Microsoft Word II cild musiqi tarixi son 2017. doc



Yüklə 9,61 Mb.
Pdf görüntüsü
səhifə2/53
tarix28.06.2018
ölçüsü9,61 Mb.
#52174
1   2   3   4   5   6   7   8   9   ...   53

 
389 
Xalq mahnılarına  əsaslanan bəstəkar ariyaya muğam xüsu-
siyyətləri gətirir. Məhz muğam intonasiyaları ilə (yuxarı registr-
də başlayaraq) şair həyəcanla öz heyranlığını ifadə edir (muğam-
larda olduğu kimi, melodiya tədricən pillələrlə sekvensiya şək-
lində mayeyə doğru enir). 
 
 
 


 
390
Digər qadın qəhrəman Nizaminin sevgilisi incə, səmimi Rə-
na bəstəkar tərəfindən, klassik opera repertuarına yaxın lirik me-
lodiya ilə xarakterizə olunur. Onun əsas xarakteristikası – Balla-
da – kinli rəqibi tərəfindən zəhərlənən incə, vəfalı  qız obrazını 
açır. Bəstəkar Balladada Nizaminin özünün həqiqi şeir mətnləri-
nə əsaslanır, beləliklə Rənaya öz münasibətini, onun şair obrazı-
na yaxınlığını xüsusilə qeyd edir.  
Balladanın lirik nağıl xarakteri xalq musiqisi üçün səciyyəvi 
olan 6/8 metrli ölçüdə musiqini xalq mahnısı ilə yaxınlaşdırır, 
ona səmimiyyət, qəlb təmizliyi bəxş edir. 
 
 
 
Operada yeni tip qadın obrazı Əmir Xarisin qızı Əzranın par-
tiyasında əks olunmuşdur. İlk dəfə olaraq “Nizami” operasında 
qadın səsi metso soprano registrində səsləndi. Bu, milli operada 
yenilik idi
1

                                                 
1
 Azərbaycanda qədimdən yüksək kişi və yuxarı qadın səsi dəb idi. Məhz 
buna görə  də  Əfrasiyab Bədəlbəyliyə  qədər operalara aşağı kişi, eləcə  də 
qadın səsləri cəlb olunmurdu.  


 
391 
 
 
 
Amiranə, kinli Əzra operada incə, cəsarətsiz Rənaya qarşı 
qoyulur. 
Əzranın əsas ariozası qəddar təbiətli, ehtiraslı, Nizamiyə də-
licəsinə  aşiq olmuş qadını  təsvir edir. Əzranın düşüncələri onu 
məftun edən hiss ətrafında cəmləşmişdir. O, cavabsız məhəbbə-
tindən əziyyət çəkir, taleyindən şikayətlənir. 
İlk taktların ritm-intonasiyasının gərgin ostinant təkrarı, bü-
tün ariozo boyu təkrar olunan ritmik quruluş onun öz düşüncələ-
rinə daldığını nəzərə çarpdırır.  
Ariozonun sürəti, aşağı registr, melodiyanın kiçik diapazonu
metroritmik ostinato, bütün bunlar ariyada ifadə olunmuş hissi 


 
392
dərinləşdirir. Əzranın cavabsız məhəbbəti səbəbindən iztirabları-
nın dərinliyini nəzərə çarpdırır. 
Ə.Bədəlbəyli “Nizami” operasında xor sənətinin inkişafı 
probleminə  əsaslı surətdə yaxınlaşdı. “Koroğlu”dakı geniş xor 
səhnələri Azərbaycan bəstəkarlarının operalarda polifonik for-
malara müraciətinə təkan verdi. Bu, Ə.Bədəlbəyliyə də müəyyən 
dərəcədə təsir etdi. Belə ki, “Nizami” operasının son pərdəsində 
yanğın səhnəsi xorun iştirakı ilə fuqato şəklində  təqdim olun-
muşdur. Operada xorlardan son səhnələri bitirmək bəzən isə əh-
vali-ruhiyyəni, qəlb sarsıntılarını, qəhrəmanların iztirablarını 
qüvvətləndirmək üçün istifadə olunur. 
Rənanın  Əzra tərəfindən zəhərlənməsi səhnəsindəki qadın 
xoru, Nizamini dinləməyə toplaşmış şairlər səhnəsində kişi xoru 
və s. belədir. 
“Nizami” operası səhnədən nisbətən tez düşdü. Ancaq opera-
nın musiqisində məharətlə yazılmış, öz qeyri-adi melodizmi ilə 
fərqlənən bəzi nömrələr var. Ona görə  də  təsadüfi deyil ki, bu 
keyfiyyətlərə malik olan opera nömrələri konsertlərdə ifa olunur 
və dinləyicilərin rəğbətini qazanır. O, Azərbaycan opera sənəti-
nin inkişafında daha bir pillə oldu. 
“Nizami” operası ilə Azərbaycan opera yaradıcılığının tema-
tik-janr diapazonunun yeniləşməsi faktının özü, obrazlı-təzadlı 
qüvvələrdən (və səslərdən) geniş istifadə olunması opera janrın-
da məzmun yeniliyi süjetlə yanaşı, təbii ki, opera sənəti qarşısın-
da duran məsələlərin həllinə gedən yolda müsbət bir təcrübə ki-
mi diqqəti cəlb etdi.
1
 
                                                 
1
 
“Söyüdlər ağlamaz”. 50-ci illərdə Əfrasiyab Bədəlbəyli “Söyüdlər ağ-
lamaz” operasını yazmaq fikrinə düşür. Operadan çox əvvəl yazılmış libretto 
SSRİ Mədəniyyət Nazirliyi və Bəstəkarlar İttifaqının təşkil etdiyi Ümumitti-
faq müsabiqədə ikinci mükafat almışdı. Müsabiqənin bütün tələblərinə cavab 
verən libretto, 1975-ci ildə tamaşaya qoyulan və dövri mətbuatda iz buraxmış 
operanın  əsasını  təşkil etdi. “Söyüdlər ağlamaz” müharibə mövzusuna həsr 
olunmuş Q.Qarayev və C.Hacıyevin “Vətən” operasından sonra ikinci opera-
dır. Dinc vaxtı  və müharibə dövründə müasirlərimizin həyatı ilə bağlı olan 
operanın məzmunu bu musiqi tablosunu iki hissəyə 

 qəhrəmanların mühari-
bədən əvvəlki və müharibə dövründəki həyatına bölür.  


 
393 
 
 
IV fəsil 
 
Ə.Bədəlbəylinin publisistik fəaliyyəti 
 
Əfrasiyab Bədəlbəylinin yaradıcı  həyatında onun publisist
musiqi tənqidçisi, libretto müəllifi və  tərcüməçi kimi fəaliyyəti 
mühüm yer tutur. 
Hələ musiqiçi kimi yaradıcı  həyata başlayarkən  Əfrasiyab 
Bədəlbəyli milli incəsənət məsələləri ilə bağlı olan, ictimaiyyəti 
narahat edən problemlərə toxunan məqalələr yazmağa başladı.  
O, bütün illər  ərzində ölkəmizin musiqili teatr həyatını, 
Azərbaycanda musiqi yaradıcılığının inkişafını, yaradıcı təşkilat-
ların fəaliyyətini diqqətlə izləyirdi. 
Onu yeni əsərlər, yeni və artıq məşhur opera və balet tama-
şaları, konsert həyatı, artistlərin – həm milli, həm də qastrola gə-
lənlərin çıxışları həmişə sevindirirdi.  
Əfrasiyab Bədəlbəylinin maraq diapozonu həmişə genişliyi 
və çeşidliliyi ilə seçilirdi.  
O, Üzeyir Hacıbəyliyə, onun yaradıcılığına çoxlu məqalələr 
həsr etmişdir. Böyük rus, Avropa sənətkarlarının (V.Motsart, 
M.Qlinka, N.Rimski-Korsakov) yaradıcılığı onun həmişə diqqət 
mərkəzində idi. Azərbaycan opera və baletlərinin tamaşaları da 
onun diqqətindən kənarda qalmırdı. Onun rəyləri həmişə bu və 
ya digər musiqi hadisəsinin qiymətləndirilməsində  qəribə bir 
məharəti ilə seçilirdi.  
Bu məqalələr həmişə musiqi sənətinin böyük ustalarının bə-
şəriyyətin mütərəqqi məqsədlərinə böyük təsir göstərən yaradıcı-
lıqlarının düzgün anlaşılması ilə nəzərə çarpırdı. 
Əfrasiyab Bədəlbəylinin elmi irsini iki əsas sahəyə bölmək 
olar: elmi irs və publisistika. 
                                                                                                         
Opera üç pərdə və altı şəkildən ibarətdir. Operada adi sovet ailəsinin hə-
yatı göstərilir. Təəssüf ki, müəllif “Söyüdlər ağlamaz” operasının partiturası-
nı əldə edə bilmədiyinə görə bu opera haqqında daha ətraflı məlumat verə bil-
məmişdir. 


Yüklə 9,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə