Microsoft Word Idare?tm? n?z?riyy?s Cavabi doc



Yüklə 421,27 Kb.
Pdf görüntüsü
səhifə7/17
tarix26.10.2017
ölçüsü421,27 Kb.
#6833
1   2   3   4   5   6   7   8   9   10   ...   17

ola,hətta  kütlə  tərəfindən  müdafiə  oluna  bilər.Lakin,onun  yerinə  yetirmək  üçün 

vəzifələr  düzgün  müəyyən  edilib  dövlət  idarəetmə  orqanları  arasında  düzgün 

bölüşdürülmədikdə,vəzifələrin icrası üçün vasitələr,metodlar düzgün seçilmədikdə 

o,yerinə yetirilə bilməz.Tarixdə müxtəlif dövlətlərdə qarşıya qoyulan məqsədlərlə 

vəzifələr,vasitələr  bir-birini  tamamlamadığından  onların  həyata  keçmədiyi  hallar 

çox olmuşdur.Misal üçün,Sovet dövləti  “xalqların bərabərliyi və qardaşlığı”nı özü 

üçün  şüar  etmişdi.Lakin,bunu  təmin  edən  vəsaitlər  olmadığından  bu  şüar 

millətlərarası,xalqlararası narazılıqlarla,toqquşmalarla başa çatdı. 

 

6.Q.V.Atamançuk: dövlət idarəçilik nəzəriyyəsinin məqsədlər “ağacı” 

  Cavab:  Dövlət  idarəçiliyi  nəzəriyyəsi  sahəsində  görkəmli  mütəxəssis  Q.  V. 

Atamançuk  ətraflı  təhlil  ve  ümumiləşdirmədən  sonra  dövlət  idarəçiliyinin 

məqsədlər “ağacı” nın aşağıdakı dörd qrup tələbələrə cavab verməsinin vacibliyini 

xüsusi 

qeyd 


etmişdir. 

a)  obyektiv  şəraitdən  irəli  gəlməli  və  əsaslandırılmiş  olmalı;  ictimai  inkişafın  və 

insanların fəaliyyətinin obyektiv qanunauyğunluqları və meyllərindən irəli gəlməli; 

bu və ya digər müsbət obyektiv inkişaf meyllərinin, munasibətlərinin mövcudluğu 

və 

fəaliyyətinə 



uyğun 

olmalı; 


b) sosial yönümlü olmalı; başqa sözlə, insanların istək, tələbat və mənafelərindən 

irəli  gəlməli,  onlara  cavab  verməli,  bununla  da  onları  həmin  məqsədləri  dərk 

etməyə,  həmin  məqsədləri  müdafiə  etməyə  və  bu  məqsədlərin  həyata  kecirilməsi 

ə

trafında 



sıx 

birləşməyə 

çalışmalı; 

c)  resurs  cəhətdən  təmin  olunmalı,  o  cümlədən  intellektual,  maddi,  maliyyə 

resurslarının  ehtimal  olunan  miqdarı  ilə  deyil,həqiqi  mövcud  miqdarı  ilə  təmin 

olunmalı,  ictimai  həyat  və  fəaliyyətin  konkret  şəraiti  və  amillərilə 

ə

laqələndirilməli; 



d)  sistemli  təşkil  olunmalı,  özündə  müəyyən  ardıcıllıqla  strateji,  cari  və  taktiki 

məqsədləri,  ümumi  və  xüsusi,  əsas  və  köməkçi  ,  son  və  aralıq,  uzaq,  yaxın  və 

bilavasitə 

məqsədləri 

birləşdirməlidir. 

Dövlət  idarəetməsi  məqsədlərin  bu  tərkib  hissələri  məqsədlər  ağacının  müxtəlif 

tərəflərini  təşkil  edir.  Məqsədlər  ağacının  mərkəzi  (müəyyənləşdirici)  məqamı 

cəmiyyətin  keyfiyyəti,  onun  saxlanması  və  dəyişdirilməsi  ilə  bağlı  strateji 

məqsədlərin  müəyyənləşdirilməsindən  ibarətdir.  Strateji  məqsədlər  operativ 

məqsədlərə, onlar isə öz növbəsində taktiki məqsədlərə bölünürlər. Bəzən strateji 

məqsədlərə  başlıca  məqsədlər,  yerdə  qalan  məqsədlərə  isə  təminedici  məqsədlər 

deyilir. Məqsədləri başqa əsaslara görə fərqləndirmək olar: həcminə gorə - ümumi 

(bütün  dövlət  idarəetməsi  üçün)  və  xüsusi    (onun  ayrı-ayrı  alt 

sistemləri,komponentləri üçün) nəticələrinə görə-son və aralıq məqsədlərə ;zaman 

etibarı  ilə-uzun  müddətli,orta  müddətli,qısamüddətli  məqsədlərə  ayırmaq 

olar.Məqsədlər  ağacının  qurulması  məqsədlərin  razılaşdırılmasını,onların 




subordinasiyasının  təmin  olunmasını,məqsədlərin  cəmiyyətin  təlabatlarına  və 

maraqlarına  uyğunluğunu  təmin  etməyi  nəzərdə  tutur.Dövlət  idarəetməsinin 

məqsədlərinin  hər  birinin  ayrılıqda  və  məqsədlər  “ağacının”  bütövlükdə 

ə

saslandırılmış  və  həqiqi  olması  başqa  şərtlərlə  yanaşı,onun  müvafiq  resurslarla 



təminatı ilə əlaqədardır. 

 

7.Dövlətin yaranma səbəbləri haqqında nəzəriyyələr 

 

Dövlətin  mahiyyətinə  və  yaranma  səbəblərinə  müxtəlif  tarixi  dövrlərdə  və 



ayrı-ayrı ölkələrdə fərqli formada yanaşılmışdır. Onlar nəzəriyyələr, konsepsiyalar 

və ehtimallar yaranmış, dövlətin yaranma  səbəbləri,təbiəti, əmələ gəlməsi prosesi 

müxtəlif 

tədqiqatçılar 

tərəfindən 

bir-birindən 

fərqli 

formada 


izah 

olunmuşdur.Qısaca  olaraq  dövlətin  mahiyyəti,  mənşəyi  və  yaranma    səbəbləri 

haqqında nəzəriyyələrdən ən mühümlərini ümumi formada göstərməyə çalışaq: 

  1.Dövləti  dini  və  ya  ilahi  mənşəli  hesab  edən  nəzəriyyə.Bu  nəzəriyyə  qədim 

Misirdə  yaranmış,  feodalizm  dövründə  daha  geniş  yayılmış  və  sonralar  dövlət 

haqqında  ictimai  inkişafına  müsbət  təsir  göstərmişdir.  Bu  nəzəriyyənin 

tərəfdarlarının  (Hegel,Foma,Akvinski,Mojevski  və  s.)  fikrincə,  dövlət  və  hüquq 

Allah  tərəfindən  dünya  ilə  birlikdə  yaranmışdır.Başqa  sözlə,  dövlət  cəmiyyətin 

inkişafının  məhsulu  deyil,  o  müstəqil  bi  ictimai  varlıq  kimi  Allah  tərəfindən 

dünyanın tərkib hissəsi kimi yaranmışdır.Dövlət ilahi mənşəli bir varlıqŞ hökmdar 

tanrının yer üzərindəki surətidir. 

  2.Dövlətin  əmələ  gəlməsinə  patriarxal  yanaşma  və  ya  dövl\ətin  əmələ  gəlməsi 

haqqnda  patriarxal  nəzəriyyə.  Belə  yanaşma  qədim  Yunanıstanda  (onun  banisi 

Aritotel  hesab  olunur)  əmələ  gəlmiş,  sonrakı  əsrlərdə  müxtəlifdavamçılar 

(məsələn,    17-ci  əsrdə  ngiltərədə  Filmer,19-c  əsrdə  Rusyada  tədqiqatçı-

dövlətşünas  Mixaylovski  və  s.)  tərəfindən  inkişaf    etdirilmişdir.Aristotelə  görə, 

dövlət  təkcə  cəmiyyətin  təbii-  tarixi  inkişafınınməhsulu  deyil,  həm  də  insanların 

qohumluq-  doğmaliq  əsasında  qaynayıb-qarışmasının,  əhalinin  məskunlaşmasıvə 

insani  münasibətlərin  inkişafının  ən  yüksək  məhsuludur.Patriarxal  nəzəriyyəyə 

görə,dövlət  öz  başlanğıcını  ailədən  götürmüş,  ailənin  inkişafı  məhulu  kimi 

meydana  gəlmişdir.  Dövlət  başçısının  hakimiyyəti  –patriarxal  dövrdə  ailə 

başçısının  –atanın  hakimiyyətidir.  Bu  nəzəriyyə  orta  əsrlərdə  feodal-monarxiya 

dövlətini və hakimiyyətini qoruyub saxlamağa və inkişaf etdirməyə xidmət edirdi. 

  3.Digər  qrup  alimlərin  (Volf,Russo,  didro  və  i.a.)təsəvvürlərinə  görə  dövlət 

ictimai qruplar,ailələr arası müqavilələrin məhsuludur. Dövlət ailələrin, qəbilələrin 

yaranması  dövründə  (e.ə.5ci-4cü  əsrlərdən  başlayaraq)  hamiya,  hər  ailəyə  və  hər 

kəsə himayədarlıq etmək, tələbatını ödənilməsinə, azadliğin qorunmasına yardımçı 

olmaq üçün yaranmış xüsusi təşkilatdır.Belə ki, ayrılıqda heç bir ailə ,heç bir kəs 

təkbaşına  həyat  üçün  zəruri  olan  şeyləri  əldə  edə,  azadlığını  qoruya  bilməz  .Bu 



Yüklə 421,27 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə