Microsoft Word II cild musiqi tarixi son 2017. doc



Yüklə 9,61 Mb.
Pdf görüntüsü
səhifə5/53
tarix28.06.2018
ölçüsü9,61 Mb.
#52174
1   2   3   4   5   6   7   8   9   ...   53

 
401 
gəlməsi haqqında Ü.Hacıbəyli “Azərbaycan muğamlarının yazıl-
ması məsələsi” məqaləsində məlumat vermişdir.
1
 
Keçən əsrin 30-cu illərində Niyazi kino və teatr musiqisi sa-
həsində  fəal çalışmışdır. O, atası ilə birlikdə  Cəfər Cabbarlının 
“Almas” dramının ssenarisi əsasında çəkilmiş ilk səsli Azərbay-
can bədii filmi üçün musiqi yazmış, dram tamaşalarına musiqi 
bəstələmişdir.
 
Niyazi dirijorluq fəaliyyətinə də həmin dövrdən başlamışdır. 
O, 1934-1935-ci illərdə Azərbaycan Neftçilər İttifaqı dram teat-
rının orkestrinə  rəhbərlik etmişdir. Sonralar Niyazi Respublika 
Radio verilişləri Komitəsinin simfonik orkestrinin pultu arxasın-
da olmuş, Azərbaycan bəstəkarlarının ilk simfonik əsərlərini, 
Ü.Hacıbəylinin, M.Maqomayevin və Z.Hacıbəyovun operaların-
dan orkestr fraqmentlərini idarə etmişdir. Niyazinin M.F.Axun-
dov adına Azərbaycan Dövlət Opera və Balet teatrının səhnəsin-
də M.Maqomayevin “Nərgiz” operasının yeni tamaşasının hazır-
lanması ilə bağlı  işi onun dirijorluq fəaliyyətində yeni mərhələ 
oldu. Bu mərhələdə Niyazi bəstəkar R.Qliyerlə birlikdə M.Ma-
qomayevin “Nərgiz” operasının yeni musiqi redaksiyasını hazır-
ladı. 1938-ci ildə “Nərgiz” operası Moskvada ilk dəfə keçirilmiş 
Azərbaycan incəsənəti dekadasının proqramına daxil edildi. 
Ü.Hacıbəylinin “Koroğlu” və M.Maqomayevin “Nərgiz” opera-
ları, Q.Qarayevin, Niyazinin, C.Hacıyevin  əsərləri dekada işti-
rakçıları  tərəfindən yüksək qiymətləndirildi. “Son dərəcədə  də-
qiq, düşünülmüş şəkildə, böyük ifadəliliklə” dirijorluq etmiş Ni-
yazinin istedadı ayrıca qeyd edildi
2
. Niyazi – ongünlüyün yekun 
konsertində  də böyük müvəffəqiyyətlə dirijorluq etdi. Bu kon-
sertdə görkəmli müğənni Bülbülün ifasında onun “Vətən haq-
qında mahnı”sı səsləndi. 
Niyazi bu uğuruna görə ilk və layiq olduğu mükafat – “Şərəf 
nişanı” ordenini aldı. 
Tezliklə o, Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbə-
ri təyin edildi və bu vəzifədə Üzeyir Hacıbəyov adına Azərbay-
                                                 
1
 Hacıbəyov Ü. Azərbaycan muğamlarının yazılması  məsələsi. “Kom-
munist”, Bakı, 22 iyul, 1935. 
2
 “Рабочая Москва”, 12 aprel, 1938. 


 
402
can Dövlət simfonik orkestrinin daimi tərkibini təşkil etmək 
üçün gərgin fəaliyyət göstərdi. Niyazinin ifaçılıq yaradıcılığının 
inkişafının yeni mərhələsi simfonik orkestrlə birgə işi ilə başlan-
mış, onun dirijorluq texnikası təkmilləşmiş, orkestrin repertuarı 
zənginləşmişdir. Həmin zamandan etibarən Azərbaycan bəstə-
karlarının simfonik əsərlərinə daha tez-tez müraciət etməyə baş-
lamışdır. Niyazinin simfonik əsərlərin təbliği ilə bağlı olan fəa-
liyyəti məhz həmin dövrdə meydana çıxmış və sonralar intensiv 
inkişaf etmişdir. Bu dövrdə Niyazinin repertuarı sovet respubli-
kaları bəstəkarlarının əsərləri ilə zənginləşdi. 1939-cu ilin sonla-
rında Bakıda keçirilmiş sovet musiqisi dekadasında Niyazi 
S.Turenkovun “Belorusiya süitası”ndan, N.Lısenko-Revutskinin 
“Taras Bulba” operasının uvertürasından, A.Balançivadzenin 
“Dağların ürəyi” baleti süitasından, R.Qliyerin “Şahsənəm” ope-
rasının uvertürasından ibarət olan proqramla çıxış etdi. Niyazi 
Üzeyir bəy Hacıbəylinin “Koroğlu” operasının tamaşalarına da 
bu zamandan dirijorluq etməyə başlamışdır. 
Niyazinin Ü.Hacıbəylinin musiqisi ilə əlaqəsi tədricən dərin-
ləşdi və daha maraqlı oldu. O, həmin musiqiyə daha çox məftun 
oldu və bu musiqi xəzinəsindən böyük ehtiramla bəhs etməyə 
başladı. Niyazi Ü.Hacıbəylinin “Korolğu” operasına xüsusi bir 
duyğu ilə yanaşır, bu müdrik əsərin musiqisini böyük sadəliklə
yetkin ustalıqla ifa edirdi. O, müəllifin partiturasını dinləyicilərə 
bənzərsiz parlaq cizgilərlə, emosional zənginliklə, incə dinamika 
ilə və coşqun ritmik əlavələrlə çatdırırdı. 
Keçən əsrin 30-cu illərinin sonlarında Niyazinin əsərlərinin si-
yahısı “Çiçəyim mənim” lirik mahnısı, “Kəndlilər” və  “İyirminci 
bahar” kinofilmləri üçün musiqi ilə zənginləşdi. O, Nizami Gəncə-
vinin eyniadlı poemasının motivləri əsasında “Xosrov və Şirin” li-
rik-dramatik operası üzərində işini davam etdirdi. 1939-cu ilin de-
kabr ayının 13-də bu operanın birinci pərdəsi konsert ifasında 
M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında nüma-
yiş etdirildi. 1940-cı ilin aprel ayının 20-də M.F.Axundov adına 
Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsində Niyazinin 
rəhbərliyi ilə onun “1920-ci ildə” adlı birpərdəli opera-kantatasının 
(M.Rəfilinin mətni əsasında) ilk tamaşası göstərildi.  


 
403 
1940-cı ildə Niyazi Azərbaycan SSR Əməkdar İncəsənət Xa-
dimi fəxri adına layiq görüldü. 
Müharibə illəri Niyazi üçün gərgin yaradıcılıq və ictimai fəa-
liyyət dövrü olmuşdur. O, dəfələrlə  hərbi hissələrə getmiş, bö-
yük siyasi tərbiyə işi aparmış, bir müddət Bakı hava hücumun-
dan müdafiə dairəsinin mahnı və rəqs ansamblına başçılıq etmiş-
dir. 1941-ci ilin oktyabr ayında Niyazi M.F.Axundov adına 
Azərbaycan Dövlət Opera və Balet teatrının kollektivi ilə birlik-
də sovet qoşun hissələri qarşısında çıxış etmək üçün İrana get-
mişdi. Burada Niyazinin dirijorluğu ilə nümayiş etdirmiş teatr 
tamaşaları, o cümlədən Üzeyir Hacıbəylinin “Koroğlu” operası 
böyük uğur qazandı. Niyazi İran səfərindən aldığı  təəssüratları 
S.Rüstəmin sözlərinə bəstələdiyi “Təbrizim” adlı səmimi mahnı-
sında  əks etdirmişdir. 1942-ci ilin may ayının 22-də Niyazinin 
rəhbərliyi altında Azərbaycan Dövlət Opera və Balet Teatrının 
səhnəsində onun “Xosrov və Şirin” lirik-dramatik operası səhnə-
yə qoyuldu. Bu operanın musiqisində səmimi, lirik ariyalar, ifa-
dəli xor və orkestr fraqmentləri diqqəti cəlb edir. Operanın quru-
luşunu hazırlamış İ.Hidayətzadə yazırdı: “Bəstəkar misilsiz po-
eziyanın cazibə qüvvəsini əxz etmiş və onu musiqidə təqdim edə 
bilmişdir”. 1944-cü ildə Niyazinin rəhbərliyi altında Ü.Hacıbəy-
linin “Koroğlu” operasının yeni tamaşası oldu. Bu tamaşa res-
publikanın musiqi həyatında böyük hadisə idi. Üzeyir bəy Ha-
cıbəylinin bu operası ilk dəfə olaraq rus dilində səsləndi. Həmin 
ildə “Bakinski raboçi” qəzetində  dərc olunmuş  məqalədə de-
yilirdi: “Koroğlu” operasının rus səhnəsində göstərilməsi incə-
sənətimizdə böyük və fərəhli hadisədir. Böyük Vətən müharibə-
si sovet xalqlarının dostluq əlaqələrini daha da möhkəmləndir-
mişdir və bu tamaşa deyilənlərə parlaq sübutlardan biridir”
1
. Ni-
yazi müəllifin orkestr palitrasının bütün rəngarəngliyindən isti-
fadə etmiş, Ü.Hacıbəylinin musiqisinin yeni cəhətlərini üzə  çı-
xarmışdır. Hər pərdənin bitkin olması onları musiqili-dramatik 
novellalara çevirmişdi. 
                                                 
1
  Глан  Д. “Кёр-оглы” (премьера  в  театре  оперы  и  балета  им. 
М.Ф.Ахундова) . “Бакинский рабочий”. 1944, 20 mart. 


Yüklə 9,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə