Microsoft Word Idare?tm? n?z?riyy?s Cavabi doc



Yüklə 421,27 Kb.
Pdf görüntüsü
səhifə2/17
tarix26.10.2017
ölçüsü421,27 Kb.
#6833
1   2   3   4   5   6   7   8   9   ...   17

 

Başqa elm sahələrində dərk və izahetmə metodlarının tarixən formalaşdığını 

nəzərə alaraq demək olar ki, dövlət idarəçilik nəzəriyyəsində təkmil,özünəməxsus 

tədqiq  metodunun  formalaşması  mümkündür  və  yəqin  ki,  tədricən  belə  də 

olacaqdır.Yalnız  bir  əsas  metodoloji  məsələ  -  obyektiv  və  subyektiv  metodların 

bir-birini  qarşılıqlı  tamamlaması  prinsipi  dövlət  idarəçilik  nəzəriyyəsinə  xas  olan 

xüsusi  metod  kimi  geniş  yayılmışdır,  onun  həllinə  yanaşma  metodlarında  isə 

fərqlər  yenə  də  qalır.  Dövlət  idarəçiliyi  öz  təbiətinə  və  quruluşuna  görə  özündə 

obyektiv  və  subyektiv  istiqamətləri,  yanaşmanı  birləşdirir.Obyektiv  yanaşma 

metodu ondan ibarətdir ki, dövlət həmişə özünə, fəaliyyətinə, cəmiyyətin tələbat və 

istəyinə kənardan baxmalı, cəmiyyətin vəziyyətini onu narahat edən hadisələri və 

ə

ahlinin  istəyini  obyektiv  olaraq  qiymətləndirməyi  bacarmalıdır.Subyektiv  metod 



dövlətin  və  onun  idarəetmə  sisteminin  cəmiyyətə  daxilən  baxması  –  cəmiyyətin 

problem  və  istəyini  bütün  reallığı  ilə  dərk    etməsi  və  öz  idarəçiliyində  nəzərə 

alması  metodudur.Bunlar  bir-birinə  nə  qədər  yaxın  olsa,  üst-üstə  düşməyə 

yaxınlaşsa, dövlət idarəçiliyinin müvəffəqiyyəti bir o qədər böyük ola bilər. 

 

Dövlət idarəçiliyi nəzəriyyəsində bilavasitə ona məxsus digər xüsusi tədqiqat 



metodları  işlənib  hazırlanmadığından  hələlik  çoxsaylı  məsələlərin  tədqiqi  üçün 

ümumi  elmi  metodlardan  və  dövlət  idarəçiliyinin  aid  olduğu  ictimai  elm 

sahələrində  tətbiq  olunan  xüsusi  metodlardan  özünəməxsus  formalarda  istifadə 

olunur. 


 

Bu ümumi elmi metodlar içərisində analiz və sintez mühüm yer tutur.Bunun 

köməyilə fənnin predmetinə aid ayrı-ayrı məsələlər təhlil edilir, ümumiləçdirilir və 

dövlət idarəçiliyinə aid ümumi nəticələr çıxarılır.Misal üçün, dövlət idarəçiliyinin 

strukturunda  qanunverici,  icraedici  və  məhkəmə  orqanları  müəyyən  edilir  və 

onların sintezindən ölkənin vahid dövlət idarəçilik aparatı formalaşdırılır. 

 

Dövlət  idarəçiliyində  məntiqi  mühakimə  metodundan  da  istifadə 



olunur.Onun  köməyi  ilə  zəkada  müxtəlif  ümumiləşdirmələr,  rəylər,  qərarlar 

formalaşır, sonra lazım gələndə müvafiq sənədlərdə və praktikada öz əksini tapır. 

 

Dövlət  idarəçiliyində  formalizə  etmək  metodu  müəyyən  qədər 



yayılmışdır.Onun  köməyilə  dövlətçilikdə  və  dövlət  idarəçiliyində  hər  hasnı 

institutun (orqanın) strukturu, fəaliyyətinin əsas istiqamətləri müəyyən edilir. 

 

Müqayisə  metodu  dövlət  idarəetmə  sistemində  ən  çox  yayılmış 

metodlardan  biridir.Ümumiyyətlə,  dövlətçilikdə,  dövlət  idarəçiliyinin  nəzəri  və 

praktiki  məsələlərinin  həllində  müqayisə  metodunun  tətbiqinin  vacibliyini  hamı 

qəbul  edir,  burada  ciddi  fikir  ayrılğı  yoxdur.Lazımi  materialı  toplamaq, 

sistemləşdirmək,  ən  vacib  məsələləri  müəyyən  etmək  və  başlıca  diqqəti  həmin 

məsələlərin həllinə yönəltmək –bunlar düzgün idarəetmənin mühüm şərtidir.Lakin 

hansı  faktları  toplamaq,  hansıları  necə  müqayisə  etmək,  hansı  faktların  dövlət 

idarəçiliyi  üçün  vacibliyini  qəbul  etmək  məsələlərində  fikir  ayrılığı 




mövcuddur.Həm də bu təkcə dövlət idarəçiliyinə aid deyil.Belə ki, müqayisə bütün 

elm sahələrində vacibdir və istifadə olunur.Çünki konkret bu bir nəticəyə gəlmək 

üçün  faktların,  hadisələrin  kəmiyyət  və  keyfiyyət  tərəflərinin  müqayisəsi  bütün 

elmlər üçün vacibdir. 

 

Kəmiyyət metodu, o cümlədən, statistik təhlil və proqnozlaşdırma metodu- 



bunlar idarəetmədə ən geniş yayılmıç vasitələrdir. darəetmə qərarlarının qəbulunda 

təkmilləşmənin 

verə 

biləcəyi 



iqtisadi, 

sosial 


və 

siyasi 


nəticələrin 

müəyyənləşdirilməsində,  idarəetmənin  təşkilati  strukturunun  təkmilləşməsində 

statistik kəmiyyət təhlili və proqnozlaşdırma metodların geniş istifadə olunur. 

 

darəetmə  ekstrapolyasiya  və  modelləşdirmədə  metodoloji  vasitə  kimi 



istifadə olunur.   Ekstrapolyasiya- idarəetmədə hər hansı bir müsbət və ya mənfi 

meylin,  əlamətlərin  oxşar  idarəetmə  orqanlarına  yayılmasıdır.Modelləşdirmə  hər 

hasnı  idarəetmə  orqanının,  idarəetmə  strukturunun,  idarəetmə  prosesinin, 

ə

məliyyatın modelinin işlənib hazırlanması və tətbiqidir. 



Müxtəlif  elmi-praktiki  eksperimentlər  (təcrübələr)  aparılması.Bu  və  ya  digər 

idarəetmə institutlarının yaradılmış şərait daxilində fəaliyyətinin yoxlanması,yaxud 

vəziyyəti öyrənmək, müəyyən bir təklifi hazılamaq üçün eksperimentlər aparılması 

metodundan  istifadə  olunur.Eksperiment  yolu  ilə  əldə  olunan  məlumatların 

düzgünlüyü, obyektivliyi bütün zəruri tələblərə əməl edildiyi şəraitdə (eksperiment 

üçün  obyektin,  şəraitin  düzgün  seçilməsi,  həlli  vaci  olan  problemin  düzgün 

müəyyən edilməsi ) təmin edilmiş ola bilər. 

       Dövlət idarəçilik nəzəriyyəsində tətbiqi xarakterli tədqiqatlar ayrı-ayrı konkret 

şə

raitlərdə  ayrı-ayrı  liderlərin  çıxışlarına,  hərəkətlərinə,  ayrı-ayrı  konkret  şəraitdə 



dövlətin tədbirlərinə rəyi soruşulanların münasibətlərini öyrənməyə kömək edir.Bu 

cür  tədqiqatlar  dövlət  idarəetmə  sistemi  haqqında  dolğun  məlumat  verməsə  də 

dövlət  idarəçilik  sahəsində  nəzəri  ümumiləşdirmələr  aparmaq,  nəticələr  çıxarmaq 

üçün  faktiki  material  əldə  olunması  və  toplanması  üçün  vacib  vasitə  rolunu 

oynayır. 

Dövləti və dövlətin əsas təşkilati strukturlarını birdən-birə tamamilə dəyişmək real 

həyatda  mümkün  olmur.Məsələn,  ölkədə  eyni  vaxtda  digər  başqa  şərtlər 

saxlanılmaq  şərtilə  başqa  tərkibli  parlament  yaratmaq,  hökumət  təşkil  etmək 

olmaz, onların səmərəliliyini hesablamaq vəm müqayisə etmək də mümkün deyil. 

Dövlət  idarəetməsində  tarixi-məntiqi  metod,  yəni  hadisələrin  əmələ  gəlməsi  və 

inkişafına tarixi səpkidə yanaşma (müəyyən bir xüsusiyyət nə vaxt yaranıb, hansı 

inkişaf mərhələsi keçib, indi nə vəziyyətdədir), konkret sosioloji metod və fəndlər 

(konkretləçdirmə,müsahibələr),  sosial  keyfiyyət  dəyişikliklərinin  tədqiqat 

metodları geniş tədbiq olunur.Sosioloji metodlar dövlət idarəçiliyində özünün daha 

geniş  tədbiqini  tapmışdır.Sosioloji  metod idarəetmə  sistemi  ilə  cəmiyyət  arasında 

ə

laqə  və  əks-əlaqə  yaranmasında,  dövlət  institutlarının  qərarlarına  qarşı  əhalinin 




Yüklə 421,27 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə