Microsoft Word info-9 mv-aqsh doc



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə14/29
tarix14.10.2017
ölçüsü3,69 Kb.
#4960
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   29

 
45
Dərs 
8
 / Mövzu:
 İDARƏETMƏ PANELİ  
 
 
 
 
 
 
 
Şagirdlər aşağı siniflərdən kompüterin əməliyyat sistemində kiçik sazlama 
işlərini yerinə yetirməyi, məsələn, tapşırıqlar zolağındakı vaxt indikatorundan 
istifadə edərək kompüterdə tarixi və zamanı  dəyişməyi, iş masasında simgələri 
müvafiq qaydada nizamlamağı öyrənmişlər. Yeni dərsə keçmək üçün şagirdlərə bu 
mövzulara aid suallar vermək olar: "İş masasında simgələri necə nizamlamaq 
olar?", "İş masasının fonunu və ekran qoruyucusunu necə  dəyişmək olar?" 
Düşündürücü bir neçə sual vermək məqsədəuyğundur: "Kompüterdə olan proqramı 
silmək üçün nə etmək olar?", "Siçanın və klaviaturanın sazlanmasını necə  həyata 
keçirmək olar?" 
 "
Fəaliyyət-1" blokunda olan tapşırığı yerinə yetirməzdən öncə müəllimin 
şagirdlərə idarəetmə paneli barədə  qısa məlumat verməsi məqsədəuyğundur. 
Proyektordan istifadə edərək müəllim  şagirdlərə idarəetmə panelinin kompüterdə 
müxtəlif yollarla açılmasını nümayiş etdirə bilər. Tapşırıqda  şagirdlər idarəetmə 
panelini Start menyusundan açırlar. Müvafiq pəncərəni iş masasında  Computer 
simgəsini çıqqıldatmaqla də açmaq olur (Windows 8, 10 sistemləri üçün).  
ALT 
STANDARTLAR 
3.1.2. İdarəetmə paneli ilə işləmək bacarığını nümayiş etdirir. 
 
Təlim  
NƏTİCƏLƏRİ 
  İdarəetmə paneli vasitəsilə sistemin parametrlərini dəyişir. 


 
46
 
 
 
"
Fəaliyyət-2" bölümündə  şagirdlərə idarəetmə paneli vasitəsilə dil panelinə 
yeni klaviatura düzümlərinin əlavə edilməsi təklif olunur.  
Adətən, Azərbaycanda satışda olan kompüterlərdə (sistem quraşdırılıbsa) dil 
panelində iki 
 ingilis və rus dillərinin düzümləri olur. Azərbaycan və ya başqa 
dillərin düzümünü əlavə etmək üçün istifadəçi bu bölümdə göstərilən addımları 
yerinə yetirməlidir.  
Əgər tapşırıqlar zolağında dil indikatoru əks olunmursa, onda Text Services 
and Input Languages dialoq pəncərəsinin Language Bar bölümünə keçib 
Docked in the taskbar variantını seçmək lazımdır. 
 
 
 


 
47
"Araşdıraq-öyrənək" bölümündə  şagirdlərə  İdarəetmə panelində  Large icons 
(böyük simgələr) baxış rejiminə keçib siçanın parametrlərini (məsələn, hərəkət 
sürətini, göstəricinin görünüşünü) dəyişdirmək təklif olunur.  
Başqa tapşırıq da vermək olar.  İdarəetmə panelinin Uninstall and change 
program bölümündən istifadə edərək kompüterdə quraşdırılmış proqramlar barədə 
məlumat almağı təklif etmək olar.  
Qeyd.  Məktəb kompüterlərinin  əksəriyyətində administrator hesabı 
  Admin 
account yaradılıb. Buna görə  də  şagirdlər hansısa proqramı silməyə  cəhd etsələr, 
onlardan admin parolunu daxil etmək tələb olunacaq. Əgər kompüterdə  şagirdlər 
üçün ayrıca "account" (şəxsi hesab) yaradılmayıbsa,  şagird  Unistall düyməsini 
basaraq bilmədən hansısa proqramı kompüterdən silə bilər.  
Müəllim  şagirdlərə başa salmalıdır ki, bu əməliyyat vasitəsilə siyahıdan seçilmiş 
proqram kompüterdən tam silinir. Ona görə də silmə əməliyyatını ehtiyatla yerinə 
yetirmək lazımdır. Çox vaxt Uninstall and change program  pəncərəsindən 
sistemə  əlavə yazılmış  və lazımsız proqramları silmək üçün istifadə olunur. 
Məsələn,  Спутник mail.ru, Yandex bar və s. 
 
Qiymətləndirmə meyarı: kompüterdə işləmə 
I səviyyə II 
səviyyə III 
səviyyə IV 
səviyyə 
İdarəetmə paneli 
vasitəsilə sistemin 
parametrlərini dəyiş-
məkdə çətinlik çəkir. 
İdarəetmə paneli 
vasitəsilə sistemin 
parametrlərini müəl-
limin köməyi ilə 
dəyişir. 
İdarəetmə paneli 
vasitəsilə sistemin 
parametrlərini dəyi-
şərkən kiçik səhvlərə 
yol verir. 
İdarəetmə paneli 
vasitəsilə sistemin 
parametrlərini 
düzgün dəyişir. 
 
 
Dərs 
9
 / Mövzu:
 XİDMƏTİ PROQRAMLAR. DEFRAQMENTLƏMƏ  
 
 
        
 
 
 Xidməti proqramlar kompüterin sistem proqramlarının bir hissəsini təşkil edir. 
Şagirdlərdən kimsə bu proqramlardan istifadə etmiş ola bilər. Öncə sistem 
ALT 
STANDARTLAR 
3.1.3. Xidməti proqramlarla işləyir. 
 
Təlim  
NƏTİCƏLƏRİ 
  Kompüterin sərt diskini yoxlayır və təmizləyir. 
  Kompüterin məntiqi disklərinin defraqmentasiyasını aparır. 


 
48
proqramlar barədə  şagirdlərin biliklərini yada salmaq faydalıdır. Dərsi bir neçə 
sualla başlamaq olar: "Kompüterin proqram təminatı nədir?", "Proqram təminatının 
hansı növləri var?", "Kompüterin xarici yaddaşı deyəndə nə başa düşülür?", "Sərt 
disk barədə nə söyləyə bilərsiniz?" və s.  
 Dərsin bu bölümündə  sərt diskdə olan sektorlar, cığırlar, pis sektorlar barədə 
məlumat verilir. "Cığır", "sektor", "klaster" anlayışlarını izah edərkən proyektordan 
istifadə etmək məqsədəuyğundur.  
 
 
 
 "Fəaliyyət-1" bölümündə şagirdlərə Scan Disk proqramı vasitəsilə kompüterin 
lokal diskini yoxlamaq təklif olunur. Əgər sərt diskdə (lokal disk) pis sektorlar 
varsa, proqram yoxlamanı başa vurduqdan sonra ekrana müəyyən məlumat 
çıxaracaq. 
 
 
 
 Bu bölümdə fraqmentlənmə, defraqmentləmə barədə məlumat verilir.  
Dərsin vaxtı imkan verirsə, şagirdlərə əlavə olaraq FAT32 və NTFS fayl sistemləri 
barədə məlumat vermək yaxşı olardı. 
FAT32 fayl sistemində klasterin ölçüsü 32 Kbayt, NTFS sistemində isə  4 Kbayt 
olur. Müasir əməliyyat sistemlərində NTFS fayl sistemindən istifadə olunur. Bu 
sistem faylları optimal yerləşdirməyə, lokal istifadəçilərin fayllarının ayrıca 
klasterlərdə saxlanılmasını təmin edir. Lokal disklərdə hansı fayl sisteminin istifadə 
edilməsini bilmək üçün lokal diskin kontekst menyusundan Properties  bəndini 
seçib açılan pəncərədə General bölümünə keçmək lazımdır. Həmin səhifədə fayl 
sisteminin adı göstərilir: 


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə