Microsoft Word info-9 mv-aqsh doc


PRAKTİK DƏRSLƏRİN TƏŞKİLİ



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə6/29
tarix14.10.2017
ölçüsü3,69 Kb.
#4960
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   29

 
15
PRAKTİK DƏRSLƏRİN TƏŞKİLİ 
 
İnformatika dərslərində praktik işlər kompüter sinfində keçirilir. Şagirdlər 
praktik işləri yerinə yetirən zaman əldə etdikləri uyğun nəzəri bilikləri dərinləşdirir
onların dəqiqliyini yoxlayır, tətbiqi proqramlar və kompüterin aparat təminatı ilə iş 
bacarıqlarını təkmilləşdirirlər.  
Praktik işlər nəzəriyyə ilə  həyati bacarıqlar arasında körpü rolunu oynayır, 
müstəqil fəaliyyəti inkişaf etdirir, şagirdlərdə xüsusi bilik və bacarıqların 
formalaşmasına xidmət etməklə yanaşı, onlarda informatika haqqında bir elm kimi 
təsəvvürləri formalaşdırır. 
İnformatika dərslərində sistematik olaraq praktik fəaliyyətin təşkil edilməsi bir 
çox mühüm didaktik vəzifələri yerinə yetirir: 
 Praktik işlər həm hər bir şagirdin fərdi keyfiyyətlərini üzə  çıxarır, onların 
hazırlıq səviyyələrini müəyyənləşdirməyə  şərait yaradır, həm də kompüterdə  iş 
vərdişlərinin formalaşmasına yardım edir. 
 Praktik işlər  şagirdlərdə texniki təfəkkürü inkişaf etdirir, ümumtəhsil 
hazırlığını yüksəldir. 
 Praktik işlərin araşdırma xarakteri şagirdlərdə  tədqiqatçılığa marağın 
artmasına xidmət edir.  
Praktik dərsləri təşkil edərkən müəllimin aşağıdakı  mərhələlərə diqqət 
yetirməsi məqsədəuyğundur: 
1. Giriş (aktivləşdirmə). Müəllim dərsin mövzusu, reallaşdırılacaq alt 
standartlara  əsasən təlim nəticələrini müəyyən edir, şagirdlər qarşısında problem 
suallar qoyur, problemin həlli fərziyyələrini müzakirə edir, uyğun tapşırıqlar 
sistemini formalaşdırır, praktik fəaliyyət barədə təlimat və metodik tövsiyələr verir. 
2. Şagirdlərin müstəqil praktik fəaliyyəti. Şagirdlər verilmiş tapşırığın yerinə 
yetirilmə yollarını müəyyən edir və bu istiqamətdə  zəruri praktik fəaliyyət 
göstərirlər.  
3. Yekun hissə. Müəllim şagirdlərin işlərini təhlil edir, onların səhvlərini və bu 
səhvlərin başvermə  səbəblərini müəyyən edir. Ümumiləşmə apararaq nəticələr 
çıxarır.  
Praktik işlərin yerinə yetirilməsi frontal, yaxud diferensiallaşmış iş formaları ilə 
təşkil edilə bilər.  
Frontal iş zamanı bütün sinif eyni bir tapşırığı yerinə yetirir. Ona görə  də 
təlimat bütün sinfə ümumi olaraq verilir.  
Diferensiallaşmış iş formasının təşkili üçün sinif qruplara bölünür və qrupların 
hazırlıq səviyyəsindən asılı olaraq müvafiq tapşırıqlar verilir.  
Praktik iş zamanı  təhlükəsizlik texnikası qaydalarına və  əmək gigiyenasına 
riayət edilməsi müəllimin ciddi nəzarətində olmalıdır.  


 
16
ŞAGİRD NAİLİYYƏTLƏRİNİN QİYMƏTLƏNDİRİLMƏSİ 
PRİNSİPLƏRİ VƏ ÜSULLARI 
 
Azərbaycan Respublikası  Təhsil nazirinin 2 sentyabr 2013-cü il tarixli 792 
nömrəli  əmri ilə 1-7-ci siniflərdə  məktəbdaxili qiymətləndirmə qaydalarında bir 
sıra dəyişiklik edilmişdir (bax: http://www.muallim.edu.az/arxiv/2013/34/26.htm). 
Qiymətləndirmə  təlim prosesinin ən mühüm mərhələlərindən biridir. Şagird 
nailiyyətlərinin qiymətləndirilməsi davamlı, dinamik, şəffaf olmalıdır.  
Fənn kurikulumlarına görə, qiymətləndirmə təhsilin keyfiyyətinin yüksəldilmə-
sinə yönəldilir, onu idarə edən vacib amil kimi meydana çıxır.
 
Məzmun standartla-
rının mənimsənilməsi səviyyəsini ölçmək üçün qiymətləndirmə standartları müəy-
yənləşdirilmişdir. Məktəbdaxili qiymətləndirmə  diaqnostik,  formativ  və  summativ 
qiymətləndirmələrdən ibarətdir.  
Diaqnostik qiymətləndirmə  fənn üzrə təlimin hər hansı bir mərhələsində şa-
girdlərin ilkin bilik və bacarıq səviyyəsinin qiymətləndirilməsidir. Diaqnostik qiy-
mətləndirmə, adından da məlum olduğu kimi, şagirdə  və ya bütöv sinfə qoyulan 
diaqnozdur. Şagirdlərin maraq dairəsi, dünyagörüşləri, yaşadıqları mühit haqqında 
məlumat almağa imkan verir. Bu qiymətləndirmənin nəticələri rəsmi sənədlərdə 
qeyd olunmur, müəllimin  şəxsi qeyd dəftərində öz əksini tapır, nəticələr barədə 
valideynlər, sinif rəhbəri və digər fənn müəllimləri məlumatlandırılır. 
Diaqnostik qiymətləndirmədə istifadə olunan metod və vasitələr: müsahibə, 
söhbət, müşahidə, tapşırıqlar, valideynlərlə və digər fənn müəllimləri ilə əməkdaş-
lıq. 
Diaqnostik qiymətləndirmə həm də şəraitə görə təlim məqsədləri və üsullarında 
çevik dəyişikliklər aparılmasına imkan yaradır. 
 
Söhbət Kompüter 
nədir? Kompüterin əsas qurğuları hansıdır?  
Müşahidə 
Dərs zamanı  hər hansı bir məsələ barədə öz şəxsi fikrini, təsəv-
vürlərini, fərziyyələrini, proqnozlarını və s. bildirir. 
Müsahibə 
Sözü anlamaq və ifadə etmək bacarığının yoxlanılması (informasiya 
mədəniyyəti, İKT həyatımızda və s.). 
Tapşırıqlar 
Şagirdlərə verilmiş  hər hansı bir sualın yazılı cavabının tələb 
olunması, kompüterdə yerinə yetirilməsi, təqdimatların hazırlanması 
və s. 
 
Formativ qiymətləndirmənin məqsədi (2 sentyabr 2013-cü il tarixli təlimata 
əsasən) təhsilalanın təlim prosesində məzmun standartlarından irəli gələn bilik və 
bacarıqların mənimsənilməsinə yönəlmiş  fəaliyyətini izləməkdən, bu zaman 
qarşıya çıxan problemləri müəyyən etməkdən və onları aradan qaldırmaqdan 
ibarətdir. Formativ qiymətləndirmə rəsmi qiymətləndirmə deyil. 


 
17
Formativ qiymətləndirmə  fənnin məzmun standartları üzrə  təlim məqsədləri 
əsasında müəyyənləşdirilmiş qiymətləndirmə meyarlarına görə aparılır. Müəllim 
qiymətləndirmə meyarlarına uyğun dörd səviyyəli rubriklər (I-IV səviyyə) 
hazırlayır. Zəruri hallarda rubriklər 3 və ya 5 səviyyədə tərtib oluna bilər. 
Müəllim şagirdin fəaliyyətinin nəticəsini "Müəllimin formativ qiymətləndirmə 
dəftəri"ndə rubrikə uyğun olaraq rum rəqəmləri (I, II, III və IV) ilə, "Məktəbli 
kitabçası"nda isə sözlərlə yazır. 
 
01.10   
08.10 
15.10 
22.10 
 
Adı, soyadı 
3.1.1. 3.1.1  3.1.1 
3.1.1, 
3.1.2 
1 Hüseynli 
Fəridə 
II 
III 
I, II 
III, II 
2 Məhərrəmov Tural 
III 
II 
II 
I, II 

Əhmədli Məmməd 
III III III 
IV, 
III 
 
"Müəllimin formativ qiymətləndirmə dəftəri"ndə rubriklərin məzmunu və şagirdin 
formativ qiymətləndirilməsinə dair məlumatlar sərbəst formada aparılır. Müəllim 
yarımilin sonunda "Müəllimin formativ qiymətləndirmə dəftəri" əsasında şagirdin 
yarımil ərzində fəaliyyətinin qısa təsvirini hazırlayır və portfolioda saxlayır.  
 
Formativ qiymətləndirmədə istifadə olunan metod və vasitələr 
 
Metodlar 
Vasitələr 
Müşahidə  
Müşahidə vərəqləri  
Şifahi sual-cavab  
Şifahi nitq bacarıqları üzrə qeydiyyat vərəqi  
Tapşırıqvermə  
Çalışmalar  
Valideynlərlə və digər fənn 
müəllimləri ilə əməkdaşlıq  
Söhbət, sorğu vərəqi (şagirdin evdə  və ya mək-
təbdəki fəaliyyəti ilə bağlı suallar yazılmış vərəq)  
Dinləmə üzrə qeydiyyat vərəqi  
Oxu 
Oxu üzrə qeydiyyat vərəqi  
Yazı 
Yazı bacarıqlarının inkişafı üzrə qeydiyyat vərəqi  
Layihə  
Şagirdlərin təqdimatı  və müəllim tərəfindən 
müəyyən olunmuş meyar cədvəli  
Rubrik  
Nailiyyət səviyyələri üzrə qiymətləndirmə şkalası  
Şifahi və yazılı təqdimat  
Meyar cədvəli  
Test  
Test tapşırıqları  
Özünüqiymətləndirmə  
Özünüqiymətləndirmə vərəqləri  
 


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə