Microsoft Word II cild musiqi tarixi son 2017. doc



Yüklə 9,61 Mb.
Pdf görüntüsü
səhifə7/53
tarix28.06.2018
ölçüsü9,61 Mb.
#52174
1   2   3   4   5   6   7   8   9   10   ...   53

 
407 
dim etmiş və onun üzərində bu sözləri yazmışdı: “Əziz Niyazi-
yə. Bu əsərin əla ifası üçün səmimi minnətdarlıq hissilə”. 
1949-cu ilin mart ayının 12-də Niyazi Moskva konservatori-
yasının böyük salonunda P.Çaykovskinin “Romeo və Cülyetta” 
uvertüra-fantaziyasının və F.Əmirovun “Kürd-ovşarı” simfonik 
muğamının ifasına dirijorluq etdi. Martın 15-də isə görkəmli 
violonçel ifaçısı S.Knuşevitski və SSRİ Dövlət simfonik orkestri 
ilə birgə D.Kabalevskinin violonçel ilə orkestr üçün konsertini 
ilk dəfə səsləndirdi. 
1949-cu ilin sentyabr və oktyabr aylarında Niyazi Azərbaycan 
bəstəkarlarının yaradıcılığına baxış günlərində son dərəcə mü-
rəkkəb, gərgin və ağır bir iş apardı. O, M.Əhmədovun “26 Bakı 
komissarının xatirəsi” simfoniyasını, S.Ələsgərovun “Vətən” sim-
foniyasını, C.Hacıyevin “Oratoriya”sını, F.Əmirovun “Şur” və 
“Kürd-ovşarı” simfonik muğamlarını, Q.Qarayevin “Leyli və 
Məcnun” simfonik poemasını, S.Hacıbəyovun “Gülşən” baletin-
dən süitanı, C.Cahangirovun “Arazın o tayında” vokal-simfonik 
poemasını, A.Babayevin “Uvertüra”sını, Ə.Abbasovun “Konserti-
no”sunu, B.Zeydmanın violonçel ilə orkestr üçün konsertini usta-
lıqla, ilhamla ifa etdi. Baxışın konsertlərində ilk dəfə olaraq Niya-
zinin “Rast” simfonik muğamı da səsləndirildi. Bu əsərdə o, qə-
dim muğamın epik cəhətdən silsilə formasında, bütün hissələrini 
səsləndirdi. 
1949-cu ilin noyabr ayında Niyazi yenidən Moskvada çıxış 
etdi. SSRİ Bəstəkarlar İttifaqı İdarə Heyətinin Üçüncü plenumu-
nun konsertlərində o, öz çıxışının proqramına Q.Qarayevin 
“Yeddi gözəl” baletindən süitanı, C.Cahangirovun “Arazın o ta-
yında” vokal-simfonik poemasını  və özünün “Rast” simfonik 
muğamını daxil etdi. 
Niyazi Moskva Dövlət Filarmoniyasının abonement konsert-
lərində T.Xrennikovun İkinci simfoniyasını, A.Rubinşteynin 
fortepiano ilə orkestr üçün konsertini (solist P.Serebryakov) və 
F.Blümenfeldin səs ilə simfonik orkestr üçün “Bahar” süitasını 
(solist A.Aleksandroviç) səsləndirdi. 
1949-cu ilin sonlarında və 1950-ci ilin əvvəllərində Niyazi 
gərgin iş aparmış, əvvəllər ifa etdiyi simfonik əsərlərə müraciət 


 
408
etmiş, öz təfsirlərini dərinləşdirmiş və cilalamışdır. O, öz reper-
tuarını M.Balakirevin “Tamara” simfonik poeması, A.Borodinin 
“Bahadır simfoniyası” və A.Skryabinin “Ekstaz poeması” kimi 
mürəkkəb əsərlərlə zənginləşdirmişdir. 
Niyazinin 1949-cu ilin sonlarında verdiyi konsertlər onun 
ifaçılıq tərcümeyi-halının və Azərbaycanın musiqi həyatının par-
laq faktlarına çevrildi. Konsertlərdə L.Bethovenin Doqquzuncu 
simfoniyası, N.Myaskovskinin İyirmi yeddinci simfoniyası  və 
D.Şostakoviçin “Meşələr haqqında nəğmə” oratoriyası ifa edildi. 
Azərbaycan Dövlət Filarmoniyasında A.S.Puşkinin anadan ol-
masının 150 illiyi münasibətilə verilmiş konsertdə N.Rimski-
Korsakovun “Qızıl xoruz” operasının konsert versiyasının ifası 
dirijorun yaradıcılıq uğurlarından biri idi. 
Həmin dövrdə Niyazi M.Balakirevin nadir hallarda ifa olu-
nan musiqi əsərlərindən “İslamey” və “Tamara” simfonik poe-
malarını öncə Bakıda, sonra isə Moskvada Dövlət Filarmoniya-
sında səsləndirmişdi. 
Sovet musiqiçisi, SSRİ Xalq artisti A.Qoldenveyzer Niyazi 
ilə birlikdə E.Qriqin fortepiano ilə orkestr üçün konsertini ifa et-
mişdi. A.Qoldenveyzer həmin illərdə yazmışdı: “Mən Üzeyir 
bəy Hacıbəyov adına Azərbaycan Dövlət simfonik orkestrini də-
fələrlə dinləmişəm. Orkestr istər texniki, istərsə də bədii cəhət-
dən mənə həmişə ən yaxşı təsir bağışlamışdır. Bu kollektivlə və 
xüsusən Sizinlə birlikdə ifam mənə  dərin bədii zövq vermişdir 
və bunu uzun müddət unutmayacam…”. 
1950-ci ilin aprel ayında Niyazi Tbilisidə  uğurla çıxış etdi. 
O, rus və  Qərbi Avropa klassikası ilə yanaşı Üzeyir bəy Hacı-
bəylinin  əsərlərini – “Koroğlu” operasından Nigarın ariyasını, 
N.Valatsinin ifasında eyniadlı, natamam operadan Firuzənin ari-
yasını, Q.Qarayevin “Yeddi gözəl” baletindən süitanı və özünün 
“Rast” simfonik muğamını ifa etdi. Gürcüstanın musiqi tənqid-
çiləri, bəstəkarlar öz rəylərində onun “yetkin professional mə-
harətini”, “yüksək musiqi mədəniyyətini”, “müəllifin fikrini tut-
maq bacarığını” qeyd etmiş, Niyazinin “Rast” simfonik muğa-
mını Azərbaycan xalq musiqisinin nikbin ruhu ilə aşılanmış mo-
numental əsər” adlandırmışdılar. 


 
409 
1950-ci ilin sonlarında (noyabr-dekabr aylarında) Moskvada 
Azərbaycan  ədəbiyyatı  və incəsənəti dekadası keçirildi. Niyazi 
bu tədbirlərdə C.Cahangirovun “Arazın o tayında” vokal simfo-
nik poemasından, F.Əmirovun “Kürd-ovşarı” simfonik muğa-
mından, Q.Qarayevin “Yeddi gözəl” baletindən süitadan, özü-
nün “Rast” simfonik muğamından və digər  əsərlərdən tərtib 
olunmuş proqramla çıxış etdi, 25 illik musiqi-təbliğat fəaliyyəti-
nə yekun vurdu. 
1951-ci ilin əvvəllərində o, səmərəli ifaçılıq fəaliyyətinə görə 
SSRİ Dövlət mükafatına layiq görüldü. 
“Praqa baharı” Altıncı Beynəlxalq Yaz Musiqi festivalında 
iştirak etmək üçün 1951-ci ilin may ayında Niyazi Çexiyaya sə-
fər etdi. Festival, xalqların sülh uğrunda mübarizədə birləşməsi-
nə yardım edən musiqi şüarı altında keçirilirdi. “Praqa baharı – 
1951” festivalının konsertləri böyük maraq doğururdu. P.Çay-
kovskinin Dördüncü simfoniyası və “Romeo və Cülyetta” uver-
türa-fantaziyası, S.Raxmaninovun “Paqanini mövzusunda rapso-
diya”  əsəri (solist Y.Zak), N.Myaskovskinin İyirmi yeddinci 
simfoniyası, R.Qliyerin səs ilə simfonik orkestr üçün konserti 
(solist N.Yemelyanova), N.Peykonun “Moldav mövzularında 
süita”sı, S.Ryazovun “Medeqmaşa” operasından süita Niyazinin 
bu festival proqramlarına daxil idi. Festivalda Q.Qarayevin 
“Yeddi gözəl” baletindən süita və Niyazinin “Rast” simfonik 
muğamı da səsləndirildi. 
Çexoslovakiya (hal-hazırda Çexiya və Slovakiya) mətbuatın-
da Niyazinin konsertlərinə dair bir sıra müsbət rəylər dərc edildi. 
Çexiya Filarmoniyasının simfonik orkestri ilə birgə P.Çaykov-
skinin Dördüncü simfoniyasını, Q.Qarayevin “Yeddi gözəl” ba-
letindən süitanı və özünün “Rast” simfonik muğamını vala yaz-
dırmağa dəvət edildi və  əla ifa yazıldı. “Praqa baharı – 1951” 
beynəlxalq festivalında Niyazi böyük uğurla çıxış etdi və dünya-
nın bir çox görkəmli musiqiçiləri ilə yaradıcılıq əlaqələri qurdu. 
Praqa festivalından qayıtdıqdan sonra Niyazi M.F.Axundov adı-
na Azərbaycan Dövlət Opera və Balet teatrının səhnəsində bəs-
təkar S.Hacıbəyovun müasir mövzuya həsr edilən “Gülşən” baleti-
nin tamaşaya hazırlanmasında iştirak etdi. Bu əsərin tamaşaya qo-


Yüklə 9,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə