Microsoft Word info-9 mv-aqsh doc



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə2/29
tarix14.10.2017
ölçüsü3,69 Kb.
#4960
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   29

 
5
kompüterdən geniş istifadə edilməsi  şagirdlərdə bir çox iş  vərdişlərinin 
formalaşmasını təmin edir.  
Dərslik komplektində informatika fənni üzrə  təhsil proqramında 
(kurikulumunda) nəzərdə tutulmuş bütün məzmun standartları reallaşdırılmış, 
faktların dəqiqliyi,  əyaniliyi, müasirliyi, dil-üslub və qrammatik qaydaların 
gözlənilməsi ön plana çəkilmişdir. Təlim materiallarında varislik, sadədən 
mürəkkəbə, məntiqi və xronoloji ardıcıllıq nəzərə alınmışdır. Dərslikdə öz əksini 
tapmış  təlim materiallarının yaş  səviyyəsinə uyğun, sadə dildə, lakonik olmasına 
çalışılmışdır. Dərslikdən növbəti illərdə  də istifadə ediləcəyindən  şagirdlərin 
verilmiş tapşırıqları dəftərdə işləməsi nəzərdə tutulur.   
Dərsliyin  əvvəlində  tədris prosesinin metodoloji mərhələlərinə uyğun olaraq 
təlim blokları haqqında məlumat verilmişdir.  
 
DƏRSLİK KOMPLEKTİNİN STRUKTURU 
Dərslikdə təlim materialları 5 tədris vahidi üzrə qruplaşdırılmışdır. 
1.  KODLAŞDIRMA 
2.  KOMPÜTER 
3.  TƏTBİQİ PROQRAMLAR 
4.  PROQRAMLAŞDIRMA 
5.  İNFORMASİYA TEXNOLOGİYALARI 
 
DƏRSLİYİN TƏDRİS VAHİDLƏRİ ÜZRƏ MƏZMUNU VƏ  
İKT-dən İSTİFADƏ İMKANLARI 
Məktəblərin kompüter, İnternet şəbəkəsi, noutbuk, proyektor və çoxlarının isə 
interaktiv lövhələrlə təchizatını nəzərə alaraq əksər dərslər İKT-dən istifadəyə əsas-
lanır. Dərsliyin bütün tədris vahidlərində kompüterdən istifadə nəzərdə tutulur. 
Dərsliyin birinci tədris vahidi müxtəlif informasiyaların kodlaşdırılması 
üsullarına, kodlaşdırılmış informasiyanın həcminin müəyyən edilməsinə  həsr 
olunur.  Ədədi, mətn informasiyalarının kodlaşdırılması ilə  şagirdlər 5–8-ci 
siniflərdə tanış olublar. Bunu nəzərə alaraq birinci tədris vahidində qrafik və  səs 
informasiyalarının kodlaşdırılmasından danışılır. 3.2.1 alt standartı (Rastr və vektor 
qrafikaları ilə  işləmək bacarığı nümayiş etdirir) bu tədris vahidində reallaşır. 
Şagirdlər rastr və vektor qrafikalarının kodlaşdırılma üsulları ilə tanış olandan 
sonra adıçəkilən qrafik redaktorlarda işləmək bacarığını göstərirlər. Rastr qrafik 
redaktorunda məktəblilər 1-ci sinifdən başlayaraq işləməyi öyrənirlər. 9-cu sinifdə 
isə onlar təsvirləri piksellər vasitəsilə hazırlamağı öyrənəcəklər. Bu bacarıq 
şagirdlərə rastr redaktorunun mahiyyətini daha yaxşı başa düşmək və eyni zamanda 
kiçik ölçülü təsvirləri – simgələri, loqotiplərı, emblemləri yaratmağa imkan 
verəcək. Bu məqsədlə  həm MS Paint, həm də digər rastr qrafik redaktorundan 
istifadə etmək olar (məsələn: Paint.NET). Vektor qrafikası üçün müxtəlif vektor 
redaktorları mövcuddur. Dərslikdə izahat sərbəst yayılan OpenOffice.org paketinin 
Draw proqramı  əsasında aparılır. Qrafik redaktorun seçimi müəllimin ixtiyarına 
verilir. Dərs zamanı müəllim şagirdlərə başqa vektor redaktorunda işləməyi təklif 
edə bilər. Məsələn, Inscape, Corel Draw. 


 
6
İkinci tədris vahidi kompüterin xarakteristikalarına və sistem proqramlarının 
bir hissəsi olan xidməti proqramlara həsr olunur. Müasir dövrdə satışa buraxılan 
fərdi kompüterlərin çeşidləri çoxaldıqca alıcı bu kompüterləri bir-birindən fərqlən-
dirməyi, onların əsas parametrlərini müqayisə edib satışda olan kompüter modellə-
rindən özünə münasib modeli seçməyi bacarmalıdır. Ona görə də 3.1.1 alt standartı  
(Müxtəlif kompüter modellərinin imkanlarını parametrlərinə görə müqayisə edir)  
aktual sayılır. Dərslikdə bu alt standart bir dərsdə reallaşdırılmışdır. Kompüter 
çeşidləri ilə tanış olmaq üçün müəllim dərs zamanı kompüter satışı ilə məşğul olan 
İnternet-mağazaların saytlarından istifadə edə bilər.  
İkinci tədris vahidində bir neçə  dərs xidməti proqramlara həsr olunub. 
Windows  əməliyyat sistemini dəstəkləyən xidməti proqramların sayı çoxdur. Bu 
bölmədə istifadəçilərin daha çox istifadə etdiyi və sistemin bərpasına kömək göstə-
rən, kompüterin məhsuldarlığını artıran, Windows əməliyyat sisteminin tərkibində 
olan xidməti proqramlardan bəhs edilir. Dərslikdə şagirdlər üçün istifadəçi kimi la-
zım olan əsas xidməti proqramlardan danışılır. Bu proqramlar əməliyyat sistemi ilə 
kompüterə yazılır. Müəlliflər bir neçə vacib xidməti proqramı (məsələn, "Uninstall 
and change a program") bilərəkdən dərsliyə daxil etməmişlər. Bunun əsas səbəbi 
şagirdlərin kompüterdə olan mühüm proqramları uzaqlaşdırmaq  təhlükəsidir.  
Üçüncü tədris vahidi tətbiqi proqramlara həsr olunub. Tətbiqi proqramların 
izahatı Microsoft Office 2007 əsasında aparılır. Müəllim həmin dərsləri Microsoft 
Office 2003-dən istifadə edərək təşkil edə bilər. Bu bölümün dərsləri sırf praktik 
xarakter daşıdığı üçün informatika otağında keçirilməlidir.  
Dördüncü tədris vahidi proqramlaşdırmaya həsr olunmuşdur.  Şagirdlər 8-ci 
sinifdə Python proqramlaşdırma dilinin əsas konstruksiyaları ilə tanış olmuşlar. 9-
cu sinifdə isə onlar ədədlərə, sətirlərə, siyahılara, funksiyalara aid alqoritmləri 
tərtib etməyi öyrənəcək, Python dilində standart alqoritmlərlə tanış olacaqlar. 
Məsələləri həll etmək üçün müəllim  şagirdlərə  informatika.edu.az portalını 
məsləhət görə bilər. Burada proqramlaşdırma bacarıqlarını  təkmilləşdirmək üçün 
müxtəlif səviyyəli məsələlər yerləşdirilmişdir. Məsələlərin onlayn müzakirələri 
şagirdlərə onların həllində qarşılaşdıqları  çətinlikləri aradan qaldırmağa yardım 
edəcəkdir. Hər bir şagird həll etdiyi məsələlərin sayı  və onların çətinlik 
dərəcələrinə görə  fərdi reytinq cədvəlində öz yerini görə bilər. Portalda 
proqramlaşdırma üzrə qapalı və açıq yarışlarda iştirak etmək imkanı var. Yarışlara 
qatılmaq, məsələləri yoxlanmaya göndərmək üçün öncə qeydiyyatdan keçmək 
lazımdır. Saytda qeydiyyatdan keçəndən sonra məsələləri həll etmək üçün 
Məsələlər bölməsinə daxil olmaq lazımdır.  
 


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə