Microsoft Word Idare?tm? n?z?riyy?s Cavabi doc



Yüklə 421,27 Kb.
Pdf görüntüsü
səhifə3/17
tarix26.10.2017
ölçüsü421,27 Kb.
#6833
1   2   3   4   5   6   7   8   9   ...   17

müəyyən  qrupunun  münasibətinin  öyrənilməsində,  dövlət  siyasətinin  sosial 

səmərəliliyinin aşkara çıxarılmasında mühüm rol oynayır. 

Dövlət  idarəçilik  nəzəriyyəsi  makrosəviyyəli  siyasi  elmdir.Bu  metodların  tədbiqi 

dövlət  idarəçiliyi  sahəsində  elmi  təhlili  makrosəviyyədən  mikrosəviyyəyə 

endirməyə,  dövlət  idarəçiliyi  sferasında  ayrı-ayrı  fərdləri,  onların  davranış  və 

fəaliyyət istiqamətlərini öyrənməyə imkan verir.Bu metodların köməyi ilə dövlətin 

tarixi tipləri, dövlət rejimlərinin təsnifatı və s. aparılır. 

Dövlət  idarəçiliyində  ictiami  elmlər  üçün  spesifik  olan  metodların  tətbiqi  onların 

dövlət  idarəçiliyinə  aid  olan  xüsusiyyətlərinin  aşkara  çıxarılması  və  istifadə 

olunmasını  tələb  edir.Məsələn,  müqayisə  metodunun  tətbiqi  zamanı  müqayisə 

olunan  hadisələrin  kəmiyyət  təhlili  ilə  yanaşı  keyfiyyət  tərəflərinin  keyfiyyət 

fərqlərinin  də  nəzərə  alınması  vacibdir.Şübhəsiz  ki,  idarəetmədə  burda 

göstərmədiyimiz  digər  metodlardan  da  istifadə  olunur.Lakin  bunların  heç  biri 

ayrılıqda  idarəetmənin  müvəffəqiyyətlə  həyata  keçirilməsi  üçün  kifayət  etmir.Bu 

metodların hamısından kompleks halda qarşılıqlı əlaqədə istifadə olunması dövlət 

idarəçiliyinin  müvəffəqiyyətlə  həyata keçirilməsini təmin  edə bilər.Eyni  zamanda 

çoxsaylı  metodların  hamısı  heç  də  eyni  dərəcədə  tətbiq  olunmur,  əslində  buna 

ehtiyac da olmur.Beləliklə, bu  metodlardan çoxu müəyyən xüsusiyyətlərlə və hər 

bir konkret şəraitdə məhdudiyyətlərlə tətbiq olunur. 

 

3.Cəmiyyətin idarə olunmasına qoyulan tələblər 

 Cavab:    Ədəbiyyatlarda  bizi  əhatə  edən  dünyanın  üç  böyük  və  bir-birindən 

fərqlənən 

tərkib 

hissəsi 


qeyd 

olunur:cansız 

təbiət,canlı 

təbiət,insan 

cəmiyyəti.Bunlar  qarşılıqlı  əlaqə  və  asılılıq  şəraitində  bir  tam  halında 

mövcuddur.Bunların  mövcudluğu  dünyanın  mövcudluğudur.Bu  mövcudluq  üçün 

bunlar arasındakı qarşılıqlı əlaqə və münasibətlər tənzimlənməli,başqa sözlə,idarə 

olunmalıdır. 

Demək  olar  ki,hamılıqla  qəbul  edilmişdir  ki,ümumiyyətlə  idarəetmə 

təbiətin,cəmiyyətin,insanın  müəyyən  çoxsaylı  elementlərinin  və  ya  tərkib 

hissələrinin  qarşılıqlı  təsirinin  (fəaliyyətinin)  nizama  salınmasıdır.Dünyanın 

yuxarıda  adı  çəkilən  hər  bir  tərkib  hissəsində  idarəetmənin  özünəməxsus 

xüsusiyyətləri 

var. 


Cansız 

təbiətin 

mexaniki,istehsal-texniki 

proseslərin,mexanizmlərin,maşın 

sistemlərinin  idarə  olunmasını  vaxtı  ilə  F.Engels  “şeylərin  idarə  olunması” 

adlandırmışdır.Bu  idarərəetmə  prosesi  texniki  elmlər  tərəfindən  öyrənilir. 

Canlı təbiətdə  gedən  bioloji proseslərin  idarə olunmasını  təbiət  elmləri öyrənirlər 

Cəmiyyətdə  (sosial  proseslərdə)  idarəetm  prosesi  idarəetmənin  ən  çətin  və 

mürəkkəb 

sahəsidir.  



Cəmiyyətdə

  idarəetmə  müəyyən  qruplarda,kollektivlərdə,siniflərdə  birləşən  və 




müxtəlif  mənafeləri  olan  insanların  fəaliyyətinə  qarşılıqlı  təsir  göstərmək 

formasıdır.”Cəmiyyətin 

idarə 

olunması 



insanların 

insanlar  vasitəsilə  idarə  olunmasıdır”(F.Engels).Cəmiyyətdə  idarəetmə  prosesi 

insan  fəaliyyətinin  xüsusi  forması  olub  cəmiyyət  üzvlərinin,kollektivlərin 

fəaliyyətinə  məqsədyönlü  xarakter  vermək  və  bu  fəaliyyət  növlərini  qarşılıqlı 

ə

laqələndirmək zərurətindən irəli gəlir.Həm də cansız və canlı təbiətdə idarəetmə-



özünütənzimləmə  texnika  və  texnoloji,bioloji  proseslər  vasitəsilə  həyata  keçirilir 

və  o,şeylər  arasındakı  münasibətlərdən  tamamilə  fərqlənən  insanlar  arasındakı 

münasibətləri 

məqsədyönlü 

tənzimləyir. 

darəetmədə əksər hallarda  “insan - texnika (texnologiya) - təbiət – insan” prosesi 

getsə  də  burada  idarə  edən  də,idarə  edilən  də  insandır  və  ya  insan 

qrupudur. darəetmə  özü  də  insanın  tələbatının  ödənilməsinə  yönəldilir. 

darəetmə  nə  qədər  inkişaf  etsə,avtomatik  idarəetmə  sistemləri  kütləvi  surətdə 

bütün  idarəetmə  sahələrində  tətbiq  olunsa  belə,yadddan  çıxarmaq  olmaz  ki,bu 

avtomatik idarəetmə sistemlərini yaradan insandır və onun əməyinin və dərketmə 

qabiliyyətinin 

məhsuludur. 

Cəmiyyətin  idarə  olunması  sosial  (ictimai)  elmlərin  predmetidir. nsanlar 

cəmiyyətin  əsas  məhsuldar  qüvvəsi  olmaqla  təbətin  və  cəmiyyətin  obyektiv 

qanunlarını dərk edirə ondan istehsal,bölgü,mübadilə və istehlak prosesinin tənzim 

və  idarə  olunmasında  istifadə  edirlər.Burada  idarəetmə  elminin  obyekti  sosial-

iqtisadi sistem,predmeti isə istehsal prosesi və insan fəaliyyətinin təşkilidir.

Bu növ 


idarəetmə 

xalq 


təsərrüfatının 

bütövlükdə 

idarə 

olunmasını,müəssisələrin,sahələrin,regionların,birliklərin,kollektivlərin  və  onların 



daxili  tərkib  hissələrinin  idarə  olunmasını  əhatə  edir.Beləliklə,biz  idarəetmə 

anlayışı  ilə  cəmiyyətin,konkret  sahə  və  ərazilərin,müəssisələrin,canlı  və  cansız 

təbiətin 

idarə 


olunmasını 

fərqləndirməliyik. 

darəetmə  insanların  özləri  tərəfindən  onların  yaşamaq  tələbatı  kimi  yaranmış  və 

mədəni  cəmiyyətin  bütün  inkişaf  mərhələlərində  mövcud  olmuşdur. darəetmə 

insanların  həyat  fəaliyyətini  məqsədyönlü  tənzimləmək,onların  mənafelərini  və 

tələbatlarını 

ödəmək 

üsul 


və 

vasitələrinin 

məcmusudur. 

Cəmiyyətin  idarə  olunması  məhsuldar  qüvvələrin  inkişafı  və  onun  təşkili  ilə  sıx 

surətdə əlaqədardır.Məhsuldar qüvvələr inkişaf etdikcə cəmiyyətin siyasi təşkili və 

idarə  olunmasının  forma  və  metodları    da  təkmilləşir  və  məhsuldar  qüvvələrin 

inkişafına  uyğunlaşdırılır.Bu  səbəbdən  hər  bir  tarixi  dövrdə  idarəetmə  mövcud 

cəmiyyətə  uyğun  olur  –  öz  məzmun  və  məqsədini  həmin  cəmiyyətdən  alır,bu 

cəmiyyətin  qorunub  saxlanmasına,səmərəli  inkişafına  xidmət  edir,cəmiyyətin 

inkişaf  səviyyəsindən  asılı  olaraq  dəyişir  və  təkmilləşir.Məhsuldar  qüvvələrin 

inkiaf səviyyəsi  yüksəlir  –  cəmiyyətin  texniki  - iqtisadi,sosial sturukturunda,ərazi 

təşkilində  əsaslı  dəyişikliklər  baş  verir  –  cəmiyyətin  dəyişməsi  idarəetməni  də 

dəyişməyi  və  təkmilləşdirməyi  tələb  edir.Sonra  bu  proses  yenidən  təkrar 

olunur.Beləliklə,idarəetmə  açıq  sistemdir.Burada  hər  şey  dəyişir,əsas  məsələ 

insanların  həyat  və  fəaliyyətində  ortaya  çıxan  problemləri  vaxtında  həll 



Yüklə 421,27 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə