Microsoft Word Imam Sadiq a doc



Yüklə 414,83 Kb.
Pdf görüntüsü
səhifə4/14
tarix07.08.2018
ölçüsü414,83 Kb.
#60991
1   2   3   4   5   6   7   8   9   ...   14

İmam Sadiq (əleyhissəlam) Zürarəyə buyurdu: “Onunla bəhs et!” 

Zürarə onunla bəhs edib qısa bir zamanda onu məğlub etdi. 

Şamdan olan kişi dedi: “İstəyirəm əqaid barəsində sizinlə bəhs edəm.” 

İmam  Sadiq  (əleyhissəlam)  Mömin  ibn  Tağa  buyurdu  ki  onunla  bəhs  etsin.  Çox  çəkmədi  ki 

Mömin ibn Taq da onu məğlub etdi. 

Daha sonra Şam şəhərindən olan kişi insanın xeyir və ya şər işi tərk edə bilməsi yaxud bilməməsi 

tövhid  və  İmamət  barədə  bəhs  etmək  istədikdə  İmam  Sadiq  (əleyhissəlam)  ardıcıl  olaraq 

Həmzeyi-Təyyar Hişam ibn Salim və Hişam ibn Həkəmə buyurdu ki onunla bəhs etsinlər. Bu üç 

nəfərin üçü də Şam şəhərindən olan kişini qəti və əsaslı sübutlarla məğlub etdilər. 

Bu həyəcanlı hadisəni müşahidə etməklə sevincdən İmam Sadiq əleyhissəlamın dodaqlarına şirin 

bir təbəssüm qonmuşdu.1 

İmam Sadiq əleyhissəlamın münazirələri 

Bundan öncə qeyd etdik ki İmam Sadiq əleyhissəlamın yaşadığı dövr fikir və düşüncə mübarizəsi 

müxtəlif  məzhəb  və  firqələrin  meydana  gəldiyi  dövr  olmuşdur.  İslam  maarif  və  mədəniyyətinin 

yunan  alim  və  filosofların  fikir  və  rəyləri  ilə  mübarizəsi  nəticəsində  bir  sıra  şübhələr  meydana 

çıxmışdı. Buna görə də, İmam Sadiq (əleyhissəlam) İslam və şiə əsaslarını tanıtdırmaq məqsədi 

ilə  bu  məzhəblərin  başçı  və  tərəfdarları  ilə  çoxsaylı  və  həyəcanlı  münazirələr  edirdi.  Bu 

münazirələrlə  o  bu  məzhəblərin  əqidəsinin  puç  İslam  əqidəsinin  isə  üstün  olduğunu  kəskin  və 

məntiqli sübutlarla isbat edirdi. 

İmam  Sadiq  əleyhissəlamın  müxtəlif  münazirələri  arasından  nümunə  üçün  o  Həzrətin  Hənəfi 

məzhəbinin banisi Əbu Hənifə ilə münazirəsini hörmətli oxucuların nəzərinə çatdırırıq. 

Bir gün Əbu Hənifə İmam Sadiq (əleyhissəlam) ilə görüşmək məqsədilə onun evinə gəlib görüş 

üçün icazə istədi. İmam Sadiq (əleyhissəlam) icazə vermədi. 

Əbu Hənifə deyir: Bir qədər qapının ağzında gözlədim. Bu vaxt bir neçə kufəli şəxs gəlib İmam 

əleyhissəlamla görüşmək üçün icazə istədi. İmam onlara icazə verdi. Mən də onlarla birlikdə içəri 

girdim.  Onun  hüzuruna  yetişdikdə  dedim:  “Yaxşı  olar  ki  siz  Kufəyə  bir  nümayəndə  göndərib 

oranın əhalisini Peyğəmbərin səhabələrinə nalayiq sözlər deməkdən çəkindirəsiniz. Orada on min 

nəfərdən çox adam Peyğəmbərin dostları üçün nalayiq sözlər deyir.” İmam Sadiq (əleyhissəlam) 

buyurdu: “Camaat mən deyəni qəbul etmir.” 

 

Əbu  Hənifə:  “Siz  Allah  Peyğəmbərinin  nəvəsi  olduğunuz  bir  halda  necə  ola  bilər  camaat  sizin 



sözünüzü qəbul etməsin?!” 

İmam  Sadiq  (əleyhissəlam):  “Mənim  sözümə  qulaq  asmayanlardan  biri  də,  elə  sən  özünsən. 

Məgər  mənim  icazəm  olmadan  evə  daxil  olmamısan  mənim  icazəm  olmadan  oturmamısan  və 

mən icazə verməmiş sözə başlamamısan?” 




Sonra əlavə edib buyurdu: “Eşitdiyimə görə sən müqayisə əsasında hökm verirsən!” 

— Bəli! 


— Vay olsun sənə! Müqayisə əsasında hökm verən ilk şəxs (məxluq) Şeytan olmuşdur. Allah ona 

“Adəmə  səcdə  et”  -  deyə  buyurduqda  o  cavab  verdi  ki:  “Mən  səcdə  etmirəm  çünki  mən  ondan 

daha yaxşıyam. Sən məni oddan onu isə palçıqdan yaratdın.” 

(Sonra İmam Sadiq (əleyhissəlam) şəriətdə müqayisənin batil olduğunu isbat etmək üçün bununla 

zidd olan bir neçə şəriət hökmü qeyd edərək buyurdu:) 

— Səncə bir nəfəri nahaqdan öldürməyin günahı ağırdır yoxsa zinanın? 

— Bir nəfəri nahaqdan öldürməyin. 

—  (Əgər  müqayisə  olunan  hökmə  əməl  etmək  olarsa)  bəs  nə  üçün  qətl  hadisəsini  isbat  etmək 

üçün iki zinanı isbat etmək üçün isə dörd şahid lazımdır? İslamın bu qanunu müqayisə ilə uyğun 

gəlirmi? 

— Xeyr! 

— Sidik daha çox murdardır yoxsa məni? 

— Sidik. 

— Bəs nəyə görə birincidə (sidikdə) Allah-taala insanlara dəstəmaz almağı ikincidə (mənidə) isə 

qüsl almağı əmr edir? Bu hökm müqayisə ilə uyğundur? 

— Xeyr! 


— Namaz daha çox əhəmiyyətlidir yoxsa oruc? 

— Namaz. 

—  Bəs  nəyə  görə  heyz  (aybaşı)  halı  görmüş  qadına  namazın  qəzası  vacib  deyil  ancaq  orucun 

qəzası vacibdir? Bu hökm müqayisə ilə uyğun gəlir? 

— Xeyr! 

— Qadın daha çox zəifdir yoxsa kişi? 

— Qadın. 

—  Bəs  nə  üçün  kişinin  irs  payı  qadının  irs  payının  iki  bərabəri  qədərdir?  (Əgər  qadın  zəifdirsə 

onda qoy o daha çox irs aparsın.) Bu hökm müqayisə ilə uyğun gəlirmi? 

— Xeyr! 



— Nə üçün on dirhəm oğurlamış şəxs barədə Allah onun əlinin kəsilməsini ancaq bir nəfər digər 

birisinin əlini kəsərsə beş yüz dirhəm diyə verməsini əmr etmişdir? Bu hökm müqayisə ilə uyğun 

gəlirmi? 

— Xeyr! 


—  Eşitmişəm  ki  sən    “Sonra  da  həmin  gün  Qiyamət  günü  Allahın  dünyada  sizə  əta 

etdiyi  nemətlər  barəsində  mütləq  sorğu-sual  olunacaqsınız”      ayəsini  belə  təfsir  edirsən: 

“Allah insanları yay fəslində yedikləri dadlı yeməklər və içdikləri sərin sular barədə sorğu-suala 

çəkəcək.” 

— Düzdür mən bu ayəni bu cür təfsir etmişəm. 

— Əgər bir nəfər  səni evinə qonaq aparıb qarşına dadlı yemək və sərin su qoysa sonra bu  işinə 

görə sənə minnət qoyarsa bu adam barəsində necə fikirləşərsən? 

— Deyərəm ki xəsis adamdır. 

— Allah xəsisdirmi? (Yəni bizə bəxş etdiyi yeməklər barədə bizi sorğu-suala çəkər?) 

Əbu  Hənifə:    “Bəs,  Quranın  “insanlar  onlar  barədə  sorğu-sual  olunacaqlar”    dediyi 

nemətlərdən məqsəd nədir?” 

İmam Sadiq (əleyhissəlam): “Ondan məqsəd biz Əhli-beyt əleyhissəlamın dostluğudur.”  



Əhkamın şiəliyə xas olan şəkildə bəyan olunması 

İmam  Sadiq  (əleyhissəlam)  vasitəsilə  böyük  elm  və  fiqh  ocağının təsis  edilməsi  mövzusunda  o 

Həzrətin  həyatını  araşdıranların  əksəriyyəti  üçün  məlum  olmayan  cəhət  bu  işin  siyasi  və  əks 

mövqe daşımasıdır. Bu hərəkətin siyasi cəhətlərinin aşkar olunması üçün ilk növbədə aşağıdakı 

məsələyə diqqət yetirməliyik. 

İslamda xilafət sistemi digər ölkələrin hakimiyyət sistemi ilə ona görə fərqlənir ki bu təkcə siyasi 

təşkilat  yox  eyni  zamanda  siyasi-məzhəbi  bir  təşkilatdır.  İslami  rəhbərə  xəlifə  adının 

ünvanlanması  onu  göstərir  ki  o  siyasi  rəhbərdən  əlavə  ilk  növbədə  Peyğəmbər  canişinidir 

Peyğəmbər isə din gətirmiş və əxlaq öyrədən bir şəxs olmuşdur. Deməli İslamda xəlifə olmaq bu 

deməkdir ki o siyasi aləmdə vəzifə daşıması ilə yanaşı camaatın dini məzhəbi işlərini də öhdəsinə 

götürmüşdür. Tam  qəbul  edilmiş  bu  məsələ ona  gətirib  çıxartdı  ki  ilk  İslami  xəlifələrdən  sonra 

hakimiyyətə gələn dini məlumatı az olan bəzən də dini məlumatı sıfır səviyyəsində olan xəlifələr 

bu  qərara  gəldilər  ki  bu  çatışmazlığı  onlara  tabe  olan  din  alimlərinin  köməyi  ilə  aradan 

qaldırsınlar və yaltaq hədisçi təfsirçi və fəqihləri öz saraylarına cəlb etməklə hakimiyyət sistemini 

yenə  də  din  və  siyasət  əsasında  qursunlar.  Bu  cür  şəxsləri  saraya  cəlb  etməkdə  xəlifələr  üçün 

başqa bir məqsəd də ondan ibarət idi ki onlar zalım və ədalətsiz xəlifələrin istəyinə əsasən, şəriət 

hökmələrini  günün  məsləhəti  bəhanəsi  ilə  asanlıqla  dəyişib  xəlifələrin  tamahı  əsasında  (avam 

camaat üçün fərq qoyulması məlum olmayan) hökmləri istənilən şəkildə ələ gətirsinlər. 

Ötən  əsrlərin  yazıçı  və  tarixçiləri  insanı  dəhşətə  gətirən  bir  sıra  qondarma  olan  yalan  hədis  və 

şəxsi fikir əsasında verilmiş təfsir nümunələrini qeyd etmişlər ki onlarda siyasi qüvvələrin təsiri 




Yüklə 414,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə