Microsoft Word II -an imp.+



Yüklə 6,22 Mb.
səhifə22/142
tarix29.11.2023
ölçüsü6,22 Mb.
#138814
1   ...   18   19   20   21   22   23   24   25   ...   142
2014-2729

İşçi nöqtənin stabilləşdirilməsi üsulları. Ümumi emitterli gücləndirici kaskadın parametrləri xarici təsirlərdən kəskin asılı olur. Xarici təsirlərə ətraf mühitin temperatur dəyişməsini, qida gərginliyinin dəyişməsini, yük müqavimətinin dəyişməsini və s. aid etmək olar. Bütün bu təsirlər kollektor cərəyanının dəyişməsinə və beləliklə də, gücləndirici kaskadın çıxış gərginliyinin dəyişməsinə səbəb olur. Bu dəyişmələr gücləndiricinin sıfır dreyfi anlayışı ilə xarakterizə olunur.

«Sıfır dreyfi» gücləndiricinin giriş siqnalının təsirindən asılı olmayan, lakin müxtəlif xarici faktorların təsiri nəticəsində sxem elementlərinin iş rejimlərinin dəyişməsi ilə əlaqədar olaraq çıxış gərginliyinin və ya cərəyanının dəyişməsinə deyilir.
Xarici təsirlər tranzistorun sükunət cərəyanını dəyişməklə gücləndiricini təyin olunmuş iş rejimindən çıxarır. Bu səbəbdən sükunət cərəyanını təyin edən işçi nöqtənin stabilləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. Stabilləşdirmənin üç əsas üsulu mövcuddur: termokompensasiya, parametrik stabilləşdirmə və mənfi əks rabitə dövrəsinin daxil edilməsi ilə stabilləşdirmə.
Termokompensasiya üsulu gücləndirici kaskadın kənar təsirlərdən konstruktor və sxem texnikası vasitələrinin köməyi ilə təcrid edilməsinə əsaslanmışdır. Məsələn, əsas kənar təsir ətraf mühitin temperaturunun dəyişməsi olarsa, bu halda dəyişmələrə daha həssas olan gücləndirici kaskad konstruktiv cəhətdən müstəqil düyün kimi ayrılır və bu kaskad üçün temperatur məcburi olaraq dəyişməz saxlanılır. Bu üsula, həmçinin qida gərginliyinin stabil saxlanmasını, stabil parametrlərə malik elementlərdən istifadə edilməsini və s. aid etmək olar.
Parametrik stabilləşdirmə üsulu tranzistorlu gücləndirici kaskadlarda xarakteristikaları xarici təsirlərdən asılı olmayan xüsusi elementlərdən istifadə olunmasına əsaslanır. Bu elementlərin parametrlərinin dəyişməsi tranzistorlu kaskadın parametrlərinin dəyişməsini kompensasiya etməlidir. Bu məqsədlə istifadə edilən tranzistorlu kaskadda (şəkil 2.7,a) işçi nöqtənin başlanğıc yerdəyişməsini təmin etmək üçün xarici Rb1 və Rb2 müqavimət bölücündən istifadə edilmişdir. Məlumdur ki, temperaturun artması ilə tranzistorun sükunət
cərəyanı da artır. Bu, tranzistorun giriş xarakteristikasının sola sürüşməsi

be
nəticəsində U gərginliyinin azalması ilə h21e İk0 parametrlərinin artması

ilə əlaqədardır. Odur ki, temperaturun artması ilə əlaqədar
Ik0
sükunət

cərəyanının stabil saxlanması üçün başlanğıc sürüşmə gərginliyinin
U sür

azalması tələb olunur. Bundan ötrü bölücü dövrə elementlərindən ya R1 müqavimətini artırmaq, ya da R2 müqavimətini azaltmaq lazımdır. Bu məqsədlə müqavimətlərin hər ikisini dəyişdirmək də mümkündür. Giriş bölücü dövrə elementləri kimi termorezistorlardan (şəkil 2.7,a) və digər növ yarımkeçirici cihazlardan istifadə oluna bilər. Şəkil 2.7,b - də belə elementlər kimi əlavə qoşulan tranzistorun emitter keçidindən istifadə olunmuşdur. Əgər VTk və VT1

tranzistorlarının parametrləri eyni olarsa,
U be
gərginliyinin dəyişməsi ilə
I k 0

sükunət cərəyanının dəyişməsini tamamilə aradan qaldırmaq olar. Bu stabilləşmə üsulu analoq İS-lərin hazırlanmasında geniş istifadə olunur.
Göstərilən hər iki üsulda ancaq bir xarici faktorun təsiri kompensasiya olunur. Məsələn, şəkil 2.7,b-də göstərilən stabilləşdirmə h21e parametrinin

dəyişməsi ilə əlaqədar olan
I k 0
sükunət cərəyanının dəyiş-məsini

kompensasiya edə bilmir. Bu həll eyni zamanda qida gərginliyinin dəyişməsi nəticəsində yaranan təsirləri də aradan qaldıra bilmir. Parametrik stabilləşdirmə üsulundan istifadə kənar təsirlərin geniş diapazonda dəyişməsi zamanı tranzistorun parametrlərini stabilləşdirən elementlərin seçilməsi də çətinləşir.
Xarici əks əlaqə dövrəsinin daxil edilməsi ilə stabilləşdirmə üsulu universal stabilləşdirmə üsuludur və ancaq bir kaskadın parametrlərini stabilləşdirmək üçün yox, bütöv gücləndiricini stabilləşdirmək üçün tətbiq edilir.


Şəkil 2.7. Termorezistorun (a) və əlavə tranzistorun (b) köməyi ilə parametrik stabilləşdirmə



Yüklə 6,22 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə