Microsoft Word II cild musiqi tarixi son 2017. doc



Yüklə 9,61 Mb.
Pdf görüntüsü
səhifə8/53
tarix28.06.2018
ölçüsü9,61 Mb.
#52174
1   ...   4   5   6   7   8   9   10   11   ...   53

 
410
yulması böyük mədəni hadisəyə çevrildi və tamaşanın yaradıcıları – 
bəstəkar, baletmeyster, dirijor və əsas rolların ifaçıları – SSRİ Döv-
lət mükafatı kimi yüksək mükafata layiq görüldülər.  
Niyazinin ifaçılıq istedadının daha bir xüsusiyyəti – musiqili 
xoreoqrafiya əsərinin spesifikasını dərindən duymaq baletin par-
titurasının musiqi təfsirində özünü göstərir. Təsadüfi deyildir ki, 
tənqidçilər Niyazinin həm orkestrin ifadəli səslənməsinə, həm 
də səhnədə əla ansambl yaranmasına imkan verən yüksək peşə-
karlığını qeyd etmişlər. 
Niyazinin digər böyük işi B.Smetananın “Satılmış  gəlin” 
operası  həmin dövrdə M.F.Axundov adına Azərbaycan Dövlət 
Opera və Balet teatrında nümayiş etdirilmişdir. 
Niyazinin təfsirində B.Smetananın partiturası musiqinin milli 
özünəməxsusluğunun parlaq şəkildə açılması, dramatik kulmi-
nasiyaların dəqiq nəzərə çatdırılması ilə fərqlənir. Orkestr Niya-
zinin idarəsilə operanın çox çətin uvertürasını, onun koloritli 
janr-xarakter epizodlarını əla ifa etmiş: xor ahəngdar və sərrast 
səslənmişdi. Operanın  əsas partiyalarının ifaçılarının uğurla se-
çilməsində Niyazinin böyük xidməti var idi. 
Niyazinin Azərbaycan simfonik musiqisinin inkişafı prose-
sində fəal mövqeyi yenə də nəzərə çarpırdı. 1952-ci ilin əvvəllə-
rində Niyazi ilk dəfə olaraq C.Hacıyevin “Sülh uğrunda” simfo-
nik poemasını səsləndirdi və sonra onu Moskvada – “Vətənimi-
zin musiqisi” silsiləsində  təqdim olunan konsertlərdə proqrama 
daxil etdi. 
Həmin ilin mart-aprel aylarında Niyazi Moskvada Ümumitti-
faq radiosunun təşkil etdiyi xarici musiqi konsertlərində özü 
üçün yeni olan bir neçə əsəri (o cümlədən, C.Eneskunun “Rumı-
niya rapsodiayası”nı) uğurla ifa etdi. 
O, Kiyevdə P.Çaykovskinin Dördüncü simfoniyasından və 
“Romeo və Cülyetta” uvertüra-fantaziyasından, G.Raxmanino-
vun fortepiano ilə orkestr üçün konsertindən (solist Y.Boqorod-
ski), Q.Qarayevin “Leyil və Məcnun” simfonik poemasından və 
“Yeddi gözəl” baletinin süitasından ibarət repertuarla iki kon-
sertdə  çıxış etdi. Niyazi 1952-ci ilin bütün yay fəslini Kislo-
vodskda gözəl kollektivlə – Leninqrad filarmoniyasının simfo-


 
411 
nik orkestri ilə yaradıcılıq ünsiyyəti şəraitində keçirdi. Niyazinin 
konsertlərində rus və Qərbi Avropa klassiklərinin, habelə müasir 
bəstəkarların məşhur əsərləri səsləndirildi. O, D.Oystrax, V.Sof-
ronitski, N.Şpiller, M.Bem, Z.Doluxanova ilə birlikdə çıxış etdi.  
Həmin ilin oktyabr ayında Moskva konservatoriyasının bö-
yük salonunda Ümumittifaq radiosunun böyük simfonik orkestri 
Niyazinin idarəsilə Cənubi Qafqaz respublikaları bəstəkarlarının 
əsərlərini ifa etdi. A.Xaçaturyanın skripka ilə orkestr üçün kon-
serti (solist L.Koqan), Z.Paliaşvilinin “Daisi” və “Abesalom və 
Eteri” operalarından ariyalar (solistlər N.Mikeladze, Ş.Kiknad-
ze), Üzeyir bəy Hacıbəylinin “Koroğlu” operasından ariyalar 
(solist Bülbül), Q.Qarayevin “Yeddi gözəl” baletindən süita, 
A.Sultanovanın səs ilə orkestr üçün “Azərbaycan” balladası (so-
list Bülbül) bu konsertin repertuarına daxil edilmişdi. 
1952-ci ilin sonlarında Niyazi Q.Qarayevin “Alban rapsodi-
yası”nı ilk dəfə olaraq uğurla ifa etdi. Q.Qarayevin “Alban” rap-
sodiyası”nın ilk ifası  əlamətdar hadisə idi, çünki bəstəkar bu 
əsərini Üzeyir bəy Hacıbəyovun adına Azərbaycan Dövlət sim-
fonik orkestrinin kollektivinə həsr etmişdi. Bu haqda Q.Qaraye-
vin partiturasının titul vərəqində xüsusi qeydi var. Bu qeyd ilə 
bəstəkar həm simfonik orkestrin, onun rəhbərinin fəaliyyətinə 
şəxsi münasibətini, həm də Azərbaycanda bəstəkar yaradıcılığı 
ilə ifaçılıq sənətinin qarşılıqlı təsiri prosesinin fəallığını göstərir-
di. Bu nöqteyi nəzərdən Niyazi yaradıcılığının önəmli xüsusiy-
yətlərindən biri də onun yetkin sənətkarlarla yanaşı gənc ifaçı və 
bəstəkarlarının fəaliyyətinə  də diqqət yetirməsi idi. Məsələn, 
1953-cü ildə Niyazi gənc Azərbaycan bəstəkarlarının bir sıra ye-
ni partituralarını ifaya hazırladı. R.Hacıyevin skripka ilə orkestr 
üçün konserti buna misal ola bilər. Həmin ilin birinci yarısında 
Niyazi görkəmli sovet musiqiçiləri S.Rixter, E.Gilels, Y.Zak, 
Q.Neyqauz və Q.Barinova ilə çox çıxışlar edir. Niyazinin kon-
sertlərinin proqramlarına nisbətən az ifa olunan P.Çaykovskinin 
İkinci simfoniyası və “1812-ci il” təntənəli uvertürası da daxil idi. 
1954-cü ilin may ayında Azərbaycan Dövlət Filarmoniyasın-
da Niyazi Çex klassik musiqisinin banilərindən biri olmuş, An-
tonin Dvorjakın xatirəsinə həsr edilmiş təntənəli yığıncaqda bəs-


 
412
təkarın Doqquzuncu simfoniyasına (“Yeni dünyadan”) yüksək 
səviyyədə dirijorluq etmiş  və sonra Çexoslovakiya Bəstəkarlar 
İttifaqının xahişi ilə görkəmli çex bəstəkarı haqqında məqalə 
yazmışdı. Niyazinin “Böyük sənətkar ölməz” adlı məqaləsi Pra-
qada nəşr edilən yubiley məcmuəsinə daxil edilmişdi. 
1954-cü ilin avqust-sentyabr aylarında Niyazi Rumıniya Sosia-
list Respublikasında məzmunlu bir proqramla çıxış etdi. Rumıniya-
nın bir çox musiqi xadimləri, Azərbaycan dirijorunun məharətini, 
onun görkəmli rumın bəstəkarı J.Eneskunun “Rumın rapsodiya-
sı”nın ifasını xüsusilə qeyd etmişlər. Həmin fakt illər sonra J.Enes-
kunun Buxarestdəki ev-muzeyində öz əksini tapmışdır: bəstəkarın 
əsərlərinin musiqi aləmində ən yaxşı üç dirijor ifaçılarının portret-
ləri asılıb, bunlar dünya şöhrətli amerikalı L.Stokovski, italiyalı 
A.Toskanini ilə yanaşı azərbaycanlı dirijor Niyazinin portretidir! 
Niyazi Buxarestdən qayıtdıqdan sonra Azərbaycan Bəstəkar-
lar  İttifaqı idarə heyətinin növbəti, VII plenumunun konsertlə-
rində respublikanın bir sıra yeni musiqi əsərlərini (o cümlədən, 
S.Ələsgərovun  İkinci simfoniyasını, E.Nəzirovanın fortepiano 
konsertini, B.Zeydmanın “Rapsodiya”sını, Ə.Hüseynzadənin “Sül-
hün səsi” kantatasını, Ə.Abbasovun “Vals-rapsodiya”sını, S.Hacı-
bəyovun “Ukraynaya salam” mahnısını və C.Cahangirovun “Dost-
luq mahnısı” süitasını) hazırlamış və uğurla ifa etmişdi. 
1954-cü ilin sonlarında Niyazi bədii rəhbər kimi xormeyster 
A.Yurlovla birgə Azərbaycanda ilk “Mahnı bayramı”na hazırlıq 
sahəsində böyük iş aparmış və həmin tədbirlərin yekun konser-
tində V.Muradelinin, A.Novikovun mahnılarını və Q.Qarayevin 
“Dəniz neftçiləri haqqında mahnı”sını ifa edən çoxsaylı xora di-
rijorluq etmişdi. 
Həmin dövrdə Niyazinin ifaçılıq tərzi yetkinliyi ilə, təfsirləri 
emosional təsirliliyi, intonasiya ifadəliliyi ilə  fərqlənirdi.  İste-
dadlı dirijor əsərlərin yozumunda müəllif və bir ifaçı kimi öz fi-
kirlərinin vəhdətinə nail olurdu. Bunu Niyazinin 1955-ci ildə 
Sverdlovskda, Bakıda keçirilmiş konsertləri və həmin ilin sonla-
rında Bakıda keçirilmiş sovet musiqisi festivalında çıxışları da 
sübut etmişdir. Bu konsertlərdə o, C.Eneskunun “Rumın rapso-
diyası”nı, P.Çaykovskinin Dördüncü simfoniyasını, A.Dvorjakın 


Yüklə 9,61 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə