Microsoft Word Imam Sadiq a doc



Yüklə 414,83 Kb.
Pdf görüntüsü
səhifə5/14
tarix07.08.2018
ölçüsü414,83 Kb.
#60991
1   2   3   4   5   6   7   8   9   ...   14

açıq-aşkar hiss edilir. Eynilə bu iş Quranın təfsiri barədə də icra olunurdu. Quranın, təfsirçinin öz 

şəxsi fikrinə əsasən təfsir olunması, Allahın hökmünü camaatın gözündə dəyişib onu öz istədiyi 

kimi  (təbii  ki  təfsirçinin  istədiyi  xəlifənin  istəyi  ilə  uyğun  gəlirdi)  qələmə  verə  bilməsi  bu  cür 

işlərdən biri idi. Bu səbəbə görə, elə İslamın lap ilkin çağlarından fiqh (şəriət elmi) hədis və təfsir 

iki  hissəyə  bölünür.  Birinci  dəstə  qəsbkar  hökumət  orqanlarına  tabe  olan  dəstə  olmuş  və  əksər 

hallarda  həqiqəti  hökumətin  məsləhətinə  qurban  verərək  dünya  malına  çatmaq  üçün  Allahın 

hökmünü təhrif etmişdir. İkinci dəstə isə doğru və düzgün İlahi hökmlərə heç bir məsləhəti üstün 

tutmayan əsl İslami dəstə olmuşdur. Təbii ki onlar hər an hakimiyyət və onun yaltaq fəqihləri ilə 

baş-başa gəlmiş və bu səbəbdən də çox vaxtlar qeyri-rəsmi şəkildə fəaliyyətdə olmuşlar. 

İmam  Sadiq  (əleyhissəlam)  məktəbinin  hökumətə  qarşı  olan  etirazının 

məfhumu 

Yuxarıda  qeyd  etdiklərimizi  nəzərə  alsaq  asanlıqla  başa  düşərik  ki  Cəfəri  fiqhi  İmam  Sadiq 

əleyhissəlamın dövründəki rəsmi fəqihlərə qarşı təkcə sadə bir dini ixtilaf olmamış eyni zamanda 

hökumətə  qarşı  iki  məzmunu  da  özündə  ehtiva  etmişdir.  Onların  birincisi  və  eləcə  də,  ən  əsası 

hökumət  orqanlarının lazımi dini məlumatlardan xəbərsiz olmasını və camaatı ideoloji  cəhətdən 

idarə  edə  bilmədiklərini  isbat  etmək  olmuşdur.  Yəni  həqiqətdə  onların  xilafət  kürsüsündə 

oturmağa  layiq  olmadıqları  sübut  olunurdu.  İkincisi  isə  hökumətə  bağlı  olan  fəqihlərin  fiqhi 

məsələləri  bəyan  etmək  və  onların,  hakim  dairələrin  istəklərini  nəzərə  alaraq  qeyri-İslami 

məsləhətləri əsasında qurduqları şəriətdə dinin təhrif olunmasını sübuta yetirmək idi. İmam Sadiq 

(əleyhissəlam)  elm  ocağını  genişləndirib  fiqh  İslam  maarifi  Quran  təfsirini  hökumətə  bağlı  olan 

alimlərin  dediyindən  fərqli  bəyan  etməsi  əməli  olaraq  hökumətə  qarşı  atılmış  bir  addım  idi.  O 

Həzrət  hamısı  bir  növ  hökumətin  əsas  hissəsi  sayılan  rəsmi  fiqh  və  məzhəbi  təşkilatların 

səhvlərini üzə çıxarıb hökumət orqanının şəriətdən kənar olduğunu isbat edirdi. 

İmam  Sadiq  əleyhissəlamın  səhabələrinə  buyurduğu  təlim  və  müzakirələrində  xəlifələrin  dini 

elmlərdən  xəbərsiz  olduqları  məsələsi  İslam  nöqteyi-nəzərindən  onların  xəlifəliyə  səlahiyyətləri 

olmadığı  açıq-aşkar  müşahidə  olunur.  Yəni  İmam  Sadiq  (əleyhissəlam)  öz  fiqh  və  Quran 

dərslərinin  ehtiva  etdiyi  hökumətlə  qarşıdurma  məsələsini  səhabələri  arasında  açıq-aşkar 

müzakirəyə qoyurdu. İmam Sadiq əleyhissəlamdan olan hədisdə oxuyuruq:  “Biz o kəslərik 

ki  Allah-taala  bizə  itaət  etməyi  camaata  vacib  buyurmuşdur.  Halbuki  camaat  elə  bir  şəxsə  itaət 

edir  ki  sabah  onun  cahilliyi  ucbatından  Allah  dərgahında  üzürlü  sayılmayacaqlar.”      Bu  o 

deməkdir ki camaat rəhbər və xəlifələrinin cahilliyi nəticəsində səhvə düçar olub Allah yolundan 

başqa  yola  getdiklərinə  görə  üzürlü  sayılıb  deyə  bilməzlər  ki  biz  öz  seçimimizə  görə  səhv 

etməmişik.  Bizi  bu  yola  sürükləyən  bizim  cahil  rəhbərlərimiz  olmuşdur.  Bu  üzr  əsla  qəbul 

olunmayacaq,  çünki  bu  cür  rəhbərlərdən  itaət  etməyin  özü  səhv  bir  iş  olub  sonrakı  səhvlərə 

bəhanə ola bilməz.  



İmam Sadiq (əleyhissəlam) məktəbinin şagirdlərindən bir nümunə 

Qeyd etdik ki İmam Sadiq əleyhissəlamın məktəbində yetişmiş tələbələrin sayı dörd minə çatırdı. 

Burada  onların  bir  neçəsi  barədə  məlumat  vermək  yaxşı  olardı  ancaq  qısa  olsun  deyə  təkcə 

onlardan biri haqqında məlumat verəcəyik. O da Hişam ibn Həkəmdir. 



Hişam ibn Həkəmin elmi əzəməti 


Hişam görkəmli alim böyük əqaidçi şirin və gözəl nitq sahibi və elmi mübahisədə çox mahir bir 

şəxsiyyət  idi.  O  İmam  Sadiq  (əleyhissəlam)  və  İmam  Kazim  əleyhissəlamın  məktəbinin  ən 

görkəmli şagirdlərindən biri hesab olunurdu. 

Hişam  ibn  Həkəm  şiələrin  hər  tərəfdən  müxtəlif  məzhəblər  və  siyasi  qüdrətlərin  təzyiqlərinə 

məruz  qaldığı  bir  dövrdə  şiə  dünyasına  çox  böyük  xidmətlər  göstərmiş  xüsusən  şiə  məzhəbinin 

əsas əqidə dayaqlarından biri olan İmamət mövzusunu layiqincə müdafiə etmiş onun  cəmiyyəti 

islah edə biləcək mənasını gözəl şəkildə bəyan etmişdir. Düzdür Hişamın əqidə dayaqları və elmi 

şəxsiyyəti İmam Sadiq əleyhissəlamın məktəbində  möhkəmlənmiş və bu məktəbdə onun İslami 

və  fikri  təkamülü  öz  inkişafını  davam  etdirmişdir.  Ancaq  hicrətin  yüz  qırx  səkkizinci  ilindən 

sonra  yəni  İmam Sadiq (əleyhissəlam) şəhid olduqdan sonra Hişamın böyük şəxsiyyətliyi  İmam 

Kazım əleyhissəlamın tövsiyələri ilə təkamülə çatmış və bu sahədə son həddə qədər irəliləmişdir. 

Hişam həqiqət axtarışında 

Hişamın  həyat  tarixinə  nəzər  yetirdikdə,  məlum  olur  ki  o  elm  və  həqiqət  vurğunu  olmuş  bu 

məqsədinə çatmaq və elm mənbəyindən sirab olmaq üçün əvvəl öz dövrünün elmlərini öyrənmiş 

sonra isə elmini təkmilləşdirmək üçün yunan filosoflarının kitablarını oxuyub fəlsəfəni çox yaxşı 

mənimsəmişdi.  Hətta  o,  axırda  Aristotelin  fəlsəfəsinin  inkarına  dair  bir  kitab  yazmışdı.  Daha 

sonra öz elmi-fikri təkamülünün tələbinə əsasən, müxtəlif məktəblərdə olmuş ancaq heç hansı bir 

məktəbin  fəlsəfəsi  onu  qane  etməmişdi.  Onun  elm  teşnəliyini  yalnız  İslamın  möhkəm 

məntiqəuyğun  və  aşkar  təlimatı  söndürə  bilmişdir.  Buna  görə  də,  müxtəlif  məktəblərlə  tanış 

olduqdan  sonra  onlardan  uzaqlaşmış  və  əmisi  vasitəsilə  İmam  Sadiq  əleyhissəlamla  tanış 

olmuşdur. Həmin tarixdən etibarən onun həyat tərzi İslamla olan dərin tanışlığı və şiə məntiqini 

qəbul etməsi sayəsində tamamilə dəyişilmişdir. 

Bəziləri  demişlər:  “Hişam  ibn  Həkəm  əvvəllər  bir  müddət  (Zənadiqə  məzhəbindən  olub  tam 

materializm  əqidəsində  olan)  Əbu  Şakir  Disaninin  şagirdi  olmuş  sonra  isə  cəbriyyə  məzhəbinə 

keçərək bu əqidəyə mənsub Cəhm ibn Səfanın tərəfdarlarından biri olmuşdur.” 

 

Bu  fikirdə  olan  şəxslər  bu  məsələni  Hişamın  zəif  cəhətlərindən  sayıb  onu  əqidə  pozğunluğu  ilə 



ittiham etmişlər. Halbuki əvvəla o nəinki Əbu Şakir Disaninin şagirdi olmamışdır hələ onunla bir 

sıra elmi mübahisələr aparıb onun İslam dininə gəlməsinə səbəb olmuşdur.  Üstəlik təsəvvür etsək 

ki bu fərziyyə düzgündür və Hişam yuxarıda qeyd etdiyimiz məzhəblərin əqidələri ilə maraqlanıb 

bu  o  demək  deyildir  ki  o  həmin  məzhəblərin  əqidəsini  qəbul  etmişdir.  Onların  əqidəsi  ilə 

maraqlanmaq sadəcə olaraq onunla bəhs və elmi müzakirə etmək üçün olmuşdur. İkincisi də, bu 

dəyişikliklər onun əqli və fikri təkamülünün seyr etmək funksiyasını daşımış həqiqət axtarışında 

olub  haqqı  son  dərəcə  agahlıq  nəticəsində  tapmaq  istəyən  şəxs  üçün  heç  də  zəif  cəhət  hesab 

olunmur.  Əksinə  bu  onun  əqidə  və  fikri  təkamülünün  son  həddi  kimi  başa  düşülməli  və  buna 

əsasən,  hökm  yürüdülməlidir.    Bunu  da  bilirik  ki,  Hişam  ömrünün  sonunadək  İslamın  və  şiə 

məzhəbinin  əsaslarının  təbliği  sahəsində  çalışmış  həyat  tarixində  parlaq  səhifələr  qoyub 

getmişdir. 

Fikirlərin mübarizə dövrü 



Yüklə 414,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə