140
qurtararkən, ikinci dəstə oxumağa başlamış və melodiyanı eyni
səsdə təkrar etmişdir.
Xorda solo oxuyanlar da olmuşdur, bu zaman xor ancaq so-
listlərin ifa etdiyi melodiyanın sonunu təkrar etmişdir. Kollektiv
ifa zamanı bəzən “zil-bəm” üsulu tətbiq olunmuşdur, bəm səslər
zil səslərdən oktava aşağı oxumuşlar. Göstərilən bütün hallarda
xor indiki kimi səslərə bölünməmiş, melodiya ahəngdar şaxələrə
ayrılmamış, müşayiət olmamış, xorda züytutan olmamışdır.
Ü.Hacıbəyli göstərir ki, əvvəllər Azərbaycanda yalnız tenor
və soprano, yəni birinci səsi olanlar xanəndə sayılırdı. Bas və
bariton ümumiyyətlə səs hesab olunmurdu. İlk Azərbaycan ope-
ra və operattalarında mənfi və komik personajlar adətən aşağı
səslərə – basa və baritona tapşırılardı, çünki bu səslərin xarakteri
nədənsə mənfi, gülməli görünürdü.
İlk milli xor Azərbaycan konservatoriyasında 1926-cı ildə
Üzeyir Hacıbəyli tərəfindən təşkil olundu. Xorda 70 nəfər var
idi. Lakin bu kollektivin təşkili, fəaliyyəti heç də asan məsələ
deyildi. Hətta xoru lap əvvəldən ləğv etmək təşəbbüsləri də ol-
muşdur. Bəziləri belə hesab edirdilər ki, musiqimiz üçün çoxsəs-
li xor və polifoniya lazım deyil. Bütün bunların nəticəsində xor
dağılmış, yalnız on ildən sonra Azərbaycan Dövlət Filarmoniya-
sının nəzdində ilk Dövlət xoru yaranmışdı.
Ü.Hacıbəyli xor mədəniyyətinin böyük əhəmiyyətini başa
düşür və onun inkişafı üçün hər cür şərait yaratmağa çalışırdı.
Hələ inqilabdan əvvəlki operalara o, xorlar daxil edirdi, lakin
onlar hələ təksəsli idilər. O vaxtlar Hacıbəyli kollektiv oxuma
üçün digər vasitə görmürdü. Ənənənin gücü çox böyuk idi.
Sovet dövründə çoxsəsli xorun təşkili işində Hacıbəylinin
qarşısında bir sıra ciddi çətinliklər dayanmışdı ki, bu da ilk növ-
bədə repertuar məsələsi idi. Repertuara daxil olacaq xalq mahnı-
ları təksəsli idi. Onları çoxsəsli xor üçün harmonizə etmək lazım
idi. Təbii ki, belə melodiyaların mexaniki harmonizasiyası xalq
mahnısı üslubunun təhrif olunmasına, bəzən isə melodik xəttin
pozulmasına gətirib çıxara bilərdi.
Ü.Hacıbəyli belə hesab edirdi ki, “çoxsəsli xor sənətinin in-
kişafını milli əsas üzərində qurmaq lazımdır. Yəni Azərbaycan
141
xalq musiqisinin özünün əsasında çoxsəsli formanın elementləri-
ni tapmaq lazımdır. Hər mahnının ritmik, melodik və digər xü-
susiyyətlərinin öyrənilməsi və şərti harmonizasiyanın tətbiq
edilməsi xorun ifasında da Azərbaycan melosunun bütün xüsusi-
liyini, bütün koloritini dinləyiciyə çatdırmaq imkanı verir”.
1
Ü.Hacıbəyli göstərirdi ki, “lad musiqimizin adi harmonizasi-
yası istər-istəməz kadansların tətbiq olunmasını tələb edir. Ka-
danslar melodiyanı ya majora, ya da minora gətirib çıxarır. Bu
zaman Azərbaycan musiqisini yaradan ladlar çox vaxt öz xüsu-
siyyətini itirir”.
2
Bəstəkar qeyd edirdi ki, “Ona görə mahnıları harmonizə
edərkən o, adi dördsəsliyi deyil, kontrapunkt çoxsəsliyi və uni-
son imitasiyaları tətbiq edir”.
3
Ü.Hacıbəylinin özünün göstərdiyi nümunələri gətirək. Xalq
mahnılarının harmonizasiyası Hacıbəylinindur. “Ay bəri bax”
xalq mahnısının harmonik sxemi təxminən belədir: mahnı uni-
sonla oxunmağa başlanır, sonra soprano səslər oxuyur, bu za-
man tenor və alt səslər sanki replika verir, bas səslər isə mahnı-
nın oynaq, ritmik səslənməsini təmin edir.
4
Ü.Hacıbəyli Azərbaycan mahnılarının ifası üçün xarakter
olan məqam daxilində solo improvizasiyasını xorun ifasında da
saxlayır.
Ü.Hacıbəylinin harmonizəsində “Yallı”nı xorun soprano səs-
ləri unison oxumağa başlayır. Bu zaman alt və tenor səslər dəm
tutur. İkinci kupletdə tenor səslər oxuyur, soprano səsi dəm sax-
layır, sonra melodiyanı alt səslər oxuyur, başqa səslər isə onları
müşayiət edir.
Ü.Hacıbəyli qeyd edir ki, “uzadılan “Şikəstə” mahnısında
çoxsəsli xor solistləri ahəngdar surətdə müşayiət edir. Artıq bu
mahnıda bir akkorddan ibarət adi harmonizasiyanı tətbiq etmək
mümkün olmuşdur.
1
Hacıbəyov Ü. İlk Azərbaycan xalq xoru. Əsərləri, B., s. 271.
2
Yenə orada, s. 270.
3
Yenə orada.
4
Hacıbəyov Ü. İlk Azərbaycan xalq xoru. Əsərləri, II c., B., s. 270-271.
142
Dördsəsli harmonizasiyanın eyni prinsipi həmçinin Ü.Hacı-
bəyli tərəfindən “Aman nənə” mahnısı üzərində işlənərkən əsas
götürülmüşdür, burada xor nəqarəti ifa edir. Hacıbəylinin mə-
qam musiqisində tətbiq etdiyi sadə harmonizasiyaya dair özünün
gətirdiyi misallar bunlardır.
Xor formasının yaranması musiqimizin inkişafında mühüm
rol oynamışdır. Bu işin əhəmiyyəti yalnız onunla məhdudlaşmır-
dı ki, xor kollektivindən yaxşı səslər çıxmışdır, hərçənd bu da az
deyil. Bunun əsas əhəmiyyəti ondadır ki, bizim musiqidə səslərə
bölünmə prinsipi təsdiq olundu. Gələcəkdə Azərbaycan musiqisi
öz spesifik xüsusiyyətini və əlamətlərini itirməyərək, xor sənə-
tində böyük nailiyyətlər əldə etdi.
Bu problemə toxunaraq, Ü.Hacıbəyli yalnız xor çoxsəsliliyi
ilə məhdudlaşmamışdır. O, bu haqda daha geniş düşünürdü, çün-
ki çoxsəslilik indiki anlayışda musiqimizdə yox idi.
“Azərbaycan xalq musiqisinin əsasları” tədqiqatında Hacı-
bəyli yazır: “Belə bir fikir vardır ki, əgər öz təbiəti etibarilə bir-
səsli olan Azərbaycan musiqisinə harmonizə (ahəng) tətbiq edil-
sə, o zaman onun bütün lad xüsusiyyətləri itib gedər. Bu fikir ta-
mamilə doğrudur. Azərbaycan melodiyasına bacarıqsız surətdə
harmoniya tətbiq edilsə, onun səciyyəsini dəyişdirər, lad xüsu-
siyyətlərində bir namüəyyənlik törədər və hətta onu yaramaz bir
hala sala bilər”
1
.
Gördüyumüz kimi, Ü.Hacıbəyli burada Azərbaycan musiqi-
sinin prinsipial asılılığından deyil, onun məqam əsaslarının har-
moniyadan asılılığından yox, yalnız bacarıqsız harmoniya işlən-
dikdə əmələ gələn uyğunsuzluqdan danışır.
Əlbəttə, bu o demək deyil idi ki, Azərbaycan musiqisi gələ-
cəkdə də birsəsli olaraq qalacaq. Lakin çoxsəsliliyin tətbiq olun-
masına çox ehtiyatla yanaşmaq lazım idi. Həm çoxsəsliliyin xü-
susiyyətlərini, həm də Azərbaycan musiqi təfəkkürünü nəzərə
almaq mütləq idi.
Ü.Hacıbəylini ən çox problemin məhz bu aspekti düşündü-
rürdü. O, belə hesab edirdi ki, Azərbaycan musiqisində çoxsəsli-
1
Hacıbəyov Ü. Azərbaycan xalq musiqisinin əsasları. B., 1950, s. 36.
Dostları ilə paylaş: |