Microsoft Word ilyas met doc



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə1/49
tarix15.07.2018
ölçüsü1,06 Mb.
#55675
  1   2   3   4   5   6   7   8   9   ...   49


 
 
 
 
 
Uşaq ədəbiyyatı xəzinəsindən 
 
 
 
İlyas Tapdıq 
 
Biblioqrafiya 
 
 
 
 
 
 
 
Bakı-2015 
 
 


Èëéàñ Òàïäûã 
 

KBT  Я19:Ш9(2=Аз) 7я1 
ÜOT  016:821.512.162 
 
 
Tərtibçilər:    
 
Nazilə Tahirova 
    Lelya 
Qafarova 
 
İxtisas redaktoru və  
buraxılışa məsul:  
Şəhla Qəmbərova
 
 
Ön sözün müəllifi:    
Zahid Xəlil, 
filologiya elmləri doktoru,  
professor 
 
Redaktor:  
 
Gülbəniz Səfərəliyeva, 
Əməkdar mədəniyyət işçisi 
 
 
İlyas Tapdıq: biblioqrafiya /tərt. N.Tahirova, L.Qafarova; ixt. red. 
və burax. məsul  Ş.Qəmbərova; red. G.Səfərəliyeva; Firidun bəy 
Köçərli adına Respublika Uşaq Kitabxanası.- Bakı, 2015.- 248 s. 
 
 
Azərbaycan uşaq  ədəbiyyatının görkəmli nümayəndəsi
tanınmış şair İlyas Tapdığın həyat və yaradıcılığına həsr olunmuş 
bu biblioqrafiyada görkəmli  şairin 60 il ərzində  qələmə aldığı 
bütün  əsərləri və onun haqqında yazılan materiallar öz əksini 
tapmışdır. Göstərici  ədəbiyyatşünas alimlər, tədqiqatçılar, 
kitabxanaçı-biblioqraflar və geniş oxucu kütləsi üçün nəzərdə 
tutulmuşdur. 
 
ISBN 978 9952 504 08 8 
 
© F.Köçərli adına Respublika Uşaq Kitabxanası, 2015
 
 
Áèáëèîãðàôèéà 
 

 
Tərtibçidən 
 
Azərbaycan  ədəbiyyatının tanınmış nümayəndəsi, görkəmli 
şair və tərcüməçi İlyas Tapdıq müasir uşaq ədəbiyyatında özünə-
məxsus dəsti-xətti olan uşaq  şairlərindəndir. Bu sahədə xeyli 
uğurlu  əsərlərin müəllifi kimi tanınan  İlyas Tapdıq uşaq  ədə-
biyyatımızın inkişafında və zənginləşməsində xüsusi və şərəfli bir 
yol keçmişdir. 
İlyas Tapdığın anadan olmasının 80 illik yubileyi münasi-
bətilə F.Köçərli adına Respublika Uşaq Kitabxanası  tərəfindən 
yazıçının  biblioqrafik göstəricisi tərtib olunmuşdur.     
Şairin həyat və fəaliyyətini əks etdirən “İlyas Tapdıq” adlı bu 
biblioqrafiya görkəmli  şəxsiyyətin həyat və  fəaliyətinin bütün 
dövrlərini əhatə edir. Biblioqrafiya iki hissədən ibarətdir. I hissə-
də  İlyas Tapdığın  əsərləri, II hissədə isə onun haqqında mate-
riallar öz əksini tapmışdır. 
Vəsaitdə  şairin həyat və  fəaliyyətinin  əsas tarixləri, “İlyas 
Tapdığın  şeirlərindən deyimlər”, “Görkəmli  şəxsiyyətlər  İlyas 
Tapdıq haqqında” bölmələri də verilmişdir.  
Biblioqrafiyada Azərbaycan və rus dillərində materiallar xro-
noloji qaydada qruplaşdırılmış, bölmə  və yarımbölmələr daxildə 
isə materiallar əlifba prinsipi ilə qruplaşdırılmışdır.   
Vəsaitdən istifadəni asanlaşdırmaq məqsədilə sonda İlyas 
Tapdığın  əsərlərinin və onun haqqında yazan müəlliflərin  əlifba 
göstəricisi tərtib edilmişdir.  
Biblioqrafik göstərici haqqında rəy və  təkliflərini bildirən 
mütəxəssislərə  və oxuculara əvvəlcədən minnətdarlığımızı bildi-
rir, təklif və iradlarını Firidun bəy Köçərli adına Respublika Uşaq 
Kitabxanasına göndərmələrini xahiş edirik. 
 
Ünvan: Bakı şəh., S.Vurğun küç. 88 
E-mail: childlibbaku@yahoo.com
 
 


Èëéàñ Òàïäûã 
 

 
İlyas Tapdıq poeziyasının ruhu 
 
Görkəmli şair, mədəniyyət xadimi İlyas Tapdığın yaradıcılı-
ğına həsr olunan bu biblioqrafiya Firidun bəy Köçərli adına 
Respublika Uşaq Kitabxanasının yaradıcı ziyalılara diqqət və 
qayğısının yeni ifadəsi kimi təqdirəlayiqdir. Bu biblioqrafiyaya 
ön söz yazarkən xeyli düşündüm: Axı İlyas Tapdıq təkcə uşaqlar 
üçün yazmayıb. Məgər “Gözlər”, “Əksim və  qəlbim”, “Arxalı 
dağlar”, “Bir ömrün şimşəyi”, “Məhəbbət yolları” və s. kimi şeir 
kitabları lirik poeziyamızın layiqli nümunələrindən deyilmi? İlyas 
Tapdığın təkcə “Bənövşə xatirinə kol dibinə iz düşür” misrası 
onun lirik şair olduğuna sübut deyilmi? 
 
Üzərində ağ buludlar yarılar, 
Yel vuranda gülün-gülə sarılar, 
Çiçəyinə nəğmə deyər arılar 
Şirə çəkir çəmənlərin tər çağı, 
Sinən üstə səpələnir Ər dağı! 
 
Əgər İlyas Tapdıq yalnız bu tipli lirik şeirlər yazsaydı, yenə 
də  ədəbiyyatımızın tarixində qala bilərdi. Lakin bu gün İlyas 
Tapdıq haqqında düşünəndə, uşaq  ədəbiyyatımızın görkəmli bir 
nümayəndəsinin siması qeyri-ixtiyari olaraq göz önündə canlanır. 
İlyas Tapdığın bioqrafiyası çox sadədir: 1934-cü ilin bir pa-
yız səhərində - noyabrın 30-da, Gədəbəyin Əli İsmayıllı kəndin-
də, Oruc kişinin ailəsində bir oğlan uşağı dünyaya gəldi. Uşağın 
adını  İlyas qoydular. Soyadları Tapdıqov olan bu ailənin üzv-
lərindən kimsə dedi: 
-  Tapdıq! İlyası tapdıq. 
Bəlkə də elə o vaxtdan, hələ yazı-pozu bilməyən uşağın İlyas 
Tapdıq adı dildən dilə düşdü. Balaca İlyas qohum-əqrəbanın ona 
verdiyi adı doğrultmaq üçün gecə-gündüz oxudu, saza, aşıq sənə-
tinə xüsusi rəğbət bəslədi. Özü də ara-sıra qoşma janrında şeirlər 
Áèáëèîãðàôèéà 
 

yazmağa başladı. Hələ  Gədəbəyin Qara Murad kəndində orta 
məktəbdə oxuyarkən yazdığı  şeirləri mərkəzi mətbuata yol tap-
mağa başladı. 19 yaşlı  İlyasın “Bakının gecələri” adlı  şeiri res-
publikanın  ən böyük ədəbi mətbuatlarından biri olan “Azərbay-
can” jurnalında çap olundu. İlk uğur onu həyəcanlandırdı, amma 
çaşdırmadı. Bunun ardınca “Kəndimizin çobanı” adlı şeirlər kita-
bı 1955-ci ildə  nəşr olundu. Bu kitab sanki İlyas Tapdığı relsin 
üzərinə  çıxartdı. 1957-ci ildə onu Uşaqgəncnəşr adlanan böyük 
bir nəşriyyata redaktor vəzifəsinə qoydular. 1958-ci ildə Yazıçılar 
Birliyinin  üzvlüyünə  qəbul olundu. İlyas Tapdıq qatarı bütün 
gücü ilə hərəkətə gəldi.  
İlyas Tapdıq bütün ömrünü nəşriyyatda keçirdi. 1957-ci ildən 
1990-cı illərə  qədər uşaqlar üçün kitab çap edən nəşriyyatlarda 
çalışdı. Kitab nəşri bu gün də onun həyatının mənasını təşkil edir. 
Onun indiyə  qədər redaktə etdiyi kitabların sayı 900-ə yaxındır. 
Bu günün tanınmış yazıçılarının əksəriyyətinin kitablarına redak-
torluq edib. Bu gün müstəqil nəşriyyatlar da onun təcrübəsindən 
maksimum yararlanmaq istəyir. Belə bir fəaliyyətlə məşğul olan 
bir adamın nəticədə gözəl uşaq şairi olması son dərəcə təbiidir. 
Görkəmli rus yazıçısı M.Prilejayeva “Detskaya literatura” 
jurnalında “Salam, İlyas Tapdıq” adlı  məqaləsində qeyd edir ki, 
Azərbaycan uşaqları ona görə xöşbəxtdir ki, onların İlyas Tapdıq 
kimi gözəl şairləri var. 
Bu  gözəllik nədədir?  İlyas Tapdıq hər  şeydən  əvvəl güclü 
müşahidə qabiliyyətinə malik olan bir sənətkardır. Hamının gör-
düyü bir lövhəni  İlyas Tapdıq heç kəsin görə bilməyəcəyi bir 
mənzərəyə  çevirməyi bacarır. 
 
Nənənin evində gəbə var, 
Gəbənin üstündə dəvə var
Dəvənin belində təpə var, 
Təpənin üstündə nəvə var... 


Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə