Microsoft Word II cild musiqi tarixi son 2017. doc



Yüklə 9,61 Mb.
Pdf görüntüsü
səhifə4/53
tarix28.06.2018
ölçüsü9,61 Mb.
#52174
1   2   3   4   5   6   7   8   9   ...   53

 
397 
 
 
XI HİSSƏ 
 
NİYAZİ 
 
(1912-1984) 
 
 
 
I fəsil 
 
Həyat və yaradıcılığı 
 
Azərbaycan musiqi mədəniyyətinin inkişafında  əhəmiyyətli 
rolu olmuş görkəmli sənətkarlardan biri də dirijor və  bəstəkar 
Niyazi Zülfüqar oğlu Hacıbəyov-Tağızadədir (1912-1984). 
Onun yaradıcı fərdiliyi özündə ali dirijorluq və bəstəkarlıq iste-
dadını üzvi şəkildə birləşdirməsindədir. Niyazinin həyatı və ya-
radıcılıq yolu fitri istedad və fədakar əməklə səciyyəvidir. Diri-
jorluq sənəti ifaçılığın  ən yüksək zirvələrindən biri kimi qəbul 
olunur. Niyazinin ifaçi kimi istifadə etdiyi, daha doğrusu idarə 
etdiyi musiqi aləti nəhəng, çoxsəsli simfonik orkestrdir. Bir mu-
siqi ifaçısı kimi müxtəlif ölkələrdə təqdim etdiyi konsertlər, ope-


 
398
ra və balet tamaşaları, ifa etdiyi simfonik əsərlər Niyazinin hə-
yatının önəmli hissəsini təşkil edir. Məhz buna görə də onun di-
rijorluq fəaliyyətinin təqdimatı bir çox hallarda xronoloji şəkildə 
sıralanan konsertlərin təsvirindən ibarət olur. Azərbaycan mu-
siqisində ilk simfonik əsərlərin müəlliflərindən olan Niyazinin 
milli simfonizmin təşəkkülü və inkişafında mühüm rolu olmuş-
dur. Niyazi kimi böyük şəxsiyyətin fəaliyyətini dürüst dəyərlən-
dirmək üçün onun ifa etdiyi əsərlərin, qastrol səfərlərinin sada-
lanması kifayət etmir. Niyazinin yaradıcılığı ayrıca geniş, çoxşa-
xəli tədqiqat movzusudur. Bu araşdırma prosesində bir çox amil-
lərin nəzərə alınması  zəruridir. Həmin amillərin arasında aşa-
ğıdakılar diqqəti cəlb edir: 1. Dirijorun repertuarının təşkili və 
əsərlərin seçilməsində  əsas meyarların müəyyənləşdirilməsi. 2. 
Azərbaycan bəstəkarlarının  əsərlərinin ifası  və  təbliği. 3. Əsər-
lərin təfsiri, yozumu məsələsi. 4. Qastrol səfərləri. 5. Niyazinin 
musiqili tamaşaların bədii rəhbəri kimi fəaliyyəti. 6. Bəstəkarlıq 
yaradıcılığı. 7. Sənətkarın maarifçilik və içtimai fəaliyyəti. 8. İn-
cəsənət dünyasında sənətkarın yeri, onun musiqi sənəti haqqında 
düşüncələri və s.  
Təqdim etdiyimiz yazıda Niyazinın həyatının və yaradıcılığı-
nın bir neçə əsas cəhəti işıqlandırılır.  
 
*** 
 
Niyazi Zülfüqar oğlu Hacıbəyov-Tağızadə 1912-ci il avqust 
ayının 20-də Tiflis şəhərində anadan olmuşdur. O dövrdə, 1911-
1912-ci illərdə, Niyazinin atası Zülfüqar Hacıbəyov (1884-1950) – 
teatr xadimi, “Aşıq Qərib” və bir neçə operettaların müəllifi, XX 
əsr Azərbaycan musiqi mədəniyyətinin qurucusu dahi Üzeyir Hacı-
bəylinin qardaşı və həmkarı – Tiflisdə Azərbaycan opera truppası-
nın çıxışlarına başçılıq edirdi. 
Zülfüqar Hacıbəyovun Bakı şəhərindəki evi uzun müddət ər-
zində Azərbaycanın görkəmli ziyalılarının görüş yeri olmuşdur. 
Üzeyir bəy Hacıbəyli, Müslüm Maqomayev, Ə.Haqverdiyev, 
C.Məmmədquluzadə, N.Vəzirov, H.Cavid, S.Axundov, A.Şaiq, 
S.Qənizadə, H.Ərəblinski, C.Zeynalov, A.Şərifzadə, M.Əliyev, 


 
399 
S.Ruhulla, X.Terequlov, B.Bədəlbəyli, A.Abaşidze və başqaları 
tez-tez bu evdə görüşərdilər. Həmin görüşlər adətən mahir xa-
nəndə  və sazəndələr C.Qaryağdıoğlunun, S.Şuşinskinin, H.Sa-
rabskinin, M.Bağırovun, Q.Pirimovun konsertləri ilə tamamla-
nırdı. Yeni milli operalar və musiqili komediyalar da burada 
dinlənir və müzakirə edilərdi. Təbiidir ki, belə incəsənət mühi-
tində böyümüş Niyaziyə həyatda ən parlaq və güclü təsir bağış-
lamış dəyər musiqi olmuşdur. Onun musiqi sahəsindəki istedadı 
erkən yaşlarında aşkara çıxmışdır. Ümumiyyətlə, Niyazinin hə-
yat və musiqi dünyagörüşünün formalaşmasında iki böyük şəx-
siyyətin – atası Zülfüqar Hacıbəyovun və əmisi Üzeyir bəy Ha-
cıbəylinin rolu əvəzsizdir. Gənc Niyazi öncə Cənubi Qafqaz hər-
bi-hazırlıq məktəbində  təhsil almış  və  həmin vaxtda Y.Şeffer-
linq, sonra isə professor S.Bretantskidən skripka çalmağı öyrən-
məyə başlamışdı. Lakin 1926-cı ildə Niyazi Ü.Hacıbəylinin 
məsləhəti ilə Moskvaya gedir və orada Qnesinlər adına musiqi-
pedaqoji texnikumunda, görkəmli musiqiçi və müəllim Mixail Fa-
bianoviç Qnesinin (1883-1957) sinfində musiqi təhsilinə başlayır. 
Niyazinin M.F.Qnesinin rəhbərliyi altında məşğul olduğu il-
lər gərgin əmək və bəstəkarlıq sənəti xüsusiyyətlərinin öyrənil-
məsi dövrü idi. Moskva şəhərinin zəngin bədii həyatı – opera ta-
maşaları, simfonik və kamera musiqisi konsertləri, görkəmli di-
rijorların, musiqi ifaçılarının çıxışları Niyazinin istedadının inki-
şafına təkan verdi
1
. 1929-1931-ci illər ərzində Niyazi Leninqrad 
(Sankt-Peterburq) mərkəzi musiqi texnikumunda Q.Popovun və 
P.Ryazanovun rəhbərliyi altında bəstəkarlıq məşğələlərini da-
vam etdirdi. Həmin dövrdə Niyazi gənc Azərbaycan bəstəkarı 
Asəf Zeynallı ilə birlikdə Leninqradda (Sankt-Peterburqda) 
Azərbaycan bəstəkarlarının  əsərlərindən ibarət konsertlərin təş-
kil edilməsi və keçirilməsi sahəsində mühüm işlər gördü. Lakin 
                                                 
1
 Moskvada musiqi təhsili aldığı dövrdə Niyazi ağırlıqqaldırma idman 
növü ilə də uğurla məşğul olmuşdur. O, dəfələrlə “Dinamo” idman cəmiyyə-
tinin keçirdiyi yarışların qalibi, Azərbaycanın rekordcusu olmuşdur. Sonrakı 
illərdə Niyazi uzun müddət Azərbaycanın  ağır atletika
 
üzrə idman Federasi-
yasının rəhbəri olmuşdur, gənc idmançıları  dəstəkləyir, onların işi, təhsili 
üçün uyğun şərait yaradırdı. 


 
400
Leninqradın iqlimi Niyazinin səhhətinə pis təsir etdiyi üçün ora-
da təhsilini davam edə bilmir. Bir müddət sonra Dağıstan 
MSSR-də Xalq maarif komissarlığı elm, ədəbiyyat və incəsənət 
bölməsinin müdiri təyin edilir. Bu illər  ərzində Niyazi Üzeyir 
bəy Hacıbəyli ilə müntəzəm olaraq yazışır, onun məsləhətlərini 
diqqətlə dinləyirdi. Eyni zamanda Üzeyir Hacıbəyli də tez-tez öz 
yaradıcılıq planları, Azərbaycanın musiqi həyatında baş verən 
hadisələr haqqında Niyaziyə məlumat verirdi. O cümlədən, Kor-
oğlu operasının 1-ci pərdəsinin tamamlamasından və  təcili ola-
raq Niyazi tərəfindən onun dinlənməsini istəyirdi. 1933-cü ilin 
ortalarında Niyazi Bakıya qayıtdı. Burada o, müəyyən müddət 
ərzində Azərbaycan Dövlət Konservatoriyasının aspiranturasın-
da professorlar L.Rudolfun və S.Ştrasserin rəhbərliyi altında 
məşğul oldu. 
Niyazi bəstəkarlıq fəaliyyətinə məhz həmin dövrdə başlamış-
dır. O, öz qüvvəsini müxtəlif janrlarda sınamış, tezliklə ilk əsər-
ləri olan “Od içində” fortepiano poemasını, Talış mövzularında 
fortepiano pyesləri silsiləsini və Azərbaycan simfonik musiqisi-
nin ilk nümunələrindən biri olan “Zaqatala süitası”nı yaratmış-
dır. 1934-cü ildə Niyazi Azərbaycan Bəstəkarlar İttifaqının üzvü 
oldu. Bir ildən sonra o, M.Maqomayevin muğamların nota salın-
ması təşəbbüsünü davam edərək məşhur xanəndə C.Qaryağdıoğ-
lunun ifasından “Rast” və “Şur” muğamlarının not yazılarını tər-
tib etmişdir
1
. Bərabər temperasiyalı sistemə əsaslanan bu not ya-
zıları Azərbaycan muğamlarının səciyyəvi milli xüsusiyyətlərini 
tam şəkildə əks etdirməsə də, onların şifahi sənət növü olan mu-
ğamların qorunması  və  bəstəkar yaradıcılığında istifadəsi üçün 
böyük nəzəri və təcrübi əhəmiyəti var idi. Eyni zamanda həmin 
not yazıları 30-cu illərdə milli musiqimizə, çalqı alətlərimizə 
qarşı çıxan yanlış nəzəriyyələri təkzib etdi, cəsarətli etiraz kimi 
qəbul olundu. Niyazinin bu mürəkkəb işin öhdəsindən uğurla 
                                                 
1
 Nəşr edilməyib. Azərbaycan musiqisi tarixində ilk dəfə olaraq 1912-ci 
ildə M.C.Əmirov “Heratı” zərb muğamını  (İstanbulda “Şəhbal” dərgisində 
nəşr olunub), 1928-ci ildə isə M. Maqomayev Q.Pirimovun ifasından “Rast” 
muğamını nota salmışdır. 


Yüklə 9,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə