Microsoft Word info-9 mv-aqsh doc



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə9/29
tarix14.10.2017
ölçüsü3,69 Kb.
#4960
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   29

 
25
Dərs 
2
 / Mövzu:
 VEKTOR QRAFİKASI 
 
 
 
 
 Dərsin  əvvəlində riyazi funksiyaları yada salmaq üçün onların təqdimolunma 
formalarından söhbət açmaq olar. Riyaziyyat dərslərindən 9-cu sinif şagirdləri artıq 
funksiyanın üç təqdimolunma üsulunu bilirlər:  
1) düstur şəklində;  
2) cədvəl şəklində;  
3) qrafik şəklində.  
 Bu bölümdə  şagirdlər funksiyaların düsturlarla və qrafik şəklində verilməsinə 
diqqət yetirməlidirlər.  Əgər  şagirdlər təqdim edilən düsturlarla tanışdırlarsa, onda 
onlar asanlıqla həmin funksiyalara uyğun qrafikləri də tapa biləcəklər: 1 – 4, 2 – 2, 
3 – 1, 4 – 3. 
Kompüterin yaddaşında qrafiklər rastr kimi saxlanılarsa, onda hər piksel ayrıca 
kodlaşdırılır. Düsturu kodlaşdırmaq üçün onda olan simvolları müəyyən etmək 
lazımdır. Məsələn, 
y = sin
mətnində 8 simvoldan istifadə olunub (bərabərlik 
işarəsinin sağında və solunda boşluq da simvol hesab olunur). Deməli, verilmiş 
düstur UNICODE kodlaşdırılmasında kompüterin yaddaşında 16 bayt yer tutacaq.  
Aydındır ki, həmin funksiyanın qrafiki şəkil kimi kompüterin yaddaşında daha çox 
yer tutar.  
"Fəaliyyət-1" bölümündə  şagirdlərə başqa tapşırıq da vermək olar. Paint qrafik 
redaktorunda və OpenOffice Draw (və ya OpenOffice Writer) proqramında qırmızı 
xətt çəkmək və hər iki proqramda bu xətti böyüdərək gördüklərini müqayisə etmək. 
 
ALT 
STANDARTLAR 
3.2.1. Rastr və vektor qrafikaları ilə  işləmək bacarığı nümayiş 
etdirir. 
 
Təlim  
NƏTİCƏLƏRİ 
  Vektor qrafikasının mahiyyətini izah edir. 
  Vektor qrafik redaktorunda sadə təsvirlər hazırlayır.  


 
26
   
 
 
 
 
Dərsliyin bu bölümündə vektor qrafikası barədə ilkin məlumatlar verilir, vektor 
qrafikasının üstün və mənfi cəhətləri qeyd olunur.  
Şagirdlərə məlumat vermək olar ki, mətn prosessorlarının daxilində (MS Word və 
ya OpenOffice Writer) olan qrafik redaktor sadə vektor görüntülərin yaradılmasına 
xidmət edir. Mürəkkəb vektor görüntülərini (məsələn, kitabın üz qabığını, reklam 
banerini) yaratmaq üçün, professional vektor qrafik redaktorlarından istifadə 
olunur.  
 
"Fəaliyyət-2" bölümündə  şagirdlərə OpenOffice Draw proqramında xətti 
alqoritmin blok-sxemini hazırlamaq təklif edilir.  
Diferensial təlim. Tapşırığı  dəyişdirmək olar. Xətti alqoritmin əvəzinə  şagirdlər 
budaqlanan alqoritmin blok-sxemini hazırlaya bilərlər. Təlim nəticələri yüksək 
olan şagirdlər blokların daxilinə elə yazılar əlavə etməlidirlər ki, işləyən alqoritm 
olsun. Məsələn, alqoritmin strukturunu belə hazırlamaq olar: 
 
 
 
Əgər sinif kompüterlərində OpenOffice.org Draw proqramı quraşdırılmayıbsa, 
həmin proqramı İnternetdə www.openoffice.org ünvanından yükləmək olar. 
 
"Araşdıraq-öyrənək" bölümündə  şagirdlərə rastr və vektor redaktorlarının 
xüsusiyyətlərini araşdırmaq tapşırılır. Eyni faylı vektor şəkil kimi və rastr görüntü 
kimi yadda saxlayandan sonra həmin faylların həcmlərini müqayisə etmək yaxşı 


 
27
olardı.  Əlbəttə, rastr görüntü faylının həcmi vektor görüntü faylının həcmindən 
daha çox olacaq. 
 
 
 
Qiymətləndirmə.  Müəllim dərsin təlim məqsədlərinə nail olmaq dərəcəsini aşa-
ğıdakı meyarlar üzrə qiymətləndirə bilər. 
 
Qiymətləndirmə meyarları: izahetmə, vektor redaktorunda işləmə 
 
 I səviyyə II 
səviyyə III 
səviyyə IV 
səviyyə 
Vektor qrafikası-
nın mahiyyətini 
izah edərkən 
çətinlik çəkir. 
Vektor qrafikasının 
mahiyyətini müəlli-
min köməyi ilə izah 
edir. 
Vektor qrafikasının 
mahiyyətini izah et-
məkdə kiçik səhvlərə 
yol verir. 
Vektor qrafikasının 
mahiyyətini düzgün 
izah edir. 
 
Vektor qrafik re-
daktorunda sadə 
təsvirləri hazırla-
yarkən çətinlik 
çəkir. 
Vektor qrafik re-
daktorunda sadə 
təsvirləri müəllimin 
köməyi ilə hazırlayır. 
Vektor qrafik re-
daktorunda sadə 
təsvirləri hazırlayar-
kən kiçik səhvlərə yol 
verir. 
Vektor qrafik re-
daktorunda sadə 
təsvirləri sərbəst  
hazırlayır. 
 


 
28
Dərs 
3
 / Mövzu:
 VEKTOR REDAKTORUNDA İŞ 
 
 
 
 
8-ci sinifdə  şagirdlər Google SketchUp vektor qrafik redaktorunda təsvirlər 
hazırlamışdılar. Həmin redaktora aid suallar vermək məqsədəuyğundur: "Google 
SketchUp redaktorunun vektor, yoxsa rastr olduğunu necə bilmək olar?", "Həcmli 
modelləri necə çəkmək olar?" 
 "Fəaliyyət-1" bölümündə  şagirdlərə obyektləri çəkib onların yerləşmə 
ardıcıllığını dəyişmək təklif olunur. Həmin fiqurları Microsoft Word proqramında 
da çəkmək mümkündür. 
 
 
 
Seçdirilmiş ixtiyari fiquru dəqiqliklə bir yerdən başqa yerə aparmaq üçün 
(yerdəyişməsi üçün) klaviaturanın  klavişini basılı saxlayaraq ox 
klavişlərinin birindən (   ) istifadə etmək lazımdır.  
 
Dərsliyin bu bölümündə OpenOffice Draw proqramında qat haqqında, qatların 
bir-birinə qarşı yerləşdirilməsi haqqında qısa məlumat vermək olar. Bu zaman 
proyektordan istifadə etmək yaxşı olardı. 
İnformatika otağının kompüterlərində OpenOffice Draw proqramı quraşdırıl-
mayıbsa, vektor qrafik təsvirləri yaratmaq üçün müəllim şagirdlərə Microsoft Word 
proqramında işləməyi təklif edə bilər.  İzah etmək lazımdır ki, Microsoft Word 
proqramında vektor görüntülər yaratmaq imkanı vardır. Bu zaman (Microsoft 
Word 2007 üçün) Insert menyusunu açmaq lazımdır. Orada Illustrations düymələr 
qrupundan istifadə edib təsvirlər hazırlamaq olar. 
ALT 
STANDARTLAR 
3.2.1. Rastr və vektor qrafikaları ilə  işləmək bacarığı nümayiş 
etdirir. 
 
Təlim  
NƏTİCƏLƏRİ 
  Vektor redaktorunda üçölçülü model hazırlayır.  


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə