Microsoft Word Ilhame-qesebova



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə1/8
tarix14.07.2018
ölçüsü0,71 Mb.
#55559
  1   2   3   4   5   6   7   8


 

1

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI 



 FOLKLOR İNSTİTUTU 

 

 

 

 

Əlyazması hüququnda 

 

 

 

İLHAMƏ CƏLAL qızı QƏSƏBOVA 

 

 

 

 

XX ƏSR QAZAX AŞIQ MÜHİTİ 

 

5719.01 – Folklorşünaslıq 

 

Filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi 

almaq üçün təqdim edilmiş dissertasiyanın 

 

 

 

 

A V T O R E F E R A T I 

 

 

 

 

 

 

 

 

Bakı – 2014 

 

2



Dissertasiya Azərbaycan Milli Elmlər Akademiyası 

Folklor İnstitutunun “Aşıq yaradıcılığı” şöbəsində 

 yerinə yetirilmişdir. 

 

 

Elmi rəhbər:             Cəlal Mirzağa oğlu Məmmədov  

  

             filologiya üzrə elmlər doktoru 

  

Rəsmi opponentlər:   Seyfəddin Gülverdi oğlu Rzayev 

                                  filologiya üzrə elmlər doktoru, dosent 

 

                            Rüstəm Kamal oğlu Rəsulov 

   

              filologiya üzrə fəlsəfə doktoru, dosent 

 

Aparıcı  müəssisə:    Bakı  Dövlət  Universitetinin  “Azərbaycan 

şifahi xalq ədəbiyyatı” kafedrası 

 

Müdafiə  “___”  ________  2014-cü  il  saat  “__”_-da 

Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun nəzdində 

fəaliyyət  göstərən  FD.01.201  Dissertasiya  Şurasının  iclasında 

keçiriləcəkdir. 



Ünvan:  AZ  1001,  Bakı  şəhəri,  8-ci  Kiçik  Qala  döngəsi,  31, 

AMEA Folklor İnstitutu. 



 

Dissertasiya ilə AMEA-nın Mərkəzi Elmi Kitabxanasında tanış 

olmaq mümkündür. 

 

Avtoreferat “___” __________ 2014-cü ildə göndərilmişdir.  



 

Dissertasiya Şurasının elmi katibi, 

filologiya üzrə fəlsəfə doktoru,  

dosent:   

 

                 

 

Afaq Xürrəm qızı Ramazanova 

 

 


 

3

TƏDQİQATIN ÜMUMİ SƏCİYYƏSİ 



 

Mövzunun  aktuallığı.  Dünyanın  ən  unikal  poetik  sənət  hadi-

sələrindən  olan  aşıq  sənəti  28  sentyabr  –  2  oktyabr  2009-cu  il 

tarixində  Qeyri-maddi  mədəni  irsin  qorunması  Komitəsinin  4-cü 

sessiyasının  yekun  qərarına  əsasən  YUNESKO-nun  Qeyri-maddi 

mədəni  irs  siyahısına  daxil  edilmişdir.  Bu  qərarla  Azərbaycan  aşıq 

sənətinin mədəni irsin ən qədim nümunələrindən biri olduğu beynəl-

xalq  səviyyədə  bir  daha  təsdiqlənmişdir.  Aşıq  sənəti  sinkretizmi  ilə 

sənətkarlığın  ən  bariz  göstəricisi  sayılır.  Özündə  söz,  musiqi  və 

hərəkəti  harmonik  şəkildə  birləşdirən  aşıq  sənəti  çoxəsrlik  tarixə, 

əsrlərlə  cilalanıb  təkmilləşən  zəngin  ənənəyə  malikdir.  Əsrlər 

keçdikcə  nəsildən-nəslə  ötürülərək  bu  günümüzə  gəlib  çıxan  aşıq 

sənəti  xalqın  ruhunu,  zövqünü  oxşayır,  dövrün  ictimai-siyasi  ab-

havasını özündə əks etdirir.  

Təbii ki, aşıq sənətinin qorunması, gələcək nəsillərə ötürülməsi 

bu sənətin araşdırılmasını hər zaman aktual edir və son zamanlar aşıq 

sənəti  ilə  bağlı  araşdırmaların  artması  da  bununla  əlaqədardır.  Aşıq 

ədəbiyyatı  xalqın  həyatı  ilə  sıx  bağlı  olduğundan  hər  dövrdə 

zənginləşmiş,  kamil  sənət  əsəri  olmuş  və  bu  günə  qədər  müxtəlif 

mərhələlər  keçirmişdir.  Şifahi  mədəniyyət  hadisəsi  kimi  aşıq  sənəti 

xalqımızın  milli  duyum  və  düşüncə  tərzini,  saz  (musiqi)  və  söz 

birliyini  özündə  yaşadan,  klassik  ənənəyə  bağlı  yaşam  fəlsəfəsidir. 

Aşıq  ədəbiyyatını  öyrənmək  və  onun  çoxsahəli  fəaliyyətini,  zəngin 

repertuarını  aşkarlamağın  əsas  yolu  bu  sənətin  regional-mədəni  və 

sosial  mühit  özünəməxsusluqlarına  xüsusi  diqqət  yetirmək  olduqca 

aktual məsələdir. Ona görə də Azərbaycan aşıq yaradıcılığının zəngin 

bir qolunu təşkil  edən Qazax aşıq sənətinin öyrənilməsi folklorun və 

əsasən də aşıq ədəbiyyatının tamlığını ortaya çıxarmaqda özünəməx-

sus rol oynayacaqdır. 

Aşıqların  yaradıcılığının  regional  və  lokal  kontekstlərdə 

öyrənilməsi  folklorşünaslığın  aktual  problemləri  sırasına  daxildir. 

Regional  və  lokal  mühit,  ayrı-ayrı  sənətkarların  yaradıcılıqlarının 

fərdi  şəkildə  tədqiqi  bütövlükdə  mədəni  sistemin  mükəmməl 

öyrənilməsi üçün zəruridir.  

Özünəməxsus  ənənəsi,  yaradıcılıq  çalarları,  tarixi  inkişaf  yolu 

olan  Qazax  aşıq  mühiti  həm  coğrafi,  həm  də  etnik-mədəni  substratı 

baxımından  Azərbaycan  aşıq  sənətində  vacib  qollardan  biri  olduğu 

üçün  öyrənilməsi  də  əhəmiyyətlidir.  Azərbaycan  aşıq  sənətinin 

 

4



inkişafını şərtləndirən amillərdən biri kimi Qazax aşıq mühiti zəngin 

sənət ənənələrini nəsildən-nəslə ötürərək öz aktuallığını müasir dövrə 

qədər  gətirib  çıxarmışdır.  Məhz  bunun  nəticəsidir  ki,  Qazax  aşıq 

mühitində  yaradıcılıqları,  ideya-estetik,  sənətkarlıq  xüsusiyyətləri  ilə 

bir-birindən fərqlənən ustad aşıqlar və el şairləri yetişmişdir. Bir sıra 

səciyyəvi  xüsusiyyətləri  ilə  seçilən  Qazax  aşıq  mühitinin  və  bu 

mühitin  görkəmli  sənətkarlarının,  ustad  aşıqlarının  yaradıcılığının 

öyrənilməsi həm folklorun, həm də konkret olaraq aşıq ədəbiyyatının 

daha dolğun elmi mənzərəsini yaratmaq üçün vacibdir. 

Dissertasiyanın obyekti və predmeti. Tədqiqat işinin obyekti 

Qazax aşıq mühiti və XX yüzildə Qazax aşıqlarının poetik yaradıcılıq 

qoludur.  Dissertasiyanın  əsas  predmeti  indiyə  qədər  monoqrafik 

planda  araşdırılmayan  Qazax  aşıq  mühitinin  tarixi  inkişaf  baxımın-

dan  formalaşan  özünəməxsus  repertuarı,  ustad-şagird  münasibəti, 

sənətkarlıq  məsələləri, Qazax aşıqlarının  mövzu dairəsi, janr spesifi-

kası  və bütün bunların filoloji  yöndən öyrənilməsidir. Bununla bəra-

bər, Qazax aşıqlarının ifaçılıq yolu, ənənəvi sənət formalarının yaşa-

dılması, bir sözlə, Qazax aşıq mühitinin fərqliliklərini, özünəməxsus-

luqlarını  tədqiq  etmək  də  işin  predmetini  təşkil  edir. Qazax aşıqları-

nın sənətkarlıq xüsusiyyətləri, Göyçə və Borçalı aşıq mühitinin sənət 

əlaqələri,  mövzu-janr  xüsusiyyətləri  və  ustad  aşıqların  dastan 

yaradıcılığının  poetik  xüsusiyyətləri  də  tədqiqat  işinin  predmetini 

təşkil edir. 



İşin  məqsəd  və  vəzifələri.  Tədqiqat  işində  əsas  məqsəd  XX 

əsr Qazax aşıq  mühitinin  formalaşma və  inkişaf yolunu öyrənməklə, 

Qazax  aşıqlarının  və  el  şairlərinin  yaradıcılığının  səciyyəvi 

cəhətlərini  müəyyənləşdirməklə  konkret  olaraq  ustad  aşıqların  və  el 

şairlərinin  simasında  Qazax  aşıq  mühitinin  özünəməxsusluğunu 

aşkarlamaq,  onun  ədəbi-estetik  məzmununu,  funksiyasını  və  elmi-

nəzəri  dəyərini  müəyyənləşdirməklə  XX  əsr  Azərbaycan  aşıq 

sənətinin  inkişafında  rolunu  üzə  çıxarmaqdır.  Dissertasiyada  qarşıya 

qoyulan  əsas  məqsədə  çatmaq  üçün  aşağıdakı  konkret  vəzifələrin 

yerinə yetirilməsi nəzərdə tutulmuşdur: 

–  aşıq  mühiti  kontekstində  Qazax  aşıqları  və  el  şairlərinin 

özünəməxsusluğunu müəyyənləşdirməklə onların fərdi xüsusiyyətləri 

üzərində durmaq; 

  Qazax  aşıqlarının  Gəncəbasar  aşıq  mühitinin  təşəkkülündə 

rolunu  müəyyənləşdirmək  və  Qazax  aşıq  mühitinin  formalaşmasını 

göstərmək; 




Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə