Microsoft Word Imam Sadiq a doc



Yüklə 414,83 Kb.
Pdf görüntüsü
səhifə7/14
tarix07.08.2018
ölçüsü414,83 Kb.
#60991
1   2   3   4   5   6   7   8   9   10   ...   14

2. Əşyanın yaranmasının sübutları; 

3. Zənadiqə firqəsinə cavab; 

4. Sənəviyyə  firqəsinə cavab; 

5. Tövhid; 

6. Hişami–Cəvaliqiyə cavab; 

7. Təbiətçilər firqəsinə cavab; 

8. Qoca və cavan; 

9. Tövhiddə tədbir;  

10. Mizan; 

11. Meydan; 

12. Üstün şəxsin İmam olması əqidəsində olan şəxslərə cavab; 

13. Camaatın İmamət məsələsində mübahisəsi; 

14. Vəsiyyət vəsiyyəti inkar edənlərə cavab; 

15. Məcburiyyət və qəzavü-qədər; 

16. İki münsif; 

17. Mötəzilə məzhəbinin Təlhə və Zübeyr barədə olan əqidələrinə cavab; 

18. Qəzavü-qədər; 

19. Gəlmələr; 

20. Mərifət (tanıma); 

21. Qüdrət (imkan); 

22. Səkkiz qapı; 

23. Şeytani–Tariqə cavab; 

24. Qapını açmaq necə xəbər ola bilər? 

25. Tövhiddə Aristotelə cavab; 

26. Mötəzilə məzhəbinin əqidələrinə cavab; 

27. İmamət barədə məclislər;  




28. Haram edilməyin səbəbləri; 

29. Vacibi hökmlər (İrs bölməsi).  



İmam Sadiq əleyhissəlamın siyasi fəaliyyəti 

Burada  bunu  qeyd  etmək  lazımdır  ki  hamının  təsəvvürünün  əksinə  olaraq  İmam  Sadiq 

əleyhissəlamın  hərəkatı  təkcə  elm  sahəsində  (baxmayaraq  ki  bu  sahə  çox  geniş  olmuşdur) 

olmamışdır. Eyni zamanda, o Həzrət siyasi fəaliyyət də göstərmişdir. Ancaq İmam əleyhissəlamın 

hərəkatının  bu  hissəsi  bir  çox  yazıçı  və  təhqiqatçılar  üçün  naməlum  qalmışdır.  İndi  isə  “İmam 

Sadiq  (əleyhissəlam)  o  dövrün  vəziyyət  və  şəraitini  nəzərə  alıb  əsla  siyasət  işinə  qarışmamış  və 

heç  bir  siyasi  fəaliyyət  göstərmədən  xəlifələrin  siyasətləri  ilə  hərəkət  etmişdir”  deyənlərin  bu 

fikrinin  əsassız  və  səhv  olduğunu  başa  düşmək  üçün  İmam  Sadiq  əleyhissəlamın  bəzi  siyasi 

fəaliyyətlərini oxucuların nəzərinə çatdırırıq. 

İmaməti təbliğ etmək məqsədi ilə nümayəndələrin göndərilməsi 

İmam Sadiq (əleyhissəlam) İmamət məsələsinin əsl həqiqətini təbliğ etmək məqsədi ilə müxtəlif 

yerlərə  nümayəndələr  göndərirdi.  O  cümlədən,  Kufə  şəhərindən  olan  bir  nəfər  İmam  Sadiq 

(əleyhissəlam)  tərəfindən Xorasan  vilayətinə  gəlib oranın əhalisini  o  Həzrətə  tabe  olmağa  dəvət 

etdi. Bəziləri onun dəvətini qəbul edib İmam əleyhissəlamın itaəti altına keçdi lakin bəziləri onun 

dediklərini qəbul etməyib itaətdən boyun qaçırtdı həmçinin, bəziləri də ehtiyat edib heç bir tərəfi 

seçmədilər.  Sonra  hər  dəstədən  bir  nəfər  nümayəndə  seçilib  İmam  Sadiq  əleyhissəlamla  görüşə 

getdi.  Səfər  zamanı  üçüncü  dəstənin  nümayəndəsi  öz  səfər  yoldaşlarından  birinin  kənizi  ilə 

bəyənilməz  bir  iş  gördü.  (Bu  işdən  heç  kimin  xəbəri  olmadı.)  Elə  ki,  onlar  İmam  Sadiq 

əleyhissəlamın hüzuruna gəldilər həmin şəxs sözə başlayıb dedi: “Kufə şəhərindən bir nəfər gəlib 

bizi  sizə itaət  etməyə  dəvət  etdi.  Bir  dəstə  onun  dediklərini  qəbul etdi  başqa bir  dəstə  isə  qəbul 

etmədi  bir  dəstə  də  ehtiyat  edib  heç  bir  tərəfi  seçmədi.”  İmam  Sadiq  (əleyhissəlam)  buyurdu: 

“Sən  hansı  dəstədənsən?”  O  cavab  verdi  ki  mən  ehtiyat  edənlərdənəm.  İmam  Sadiq 

(əleyhissəlam)  buyurdu:  “Sən  ki,  ehtiyat  edirsən  bəs, onda  nəyə  görə  filan  gecə ehtiyat  etməyib 

elə xəyanətkar iş gördün?”  

Gördüyümüz kimi qeyd olunan bu hadisədə İmam Sadiq əleyhissəlamın nümayəndəsi kufəli onun 

nümayəndəliyə  getdiyi  yer  isə  Xorasan  vilayəti  olmuş  halbuki,  İmam  Sadiq  əleyhissəlamın  özü 

Mədinədə  yaşamışdır.  Bu  İmam  Sadiq  əleyhissəlamın  siyasi  fəaliyyət  dairəsinin  genişliyini 

göstərir. 

Əməvilər sülaləsinin süquta uğramasının səbəbləri 

Əməvilər  sülaləsi  İmam  Sadiq  əleyhissəlamın  dövründə  süquta  uğradığı  üçün  indi  də,  onların 

süquta uğrama səbəblərini qısaca olaraq oxucuların nəzərinə çatdırırıq. 

Əməvi xəlifələri hakimiyyətdə olarkən bir sıra bidət və mövhumatlar yaratmış bunlar da, üst-üstə 

yığılıb camaatın qəzəbinə səbəb olmuşdur. Bütün bunlar axırda müsəlmanların qiyamı və Bəni-

Üməyyənin  süqutu  ilə  nəticələndi.  Camaatın  qəzəbinə  səbəb  olmuş  amilləri  aşağıdakı  şəkildə 

xülasə etmək olar: 



1.  İslam  hökuməti  Müaviyənin  dövründən  etibarən  zülm  əsasında  qurulmuş  irsi  və  fərdi  bir 

hökumətə çevrildi. 

2. Ümumi işlər üçün işlənilməli olan və mücahidlərə çatmalı olan döyüş qənimətləri hökumətin 

ixtiyarına keçdi və hökumət də onları şəxsi rifah istiqamətində sərf etməyə başladı. 

3. Təqib həbs olunma işkəncə qətl və bəzən də kütləvi soyqırım adi hala çevrilmişdi. 

4. Əməvi  sülaləsi  hakimiyyət  başına  gəlməmişdən  qabaq  şiə  fiqhinin bir  o  qədər  də  nəzəri  cəlb 

etməməsinə  və  bütün  İslam  hökmlərini  bilən  şiə  İmamlarının  fiqhi  alimlər  kimi  tanınmamasına 

baxmayaraq,  rəsmi  fiqhi  qayda-qanunlara  zahirdə  də  olsa,  riayət  olunurdu.  Məsələn,  bir  mövzu 

haqqında hökm vermək istərkən, əvvəl Qurana sonra isə Peyğəmbər sünnəsinə müraciət edilirdi. 

Əgər həmin mövzuya aid bir ayə tapılmasaydı Peyğəmbər (səlləllahu əleyhi və alih) səhabələrinə 

üz  tutub  soruşurdular  ki  bu  hökm  barədə  Peyğəmbərdən  (səlləllahu  əleyhi  və  alih)  bir  hədis 

eşitmisiniz  ya  yox? Bu qədər araşdırmadan  sonra əgər bir nəticəyə  gələ bilmirdilərsə  onda fiqh 

sahəsində  mütəxəssis  olan  şəxslərin  araşdırmaları  nəticəsində  hökmü  təyin  edirdilər.  Ancaq  bu 

şərtlə ki verilmiş hökm Quran və Peyğəmbər sünnəsinin əksinə olmasın. Ancaq Əməvilər sülaləsi 

hakimiyyətə gəldikdən sonra hər hansı bir verilən hökmün Quran və Peyğəmbər sünnəsi ilə zidd 

olduğu  təqdirdə,  buna  qarşı  heç  bir  reaksiya  vermir  və  bunun  qarşısını  almırdılar.  Belə  ki 

Müaviyə  Peyğəmbərin  (səlləllahu  əleyhi  və  alih)  buyurduğunun  əksinə  olaraq  Ziyadı  qeyri-şəri 

yolla Əbu Süfyanın oğlu və özünə qardaş qərar verdi. 

5.  Bildiyimiz  kimi  İslam  şəriətində  dini  hökmlərdən  kənar  iş  görmüş  şəxslər  üçün  “hədlər  və 

diyələr”  adlanan  bir  sıra  hökmlər  təyin  olunmuşdur.  Günahkar  şəxs  həmin  hökmlərə  əsasən, 

cəzalandırılmalıdır.  Ancaq  Əməvi  sülaləsi  hakimiyyətdə  olduğu  müddətdə  bu  hədlərin  heç  biri 

günahla  uyğunlaşdırılmırdı. Günahkarın  cəzası hakimdən  asılı  idi  bəzi  vaxtlar  hakim  günahkarı 

əfv edir bəzi vaxtlar günahsız bir şəxsi edam etdirir bəzi vaxtlar isə günahkar üçün həddindən çox 

cəza təyin edirdi. 

6.  Böyük  fəqihlərin  İslami  elm  ocaqlarında  yetişmələrinə  baxmayaraq  ümumiyyətlə,  heç  kəs 

onların  dediklərinə  diqqət  yetirmirdi.  Əgər  bir  fəqihin  verdiyi  şəri  hökm  hakimin  zərərinə 

olurdusa  həmin  fəqihə  qarşı  mütləq  təzyiqlər  olurdu.  Beləliklə  də,  İslam  şəriətinin  iki  mühüm 

əsaslarından olan əmr be-məruf və nəhy əz-münkər icra olunmur və xəlifə və ya onun işçilərindən 

birini pis işlərdən çəkindirməyə kimsənin cürəti çatmırdı. 

7.  İslam  müqəddəsatları  hörmətsizliyə  məruz  qaldı  və  müsəlmanlar  üçün  müqəddəs  hesab  olan 

şeylər təhqir olundu. Belə ki Məscidül-həram və Kəbə evi viran edildi və Peyğəmbərin (səlləllahu 

əleyhi  və  alih)  məzar  minbər  və  məscidinə  hörmətsizlik  edildi  habelə,  Mədinə  camaatı  üç  gün 

kütləvi qırğına məruz qaldı. 

8.  İslam  tarixi  ərzində  ilk  dəfə  olaraq  Peyğəmbər  ailəsi  kütləvi  şəkildə  öldürüldü  və  onun  qız-

gəlinləri əsir götürülərək şəhərbəşəhər gəzdirildi. 

9.  Cahiliyyət  dövrünün  əlamətlərindən  olan  və  Peyğəmbərin  dövründə  pislənilən  mədhiyyə  və 

öyünmə  şerləri  yenidən  adət  oldu.  Əməvilər  sülaləsi  dövrünün  şairləri  xəlifə  və  ya  hakimləri 

onlarda  olmayan  sifətlərlə  tərifləməyə  və  onlarda  olan  mənfi  sifətləri  isə  ört-basdır  etməyə 

başladılar. 



Yüklə 414,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə