzəriyyəsinin  belə  bir  mühüm  tezisinə  diqqət 

yetirək  ki,  məhz  sistem  çərçivəsində  tədqiqatçıların  aşkar  etdiyi  idarəetmə  və 

dərketmə proseslərinin oxşarlığı və sıx əlaqəsi dövlət idarəçilik sistemində xüsusən 

ə

həmiyyətlidir.  Bunun  nəticəsi  kimi,  belə  bir  müddəa  irəli  sürülmüşdür  ki, 



idarəetmə  subyektinin  idarəedici  təsirlərinin  əhəmiyyəti,  səmərəliliyi  və 

məhsuldarlığı,  onun  qərarlarının  hazırlanması,  qəbulu  və  yerinə  yetirilməsində 

apardığı  idrak  işi  (obyekti,  prosesi,  özünü  öyrənməsi,  tədqiqatı)  ilə  şərtləndirilir. 

Beləliklə,  müasir  sistem  tələbləri  dövlət  idarəetmə  orqanlarının  işində  analitik-

tədqiqat işinin mühüm yer tutmasına dəlalət edir. 

Müasir zamanda sistem baxışların məhsulu sayılan sərhədlər və rekursiya («özünə 

müraciət») prinsipinə əsasən obyektin fəaliyyətini şərtləndirən məhdudiyyətlər və 

amillər,  eyni  zamanda  bu  fəaliyyətin  nəticələrinin  və  əldə  olunması  prosesinin 

qiymətləndirmə  meyarına  çevrilirlər.  Bu prinsipi  dövlət idarəçiliyinə tətbiq  etsək, 

onda  real  dövlət  idarəçilik  sisteminin  nəzəri  (ibtidai)  qiymətləndirmə  qaydasını 

ə

ldə etmiş olanq. Bu qaydaya görə müasir dövlətin idarəetmə subyekti (bu və digər 



dövlət  idarəetmə  orqanı)  sistemin  fəaliyyətində  dərketmə  prosesinin  yer  tutduğu 

dərəcədə səmərəlilik göstəricisinə malik olur. Lakin bu prinsipi digər prinsiplər və 

şə

rtlər  nəzərə  alınmadan  mütləq  qaydada  tətbiq  etmək  düzgün  olmazdı,  çünki 



idarəetmə  prosesi  yalnız  dərketmə  (məsələn,  müşahidə  və  təhlil)  işindən  ibarət 

deyildir.  Bu  prosesdə  subyektin  həm  iradə  və  təşəbbüs,  həm  də  maraq  və 

kompromis  xarakterli  fəaliyyətlərinin  yeri  vardır,  bunların  hər  biri  isə  fərqli 

qaydada qiymətləndirilməlidir. 



 

19.Sistemlər nəzəriyyəsinin mühüm müddəaları  

Cavab:  Sistem  nəzəriyyəsinin  belə  bir  mühüm  tezisinə  diqqət  yetirək  ki,  məhz 

sistem  çərçivəsində  tədqiqatçıların  aşkar  etdiyi  idarəetmə  və  dərketmə 

proseslərinin  oxşarlığı  və  sıx  əlaqəsi  dövlət  idarəçilik  sistemində  xüsusən 

ə

həmiyyətlidir.  Bunun  nəticəsi  kimi,  belə  bir  müddəa  irəli  sürülmüşdür  ki, 




Yüklə 421,27 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə