Microsoft Word II cild musiqi tarixi son 2017. doc



Yüklə 9,61 Mb.
Pdf görüntüsü
səhifə14/53
tarix28.06.2018
ölçüsü9,61 Mb.
#52174
1   ...   10   11   12   13   14   15   16   17   ...   53

 
428
1980-ci ildə Özbəkistanda Azərbaycan ədəbiyyatı və incəsə-
nəti günləri keçirildi. Daşkənddə “Bahor” konsert salonunda və 
“Nəvai” teatrında Üzeyir bəy Hacıbəyov adına Azərbaycan 
Dövlət simfonik orkestri və Azərbaycan Dövlət xor kapellası 
Niyazinin idarəsilə Ü.Hacıbəylinin, T.Quliyevin, Q.Qarayevin, 
M.Maqomayevin, Niyazinin, F.Əmirovun, A.Əlizadənin, P.Çay-
kovskinin, E.Qriqin əsərlərini ifa etdi. Konsertdə Azərbaycanın 
məşhur ifaçılarından SSRİ Xalq artisti R.Behbudov, SSRİ Xalq 
artisti M.Maqomayev və Azərbaycan SSR Xalq artisti F.Bədəl-
bəyli böyük uğurla çıxış etdilər.  
1981-ci ildə böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami 
Gəncəvinin 840 illiyinə  həsr olunmuş konsert möhtəşəm bədii 
hadisəyə çevrildi. Niyazinin idarəsilə proqramda Q.Qarayevin 
“Leyli və  Məcnun” simfonik poeması, F.Əmirovun “Nizami” 
simli simfoniyası, Niyazinin “Xosrov və  Şirin” operasından 
fraqmentlər, Üzeyir bəy Hacıbəylinin “Sənsiz” və “Sevgili ca-
nan” romansları (solist-beynəlxalq müsabiqələrin laureatı X.Qa-
sımova) səsləndirildi. Yeri gəlmişkən qeyd edək ki, Azərbay-
canın istedadlı müğənniləri – Azərbaycan Respublikasının və 
SSRİ Xalq artisti Fidan Qasımova və Azərbaycan Respublikası-
nın Xalq artisti Xuraman Qasımova Niyazinin rəhbərlik etdiyi 
orkestr ilə birlikdə bir çox konsertlərdə çıxış etdilər. Həmin ildə 
SSRİ Xalq artisti Lenin və SSRİ Dövlət laureatı Qara Qarayevin 
müəllif konserti də önəmli musiqi hadisəsinə çevrildi. Konsertdə 
bəstəkarın ən dəyərli əsərləri ifa edildi. Niyazi Moskvada, SSRİ 
İttifaqlar evinin sütunlu salonunda və Moskva Konservatoriyası-
nın böyük salonunda Q.Qarayevin “Leyli və Məcnun” simfonik 
poemasını, A. Məlikovun “Metamorfozalar” simfonik poeması-
nı, özünün “Rast” simfonik muğamını, P.Çaykovskinin Dördün-
cü simfoniyasını, C.Gerşvinin Fortepiano konsertini (solist – 
Azərbaycan SSR Xalq artisti F.Bədəlbəyli) ifa etdi. 
Niyazi Azərbaycanın gənc musiqi ifaçılarını da unutmurdu – 
onların iştirakı ilə “Azərbaycan ifaçılıq sənətinin gənc ustaları” 
konsertlərini verdi. 
1982-çi ilin iyul ayında Azərbaycan ictimaiyyəti respublika-
nın əməkdar kollektivi, Üzeyir bəy Hacıbəyov adına Azərbaycan 


 
429 
Dövlət simfonik orkestrinin yaradılmasının 60 illiyini təntənə ilə 
qeyd etdi. Ulu öndərimiz H.Ə.Əliyev bu yığıncaqda demişdi: 
“Ölkədə ilk orkestrlərdən biri olan Azərbaycan Dövlət simfonik or-
kestri respublikada genişlənən mədəni inqilabın fəal iştirakçısı ol-
du, Azərbaycan simfonik musiqisinin təbliği, xalqımızın estetik tər-
biyəsi, onun dünya musiqi mədəniyyətinin topladığı mənəvi sərvət-
lərə qovuşması sahəsində böyük iş apardı... Orkestrin səmərəli işi 
onun rəhbəri, görkəmli dirijor və bəstəkar, SSRİ Xalq artisti Niya-
zinin yorulmaz fəaliyyəti ilə bağlıdır. 40 il ərzində Niyazinin rəh-
bərliyi altında orkestr professional ustalığın zirvələrinə yüksəlmiş, 
parlaq, fərdi ifaçılıq dəsti-xətti kəsb etmişdir”
1

 
 
 
                                                 
1
 “Kommunist” qazeti. 18 iyul 1982-ci il. 


 
430
 
 
II fəsil 
 
“Rast” simfonik muğamı 
 
“Rast” simfonik muğamı Niyazinin monumental əsəridir. Hə-
min əsərdə vətən mövzusu böyük emosional qüvvə ilə səslənir. Bu 
çoxobrazlı əsər epik xalq əfsanəsi ilə səsləşir. Bu simfonik muğam-
da dərin düşüncələrlə qəhrəmanlıq, incə lirika ilə sevinc, dərin qüs-
sə ilə şadlıq motivləri bir-birini əvəz edir. “Rast” simfonik muğamı 
Azərbaycan musiqisinin ənənəvi, klassik janrının Niyazi yaradıcı-
lıq süzgəcindən keçirilərək simfonik inkişaf məcrasına yönəldilmə-
sinin mükəmməl nümunəsidir. “Rast” muğamının poetik ruhundan 
ilhama gələn Niyazi əslində onun ənənəvi improvizasiya bölmə-
lərinin özünəməxsus variantlarını yaratmış, onları mahnı (təsnif) və 
rəqs (rəng) epizodları ilə yoğurmuşdur. Niyazi “Rast” simfonik 
muğamında eyniadlı ənənəvi muğamın təqribən bütün improvizasi-
ya bölmələrini,  şöbələrini (“Mayə”, “Hüseyni”, “Vilayəti”, “Şi-
kəsteyi-fars”, “Əraq”) və guşələrini ustalıqla əks etdirmişdir. Sadə-
cə “Qərai” şöbəsini istifadə etmədən onu “Mayə” musiqisinin əsa-
sında səslənən koda ilə əvəz etmişdir.  
“Rast” simfonik muğamı mərdlik, qəhrəmanlıq səciyyəsi da-
şıyan asta müqəddimə ilə başlanır.  
 
 
 
Niyazi. “Rast” simfonik muğamı. Giriş. 


 
431 
Sonrakı inkişaf prosesində bu tematik “özək” çox zərif ornamen-
tal melodik xəttləri və müxtəlif rəngli tembrləri ilə zənginləşir, xü-
susilə solo çalan fleytanın, qoboyun və klarnetin səsləri ilə seçilir. 
“Rast” simfonik muğamının giriş hissəsi xalq musiqisi ənənələri 
üzərində qurulmuş kadensilyalarda tamamlanır. Klarnetə  həvalə 
edilən bu kadensiyaların ardınca əsərin ana şöbəsi olan “Maye” şö-
bəsinə keçilir. “Şikəsteyi-fars” bölməsinin ardınca “Yar bizə qonaq 
gələcək” adlı məlahətli xalq mahnısı əsasında tərtib olunmuş “Rəng” 
gəlir. Bu zaman mahnının mövzusu formaca dəyişir və rəqs səciyyə-
si daşıyır. Əsərin kulminasiya hissəsi giriş hissənin tematik materia-
lına əsaslanan “Əraq” şöbəsi ilə bağlıdır. “Şikəsteyi-fars” şöbəsi ilə 
həmhüdud olan “Pəncgah” şöbəsi birləşdirici rolunu oynayır. Həmin 
bölmənin yığcamlığı  və  məqsədyönlülüyü də bununla əlaqədardır. 
Təsnif hissəsi üçün Niyazi “Əlində sazın” adında gözəl Azərbaycan 
xalq mahnısının mövzusunu istifadə etmişdir. 
 
 
 
Təntənəli son bölmə (koda) “Rast” simfonik muğamının yekun 
mərhələsini təşkil edir: bu koda müqəddimə bölməsinin əsas mate-
rialı olan “Mayə”nin dinamikləşdirilmiş materialından yaranır, or-
kestrdəki bütün səslərin rəngarəngliyini özündə birləşdirir. Niyazi-
nin “Rast” simfonik muğamı incəliyi, əzəməti, formasının bitkinli-
yi ilə fərqlənən dərin mənalı, özünəməxsus bir əsərdir. Bu əsər din-
ləyiciləri həyati qüvvə və temperamentlə, melodikanın və harmo-
nik quruluşunun zənginliyi ilə valeh edir. Niyazinin “Rast” simfo-


Yüklə 9,61 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə