Microsoft Word II cild musiqi tarixi son 2017. doc



Yüklə 9,61 Mb.
Pdf görüntüsü
səhifə3/53
tarix28.06.2018
ölçüsü9,61 Mb.
#52174
1   2   3   4   5   6   7   8   9   ...   53

 
394
Əfrasiyab Bədəlbəylinin elmi irsi bir neçə  əsərdən ibarətdir. 
Onların arasında xüsusi yeri 1969-cu ildə çapdan çıxmış  “İzahlı 
monoqrafik musiqi lüğəti” tutur. Ondan əvvəl, 1956-cı ildə çap 
olunmuş “Musiqi terminləri lüğəti” və həmçinin elmi xarakterli bir 
neçə məqalə sanki onun bu fundamental əsərinə hazırlıq işi idi. Bu 
kitabın çap olunması  həm professional musiqiçilərin, həm də  hə-
vəskarların böyük marağına səbəb oldu, çünki müəllif musiqi mə-
dəniyyətinin tarixi, nəzəri məsələlərini işıqlandıraraq, Azərbaycan 
dilində xüsusi ədəbiyyatdakı çatışmazlıqları doldururdu. 
Lüğətdə musiqi terminologiyasında formal tərcümələr nəti-
cəsində müşahidə olunan ziddiyyətlərin aradan qaldırılmasına 
xüsusi diqqət yetirilmiş, musiqi təcrübəsində rast gələn musiqi 
terminlərinin müəllif izahı (şərhlər) da orada öz əksini tapmışdı. 
Lüğətdə olan qiymətli məlumatlar Əfrasiyab Bədəlbəylini qeyri-
adi geniş elmi erudisiyaya malik olan bir tədqiqatçı kimi səciy-
yələndirir. Bu musiqi lüğətində Qərbi Avropa, rus, şərq müəllif-
lərindən, musiqi nəzəriyyəçilərindən, filosoflarından, şərqşünas-
larından gətirilmiş sitatlar onun elmi məlumatlılığının miqyası 
və qarşıya qoyulmuş bu elmi məsələyə necə diqqətlə yanaşdığı 
barədə  təsəvvür yaradır
1
. Lüğət 3 bölmədən ibarətdir. Birinci 
bölmə, Azərbaycan musiqi terminlərinə; ikincisi, musiqi təcrü-
bəsində istifadə olunan rus terminlərinə; üçüncü, xarici terminlə-
rə  və dünya musiqi ədəbiyyatında istifadə olunan sözlərə  həsr 
olunmuşdur. Bu lüğətdə müəllif özünü Azərbaycan musiqi ter-
minologiyasının dərin tədqiqatçısı kimi göstərir, həmçinin Şərq-
də istifadə olunan və Azərbaycan terminləri ilə çox oxşar olan 
musiqi terminlərinə böyük diqqət yetirir. Şərq musiqi mədəniy-
yətinin dilini bilməsi ona orta əsr Şərq musiqisinin tarixi və nə-
zəriyyəsini tədqiq etmək imkanı açmışdı. 
Məlum olduğu kimi, müsəlman Şərq ölkələri alimlərinin əmə-
yi nəticəsində inkişaf edən elmi ənənə mədəni universallıq və mil-
li xarakterlə seçilirdi... Şərq nəzəriyyəçiləri – farslar, türklər, ərəb-
lər bu əsərləri musiqi elminin ümumi irsi hesab edir və öz elmi 
                                                 
1
 Bağırova S. “Azərbaycan musiqisi və musiqiçiləri” (məqalələr, esse və 
rəylər). “O, öz dövrünü 40 il qabaqlamışdı” məqaləsi. Bakı, Təknur, s. 64. 


 
395 
nəzəriyyələri varisliyinin təsdiqi kimi onlara istinad edirdilər
1
. Bu 
mövqe lüğətin terminoloji fondunu tərtib edərkən  Ə.Bədəlbəy-
linin mövqeyini müəyyən etdi. Burada orta əsr musiqili nəzəri 
traktatlarda, yaxud İranın, Türkiyə və ərəb ölkələrinin musiqi təc-
rübəsində istifadə olunan çoxlu termin və sözlər vardır. Ikinci böl-
mədə Ə.Bədəlbəyli musiqi təcrübəsində geniş yayılmış və Azər-
baycan dilində analoji anlayışlara uyğun gələn rus terminlərini 
vermişdir. Bu bölmədə dünya xalqlarının musiqi alətləri barədə, 
musiqişünaslıqda və musiqi təcrübəsində geniş istifadə olunan 
termin və anlayışlar barədə  məlumat verilir. Lüğətdə polifoniya 
və harmoniyada istifadə olunan terminlərin də izahı verilir.  
Kiçik məqalələr, qeydlər və monoqrafik informasiyalar böl-
məsində görkəmli orta əsr musiqişünasları  və onların nəzəri 
traktatları, muğam sənətinin inkişafında mühüm rol oynamış xa-
nəndələr, tarzənlər barədə məlumatlar verilir. Oxucuları orta əsr 
Azərbaycan musiqişünasları ilə tanış edərkən eyni zamanda on-
ların nəzəri əsərlərinin izahatı verilir.  
Publisistik əsərlərə tarixi xarakterli oçerklər aiddir – not ya-
zısının meydana gəlməsi və yaradılması barədə üç məqalə, məş-
hur bəstəkarlara, müğənni və ifaçılara, onların yaradıcılıq fəaliy-
yətinə  həsr olunmuş  məqalələr. Onlardan “Böyük bəstəkar” 
(Ü.Hacıbəyli), “Unudulmaz sənətkar” (A.Zeynallı), “Azərbay-
can müğənnisi” (Bülbül), “Həyat simfoniyası” (M.Maqomayev), 
“Musiqi barədə söhbətlər” (Q.Qarayev), Ü.Hacıbəylinin silahda-
şı görkəmli tarzənə həsr olunmuş “Qurban Pirimov” kitabçaları-
nı göstərmək olar. “Qurban Pirimov” kitabçası Azərbaycan tar 
məktəbinin inkişaf və zənginləşməsində Qurban Pirimovun rolu-
nu xüsusi nəzərə çarpdırır, həmçinin onun ifaçılıq yaradıcılığı-
nın zəngin mənbə olduğunu, buradan bəstəkarların öz əsərləri 
üçün faydalı material əxs etdiklərini”
2
 qeyd edir. 
Onun birinci dərəcəli məsələlərdən biri olan musiqi savadının 
tərbiyə olunmasına yönəlmiş “Musiqi barədə söhbətlər” kitabçası 
                                                 
1
 Bağırova S. “Azərbaycan musiqisi və musiqiçiləri” (məqalələr, esse və 
rəylər). “O, öz dövrünü 40 il qabaqlamışdı” məqaləsi. Bakı, Təknur, s. 64. 
2
  Bədəlbəyli  Ə. Azərbaycan bəstəkarları (Q.Qasımov, A.İsazadə). Bakı, 
İşıq, 1986, s. 226. 


 
396
diqqəti cəlb edir. Burada müəllif musiqidə melodiya, təksəslilik, 
çoxsəslilik və s. kimi anlayışları işıqlandırır, öz izahatlarını Azər-
baycan, rus, Avropa bəstəkarlarının  əsərlərindən, həmçinin folk-
lordan nümunələrlə əsaslandırır. Onun Azərbaycan mədəniyyətinin 
mühüm problemləri barədə  məqalələri maraqlıdır. Bu məqalələr 
aşağıdakılardır: “Azərbaycan musiqisinin inkişafı haqqında”, “Mu-
siqi mədəniyyətimiz yeni vəzifələr qarşısında” və s. 
“Azərb. SSR EA Xəbərləri”ndə çapdan çıxmış (1945, № 9) 
“Leyli və Məcnun”un Azərbaycan operası tarixində yeri” məqaləsi 
diqqəti cəlb edir. Burada o, Üzeyir Hacıbəylinin Azərbaycan ope-
rasının yaradılmasında xüsusi rolunu qeyd edir. “Elm və həyat” jur-
nalının redaksiya heyətinin üzvü kimi o, çoxlu rəylər, xatirələr, tən-
qidi məqalələr, oçerklər yazmışdır. Onun Çaykovski, Rimski-Kor-
sakov, Musorqski, Prokofyev kimi bəstəkarların opera tamaşalarına 
jurnalın səhifələrində verdiyi qiymət əsas məsələ ilə yanaşı, oxucu-
ları bu müəlliflərin dahi əsərləri ilə tanış etmək məqsədi güdürdü. 
Onun Motsart haqqında məqaləsində müşahidələri maraqlıdır. Üze-
yir Hacıbəyli tərəfindən Motsartın  irsinə verilən yüksək qiyməti 
qeyd edən müəllif eyni zamanda Motsart sonatasının (c-dur № 15) 
xalq orkestri üçün musiqisinin ilk nümunələrinə, Üzeyir Hacıbəyli-
nin “Çargah” və “Şur” fantaziyalarına təsirinə də toxunmuşdur. Əs-
rin üçdə iki hissəsini (70 il) yaşamış Əfrasiyab Bədəlbəyli həyatı-
nın yarısından çoxunu musiqiyə  sərf etmişdir. Onun bir bəstəkar, 
dirijor, musiqişünas, mühazirəçi, publisist kimi çoxcəhətli fəaliyyə-
ti yaradıcı şəxsiyyətin böyük istedadından xəbər verir.  
Onun televiziya ilə musiqi haqda söhbətləri, musiqinin müx-
təlif problemlərinə həsr edilmiş çıxışlari geniş tamaşaçılar tərə-
findən böyük marağa səbəb olmuşdur. 
 
*** 
 
Azərbaycan musiqisində ilk balet (“Qız qalası”) janrının 
banisi  Əfrasiyab Bədəlbəylidən sonra, bu janrda artıq başqa 
xalqın (hind yazıçısı Rabindranat Taqorun eyniadlı poemasının 
motivləri əsasında) mövzusuna müraciət etmiş məşhur bəstəkar 
və dirijor, “Çitra” baletinin müəllifi Niyazinin həyat və yaradıcı-
lığının xasiyyətnaməsinə keçid alırıq.  


Yüklə 9,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə