Microsoft Word Imam Sadiq a doc



Yüklə 414,83 Kb.
Pdf görüntüsü
səhifə3/14
tarix07.08.2018
ölçüsü414,83 Kb.
#60991
1   2   3   4   5   6   7   8   9   ...   14

axşamçağı  Peyğəmbərin  məscidində  oturub  o  Həzrətin  əzəməti  və  Allahın  ona  əta  etdiyi  şərəf 

fəzilət və s. barədə fikirləşirdim. Bu vaxt Zənadiqə firqəsindən olan ibn Əbül-Əvca məscidə daxil 

olub  bir  yerdə  oturdu.  Mən  onun  söhbətini  eşidirdim.  Dostlarından  biri  də  gəlib  onun  yanında 

oturduqdan  sonra  bu  iki  nəfər  İslam  Peyğəmbəri  barədə  nə  isə  danışmağa  başladılar.  İbn  Əbül-

Əvca dedi: “Ağlım adında heyran qalmış işlərində çaş-baş qalmış Məhəmmədin (səlləllahu əleyhi 

və alih) adından əl çək onun gətirdikləri barədə söhbət et.” Sonra onlar Allah-taala barədə söhbət 

etməyə  başladılar.  Söhbətlərinin  nəticəsi  belə  oldu  ki  bu  dünyanın  heç  yaradanı  yoxdur  hər  şey 

öz-özünə təbiətdə yaranmışdır. Bu həmişə belə olub və belə də olacaq.” 

Müfəzzəl sonra əlavə edib deyir: Bu axmaq və əsassız sözləri Allah rəhmətindən uzaq düşmüş bu 

şəxsdən eşitdikdə hirsimdən dayana bilməyib dedim: “Ey Allahın düşməni! Kafir olmusan? Səni 

ən  gözəl  surətdə  yaratmış  müxtəlif  hallardan  çıxarıb  nəhayət  bu  həddə  yetirən  Allahı  inkar 

edirsən? Əgər özünə nəzər salıb bir az fikirləşsən Allahın nişanələrini elə öz vücudunda müşahidə 

edərsən. Görərsən ki Onun elm və hikmət nişanələri sənin öz vücudunda cəmlənmişdir.” 

İbn  Əbül-Əvca  dedi:  “Ay  kişi  əgər  sən  mütəkəllimlərdənsənsə  (əqaid  elmindən  xəbərdar  olub 

bəhs və münazirədə mahirsənsə) səninlə onların dilində danışım əgər bizi məğlub etsən sənə tabe 

olacağıq. Yox  əgər  onlardan  deyilsənsə  səninlə  söhbət  etməyin  faydası  yoxdur.  Əgər Cəfər  ibn 

Məhəmməd Sadiq əleyhissəlamın dostlarındansansa heç onun özü bizimlə bu cür söhbət etmir. O 

bizim bu sözlərimizi səndən də çox eşidib ancaq bizi acılamayıb və bizimlə söhbətdə ədəb-ərkanı 

qoruyub saxlayıb. O səbirli təmkinli və ağıllı adamdır heç vaxt qəzəb onu üstələyə bilmir. Bizim 

sözlərimizi  dinləyir  ürəyimizdə  nə  varsa  deyirik  elə  bilirik  ki  ona  qalib  gəlmişik  o  isə  çox  az 

söhbətlə  hüccəti  bizə  tamamlayır.  Belə  ki  daha  ona  cavab  verə  bilmirik.  Əgər  sən  də  onun 

tərəfdarlarındansansa onda ona layiq şəkildə bizimlə söhbət et.” 

Mən  qəmli  halda  məsciddən  çıxdım.  İslam  və  müsəlmanların  bu  cür  kafirlərə  və  onların  Allahı 

inkar etmələri barədəki şəkk-şübhələrinə mübtəla olması barədə fikirləşirdim. Ağam İmam Sadiq 

əleyhissəlamın  hüzuruna  gəldim. İmam məni qəmgin və  fikirli görüb soruşdu: “Sənə nə olub?” 

Mən  o  kafirlərin  sözlərini  İmam  əleyhissəlama  dedim.  İmam  (əleyhissəlam)  buyurdu:  “Sənin 

üçün Allahın, dünyanın – heyvanların yırtıcıların həşəratların quşların ümumiyyətlə, hər hansı bir 

canlının  istər  insan  olsun  istər  heyvan  istərsə  də  bitki  -  meyvəli  ağaclar  meyvəsiz  ağaclar 

yeyilməli bitkilər yeyilməyən bitkilərin - yaradılmasında olan hikmətini açıqlayacağam. Qoy ibrət 

götürənlər  ondan ibrət  götürsün  və  möminlər  onunla  öz  mərifətlərini  artırsın  kafir  və  inadkarlar 

isə ona heyran qalsınlar. Sabah səhər bizə gəl...” 

Bu söhbətdən sonra Müfəzzəl dörd gün ardıcıl olaraq İmam Sadiq əleyhissəlamın hüzuruna getdi. 

İmam Sadiq (əleyhissəlam) insanın yaranışı yaranışın əvvəli zahiri və batini qüvvələr insanın fitri 

sifətləri insanın bədən üzvləri müxtəlif növ heyvanların yaranışı və eləcə də, yer-göyün yaranması 

bəla və təbii fəlakətlərin fəlsəfəsi və bir çox başqa məsələlər barədə söhbət etdi və Müfəzzəl də 

onları qeydə aldı.  



İmam Sadiq (əleyhissəlam) məktəbinin genişliyi 

İmam Sadiq (əleyhissəlam) o dövrün bütün ideoloji və əqidəvi qurumları ilə üzləşmiş  İslam  və 

şiəçiliyin  mövqeyini  onlar  üçün  aşkar  edərək  İslam  dünya  görüşünün  onlardan  üstün  olduğunu 

sübuta yetirmişdir. 




İmam  Sadiq  əleyhissəlamın  əzəmətli  elmindən  təkcə  şiələr  deyil  eləcə  də  sünni  məzhəbinin 

nümayəndələri də faydalanırdılar. Sünni məzhəbinin tanınmış rəhbərləri bilavasitə ya da hər hansı 

bir  vasitə  ilə  o  Həzrətin  şagirdləri  olmuşlar.  Bu  rəhbərlərin  önündə  Əbu  Hənifə  durur.  O  iki  il 

İmam  Sadiq  əleyhissəlamın  şagirdi  olmuşdur. Əbu Hənifə  bu  iki  ili  öz  elminin  bünövrəsi  kimi 

qeyd edərək deyir: “Əgər o iki il olmasaydı Noman (Əbu Hənifə) həlak olardı.”  

İmam  Sadiq  əleyhissəlamın  şagirdləri  Kufə  Bəsrə  Vasit  Hicaz  və  digər  müxtəlif  şəhərlərdən 

həmçinin,  Bəni–Əsəd  Məxariq  Teyy  Süleym  Qətəfan  Əzd  Xüzaə  Xəsəm  Bəni-Zəbbə  Qüreyş 

xüsusilə də, Bəni-Haris ibn Əbdülmüttəlib və Bəni-Həsən qəbilələrindən olmuşlar.  

İmam Sadiq (əleyhissəlam) məktəbinin genişliyi haqqında bu yetər ki İmam Riza əleyhissəlamın 

şagirdlərindən olan (və neçə il İmam Sadiq əleyhissəlamdan sonra yaşayan) böyük hədisçilərdən 

biri olmuş Həsən ibn Əli ibn Ziyad Vəşşa deyir: “Kufə məscidində hamısı Cəfər ibn Məhəmməd 

əleyhissəlamdan hədis söyləyən doqquz yüz hədis müəllimi gördüm.”  

İbn Həcər Əsqəlaninin dediyinə görə Şübə Süfyani Suri Süfyan ibn Üyeynə Malik İbn Cərih Əbu 

Hənifə Musa ibn Əbu Hənifə Vəhib ibn Xalid Qəttan Əbu Asim və bu kimi bir çox digər fəqih və 

hədisçilər  İmam  Sadiq  əleyhissəlamdan  hədis  söyləmişlər.    Şafei  yazır:  “Onun  (İmam  Sadiq 

əleyhissəlamın) tövhid və digər sahələrdə qiymətli kəlamları var. Onun şagirdi olmuş Cabir ibn 

Həyyan beş yüz risalədən ibarət olan min vərəqli bir kitab yazmışdır.”  

İmam  Sadiq  (əleyhissəlam)  öz  şagirdlərinin  hər  birini  onun  istedadına  uyğun  olan  sahədə 

yetişdirir nəticədə şagirdlərinin hər biri hədis təfsir əqaid və bu kimi elmlərin biri və ya ikisində 

mütəxəssisə  çevrilirdi.  Bəzi  vaxtlar  İmam  Sadiq  (əleyhissəlam)  onunla  elmi  bəhs  və  münazirə 

etmək istəyən şəxslərə bildirirdi ki  onun həmin sahədə mütəxəssis olmuş tələbəsi ilə bəhs etsin. 

Hişam ibn Salim deyir: “Bir gün İmam Sadiq əleyhissəlamın bir neçə dostu ilə birlikdə o Həzrətin 

yanında oturmuşduq. Bu vaxt Şam şəhərindən olan bir kişi icazə istəyib məclisə daxil oldu. İmam 

ona əyləşmək üçün yer göstərdi. Sonra ondan soruşdu: “Nə istəyirsən?” Şam şəhərindən olan kişi 

dedi: “Eşitmişəm ki siz camaatın bütün suallarına cavab verib çətinliklərini həll edirsiniz mən də 

gəlmişəm  sizinlə  elmi  bəhs  edəm.”  İmam  Sadiq  (əleyhissəlam)  buyurdu:  “Hansı  mövzuda  bəhs 

etmək  istəyirsən?”  Şam  şəhərindən  olan  kişi  dedi:  “Quranın  qiraəti  barədə.”  İmam  Sadiq 

(əleyhissəlam)  üzünü  Həmrana  tutub  buyurdu:  “Həmran  bu  kişinin  cavabı  sənin  öhdənədir.” 

Şamdan  olan  kişi  dedi:  “Mən  Həmranla  yox  məhz  Sizinlə  bəhs  etmək  istəyirəm.”  İmam  Sadiq 

(əleyhissəlam)  buyurdu:  “Əgər  Həmranı  məğlub  etsən  elə  bil  ki  məni  məğlub  etmisən.”  Şam 

şəhərindən  olan  kişi  çarəsiz  qalıb  Həmranla  bəhsə  başladı.  Nə  dedisə  Həmrandan  qəti  və 

qaneedici cavab eşitdi. Belə ki nəhayət yorulduğu üçün bəhsi davat etdirməkdən əl çəkdi. 

İmam Sadiq (əleyhissəlam) buyurdu: “Həmranın səviyyəsi necədir?” 

Şamlı kişi: “Doğrusu Həmran çox mahirdir nə soruşdumsa layiqincə cavab verdi. İndi istəyirəm 

sizinlə lüğət və ərəb ədəbiyyatı barədə bəhs edəm.” 

İmam Sadiq (əleyhissəlam) üzünü Əban ibn Təğlibə tutub buyurdu: “Onunla bəhs et!” 

Əban ibn Təğlib onun bütün suallarına cavab verib onu susdurdu. 

Şam şəhərindən olan kişi dedi: “İstəyirəm fiqh (şəriət elmi) sahəsində sizinlə bəhs edəm.” 




Yüklə 414,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə