Microsoft Word Imam Sadiq a doc



Yüklə 414,83 Kb.
Pdf görüntüsü
səhifə8/14
tarix07.08.2018
ölçüsü414,83 Kb.
#60991
1   ...   4   5   6   7   8   9   10   11   ...   14

10.  Bir  sıra  dünyatələb  və  dini  satmış  alimlər  iş  başına  gələrək  xəlifələrin  razılığı  bahasına 

özlərinə Allah qəzəbini qazandılar. Onlar öz şəxsi fikirlərinə əsasən, Quran ayələri və Peyğəmbər 

hədislərini təfsir edir, xəlifələrin gördüyü işlərə dediyi sözlərə həqiqət libası geyindirirdilər. 

11. Rifah içərisində yaşama yeyinti məhsulları pal-paltar ev-eşik ev avadanlıqları günbəgün artır 

hökumət işləri üçün saraylar hətta ovlaqlar da artmağa başlayırdı. 

12. Şərabxorluq arvadbazlıq xoşavazlı kənizlər almaq adət halına çevrilmişdi. İş o yerə çatmışdı 

ki  Əməvi  xəlifələrinin  bəzilərinin  gündəlik  söz-söhbəti  ancaq  qadın  yemək  və  şərab  barəsində 

olurdu.1 

13. İslam nizam-intizamının ən mühüm əsaslarından biri olan irqi bərabərçilik aradan gedərək öz 

yerini  ərəblərin  xeyrinə  digər  millətlərin  isə  zərərinə  nəticələnən  kobud  irqi  ayrıseçkiliyə  verdi. 

Halbuki Quran və Peyğəmbər sünnəsi hər hansı bir ayrıseçkiliyi ləğv etmiş və hörmətli və üstün 

olmağın  ölçüsünü  ancaq  təqvalı  olmaqda  qərar  vermişdir.  Əməvilər  isə  ərəb  millətini  ən  üstün 

millət  hesab  edərək  deyirdilər  ki  İslam  Peyğəmbəri  (səlləllahu  əleyhi  və  alih)  ərəb  millətindən 

olduğu üçün ərəblər sair millətlərdən üstündür. Ərəblərin öz içərisində isə Qüreyş qəbiləsi digər 

qəbilələrdən üstündür. Bu siyasətə əsasən, ərəblər bütün işlərdə əcəm (qeyri-ərəb) millətlərindən 

üstün  tutulurdu.  Bəni-Üməyyənin  təmtəraq  əsasında  qurulmuş  hökumət  sistemi  mövliyanı 

(müsəlman olmuş qeyri-ərəb millətləri) qocalıb əldən düşmüş insanlar kimi satın alır onları bütün 

ictimai  hüquqlardan  məhrum  edirdilər.  Təbii  ki  belə  olan  halda  da,  təhqir  hörmətsizlik  daima 

mövliyanın  üstündən  əskilmirdi.  Mövliyalar  hər  hansı  bir  abırlı  iş  və  peşədən  məhrum  idilər. 

Onların  silah  düzəltməyə  ata  minməyə  ərəblərdən,  hətta  adı  heç  bir  yerdə  çəkilməyən  bədəvi 

ərəblərdən  qız  almağa  ixtiyarları  yox  idi.  Əgər  bunu  gizli  şəkildə  etsəydilər,  onda  qadını 

kişisindən  təlaq  aldırıb  ayrılmağa  məcbur  edər,  kişini  isə  şallaqlayıb  həbs  edərdilər.  Hökm 

vermək mühakimə yürütmək və rəhbərlik etmək kimi işlər hər bir sahədə ərəblərə məxsus idi və 

qeyri-ərəbin  bu  işləri  görməyə  səlahiyyəti  yox  idi.  Ümumiyyətlə,  Əməvi  ərəbləri  belə 

fikirləşirdilər  ki  onlar  ağa  olmaq  hökm  vermək  üçün  yaradılmışlar  və  iş-güc  zəhmət  hamısı 

mövliyaya  məxsusdur.  Onların  mövliyaya  qarşı  bu  cür  hərəkəti  Abbasilərin  Bəni-Üməyyəni 

süquta  uğratmasında  böyük  rolu  olmuş  əsas  amillərdən  biridir.  Əməvilərə  qarşı  qiyamın 

gedişatında  Abbasilər  Bəni-Üməyyəni  pis  tanıtdırmaq  və  camaatı  qiyama  qaldırmaq  üçün  bu 

amillərdən istifadə edirdilər. Ancaq bu amillərin arasından iki amilin təsiri daha çox idi. Onlardan 

biri  mövliyanın  təhqir  olunması  digəri  isə  Peyğəmbər  (səlləllahu  əleyhi  və  alih)  ailəsinin 

məzlumiyyəti  olmuşdur.  Abbasilər  bu  iki  amildən  lazımi  qədər  istifadə  etdilər.  Bu  amillər 

Abbasiləri  hərəkətə  gətirən  və  onları  öz  məqsədlərinə  nail  olmaqda  irəli  aparan  iki  əsas  amil 

hesab olunur. 

Abbasilərin qiyamı İslami mahiyyət daşıyırdımı?!  

İmam  Sadiq  əleyhissəlamın  həyatında  diqqəti  cəlb  edən  məsələlərdən  biri  də,  o  Həzrətin 

Abbasilər qiyamının başçılarının ona beyət etmək təklifini qəbul etməməsidir. Əgər bu məsələyə 

ötəri  və  səthi  baxsaq  ola  bilər  belə  fikirləşək  ki  bu  qiyamda  məzhəbi  fikirlərin  daha  çox  təsiri 

olmuşdur. Çünki qiyamçıların bütün şüarları İslami şüarlar və bayraqları üzərinə yazılmış sözlərin 

hamısı  Quran  ayələri  idi.  Onlar  özlərini  elə  qələmə  verirdilər  ki  guya  Əhli-beytin 

(əleyhimussəlam) xeyrinə  iş görür və məqsədləri Peyğəmbər  (səlləllahu əleyhi və  alih) ailəsinin 

Bəni–Üməyyə və Bəni–Mərvan tərəfindən axıdılmış nahaq qanının intiqamını almaqdır. Onlar öz 




qiyamını  Əhli-beyt  (əleyhimussəlam)  ilə  əlaqələndirmək  istəyirdilər. Düzdür  əvvəl  camaatı  ona 

tərəf  dəvət  etdikləri  xəlifənin  adını  bildirməsələr  də,  ancaq  şüarları belə idi  ki  “Biz  Məhəmməd 

(səlləllahu əleyhi və alih) ailəsindən seçilmiş bir şəxsə beyət etmək üçün qiyam etmişik.”  

Deyirlər  ki  Əbu  Müslimin  ərəblər  arasında  da  (o  özü  qeyri-ərəb  olmuşdur)  çoxlu  dost-tanışı 

silahdaşı var idi. Onlar Əbu Müslimə beyət edərkən and içib deyirdilər ki Quran və Peyğəmbər 

(səlləllahu  əleyhi  və  alih)  sünnəsinə  əməl  etməkdə  Peyğəmbər  (səlləllahu  əleyhi  və  alih) 

ailəsindən  seçilmiş  və  hələ  ki  naməlum  qalan  bir  şəxsə  itaət  etməkdə  möhkəm  olacaq  və  öz 

başçılarına  itaət  etməkdə  hiyləyə  yol  verməyib  onların  əmrlərini  heç  bir  söz-söhbətsiz  icra 

edəcəklər.  Hətta  and  içərkən  bunu  da  söyləyirdilər  ki  düşmənə  qalib  gəldikləri  təqdirdə,  onları 

ancaq İslam və öz başçılarının qayda-qanunları əsasında həlak edəcəklər. 

Qiyamçıların  tanınması  üçün  olan  əlamət  onların  qara  paltar  geymələri  və  qara  bayraq 

götürmələri  idi.  Peyğəmbərin  (səlləllahu  əleyhi  və  alih)  bayrağı  qara  olduğu  və  onların  da 

məqsədləri Peyğəmbərin (səlləllahu əleyhi və alih) dininə qayıtmaq olduğu üçün ya da məqsədləri 

Peyğəmbər (səlləllahu əleyhi və alih) ailəsinin intiqamını alıb onlara əzadar olduqlarına görə öz 

bayraqları  üçün  qara  rəngi  seçmişdilər.  Bəlkə  də,  məqsədləri  bu  olmuşdur  ki  özlərini  kütləvi 

qırğınla nəticələnəcək döyüş barədə deyilmiş uzaqgörənliyin aşkar nümunəsini qələmə versinlər. 

Bu  fikrə  görə  Xorasan  tərəfdən  qara  rəngli  bayraqların  qalxması  zalımlar  dövlətinin  süqutu  və 

haqq olan dövlətin yaranması nişanəsidir.  

Bir  sözlə,  bunun  zahirindən  belə  başa  düşülür  ki  Abbasilər  qiyamı  İslam  ehtivalı  əzəmətli  bir 

qiyam olmuşdur. 



Qiyam başçılarının İmam Sadiq əleyhissəlama yazdığı məktublar 

Əbu  Müslim,  İbrahimin  ölümündən  sonra  İmam  Sadiq  əleyhissəlama  belə  bir  məktub  yazdı: 

“Mən  camaatı Əhli-beytlə dostluğa dəvət edirəm əgər razısınızsa xəlifə olmağa sizdən  yaxşı bir 

adam  yoxdur.”  İmam  Sadiq  (əleyhissəlam)  onun  cavabında  yazdı:  “Nə  sən  bizim 

dostlarımızdansan nə də zəmanə bizim zəmanəmizdir.”  

Fəzli  Katib  yazır:  “Bir  gün  İmam  Sadiq  əleyhissəlamın  yanında  olarkən  Əbu  Müslimdən  bir 

məktub  gəldi.  İmam  Sadiq  (əleyhissəlam)  qasidə  buyurdu:  “Sənin  gətirdiyin  məktubun  cavabı 

yoxdur çıx get!”  

Həmçinin, sonralar “vəziri-Ali-Məhəmməd (səlləllahu əleyhi və alih)” ləqəbi almış Əbu Sələmeyi 

Xəllal, İbrahimin ölümündən sonra vəziyyətin onun xeyrinə olmadığını görüb bu qərara gəldi ki 

onlardan (Abbasilərdən) ayrılıb Əli əleyhissəlamın övladlarına qoşulsun. Bu məqsədlə Ələvilərin 

(Əli  əleyhissəlamın  nəslinin)  üç  böyük  nümayəndələri  olan  Cəfər  ibn  Məhəmməd  Əs-Sadiq 

(əleyhissəlam) Abdullah ibn Həsən ibn Əli ibn Əbu Talib və Ömər Əl-Əşrəf ibn Zeynül-abidinə 

məktub  yazıb  onu  dostlarından  birinə  verərək  dedi  ki  əvvəl  Cəfər  ibn  Məhəmməd  Əs-Sadiq 

əleyhissəlamın  yanına  get  əgər  o  qəbul  etsə  digər  iki  məktubu  aradan  apar  yox  əgər  o  qəbul 

etməsə Abdullahın yanına get əgər o da qəbul etməsə Ömərin yanına get! Əbu-Sələmeyi Xəllalın 

qasidi  əvvəl  İmam  Sadiq  əleyhissəlamın  yanına  gəlib  məktubu  ona  verdi.  İmam  Sadiq 

(əleyhissəlam)  buyurdu:  “Başqasının  tərəfdarı  olan  Əbu  Sələmə  ilə  mənim  nə  işim  var?”  Qasid 

dedi: “Məktubu oxuyun!” İmam Sadiq (əleyhissəlam) öz qulluqçusuna dedi ki çırağı onun yanına 



Yüklə 414,83 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə