Microsoft Word info-9 mv-aqsh doc



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə29/29
tarix14.10.2017
ölçüsü3,69 Kb.
#4960
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   29

 
104
 
 "
Kompüter  şəbəkəsi" anlayışı ilə  şagirdlər artıq tanış olmuşlar. Ona görə  də 
dərsin girişində dərslikdə olan sualları vermək məqsədəuyğundur.  
Əlavə sual da vermək olar: "Nəyə görə qraflara aid dərslərdən sonra siz 
kompüter şəbəkələrinə aid dərsi keçirsiniz? Onlar arasında hansı oxşarlıq var?"  
 "Fəaliyyət" bölümündə şagirdlərə sinifdə mövcud olan şəbəkəni sxematik (qraf 
formasında) göstərmək təklif olunur. Sinifdə lokal şəbəkə mövcud deyilsə, ixtiyari 
5 kompüter çəkib onların arasında əlaqələri göstərmək lazımdır. 
Əgər sinifdə "müştəri–qulluqçu"  şəbəkəsi qurulubsa, onda onu göstərən qraf adi 
qraf olacaq, çünki informasiya həm müştəri kompüterlərdən qulluqçu kompüterə 
ötürülür, həm də əksinə.  
Məsələn, lokal şəbəkəni qraf şəklində belə göstərmək olar: 
 
İkinci sualın cavabı  şəbəkənin növündən asılıdır.  Əgər  şəbəkədə kompüterlər 
ardıcıl birləşdirilibsə, yəni halqa topologiyasıdırsa, onda bir kompüterin işləməməsi 
bütün şəbəkənin işini dayandıra bilər. Kompüterlərin birləşməsində ulduz topologi-
yasından istifadə edilibsə, informasiyanın ötürülməsində heç bir problem olmaya-
caq.  
Qeyd. Adətən, məktəblərin lokal şəbəkələrində ulduz topologiyasından istifadə olu-
nur.
 
Məktəbin bütün kompüter siniflərini, direktor və müəllimlər otağını, kitabxa-
nanı birləşdirən lokal şəbəkə quraşdırılır. 
 
Dərsin bu bölümündə yerli şəbəkələrin növlərindən danışılır. 8-ci sinif 
dərsliyində kompüter şəbəkələri, onların topologiyaları haqqında qısa məlumat 
verilmişdir. 9-cu sinifdə isə bu materiallar daha geniş formada təqdim olunur. 
Kompüter  şəbəkəsinin  əsas xarakteristikası informasiyanın ötürülmə sürətidir. 
Bu kəmiyyət saniyədə neçə bit informasiya ötürülməsi ilə müəyyən  olunur (bit/s). 
1 Kbit/s = 1024 bit/s; 
1 Mbit/s = 1024 Kbit/s; 
1 Gbit/s = 1024 Mbit/s. 
Korporativ  şəbəkələrdən danışarkən Azərbaycan təhsil sistemində  fəaliyyət 
göstərən AzEduNet təhsil  şəbəkəsindən söhbət açmaq olar. Hazırda Azərbaycan 
təhsil şəbəkəsinə Təhsil Nazirliyi və onun tabeliyində olan 2 minə yaxın qurum –  
təhsil idarələri, şöbələri, ali, orta və orta ixtisas təhsili müəssisələri qoşulmuşdur.  
Təhsil müəssisələri müxtəlif texnologiyalarla İnternetə bağlanmışdır: fiber 
optik, ADSL və simsiz (3G, peyk antenası  və s.). Ən yüksək sürəti fiber optik 
bağlantısı verir (100 Mbit/s sürətə qədər). ADSL (4 Mbit/s sürətə qədər) və simsiz 
(10 Mbit/s sürətə qədər) qoşulmalarının sürəti isə texniki şəraitdən asılıdır. Bu günə 
qədər yalnız 60 təhsil müəssisəsi fiber optik qoşulmadan istifadə edir. 


 
105
 
 
İzahat zamanı proyektordan istifadə məqsədəuyğundur. 
Əlavə material 
Şəbəkələrin əksəriyyətində şəbəkə serveri və müştəri kompüterləri ilə bərabər, daha iki 
növ  şəbəkə avadanlığından istifadə olunur: kommunikasiya qurğuları  və transmissiya 
qurğuları (şəbəkə kabellərini birləşdirən və siqnalları gücləndirən qurğular).  
Lokal və qlobal şəbəkələrdə verilənləri ötürmək üçün müxtəlif qurğulardan istifadə 
olunur. 
Kompüter  şəbəkəsi üçün aparat təminatının  ən vacib hissəsi  NIC  (network interface 
card)  şəbəkə adapteridir. Ona bəzən  Ethernet-adapter, yaxud şəbəkə kartı da deyilir. O, 
ayrıca kart kimi də, kompüterin ana lövhəsinin bir hissəsi kimi də ola bilər. Kompüterdə 
şəbəkə kartının olub-olmamasını bilmək üçün sistem 
blokunun arxa panelində RJ-45 yuvasını axtarın. O, 
telefon kabeli üçün yuvanın (portun) böyüdülmüşünə 
oxşayır, yalnız ora telefon kabelinin əvəzinə  şəbəkə 
kabeli taxılır. 
Lokal  şəbəkəni bir neçə kompüterdən təşkil 
etmək üçün toparlayıcıdan istifadə olunur.  Bu tip 
qurğu ona daxil olan bütün informasiyanı, sadəcə, 
ötürür. Yəni toparlayıcının portuna qoşulmuş 
qurğuların hamısı eyni bir informasiyanı alır. 
 
 Dərsliyin "Araşdıraq-öyrənək" bölümündə  şagirdlər göstərilmiş qrafların hansı 
şəbəkə topologiyalarına uyğun olduğunu müəyyənləşdirməlidir.  
  
Şin
     
 
Ulduz 
     
   
Şin (xətti) 


 
106
Əgər  şagirdlər 7 kompüterdən ibarət ulduzvarı lokal şəbəkənin qrafını 
qurublarsa, onda onun qonşuluq matrisini belə göstərmək olar: 
 
  1 2 3 4 5 6 7 
1  1 1 1 1 1 1 1 
2  1 0 0 0 0 0 0 
3  1 0 0 0 0 0 0 
4  1 0 0 0 0 0 0 
5  1 0 0 0 0 0 0 
6  1 0 0 0 0 0 0 
7  1 0 0 0 0 0 0 
 
 
"Öyrəndiklərinizi yoxlayın" bölümündə  şagirdlər verilmiş sualları cavablandıra 
bilərlər. 
Qiymətləndirmə meyarları: fərqləndirmə, sadalama 
I səviyyə II 
səviyyə III 
səviyyə IV 
səviyyə 
Kompüter  şəbə-
kələrini quruluşu-
na görə  çətinliklə 
fərqləndirir. 
Kompüter şəbəkə-
lərini quruluşuna 
görə müəllimin kö-
məyi ilə fərqləndirir. 
Kompüter şəbəkələ-
rini quruluşuna görə 
fərqləndirərkən kiçik 
səhvlərə yol verir. 
Kompüter şəbəkə-
lərini quruluşuna 
görə düzgün 
fərqləndirir. 
Kompüter şəbə-
kələrinin növlə-
rini çətinliklə 
sadalayır. 
Kompüter şəbə-
kələrinin növlərini 
müəllimin köməyi 
ilə sadalayır. 
Kompüter şəbə-
kələrinin növlərini 
sadalayarkən kiçik 
səhvlərə yol verir. 
Kompüter şəbə-
kələrinin növlərini 
düzgün sadalayır. 
 
 
 
Dərs 
28
 / Mövzu:
 İNFORMASİYANIN ÖTÜRÜLMƏSİ 
 
ALT 
STANDARTLAR 
1.2.1. İnformasiyaların qəbulu və ötürülməsi üsullarını sadalayır. 
1.2.2. İnformasiyaların qəbulu və ötürülməsi  üsullarını izah edir. 
1.2.3. İnformasiyaların qəbulu və ötürülməsi üsullarını nümunə-
lərlə  şərh edir. 
 
Təlim  
NƏTİCƏLƏRİ 
  İnformasiyanın ötürülmə prosesini izah edir. 
  Şəbəkələrdə verilənləri ötürmək üçün vasitələri  söyləyir. 
  İnformasiyaların qəbulu və ötürülməsi üsullarını nümunə-
lərlə  şərh edir. 


 
107
           
 
 
 Dərsin girişində şagirdlər üçün iki sual verilmişdir. Telefonla ötürmə prosesi ev 
telefonundan paylayıcı qutuya, oradan paylayıcı şkafa, şkafdan isə ATS-ə ötürülür. 
ATS-də isə siqnal lazım olan digər ATS-ə istiqamətləndirilir və proses əksinə 
gedir. Lakin şagirdlər bunu sadə yolla da izah edə bilərlər: evdən ATS-ə, ATS-dən 
digər ATS-ə  və  zəng etdiyiniz evə. Mobil telefonda rabitə arı  pətəyinə  bənzər 
şəbəkə ilə simsiz olaraq retranslyatorlar vasitəsilə yaradılır: sizin telefondan mobil 
operatora, oradan zəng etdiyiniz telefonun operatoruna, sonra isə telefonun özünə.  
Dərsi başqa suallarla da başlamaq olar. Məsələn: "İxtiyari informasiyanı necə 
ötürmək olar?", "İnformasiyanın ötürülməsində hansı vasitələrdən istifadə olunur?" 
 Dərsliyin "Fəaliyyət" bölümündə  şagirdlər  şəkilləri tarix baxımından ardıcıl 
dəyişməlidirlər. 
 
 
 Dərsin bu bölümündə informasiyanın ötürülməsinin mahiyyəti açılır, verilənləri 
kanal vasitəsilə göndərmək üçün fiziki və simsiz rabitə vasitələri barədə məlumat 
verilir.  Şagirdlərə söyləmək olar ki, rabitə kanallarının texniki cəhətdən aşağı 
keyfiyyətli olması ötürülən siqnalların təhrifinə, yaxud informasiyanın itməsinə 
səbəb ola bilər. Bu səbəbdən rəqəmsal rabitə kanalları ilə ötürülən informasiya 
hissələrə (paketlərə, bloklara) bölünür. Hər blok üçün yoxlama ədədi hesablanır 
(ikilik ədədlərin cəmi). Həmin ədəd paketlə ötürülür. Qəbul yerində qəbul olunan 
blokun yoxlama ədədi yenidən hesablanır. Əgər o, ilkin ədəddən fərqlidirsə, onda 
həmin paket təkrar ötürülür. 
İnsan kağızda nəsə yazıb nəzərdə tutduğu  şəxsə verirsə, bu halda o həm 
informasiyanın mənbəyi, həm də rabitə kanalı rolunu oynayır. Bu ötürmədə infor-


 
108
masiyanın şəkli də dəyişmir: yazılmış mətn təhrif olunmadan ünvanına çatır. Tutaq 
ki, insan yazdığı məktubu ünvanına tanışı vasitəsilə göndərir. Bu halda rabitə kana-
lı müstəqildir və onunla insandan asılı olmayan hadisələr baş verə bilər. Məsələn, 
məktub itə, yaxud yağışa düşərək islana bilər. Belə halda deyirlər ki, rabitə 
kanalında maneə baş verib. Əgər tanış adam axtardığı ünvanı gec taparsa, informa-
siyanın ötürülmə müddəti artmış olar. Yaxud tanış adam məktubu oxuyub nəzərdə 
tutulan adama onun məzmununu danışa bilər. Nəticədə informasiyanın  şəkli 
dəyişəcək – o, yazılı formadan şifahi formaya çevriləcək. Bu halda informasiyanın 
məzmunu təhrif oluna da bilər, yəni “rabitə kanalı” kağızdakı yazını olduğu kimi 
söyləməyə də bilər, yaxud nəyisə başqa cür deyə bilər. Nəhayət, insanın məktubu-
nu üçüncü bir şəxs də oxumuş olur, yəni informasiyaya icazəsiz müraciət baş verir. 
Bu misaldan görünür ki, informasiyanın ötürülməsi prosesində hansı parametrlər 
ola bilir və bu zaman hansı problemləri həll etmək lazım gəlir. Deməli, ötürül-
mənin etibarlılığı, ötürülmə müddəti və informasiyanın qorunması daha önəmlidir.  
 Dərsliyin "Araşdıraq-öyrənək" bölməsində Wi-Fi və Wi-Max texnologiyaları 
haqqında İnternetdən məlumat toplamaq tapşırılır. 
"Elektron resurslar" bölümündə göstərilmiş ünvanlardan istifadə edərək Wi-Fi 
və Wi-Max texnologiyaları vasitəsilə informasiyanın ötürülməsinin maksimal 
sürətini öyrənmək olar.  
 "Öyrəndiklərinizi yoxlayın" bölümündə verilmiş sualları cavablandırmaq təklif 
olunur.  
 
Qiymətləndirmə meyarları: izahetmə, sadalama, şərhetmə 

səviyyə
 II 
səviyyə
 III 
səviyyə
 IV 
səviyyə
 
İnformasiyanın 
ötürülmə prose-
sini çətinliklə izah 
edir.
 
İnformasiyanın ötü-
rülmə prosesini 
müəllimin köməyi 
ilə izah edir.
 
İnformasiyanın ötü-
rülmə prosesini izah 
edərkən kiçik səhvlərə 
yol verir.
 
İnformasiyanın 
ötürülmə prosesini 
düzgün izah edir.
 
Şəbəkələrdə veri-
lənləri ötürmək 
üçün vasitələri çə-
tinliklə söyləyir.
 
Şəbəkələrdə veri-
lənləri ötürmək 
üçün vasitələri 
müəllimin köməyi 
ilə söyləyir.
 
Şəbəkələrdə verilənləri 
ötürmək üçün vasi-
tələri söyləyərkən 
kiçik səhvlərə yol 
verir.
 
Şəbəkələrdə veri-
lənləri ötürmək 
üçün vasitələri 
söyləyir.
 
İnformasiyanın 
qəbulu və ötürül-
məsi üsullarını 
nümunələrlə  şərh 
etməkdə çətinlik 
çəkir. 
İnformasiyanın 
qəbulu və ötürül-
məsi üsullarını 
müəllimin köməyi 
ilə nümunələr-
lə  şərh edir. 
İnformasiyanın qəbulu 
və ötürülməsi 
üsullarını nümunələr-
lə  şərh edərkən kiçik 
səhvlərə yol verir. 
İnformasiyanın 
qəbulu və ötürül-
məsi üsullarını 
nümunələrlə  şərh 
edir. 
 
Elektron resurslar: 
1. Wi-Fi. https://az.wikipedia.org/wiki/Wi-Fi 
2. WiMax. https://az.wikipedia.org/wiki/Wimax 
 


 
109
V TƏDRİS VAHİDİ ÜZRƏ 1-ci 
KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ NÜMUNƏSİ  
 
1. 5 təpəsi və 6 tili olan qrafı göstərin. 
A) 
                         B) 
 
C) 
                 D)  
 
 
2. Verilmiş qraf üçün qonşuluq matrisini yazın. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
3. Cədvəldə qonşu dəmiryol stansiyaları arasında məsafə göstərilmişdir. A və D 
stansiyaları arasında ən qısa yolun uzunluğunu müəyyən edin. Cədvəldə boş 
xanalar yolun birbaşa olmamasını bildirir. 
 
 
A B C D E 

  1 4    

B 1    7  
C 4      2 
D   7     1 
E 2   2 1  
 
A) 3         B) 6           C) 7          D) 8 
 
4. Cədvəldə qonşu dəmiryol stansiyaları arasında yükdaşıma qiymətləri 
göstərilmişdir. Cədvələ uyğun qrafı müəyyən edin. 
 
  A B C D E 

  9 3    
 
B 9   1 5  
C 3  1    4 
D   5     
 
E     4     


 
110
     A) 
    B) 
 
     C) 
   D) 
 
 
5. Siz 2700 m hündürlükdə dağın başındasınız. Dağın  ətəyində yerləşən mərkəzə 
verilənləri hansı üsulla ötürə bilərsiniz? 
A) sarınmış cütlük kabeli vasitəsilə               B) Wi-Fi simsiz rabitə ilə 
C) koaksial kabel vasitəsilə                           D) peyk rabitəsi vasitəsilə 
 
6.  Siz üçmərtəbəli məktəbin binasında lokal şəbəkə qurmalısınız (bütün kommuni-
kasiyalar məktəbə çəkilib). Hansı rabitə kanalından istifadə edərdiniz? 
A) sarınmış cütlük kabeli vasitəsilə               B) Wi-Fi simsiz rabitə ilə 
C) koaksial kabel vasitəsilə                           D) peyk rabitəsi vasitəsilə 
 
7. İnformasiyanın ötürülmə sürəti 1200 bit/s-dir. 3060 bit informasiyanı modem nə 
qədər müddətə ötürər? 
A) 23 saniyəyə   B) 25,5 saniyəyə     C) 12 saniyəyə     D) 7 saniyəyə 
 
8. ADSL bağlantısı vasitəsilə verilənlərin ötürülmə sürəti 1024000 bit/s-dir. Bu 
bağlantı ilə faylın ötürülməsi 5 saniyə vaxt apardı. Faylın həcmini müəyyən 
edin. 
A) 620 bayt    B) 128 Mbayt     C) 640 Kbayt      D) 244,8 Kbayt 
 
9. Düzgün nömrələyin. 
     
      Kodlaşdırıcı qurğu 
     
      İnformasiya mənbəyi 
     
      İnformasiya qəbuledicisi 
     
      Rabitə kanalı 
     
      Dekodlaşdırıcı qurğu 
 
10. Bunlardan hansı ən yüksəksürətli bağlantını təmin edir? 
      A) telefon xətti                       B) koaksial kabel 
      C)  fiber-optik kabel              D) heç biri 


 
111
Dərs 
30
 / Mövzu:
 VEB-SAYTLARIN YARADILMASI 
 
 
 
 Dərsin əvvəlində veb-səhifələr haqqında söhbət açmaq olar. Veb-brauzer, veb-
səhifə, veb-sayt haqqında dərslikdəki sualları vermək olar. Şagirdlərə  dərslikdən 
əlavə suallar da vermək olar: "Hansı  məqsədlər üçün insanlar İnternetdə sayt 
hazırlayır, veb-səhifə açırlar? Bunun üçün nə tələb olunur?" 
 "Fəaliyyət" bölümündə şagirdlərə www.informatika.edu.az saytının strukturu və 
məzmunu ilə tanış olmaq təklif edilir. 
Əgər proqramlaşdırma dərsləri zamanı  şagirdlər bu saytda qeydiyyatdan 
keçmişdilərsə və saytla artıq tanışdılarsa, onda təhlil üçün başqa resurs təklif etmək 
olar. Məsələn, www.ederslik.edu.az saytını. 
 Dərsin bu bölümündə HTML dili barədə  qısa məlumat verilir. Ümumiyyətlə
şagirdlər hazır şablonlardan istifadə edərək sayt hazırlasalar da, HTML dilini az da 
olsa bilmələri onların işlərini asanlaşdırar, məsələn, səhifənin html-kodunda kiçik  
düzəlişlər edə bilərlər. 
Şagirdlərə veb-dizaynerlər barədə məlumat vermək yaxşı olardı. Veb-dizayner 
saytın strukturunu layihələndirən, informasiyanın verilmə üsulunu seçən və veb-
layihənin bədii tərtibatını həyata keçirən mütəxəssisdir. Veb-dizayner müasir veb-
texnologiyaları bilməli, dizayn məktəbini keçməlidir. 
Əlavə məlumat 
Hipermətn  başqa sənədlərə istinadların olduğu mətndir.  Bəs hipermətn adi mətndən 
nə ilə  fərqlənir? Ensiklopedik lüğəti yada salın. Hər hansı anlayışı izah edən mətndə bu 
lüğətdə izahı olan hər hansı sözə rast gəlinirsə, onda həmin söz seçdirilir; siz həmin sözü 
tapa və uyğun mətni oxuya bilərsiniz. Belə seçdirilmiş sözə, adətən, istinad deyilir. İstinad 
seçdirilmiş söz və ya sözlər haqqında əlavə informasiya almağa imkan verir. Hipermətn də 
belə təşkil olunub. 
Adi mətnin oxunma texnikası belədir: bir səhifə oxunduqdan sonra növbəti səhifəyə 
keçilir. Hipermətn texnologiyasında isə heç bir oxuma ardıcıllığı yoxdur: hiperistinaddan 
istifadə etməklə bir səhifədən başqasına asanlıqla keçmək mümkündür. 
Çox zaman istinad mətnin rəngini fərqləndirmək, yaxud altından xətt çəkməklə 
seçdirilir. Bu halda həmin istinada hiperistinad, yaxud hiperəlaqə  deyilir. Ayrıca söz, 
ALT 
STANDARTLAR 
2.2.5.  Şablonla sadə veb-səhifələr yaradır. 
 
Təlim  
NƏTİCƏLƏRİ 
  Sayt yaratma üsullarını sadalayır. 
  Saytın strukturunu müəyyən edir. 


 
112
cümlə, yaxud qrafik obyekt hiperistinad ola bilər. Siçanın göstəricisini hiperistinadın 
üzərinə apardıqda o, formasını dəyişir. 
Hiperistinad başqa faylla əlaqəli olan və siçanın çıqqıltısına reaksiya verən seçdirilmiş 
obyektdir.  
Teqin yazılışında böyük və kiçik hərflərin fərqi yoxdur, yəni ,  və ya 
eyni teqlərdir. 
Müxtəlif veb-brauzerlər HTML-sənədləri həmişə eyni cür əks etdirmir. Onların 
görünüşü  şriftlərə, rənglərə, ölçülərə  və s-yə görə  fərqlənir. Buna görə  də HTML-sənədə 
fiziki  deyil,  məntiqi  sənəd kimi baxmaq lazımdır. Başqa sözlə, sənədin görünüşü ona 
baxılan proqramdan və kompüterin sinfindən asılı olaraq dəyişir. 
teqi. Hər bir HTML-sənədi teqi ilə başlayıb onunla da qurtarmalıdır. 
Bu teqlər sənədin HTML-sənəd olduğunu göstərir. Sənəddə daha nələrin verilməsindən 
asılı olmayaraq bu teqlər sənədə mütləq daxil edilməlidir. 
 
teq cütlüyündən aşağıdakı kimi istifadə olunur: 
 
 
Mənim ilk HTML-sənədim 
 
 
Bütün HTML-sənədlər açan və bağlayan teqlərlə (teq-konteynerlə) başlayıb 
qurtarmalıdır.  Əgər sənəddə açan və ya bağlayan teqlər buraxılmış olarsa, onda sənədin 
bütün digər teqləri də düzgün qəbul olunmayacaq. 
Bağlayan teq sağa əyik xətlə (/) başlamalıdır – məhz bu əlamət teqin bağlayan teq olduğunu 
göstərir. 
və  teqləri.  Bütün HTML-sənədlər iki məntiqi hissəyə – başlığa  və 
gövdəyə  (yəni sənədin özünə) bölünür. Veb-brauzer sənədi düzgün əks etdirmək üçün bu 
hissələri bir-birindən ayırmalıdır. Ümumiyyətlə, HTML-sənədin başlığı  sənəd haqqında 
əsas məlumatı, gövdəsi isə sənədin məzmununu əks etdirir. Ona görə də sənədə başlanğıc və 
son teqləri (teq cütləri) əlavə olunur. 
 
 
 
burada başlıq yerləşir 
 
Mənim ilk HTML-sənədim  
 
 
Müxtəlif teqləri bir sətirdə də yazmaq olar.  
Sənədin məntiqi bölünməsini tamamlamaq üçün onun gövdəsinin başlanğıcına və 
sonuna teqlərini (teqlər cütünü) əlavə etmək lazımdır, çünki bütün HTML-
sənədlərin başlığı olduğu kimi, gövdəsi də olmalıdır: 
 
 
burada başlıq yerləşir 
 
Mənim ilk HTML-sənədim 
 və 
 
Mənim ilk HTML-sənədim 

Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə