Microsoft Word Imam Sadiq a doc



Yüklə 414,83 Kb.
Pdf görüntüsü
səhifə6/14
tarix07.08.2018
ölçüsü414,83 Kb.
#60991
1   2   3   4   5   6   7   8   9   ...   14

Öncə qeyd etdiyimiz kimi hicrətin ikinci əsri elm araşdırma fikir mübarizəsi və İslam cəmiyyəti 

arasında müxtəlif növ məzhəb və firqələrin əmələ gəlməsi dövrü olmuşdur. İslam dininin elə ilk 

gündən elmin inkişafı yolunda atılmış bir addım olmasına baxmayaraq, hicrətin ikinci əsrində bir 

tərəfdən müsəlman alimlərinin yunan və biganə fəlsəfələrdən xəbərdar olmaları digər tərəfdən də 

İslam cəmiyyəti arasında müxtəlif növ məzhəblərin əmələ gəlməsi nəticəsində elmi və məzhəbi 

söz-söhbətlər  müxtəlif  sahələrdə  aparılan  elmi  mübahisələr  kulminasiya  nöqtəsinə  çatır  və  bu 

sahədə  hər  biri  özünə  görə  böyük  bir  şəxsiyyət  sayılan  alimlər  ortaya  çıxır.  Həmçinin,  o  dövrə 

qədər  aparılan  elmi  müzakirələr  sabit  və  tənzimlənmiş  şəkildə  olmadığından  elmi  bəhs  və 

müzakirəyə  çox  ehtiyac  duyulurdu.    Bu  səbəblərə  görə  müxtəlif  firqələr  arasında  gedən  elmi 

çəkişmələr  xüsusi  əhəmiyyət  kəsb  etmiş  və  müxtəlif  yerlərdə  diqqəti  cəlb  edən çoxsaylı  dəyərli 

elmi müzakirələr aparılırdı. Həmin müzakirələrin çoxu indi də qaynaqlarda qorunub saxlanır. 

Bu amillərin məcmusu müsəlmanlar arasında məsələlərin təhlilinin anlaşılmasına elmin inkişafına 

gətirib çıxarmışdı. Belə ki bu mövzu barədə İslam tarixinin qaynaqlarında xüsusi yer ayrılmışdır. 

Belə bir mühitdə böyüyüb boya-başa çatan Hişam ibn Həkəm yüksək istedad böyük həvəsə malik 

olduğundan  qısa  bir  vaxtda  alimlər  arasında  özünə  yer  tapdı  və  öz  əsrinin  məşhur  alim  və 

ziyalılarından biri oldu.  



İlk tanışlıq 

Hişam öz elmi axtarışlarında hələ ki axtardığını tapmamışdı. Müxtəlif məzhəblərlə tanış olmasına 

öz dövrünün ən məşhur elmi və məzhəbi şəxsiyyətləri ilə bəhslər etməsinə baxmayaraq, hələ öz 

istədiyinə nail ola bilməmişdi. Hişamın üzləşmədiyi təkcə bir nəfər qalmışdı. O da şiələrin altıncı 

İmamı Həzrət Cəfər ibn Məhəmməd (əleyhissəlam) idi. 

Hişam tamamilə düzgün fikirləşmişdi. İmam Sadiq (əleyhissəlam) ilə görüş onun üzünə yeni bir 

pəncərə açacaqdı. Buna görə də, o şiələrdən və İmam Sadiq əleyhissəlamın tərəfdarlarından olan 

əmisindən onu İmam Sadiq əleyhissəlamla görüşdürməsini xahiş etdi. 

 

Hişamın İmam Sadiq (əleyhissəlam) ilə ilk və onun elmi həyat yolunu tamamilə dəyişən görüşü 



çox şirin və maraqlı olmuşdur. 

Hişamın  Ömər  ibn  Yezid  adlı  əmisi  deyir:  “Cəbriyyə  məzhəbinə  xidmət  edən  qardaşoğlum 

Hişam,  məzhəbi  məsələlərdə  elmi  mübahisələr  etmək  üçün  onu  İmam  Sadiq  əleyhissəlamla 

görüşdürməyimi  xahiş  etdi.  Mən  ona  cavab  verdim  ki  İmam  Sadiq  əleyhissəlamdan  icazə 

almamış  belə  bir  iş  görə  bilmərəm.  Sonra  İmamın  hüzuruna  gedib  Hişamın  onunla  görüşməsi 

üçün  ondan  icazə  aldım.  Qırağa  çıxıb  bir  neçə  addım  atdıqdan  sonra  qardaşoğlumun  cəsarət  və 

qorxmazlığını  xatırladıb  yenidən  İmam  əleyhissəlamın  hüzuruna  qayıtdım.  Qardaşoğlumun 

cəsarət və qorxmaz olduğunu ona bildirdim. İmam Sadiq (əleyhissəlam) mənə buyurdu: “Mənim 

üçün narahatsan?” Tutduğum işdən utanıb səhvimi başa düşdüm. Sonra qardaşım oğlunu İmam 

əleyhissəlamın hüzuruna gətirdim. İçəri keçib oturduqdan sonra İmam (əleyhissəlam) ona bir sual 

verdi  o  cavab  verə  bilməyib  bir  qədər  möhlət  istədi  İmam  (əleyhissəlam)  da  ona  möhlət  verdi. 

Hişam bir neçə gün həmin məsələnin cavabını tapmaq üçün o qapını, bu qapını döyürdü. Axırda 

da  bir  cavab  tapa  bilmədi.  Nəhayət,  çarəsiz  qalıb  yenidən  İmam  əleyhissəlamın  hüzuruna  getdi 

İmam Sadiq (əleyhissəlam) da məsələnin cavabını onun üçün açıqladı. 




İkinci görüşdə İmam Sadiq (əleyhissəlam) cəbriyyə məzhəbinin əsaslarını kökündən sarsıdan bir 

məsələni  ortaya  atdı.  Hişam  bu  sualın  da  cavabında  aciz  qalıb  heyrət  və  narahatçılıq  içərisində 

məclisi tərk etdi. O bir qədər heyrət içərisində gün keçirtdi. Axırda yenə məndən xahiş etdi ki onu 

İmam əleyhissəlamla görüşdürüm. Mən yenə İmam əleyhissəlamdan onun görüşməsi üçün icazə 

istədim.  İmam  (əleyhissəlam)  buyurdu:  “Sabah  Hiyrənin    filan  yerində  məni  gözləsin.”  İmam 

əleyhissəlamın xəbərini Hişama çatdırdım. O vaxt çatmazdan qabaq qərar qoyulmuş yerə getdi...” 

Ömər  ibn  Yezid  əlavə  edib  deyir:  “Sonradan  Hişamdan  soruşdum  ki  o  görüşünüz  necə  oldu? 

Dedi:  “Mən  vaxtından  tez  qərar  qoyulmuş  yerə  getdim.  Bir  də  gördüm  ki  İmam  Sadiq 

(əleyhissəlam)  bir  qatıra  minmiş  halda  təşrif  gətirir.  Mənə  yaxınlaşdı  üzünə  baxanda  onun 

əzəməti məni elə cəzb etdi ki hər şeyi unudub bir söz də olsun belə deyə bilmədim. O bir qədər 

mənim  sual  verib  söhbət  edəcəyimi  gözlədi.  Onun  vüqarla  dolu  olan  intizarı  mənim  heyrətimi 

daha da artırdı. Vəziyyəti belə görən İmam (əleyhissəlam) məni tək qoyub Hiyrənin küçələrindən 

birinə tərəf üz tutub getdi.”  

Bu macərada bir neçə maraqlı məsələ var: 

1.  Hişam  fövqəladə  bir  elmi  mübahisə  qüvvəsinə  malikdir.  Belə  ki  macəranı  danışan  (yəni 

Hişamın  əmisi)  ondan  qorxu  hiss  edərək  onun  bu  sahədə  olan  bacarıq  və  hünərini  cəsarət  və 

qorxusuzluq  adlandırır.  O,  hətta  (İmam  Sadiq  əleyhissəlamın  böyük  İmamət  məqamından 

xəbərsiz olub) onun İmam əleyhissəlamla üzləşəcəyindən nigarançılıq hissi keçirərək bu məsələni 

İmam əleyhissəlama bildirir. 

2.  Hişamın  elm  və  biliyə  həddən  artıq  çox  əlaqəsi  var  və  o  elm  teşnəsidir.  Belə  ki  bu  yolda 

yorğunluq  bilmədən  ələ  düşən  fürsətdən  istifadə  edir  və  İmam  əleyhissəlamın  suallarına  cavab 

tapmadıqda yenidən İmam əleyhissəlamla görüşmək istəyir. O, sonuncu görüşdə qərar qoyulmuş 

yerə İmam əleyhissəlamdan qabaq gəlir. Bunların hamısı onun elmə olan əlaqəsini göstərir. 

3. Diqqəti cəlb edən üçüncü məsələ İmam Sadiq əleyhissəlamın şəxsiyyətinin əzəmətidir. Belə ki 

Hişam onun qarşısında özünü itirərək bütün bildiklərini unudur və gözlərindən oxunan hörmətlə 

dolu baxışları ilə özünün o Həzrətin qarşısında kiçikliyinə etiraf edir. 

Bəli o mənəvi görüş öz işini görərək Hişamın həyat tərzini büsbütün dəyişdi. O gündən etibarən 

Hişam İmam Sadiq əleyhissəlamın məktəbinə qoşularaq keçmiş fikirlərini başından çıxartdı və bu 

məktəbdə elə parladı ki İmam əleyhissəlamın digər dostlarını da ötüb keçdi. 

Hişamın əsərləri 

Hişam  İmam  Sadiq  əleyhissəlamın  məktəbindən  öyrəndiyi  çoxlu  elmlər  sayəsində  qısa  bir 

zamanda  yüksək  elmi  mərhələləri  arxada  qoyub  şiə  məzhəbinin  əsaslarının  təbliği  və  məzhəbin 

müdafiəsində əlindən gələni etdi. O, bu sahədə çoxlu elmi əsərlər yazıb özündən yadigar qoydu. 

Hişamın  təxminən  otuza  qədər  olan  əsər  və  kitablarının  adını  nəzərdən  keçirsək,  onun  elmi 

əzəmət və gördüyü işlərin nə qədər böyük olduğunu görərik. İndi onun müxtəlif sahələrdə yazdığı 

əsər və kitabların adını oxucuların nəzərinə çatdırırıq: 

1. İmamət; 




Yüklə 414,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə