Microsoft Word II cild musiqi tarixi son 2017. doc



Yüklə 3,4 Mb.
Pdf görüntüsü
səhifə1/168
tarix25.06.2018
ölçüsü3,4 Mb.
#51224
  1   2   3   4   5   6   7   8   9   ...   168


 

Azərbaycan Milli Elmlər Akademiyası 

Memarlıq və İncəsənət İnstitutu 

 

 



 

 

 

 

 

 

 

 

İkinci cild 



 

 

 

 

 

 

 

 

Bakı – 2017 

 


 

2

Layihәnin rәhbәri vә  



elmi redaktoru:          Zemfira

 

Sәfәrova 

 

Baş redaksiya 



şurası:   

 

Kamal 



Fәrhad

Firәngiz


Siyavuş

Vasim


Zemfira

Ülkәr


Nailә

 

Abdulla 



Bәdәlbәyli 

Әlizadә 

Kәrimi 

Mәmmәdәliyev 

Sәfәrova (sәdr) 

Talıbzadә (sәdr müavini) 

Vәlixanlı 

 

Rәyçilәr: Teymur



Tariyel

 

Bünyadov 



Mәmmәdov

 

                 

                                                              

       


Azәrbaycan musiqi tarixi 

İkinci cild. Bakı. 

“Elm”, Bakı – 2017, 584 sәh. 

 

ISBN 978-9952-514-21-6 



 

Azәrbaycanın çoxәsrlik musiqi mәdәniyyәti XX әsrin әvvәllәrindә yaranan 

müasir bәstәkarlıq yaradıcılığının tәmәli üçün, onun gәlәcәk inkişafı üçün әsas 

olmuşdur. 

Çoxcildli “Azәrbaycan musiqi tarixi”nin ikinci cildindә, XX әsrin  әv-

vәllәrindәn fәaliyyәtә başlamış  bәstәkarlarımızın xronoloji sıra ilә portretlәri, 

onların hәyat vә yaradıcılığı araşdırılıb tәqdim olunmuşdur. Musiqi tariximizin 

bәhs etdiyimiz bu dövrü böyük bәstәkarlarımız Üzeyir Hacıbәyli, Müslüm 

Maqomayev, Zülfüqar Hacıbәyov, Asәf Zeynallı  vә o vaxt Bakıda yaşayıb 

fәaliyyәt göstәrәn mәşhur rus-sovet bәstәkarı M.R.Qliyer, görkәmli bәstә-

karlarımız  Әfrasiyab Bәdәlbәyli, Niyazi, Sәid Rüstәmov vә Azәrbaycanın ilk 

qadın bәstәkarı Ağabacı Rzayevanın adıyla bağlıdır. 

Tәdqiqatın giriş  vә sonrakı hissәlәrindә  mәdәniyyәtimizdә, musiqimizdә baş 

verәn hadisәlәrin inikası, әsasәn opera vә operetta kimi janrlar haqqında mübahi-

sәlәrin, diskussiyaların geniş müzakirәsi vә tәhlili tәqdim edilir. Kitabda bu dövrün 

görkәmli ifaçıları H.Sarabski, Bülbül, Ş.Mәmmәdova,  Q.Almaszadә, R.Behbudov 

vә b. haqqında da mәlumat verilir, nadir fotolar, musiqi nümunәlәri, rus vә ingilis 

dillәrindә xülasә vә istifadә olunmuş әdәbiyyat  tәqdim olunur.  

 

 

© “Elm” nәşriyyatı, 2017 



 


 

3

 



ÖN SÖZ 

 

 

2012-ci ildə  nəşr etdiyimiz “Azərbaycan musiqi tarixi”nin 

birinci cildində musiqimizin ən qədim zamanlardan XX əsrə qə-

dərki dövrü araşdırılmışdır. Kitabda qədim dövrün musiqisinin 

icmalı və təfsiri, ayrıca bölmə kimi musiqimizin təməlini təşkil 

edən  şifahi  ənənəli peşəkar xalq musiqimiz – aşıq sənətimiz, 

muğamlarımız, musiqi folklorumuz – mahnılarımız, rəqslərimiz 

təhlil edilib, qədim musiqi alətlərimiz təqdim olunmuşdur. Niza-

mi dövründə musiqimizin inkişafı (XII əsr), XIII–XV əsrlərdə 

musiqi elmimizin korifeyləri S.Urməvi,  Ə.Marağai, F.Şirvani 

yaradıcılığı haqqında geniş  məlumat verilmiş, onların bir sıra 

musiqi risalələrinin təhlili təqdim edilmişdir. Azərbaycan mu-

ğam sənətinin inkişafında Şuşa, Şamaxı və Bakı muğam məclis-

lərinin böyük rolu qeyd olunmuşdur, Qarabağın, Şuşanın Azər-

baycan musiqisinin beşiyi və musiqi məbədi olması göstərilib, 

böyük ensiklopedist-alim M.M.Nəvvabın və ustad xanəndə 

C.Qaryağdıoğlunun həyat və yaradıcılığının təhlili verilmişdir. 

Təqdim etdiyimiz II cilddə isə Azərbaycanın çoxəsrlik musiqi 

mədəniyyətinin, XX əsrin əvvəllərində yaranan müasir bəstəkar-

lıq yaradıcılığının təməli üçün, onun gələcək inkişafı üçün əsas 

olduğu vurğulanmışdır. 

Bəstəkar fenomeninin  yeni musiqi mədəniyyətinin fəal qu-

rucuşu, təşkilatçısı  və  təbliğatçısı kimi yaradıcı  və aparıcı rolu 

müəyyənləşmiş, musiqi tariximizin bəhs etdiyimiz dövrü böyük 

bəstəkarlarımız Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Zülfü-

qar Hacıbəyov, Asəf Zeynallı və digər istedadlı bəstəkarlarımı-

zın, ifaçılarımızın yaradıcılığı ilə bağlı olduğu göstərilmişdir. 

Təqdim etdiyimiz “Azərbaycan musiqi tarixi”nin ikinci cil-

dində XX əsrin  əvvəllərində  fəaliyyət göstərən bəstəkarların 

xronologiya üzrə portretləri təqdim olunub, həyat və yaradıcılıq-

ları araşdırılmış, yeni janrların yaranması qeyd olunmuşdur. 

Tədqiqatın  XX əsrin əvvəllərində mədəniyyətdə, musiqidə baş 

verən hadisələrin inikası,  əsasən opera və operetta kimi janrlar 



 

4

haqqında mübahisələrin, diskussiyaların geniş müzakirəsi təq-



dim edilmişdir.  

20-30-cu illər Azərbaycan musiqisində Üzeyir Hacıbəylinin 

təbiri ilə desək “təşkilatçılıq, quruculuq” illəri kimi qəbul olun-

muşdur və bu  təşkilat işlərinin başında Üzeyir bəy Hacıbəyli 

dayanmışdı. 

Azərbaycan dövlət konservatoriyasının, ilk çoxsəsli xorun, 

ilk notlu xalq çalğı alətləri orkestrinin, musiqi məktəbinin, musi-

qi texnikumunun yaranması Ü.Hacıbəylinin yorulmaz fəaliyyəti 

ilə bağlı idi. 

Milli musiqi mədəniyyətinin inkişaf problemləri və perspek-

tivləri, Şərq və Qərb musiqisinin qarşılıqlı təsiri məsələləri üzrə 

elmi mübahisələrin fəal iştirakçısı olan  Ü.Hacıbəyli bu mübahi-

sələrdə realist, elmi dəlillərə əsaslanan mövqe tutmuşdur. Onun 

bu mövqeyinin düzgünlüyü Azərbaycan incəsənətinin  bütün 

gələcək inkişafı ilə  təsdiq edilmişdir. 

Müasir Azərbaycan musiqişünaslığının  əsasını qoyan da 

Ü.Hacıbəyli olmuşdur. O, uzun illər boyu xalq musiqisinin üzə-

rində elmi tədqiqatlar aparmışdır. 1921-ci ildən mətbuat səhifələ-

rində Ü.Hacıbəylinin milli musiqinin müxtəlif problemlərinə  həsr 

olunmuş məqalələri dərc olunur. “Azərbaycanda musiqi inkişafı”, 

“Azərbaycan musiqi həyatına bir nəzər”, “Azərbaycan türk xalq 

musiqisi haqqında”, “Şərq musiqisi və  Qərb musiqi alətləri”, 

“Musiqidə  xəlqilik” məqalələrində, məruzə  və  çıxışlarında o, 

Azərbaycan musiqi dilinin məqam, melodiya, metroritm, səs sis-

temi, çoxsəslilik,  vokal sənəti ilə bağlı problemlərini irəli sürmüş  

və həll etmişdir. Onun elmi axtarışları  “Azərbaycan xalq musiqi-

sinin əsasları” adlı fundamental əsərdə tamamlanmışdır. Bu əsər-

də bəstəkar xalq musiqisinin böyük bilicisi, uzaqgörən tədqiqatçı-

sı kimi çıxış edir. Bu tədqiqat yalnız Azərbaycan musiqişunaslıq 

fikrinin inkişafı üçün böyük əhəmiyyət kəsb etməmiş, həm də bu 

gün Qloballaşma dövründə müxtəlif  beynəlxalq konqreslərdə və 

simpoziumlarda  Şərq musiqi mədəniyyətinin özünəməxsusluğu

onun Qərb musiqi sistemlərilə qarşılıqlı  əlaqəsi məsələləri qo-

yulduğu vaxtda da öz aktuallığını saxlamışdır. 




Yüklə 3,4 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə