Microsoft Word Idare?tm? n?z?riyy?s Cavabi doc



Yüklə 421,27 Kb.
Pdf görüntüsü
səhifə9/17
tarix26.10.2017
ölçüsü421,27 Kb.
#6833
1   ...   5   6   7   8   9   10   11   12   ...   17

uyğunlaşdırılır.  Adətən  dövlət  haqqında  yeni  nəzəriyyələrin,  konsepsiya  və 

fikirlərin  yaranması  da  əsasən  bir  mərhələdən  o  biri  mərhələyə  keçid  dövrlərinə 

təsadüf  edir.Cəmiyyətin  inkişafının  ayrı-ayrl  mərhələləri  və  həmin  mərhələlərin 

birindən o keçid dövrünün dövlətləri bir-birindən az-çox fərqləndiyinə görə həmin 

dövrlərdə dövlət haqqında yaranmış nəzəriyyələr də bir-birindən fərqlənir. 

2.Dövl\ət çox müxtəlif və mürəkkəb  funksiyaları yerinə yetirir,cəmiyyət həyatının 

bütün sahələrinə təşkiledici və tənzimləyici təsir göstərir. Bu təsirlərin hamısını hər 

kəsin eyni dərəcədə görməsi və qiymətləndirilməsi mümkün deyil. Deməli dövlətə, 

onun  fəaliyyinə  münasibətdə  insanlar,  xüsusilə  mütəxəsssislər  arasındafikir 

ayrılığının olması təbii haldır və bu həmişə olacaqdır. 

3.Hər  bir  insanın  özünəməxsus,  başqalarından  az-çox  fərqlənən  dünyagörüşü, 

həyat  mövqeyi var. Bu dünya görüşündən asılı olaraq  hər bitr insanın bizi əhatə 

edən  dünyaya,  cəmiyyətə  və  onun  institutlarına,  o  cümlədən  dövlətə  fərdi 

münasibəti  var.  Təbiidir  ki,  bu  dövlət  haqqında  nəzəriyyələrdə,  elmi  mövqelerdə 

də, özünü göstərir. 

4.Məlum  həqiqətdir  ki,  dövlət  millilik,  dünyəvilik  ,  demokratiklik  və  tarixiliyin 

vəhdətidir.  Hər  bir  tarixi  inkişaf  mərhələsində  həmin  dövrün  xarakterindən  asılı 

olaraq dövlətçilikdə bu xüsusiyyətlərdən biri və ya bir neçəsi ön planda olur.Həmin 

dövrdə dövlət haqqında yaranan nəzəriyyə və ya konsepsiyalarda da istər-istəməz 

həmin  xüsusiyyətləri  əks  etdirən  müddəalar  ön  plana  çəkilir.Nəticədə  müxtəlif 

dövrləərdə,  eləcə  də  eyni  bir  tarixi  dövrdə  dövlət  haqqında  yaranan  nəzəriyyə  və 

konsepsiyalarda az-çox fərqlər yaranır. 

Müasir  dövrdə  dövlətin  milliliyi,demokratikliyi  və  dünyəviliyi  haqqında  çox 

danışılır.Azərbaycan gənc, müstəqil dövlətdir. Onun bütün bu keyfiyyətləri yenicə 

formalaşır.Ümummilli  Liderimiz  Heydər  Əliyev  dövlətçilikdə  milliliklə 

demokratikliyin  düzgün  əlaqələndirilməsinin  vacibliyini  göstərmiş,Azərbaycanda 

milli,  demokratik  və  dünyəvi  dövlət  qurulduğunu  dəfələrlə  qeyd  etmişdir.Burada 

Heydər  Əliyevin  dövlət  quruculuğu  və  müvafiq  idarəetmə  sistemi  haqqında 

aşağıdakı  fikirləri  ilə  razılaşmaqla  yalnız  həqiqəti  təsdiq  etmiş  oluruq:”Dövlət 

quruculuğunda  nəinki  tarixi  və  milli  ənənələrimiz  nəzərə  alınır,həm  də  dünya 

təcrübəsindən, demokratik prinsiplərdən istifadə edilir.” 

Dövlətə  .dövlət  quruculuğuna  münasibətdə  millilik  xüsusiyyətlərin  qorunub 

saxlanması və inkişafı müasir Azərbaycan dövlətçiliyində xüsusilə vacibdir. Hansı 

şə

raitdə,  hansı  ölkədə  olursa  olsun  dövlətlərin  mənşəyi  ,əmələ  gəlmələrinin  əsas 



səbəbləri  eynidir,oxşardır.Cəmiyyət  inkişaf  etdikcə  dövlətin  fəaliyyət  sahələri 

,funksiyaları,  dünyəvilik  xüsusiyyətləri  dəyişə  cbilər  və  yəqin  ki,  həmişə  olduğu 

kimi  yrnə  brelə  olacaqdır.Lakin  dövlətə  millilik  məsələsi,  hər  dövlətin  ərazisində 

olan  xalqların  tarixi  inkişaf,  milli  və  ərazi  quruluş  xüsusiyyətlərinin  nəzərə 

alınması hələ uzun müddət aktual olacaqdır. 



Ölkədə  baş  vermiş  hər  hansı  bir  köklü  dəyişiklik  cəmiyyətin  siyasi  sistemini  və 

idarə  olunmasının  təşkilati  formasını  dəyişməyi  tələb  edir.Xalqn  milli  adət-

ə

nənələri, ruhu ,əxlaqı,mənəviyyatı, təbii yaşayış şəraiti isə dəyişmir və heç dəyişə 



də  bilməz.Bunları  kənardan  gətirmək  olmaz.Cəmiyyəin  dəyişməsindən  asılı 

olmayaraq xalq həmişə öz əxlaq və mənəvi həyatını tarixən yaranmış özünəməxsus 

qanunlar əsasındə qurur.Odur ki,hər bir xalqın dövlətçiliyində,dövlət quruluşunda  

demokratiklik,  dünyəvilik  başqa  hər  hansı  bir  dövlətə  oxşarlıq  nə  qədər  böyük 

olursa-olsun  fərqi  yoxdur,millilik  və  xüsusiyyətləri  nəzərə  alan  qanunçuluq    və 

dövlətçilik olmalıdır.Məhz buna görə ümummilli lider Heydər Əliyev dövlətçilikdə 

və  dövlət  idarəetmə  sistemində  milliliyi,  yerli  təcrübənin  nəzərə  alınmasını  vacib 

bir vəzifə kimi qarşıya qoymuşdur. 

Müstəqil dövlət xalqın yeni istiqamətdə ictimai-siyasi yaradıcılığının, təsərrüfat – 

təkilat  fəaliyyətinin  məhsulu  kimi  meydana  gəlir.Bu  dövlət  xalqın  iqtisadi,milli-

ə

xlaqi  keyfiyyələrini  qorumaq  məqsədinə  xidmət  edir.Məhz  bu  səbəbdən  bütün 



xalqlar tərəfindən qəbul edilən modern dövlət yoxdur. Una görə də”xalqın seçdiyi 

cəmiyyət  forması  və  dövlət  quruluşu  heç  yerdən  hazır  götürülə  bilməz.O  ,hər 

xalqın özünə məxsus olmalıdır.” 

Deyilənləri  ümumilləşdirsək,  aşağıdakı  nəticələrə  gələ  bilərik:Dövlət  anlayışı  ən 

azı  iki  mühüm  şərtlə  əlaqədardır.Birincisi,  dövlət  insanların  birgə    yaşayışa 

yaradıcı münasibətlərinin , mədəni, iqtisadi, siyasi,mənəvi yaradıcılığın idarəetmə 

təşkilatı,institutu  formasında  modelləşmiş  məhsldur.Həm  dövlət  haqqında 

baxışlar,həm də dövlət özü daim dəyişir,inkişaf edir,təkmilləşir,bir formadan başqa 

formaya  keçir.Ailənin  formalaşması,icmalar,qəbilə    və  tayfaların  ,xüsusi 

mülkiyyətin,siniflərin  əmələ  gəlməsi  və  inkişaf  dövlətin  formalaşmasıvə 

inkişafında  müstəsna  rol  oynamıdır.Lakin  dövlət  bunların  ayrılıqda  heç  birinin 

inkişafı  məhsulu  deyildir. kincisi,bu  idarəetmə  institu  cəmiyyətdə  mpvcud 

olanlardan  əsasən  onunla  fərqlənir  ki,  onun  əlindı  başqalrına  xas  olmayan  daha 

güclü dövlət hakimiyyəti , orqanları və aparatı var.Üçüncüsü ,dövlətyalnız inkişaf 

etmiş ziddiyyətli strukturları olan cəmiyyətdə yaranır.Dövlət olan cəmiyyət –dövlət 

tərəfindən  təşkil  olunmuş  cəmiyyətdir.Belə  cəmiyyət  üçün  dövlət  həmin 

cəmiyyətin  mövcudluq  formasıdır.Dördüncüsü,  dövlət  cəmiyyətin  birgə 

həyat,fəaliyyət  və  davranış  normalarını  işləyib  hazırlayır  və  həyata  keçirilməsi 

təşkil edir.Beşinci, dünyəvilik,demokratiklik və milliliyin düzgün əlaqələndirilməsi 

gənc  demokratik  dövlətlərin  yaşaması  və  normal  fəaliyyətinin  əsas  şərtidir.Lakin 

burada  millilik-hər  xalqın  milli  və  tarixi  inkişaf  xüsusiyyətlərinin  ön  plana 

çəkilməsi vacibdir. 



 

 

    



Yüklə 421,27 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə